Daşqın zamanı ocaqda görülən tədirlər və ilk tibbi yardım Həyəcan siqnalı və köçürülmə yollarını izləmək, elektrik enerjisini, qızdırıcı cihazlarını və qazı
kəsmək, zəhərlənmələrin qarşısını almaq üçün xlor, pestisid kimi zəhərli kimyəvi maddələri etibarlı
yerdə saxlamaq lazımdır. Çirklənmiş qab-qacağı və mətbəx ləvazimatlarını qaynar, yaxud ağardıcı
maddələr qatılmış suda (bir litr suya 1 çay qaşığı maddə) yuymaq və ya zərərsizləşdirmək, durğun su
binalardan tamamilə kənar edilməyincə otaqlarda havanın temperaturunu müsbət 4 dərəcədən yuxarı
qaldırmaq məsləhətdir. Zədələnmənin növünə görə ilk tibbi yardım göstərmək lazımdır.
İlk tibbi yardım təbii fəlakət rayonunda ilk olaraq əhalinin öz-özünə və ya qarşılıqlı yardım
qaydasında, həm də bu rayonda olan sanitar post drujinalar tərəfindən həyata keçirilir. Bundan başqa
zədələnən əhaliyə ilk tibbi yardım göstərmək üçün təcili və təxirəsalınmaz stansiyaların qüvvə və
vasitələri cəlb olunur. Təcili və təxirəsalınmaz məntəqələrin tibb işçiləri və sanitar dəstələr(SD),
xilasedici qruplarla qabaqcadan göstərilmiş rayona gəlirlər və işə başlayırlar. Zədələnənlərin
axtarılması davam etdirilir,onlar ucqunlar altından çıxardılır, tibbi heyət və sanitar drujinalar
tərəfindən onlara ilk tibbi yardım göstərilir və təxliyyə olunurlar. Sanitar itkilərin çox olduğu halda
təxliyyə zamanı zədələnənlərin nəqliyyata yüklənməsi ücün yaralı və xəstənin vəziyyəti nəzəra
alınmalıdır. Elə yer seçilməlidir ki, ora gəliş və zədələnənlərin çıxarılması rahat olsun. Yüngül
yaralılar onlar üçün göstərilən istiqamətdə özləri sərbəst çıxmalıdırlar. Buradan zədələnənləri yaxında
yerləşən stasionar yaxud ambulator - poliknilika müəssisələrinə yerləşdirmək lazımdır ki, orada onlara
ilk həkim yardımı göstərilsin. Nəzərə almaq lazımdır ki, müalicə-təxliyyə təşkili sistemində ambulator-
poliklinik müəssisələrdə ikinci mərhələdə zədələnənlər uzun müddət qala bilməzlər. Buna görə də
MMTX zədələnənləri stasinar müəssisəyə təxliyyə etmək üçün lazımi miqdarda nəqliyyat ayırmalıdır.
Zədələnənləri təxliyyə etdikdə ciddi differensial münasibət olmalıdır. Qospitallaşmaya tam ehtiyacı
olan zədələnmişlər göndərilməlidir. Yüngül və orta zədələnənlərin ambulator müalicəsi davam
etdirilməlidir. Müxtəlif travmatik zədələnmələri olan zərərçəkənlərlə bərabər sinir-əsəbi pozğunluğu.
somatik və endokrin xəstəliklərin kəskinləşməsi, vaxtından qabaq doğuşlarda da kömək etmək