Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə44/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

I zəif zəlzələ: 
1 bal (hiss edilməyən ) –cihazlar yer titrəyişini qeydə alsalar da, insanlar bunu hiss etmir. 
2 bal (çox zəif) – binaların yuxarı mərtəbələrində yaşayan insanlar yüngül titrəyiş hiss edir. 
3 bal (zəif) – bir çox insanlar titrəyişi hiss edir. 
4 bal (mülayim) – zəlzələni əsasən hamı hiss edir, şüşələr silkələnir. 
II güclü zəlzələ: 
5 bal (xeyli güclü) – yatmış insanların çoxu ayılır, çilçıraqlar yerlənir, qapı və divarların cırıltısı hiss 
edilir. 
6 bal (güclü) - binalar tərpənir, divarların suvağında çatlar əmələ gəlir, mebellər silkələnir.
7 bal (çox güclü) – hamı hiss edir, bir çoxları qorxudan küçəyə qaçır, divarlardan asılmış tabellər 
düşür, suvaq parçaları qopub tökülür. 
III dağıdıcı zəlzələ:
8 bal (dağıdıcı) – karnizlər, tüstü sobaları düşür, divarlarda ara çatları əmələ gəlir və qismən dağılır, 
antiseysmik tikililər salamat qalır, çayların sahillərində sürüşmələr baş verir, heykəllər yerindən 
tərpənir və ya aşır. 
9 bal (viranedici) – binaların divarları və üst örtükləri dağılır. 
10 bal (məhvedici) – Yer səthində 1m-dək enində çatlar əmələ gəlir, daş tikililər dağılır, boru 
kəmərləri qırılır, ağaclar yıxılır. 
11 bal (fəlakət) – dağlarda böyük uçqunlar olur, çoxlu uçurum və sürüşmələr baş verir, dəmiryol 
relsləri əyilir və yerindən tərpənir.
12 bal (güclü fəlakət) – Yer səthində böyük dəyişikliklər baş verir. Şəlalələr, süni göllər, nohurlar 
əmələ gəlir. Çayların məcrası dəyişir. Heç bir tikinti davam gətirmir. Bitki və heyvanlar uçqunlar 
nəticəsində məhv olur. 
Dağıdıcı xarakterinə görə zəlzələnin təsiri nüvə partlayışı zamanı zərbə dalğasının təsirinə 
bənzəyir. Zəlzələlər əsasən dağlıq rayonlarda baş verir. Respublikamız seysmik cəhətdən narahat 
regiondur. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin