Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə51/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

İlk tibbi yardım
- fəlakət zonasında özünə və yoldaşına kömək şəklində bilavasitə yaralıların 
özləri, sanitarlar, xilasedicilər, xilasetmə işlərinə qoşulmuş könüllülər və s. tərəfindən həyata keçirilir. 
Bu əhalinin savadından, tibbin səviyyəsindən də asılıdır. İlk tibbi yardımın məqsədi həyat üçün 
təhlükəli olan, yaxud yaralının vəziyyətini ağırlaşdıra bilən səbəblərin aradan qaldırılmasından 
ibarətdir. Bura zərərçəkmişlərin uçmuş binalardan, görmə qabiliyyətini itirmiş şəxslərin zədələnmə 
ocağından çıxarılması, yanan paltarların söndürülməsi, zəhərlənmiş zonalarada əleyhqazların 
geyindirilməsi, şpris tyübiklə ağrıkəsicilərin yeridilməsi, yuxarı tənəffüs yollarının selikdən, qan və 
mümkün yad cisimlərdən təmizləməklə asfiksiyanın aradan qaldırılması və s. aiddir. Tənəffüsün 
dayanması hallarında «ağızdan-ağıza», «ağızdan-buruna», «S-vari» boru, yaxud maska ilə süni 
tənəffüs verilir və ürəyin qapalı massajı həyata keçirilir. 
Burada həmçinin qanaxmanm müvəqqəti saxlanılması üsulları, yara nahiyəsinin aseptik 
sarınması, sınıqlar zamanı ətrafların hərəkətsizləşdirilməsi tətbiq edilir. Bu zaman standart və qeyri- 
standart vasitələrdən istifadə edilir. Xəstə və yaralılar xüsusi meydançaya gətirilir. Qəzaların 
xarakterindən asılı olaraq yaralılara əleyhqaz geyindirməklə bərabər antidot da yeridilir. 
Həkiməqədər yardımı
- feldşer, tibb bacısı və s. aparır. Bu özundən əvvəlki yardım növünü 
tamamlayır. Yaralı zədələnənlərin sayı kütləviləşdikdə bu yardım növü ilk həkim yardımı mərhələsini 
də tamamlaya bilər. Fəlakətin növündən, vaxtından asılı olaraq (məsələn: qar uçqunu, qışda zəlzələ, 
yaxud daşqınlar və s.) xəstə və yaralıların paltarları dəyişdirilir, onların bədəni əldə olan mümkün 
vasitələrlə isidilir, onlara isti maye içirdilir. 
İxtisaslı cərrahi yardım
- bu yardım növünün məqsədi mexaniki, termiki və kombinasiyalı 
zədələnmələrdə həyat üçün təhlükəli fəsadlaşmaların qarşısının alınması, yaxud baş vermiş 
fəsadlaşmaların nəticələrinin operativ və qeyri –operativ yolla aradan qaldırılması, xəstə və yaralıların 
daha tez sağalması üçün tədbirlərin yerinə yetirilməsindən ibarətdir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin