İlk həkim yardımı və ixtisaslı cərrahi yardım mərhələsində xəstə və yaralılar çeşidlənmə meydançasında əvvəlcədən 3 qrupa bölünürlər: 1. Sanitar təmizlənməyə ehtiyacı olan xəstələr və yaralılar. Bunlara radioaktiv və davamlı zəhərli
maddələrlə təmasda olmuş yaralılar aiddir. Şəraitdən asılı olaraq bunlar tam, yaxud, qismən sanitar
təmizlənmədən keçməli və yenidən çeşidlənmə meydançasına gətirilməlidirlər.
2. Təcrid olunmalı yaralılar. Buna infeksion xəstələr, yaxud infeksiyanın olmasına şübhə doğuran
şəxslər aiddir. Onlar təcridxanada yerləşdirilir.
3. Bu qrupa ətrafdakılar üçün təhlükə törətməyən yaralılar və xəstələ aiddir. Bunlar özləri də yüngül
və ağır yaralılar qrupuna bölünür və müəyyən müalicə tədbirlərinin yerinə yetirilməsi üçün
qruplaşdırılır.
Tibbi təxliyyə prosesində yaralılar şərti olaraq 4 qrupa bölünürl ər: 1. həmin mərhələdə yardıma ehtiyacı olanlar
2. təxliyyə olunmalı xəstə və yaralılar (bunlara yardım sonrakı mərhələdə nəzərdə tutulur)
3. yüngül yaralılar. Bunlar həmin mərhələdə tam sağalana qədər saxlanılır, yaxud da dərhal hərbi
hissələrə qaytarılırlar.
4. ümidsiz xəstə və yaralılar.
Tibbi çeşidlənmə müəyyən mərhələdə yardımın həcminə uyğun olaraq aparılır. Tibbi
çeşidlənmədə həkim hər bir xəstə və yaralı üçün nəzərdə tutulan diaqnoza və zədələnmənin
proqnozuna istinad edir. Bu və ya digər fəsadlaşmalara (məs: qanaxma, travmatik şok, uzunmüddətli
sıxılma sindromu, anaerob infeksiya və s.) xüsusi diqqət yetirilir. İxtisaslı cərrahi yardım
mərhələsindən başlayaraq çeşidlənmə ceşidləmə briqadası tərəfindən xüsusi rəngli marka və
nişanlardan istifadə edilməklə yerinə yetirilir.
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 43
Xəstə və yaralıların mərhələli müalicəsində aşağıdakı yardım növl əri məlumdur: 1. İlk tibbi yardım
2. Həkiməqədər yardım (feldşer yardımı)
3. İlk həkim yardımı
4. İxtisaslı cərrahi yardım
5. Xüsusi ixtisaslaşdırılmış cərrahi yardım