Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 62
MÖVZU 29 Bakterioloji ocaqda epidemiya əleyhinə tibbi qurumların işinin təşkili Bakterioloji ocaqda 2 epidemiya eleyhinə qurum işləyi : 1. Səyyari epidemiya əleyhinə dəstə (SEƏD).
2. Səyyari epidemiya əleyhinə briqada (SEƏB).
Yuxarıda göstərilən qurumlar respublika və şəhər SEM, mikrobiologiya və epidemiya
institutlarının bazasında yaradılır.
Bu quruluşların işinə rayon və şəhər MMTX rəisi rəhbərlik edir. Tibb xidməti rəisi hər 2 quruma müvafiq göstərişləri yerinə yetirməyi tapşırır: 1. Hansı ərazidə və nə qədər əhali arasında epidemiya əleyhinə tədbirlər təşkil etməli;
2. Hansı yaşayış məntəqəsi və ya hansı obyektin xüsusi nəzarətə götürülməsi;
3. Hansı qurumla və tibbi müəssisə ilə qarşılıqlı əlaqə yaradılmalı;
4. Açılma yeri və açılma müddəti;
5. Əldə olunmuş məlumatların təqdim olunma qaydası və müddəti.
SEƏD və SEƏB-in mütəxəssisləri bütün tibbi müəssisələrə epidemiya əleyhinə tədbirlərin
düzgün keçirilməsinə dair məsləhətlər verir, ətraf mühitdən siqnal materiallarının götürülməsi və
çatdırılması, ərzaq və suyun zərərsizləşdirilməsi, ekpertizanın aparılması, sanitar təmizlənmənin təşkili
qaydalarını müəyyənləşdirir.
Hər bir bakterioloji ocaqda polikli nika hüququnda olan müstəqil sahələr nəzərdə tutulur və İHYD-si bu sahədə aşağıdakı vəzifələri yerin yetirir: 1. Bakterioloji ocağın müayinəsində SEƏD və SEƏB-a kömək etmək;
2. SEƏD və SEƏB-in göstərişi ilə ətraf mühitdən sınaq materiallarının toplanması;
3. Xəstə şəxslərin aktiv surətdə aşkar olunması, təcrid olunması və xəstəxanalara yerləşdirilməsində
iştirak etmək;
4. Mənzillərdə ocaqların dezinfeksiyasının təşkili;
5. Ərazidə sanitar – maarif işinin təşkili.
İHYD-in bazasında müstəqil sahələrdən başqa müvəqqəti infeksion stasionarlar da təşkil