Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə42/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
36
MÖVZU 16 
 
Təbii fəlakət, iri qəza, bədbəxt hadisələrin qısa xarakteristikası 
Respublikamızın ərazisində mənşəyinə görə həm kortəbii TH-cürbəcür təbii fəlakətər; həm 
texnogen mənşəli TH-müxtəlif istehsalat və nəqliyyat qəzaları, həm də ekoloji TH- dəniz suyu 
səviyyəsinin yüksəlməsi və yaxud enməsi, ərazilərdə torpaqların aşınması və s. mümkündür. 
Azərbaycan Respublikasının ərazisi üçün ən çox səciyyəvi olan təbii fəlakətlər – zəlzələ, sel, sürüşmə 
və uçqunlar, çöl-meşə yanğınları və bir sıra dağlıq rayonlarda marxallar (qar uçqunları) sayılır. 
Zəlzələ 
yerin təkindəki potensial enerjinin qəflətən meydana çıxaraq zərbə dalğası və qüvvətli 
təkanlar - ―seysmik dalğa‖ şəklində ərazinin bütün istiqamətlərinə yayılmasından ibarətdir. Zəlzələlər 
tektonik (yer qabığında əmələ gələn dəyişikliklərin sahəsində) və vulkanik (vulkan püskürmələri 
nəticəsində) olur.
Zəlzələ zamanı çox güclü enerji meydana çıxır və elastik seysmik dalğalar şəklində ətrafa 
yayılır. Zəlzələ ocağının yerin altındakı mərkəzi hipomərkəz, onun yerin səthindəki proyeksiyası 
epimərkəz adlanır. Zəlzələ gücünü və xarakterini səciyyələndirən əsas parametrlər – zəlzələnin 
maqnitudası, yerin səthində zəlzələ enerjisinin intensivliyi və zəlzələ ocağının dərinliyidir. 
Maqnituda– zəlzələnin törətdiyi elastik (seysmik) dalğaların enerjisini xarakterizə edir. 
Seysmoqraf cihazı ilə ölçülür, Rixter cədvəli ilə qiymətləndirilir. Şərti vahidlə 1-dən 9,5 bala qədərdir. 
Zəlzələ baş verən zaman bu cədvəldən istifadə edirlər. ―Zəlzələnin maqnitudası 5‖ yaxud ―Zəlzələnin 
gücü Rixter cədvəli üzrə 5 ballıdır‖ ifadələri istifadə olunur. Lakin hər ölkənin öz ölçü standartları və 
şkalaları var: Yaponiya meteorologiyası agentliyinin şkalası, Kanamori şkalası və s. 
Zəlzələdən bir müddət sonra, onun fəsadları haqqında məlumat aldıqdan sonra, yerin səthində 
zəlzələ enerjisinin intensivliyi ölçülür. Bunun üçün 12 ballıq seysmik şkaladan istifadə olunur. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin