Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə20/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
16
MÖVZU 7 
 
Fəlakət ocaqlarında yaralıların axtarılması və onlara ilk tibbi 
yardımın göstərilməsi
 
Mülki müdafiənin ən mürəkkəb və məsul vəzifələrindən biri sülh və müharibə dövrlərindəki 
fövqəladə halların nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və 
yerinə yetirilməsidir. Bu işlər düşmən basqını nəticəsində yaranan zədələnmə ocaqlarında, eləcə də 
təbii fəlakət və güclü qəza rayonlarında adamları xilas etmək, onlara yardım göstərmək və qəzaları 
məhdudlaşdırmaq məqsədilə görülür.
Xilasetmə işlərinə aiddir: 
1. fəlakət yerlərində və ora gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyat aparılması; 
2. həmin sahələrdə işə başlamaq mümkün olsun deyə yanğınları söndürmək; 
3. zədələnmişlərin, yaralıların yanan qaz və tüstü bürümüş binalardan, uçqunlar altından tapılıb 
çıxarılması; 
4. üstü çökmüş və uçqun qalıqları altında qalmış mühafizə qurğularından insanların xilas edilməsi; 
5. ventilyasiya sisteminin bərpa edilməsi; 
6. yaralılara ilk tibbi yardımın göstərilməsi və onların müalicə müəssisələrinə köçürülməsi; 
7. insanların təhlükəli sahələrdən çıxarılması, lazım olarsa sanitar təmizlikdən keçilməsi, o 
cümlədən avadanlıqların, ərazinin, ərzaq və suyun zərərsizləşdirilməsi. 
Bundan başqa bir sıra təxirəsalınmaz işlər də yerinə yetirilir ki, bu da xilasetmə işlərinin 
təhlükəsizliyinə və sürətinə təsir edir:
1. uçqunlarda və zəhərlənmə baş vermiş sahələrdə maşın yolu və keçidlərin düzəldilməsi; 
2. qaz, elektrik, texnoloji şəbəkələrdə, su kanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması; 
3. xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğu və konstruksiyaların 
bərkidilməsi yaxud dağıdılması; 
4. zədəli rabitə, işıq, su xəstlərinin müvəqqəti bərpası. 
Bütün bu işlər eyni zamanda yerinə yetirlir. İşlərin həcmi ocağı törədən fəlakətin xarakterindən 
asılıdır. Nüvə zədələnməsi və zəlzələ rayonlarında işlər daha çətin və ağır olur. Zəlzələ yerində dağılan 
tikililər kənara atılmadan aşağı çöküb qalaqlanır. Belə olduqda adətən küçələrin orta hissəsi uçqun 
qalaqları ilə tutulmur, nəqliyyat vasitələri və digər texnika hərəkət edə bilir. Nüvə zədələnmə ocağnda 
uçan binaların qırıntılarını, daş kəsəyi və əşyaları kənara atan qüvvə meydana çıxır. Nəticədə uzaqda 
dayanan insanlar da zədələnməyə məruz qalır. Bu halda yaralıların axtarılması, xilas edilməsi və digər 
təxirəsalınmaz işlərin aparılması MMTX tərəfindən həyata keçirilir. Belə ki, bütün zədələnmə 
ocaqlarında xilasetmə işlərinə mümkün qədər tez başlamaq, onları hər cür şəraitdə gecə-gündüz bütün 
işlər sona çatanadək fasiləsiz davam etdirmək lazımdır. Zədələnmə ocaqlarında xilasetmə işlərini təşkil 
edən rəhbər yaranmış vəziyyəti şəxsən öyrənir, insanları, yaralıları xilas etmək üçün görüləcək işlərin 
həcmini təyin edir, dəstələrə, drujinalara tapşırıqlar verir. Xilasedici dəstələrin iş qabiliyyətini artırmaq 
üçün onlara xüsusi texnika verilir. Həmçinin sanitar drujinaları və kommunal energetika qurğularında 
qəzaları aradan qaldıra biləcək mütəxəssislər təhkim edilir. Lazımi hallarda yanğınsöndürənlər və 
zərərsizləşdirici dəstələr də xilasedicilərə yardım göstərirlər. Yanğınları ilk növbədə söndürür, yaxud 
məhdudlaşdırırlar. Bundan sonra iş vaxtı dağılmaq qorxusu yaradan zədələnmiş bina və qurğuları ya 
dayaqlarla bərkidir, ya da texniki vasitələrilə tamamilə dağıdıb təhlükəsiz vəziyyətə salırlar. Dağıntı 
ocağında zədələnmiş insanı tapmaq üçün uçqunlar yaranan sahədə başdan-başa axtarış aparmaq 
lazımdır. Axtarış zamanı zərərçəkənin qala biləcəyi daha çox ehtimal edilən yerlərə: zirzəmilərə, 
divarların dibinə, əlaqələndirici yollara, səngərlərə və s. diqqət etmək lazımdır. Maşınla hərəkət 
mümkün olmayan yerlərdə sanitar axtarmanı piyada davam etdirməlidir. Meşəlik yerlərdə, dağlarda, 
səhralarda və başqa çətin daxil olunan ərazilərdə zədələnənlərin, yaralıların axtarışı üçün 
helikopterlərdən də istifadə olunur. Bu zaman qışda helikopter 400-600 metr, yayda isə 150-200 metr 
yüksəklidə uçmalıdır. Yaralıların axtarılmasında nəzarət üsulu, ―sanitar dırmıx‖ üsulu, axtarıcı 
qrupların, sanitar patrulların köməyi ilə, xüsusi hazırlanmış itlərin köməkliyi ilə, gecə vaxtı axtarış 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin