Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə39/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
34
MÖVZU 15 
 
Adi qırğın silahları və onların qısa xarakteristikası 
Müasir qırğın silahları kütləvi qırğın silahlarından və adi qırğın vasitələrindən ibarətdir. 
Adi qırğın vasitələrinin isə aşağıdakı növləri vardır: 
Təyyarədən tətbiq edilən döyüş sursatları: 
1. Təyyarədən atılan ―Hava‖ – ―Yer‖ raketləri 
2. Təyyarədən atılan bombalar (fuqas, qəlpəli, kürə formalı, kumulyativ, beton (zireh) dağıdan, 
həcmli partlayış və kassetli bombalar). 
Top – raket sistemləri 
1.Toplar 122, 130, 152 mm; mina atanlar isə 82, 160, 240 mm kalibrli olurlar. Onların təsir dairəsi 10-
30 km olur.
Yeni reaktiv-raket sistemləri 2 növdə olur: 
1. ―Qrad‖ qurğuları – 40 lüləli; 
2. ―Uraqan‖ – 16 lüləli. 
―Qrad‖ qurğuları raketlərinin başlıqları fuqas – qəlpəli, ―Uraqan‖ qurğularının başlıqları isə həm 
fuqas-qəlpəli və həm də kasset tipli olurlar. 
Top və raketlərin mərmiləri partladıqda insanları həm zərbə dalğası, həm də qəlpələri ilə 
zədələyir. Döyüş sursatlarına ayrı-ayrı baxaq:
Fuqas döyüş sursatlarından – hərbi və mülki obyektləri, insanları zərbə dalğası və qəlpələrlə 
zədələmək üçün istifadə olunur. 
Partlayıcı maddənin (trotil, heksogen və onların qarışığı) ağırlığı 50-200 kq qədər olur. 
Fuqas döyüş sursatları torpağa keçərək partlayış zamanı torpağı xaricə tullamaqla qıf şəkilli 
çuxur əmələ gətirir. Fuqas döyüş sursatı partlayarkən partlayış məhsullarının genişlənməsi və həmin 
mühitdə zərbə dalğasının yaranması müşahidə olunur. 
Kassetli döyüş sursatları - Kassetli döyüş sursatları konteynerdən və kiçik həcmli 
bombacıqlardan ibarətdir. Konteynerin içəriində yüz, min ədəd kiçik həcmli bombacıqlar olur. 
Konteyner (kasset) yer səthindən müəyyən yüksəklikdə açıldıqda kiçik həcmli bombacıqlar 
böyük sahəyə yayılır, yer üzündə partlayır və qəlpələri ilə o ərazidə əhalini məhv edirlər (zədələyirlər). 
Kassetləri qəlpəli, kürə formalı kumulyativ, yandırıcı bombalar ilə doldururlar. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin