Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


İxtisaslı cərrahi yardım şərti olaraq 3 qrupa bölünür



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə52/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

İxtisaslı cərrahi yardım şərti olaraq 3 qrupa bölünür: 
I qrupa - həyati göstəriş olaraq yerinə yetirilən tədbirlər aiddir. Bura xarici və daxili 
qanaxmaların operativ yolla qarşısının alınması tədbirləri, şok, travmatik toksikoz, kəskin 
qanitirmələrlə mübarizə tədbirləri, anaerob infeksiyaya qarşı operativ tədbirlər, açıq pnevmotoraksın 
ləğvi, gərgin, qapalı pnevmotorakslarda plevra boşluğunun drenajı, qarın yaralanmalarında və qarının 
küt travmalarında laparotomiya, sidik kisəsinin zədələnmələrində həyata keçirilən bəzi operativ 
müdaxilələr və s. aiddir. Bütün bu tədbirlərin həyata keçirilməməsi ölümlə nəticələnə bilər. 
II qrupa - ilk növbədə həyata keçirilməsi nəzərdə tutulan cərrahi müdaxilələr aiddir. Bunların 
yerinə yetirilməsində əsas məqsəd ağır fəsadlaşmaların qarşısının alınmasıdır. Bura ətrafın 
immobilizasiyası ilə müşaiyətlənən lakin qanaxma verməyən, magistral damarların zədələnmələri 
zamanı nəzərdə tutulan operativ müdaxilələr, magistral damarların zədələnmələrində ətrafın nekrozu 
baş verdikdə ilkin amputasiyaların yerinə yetirilməsi, sidik kanalının zədələnmələrində episistomanın 
qoyulması, düz bağırsağın ekstraperitoneal zədələnmələrində siqmostomanın qoyulması, zəhərli 
maddələrlə təmasda olmuş, yaxud həddən artıq çirklənmiş, eləcə də yumşaq toxumaların geniş şəkilli 
yaralanmaları zamanı yaraların I - li cərrahi işlənməsi və s. tədbirlərin həyata keçirilməsi aiddir. Bu 
tipli operativ müdaxilələrin təxirə salınması təhlükəlidir və yalnız son zərurət hallarında (çıxılmaz 
vəziyyətdə) təxirə salına bilər. 
III qrupa - ikinci növbədə həyata keçirilməsi nəzərdə tutulan operativ müdaxilələr aiddir. Ağır 
kəllə-beyin yaralanmaları, magistral damarların zədələnmələrində yardım prosesində ixtisaslaşmış 
yardımın da elementləri əks etdirilir. Son dərəcə əlverişsiz, çətin şəraitdə, hətta döş və qarın 
yaralanmalarında belə təxliyyənin operativ müdaxilə olunmadan həyata keçirilməsi nəzərdə tutulur. 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin