Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə47/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
40
MÖVZU 18 
 
Nəqliyyat qəza və fəlakətləri, göstərilən ilk tibbi yardım 
Nəqliyyat müasir çoxsahəli təsərrüfatın mühüm əlaqələndirici hissəsidir. Nəqliyyat vasitələrinin 
sayı artıqca qəzaların sayı da ildən-ilə artır. Bütün qəza və fəlakətlərin 50%-i nəqliyyatın payına düşür. 
Alimlərin hesablamalarına görə, dünyada hər bir saat ərzində 1 milyon insanın payına: 
1. Avtobus – 0,03%;
2. özəl – 0,6%
3. dəmiryolu – 0,05%;
4. hava – 1,0%;
5. motosiklet nəqliyyatından istifadə etdikdə - 9,0% bədbəxt hadisə düşür. 
Nəqliyyatda baş verən FH-lar 5 qrupa bölünür:
1. Avtobus;
2. Dəmiryolu;
3. Aviasiya;
4. Su;
5. Boru kəmərləri; 
Yol 
– nəqliyyat hadisələri nəticəsində planetimizdə hər il 300 min insan həlak olur. 1,5 milyon 
nəfər isə müxtəlif zədələnmələr alır. Onu da qeyd etmək lazımdır ki, hadisələrin sayı get-gedə artır və 
əmələ gəlmə səbəbi insan amili ilə əlaqələndirilir. Belə ki, sürücülərin, piyadaların yol hərəkəti 
qaydalarını pozması, yüksək sürət, qarşı istiqamətə keçmə, sükan arxasında sərxoş halda olma, 
motosiklet sürərkən təhlükəsizlik qaydalarına riayət olunmaması kimi hallar qeyd edilir. Yol 
qəzalarının əsas xüsusiyyəti ondadır ki, yaralıların 80%-i ilk 3 saat ərzində dünyasını dəyişir. Birinci 
saatda qanaxma çox sürətli olur. Burada ilk tibbi yardım çox vacibdir. Ətrafdakı insanların bu barədə 
biliklərinin az və ya heç olmaması isə vəziyyəti çətinləşdirir. 
Dəmiryol
- nəqliyyatlarında baş verən qəzaların əsas tələblərinə yolların, dəmiryol nəqliyyatı, 
siqnalizasiya vasitələrinin nasaz vəziyyəti, dispetçerlərin səhvi, maşinistlərin diqqətsizliyi və 
laqeydliyi, qatarların relsdən çıxması, toqquşma, dəmiryollarının yuyulması, sürüşmə, çökmə və sel 
kimi halların yaratdığı qəza vəziyyətləri və s. aiddir. Tezalışan partlayış təhlükəli maddələr, qaz-
kimyəvi və radiasiya təhlükəli maddələri daşıyarkən qəza baş verdikdə yanğın və partlayış kimi 
hadisələr müşahidə olunur. Bu kimi qəzaların nəticəsini aradan qaldırmaq olduqca çətindir. Yeraltı 
nəqliyyat vasitəsində, yəni metroda baş verən qəzaların çox hissəsi yanğınla bağlı olur və ağır 
nəticələrə gətirib çıxarır. Buna çox vaxt qısa qapanma, kontakt relslərdə elektrik mühərriklərində 
alışma və s. hadisələr səbəb olur. Psixoloji kriteriyalara əsasən sərnişinlər özlərini təhlükəsiz daha çox 
dəmiryol nəqliyyatında hiss edirlər. Əslində dəmiryol qəzaları aviasiya qəzalarından çox olur. Lakin 
dəmiryolu qəzaları kütləvi olmur və bu səbəbdən də ciddi rezonans yaratmır. Digər tərəfdən yandırıcı 
maddələrin daşındığı qatarlarda qəzalar baş verərsə bu ətraf mühitin çirklənməsi, insan təlafatı və s. ilə 
nəticələnə bilər. 
Hava nəqliyyat
qəzalarının səbəblərinə aviatexnikanın mürəkkəbləşməsi təyyarələrin həm 
sürətinin, həm də yükqaldırma qabiliyyətinin artması, ekipajin psixofizioloji gərginliyi və aerodrom 
təsərrüfat işinin intensivliyinin artması aiddir. Təyyarə qəzaları sayca az olsa da onlardan qurtuluş 
yoxdur, ya da az ehtimallıdır. Belə ki, aviasiya qəzaları çox saylı insan ölmünə səbəb olur və axtarış-
xilasetmə işlərinin həyata keçirilməsini tələb edir. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin