2 nömrəli Bakı Baza Tibb Kolleci 35
bombanın gövdəsi xaricdə qalır, özək isə betona (zirehə) keçərək onu dağıdır. İnsanları zədələyir,
texniki vasitələri sıradan çıxarır.
Bu döyüş sursatları aerodromun uçuş zolaqlarını və təyyarə anqarlarını dağıtmaq üçündür.
Yandırıcı silahlar - Adi qırğın vasitələrinin bir növü də yandırıcı silahlardır. Yandırıcı silahların
əsasını yandırıcı maddələr və onları tətbiq etmək üçün vasitələr təşkil edir.
Yandırıcı maddələrin növləri: 1. Neft məhsulları əsaslı yandırıcı maddələr (Napalmlar)
2. Metallar əlavə edilmiş yandırıcı maddələr (Pirogellər)
3. Termit və termit əsaslı yandırıcı maddələr
4. Adi və plastik fosfor
5. Qələvi metallar (natrium və kalsium).
6. Öz-özünə alışan trietilen alüminium.
Ən çox yayılmış yandırıcı maddələrdən neftəsaslı yandırıcı maddələrdir (napalm). Napalm 90-98% benzindən və 3-10% qatılaşdırıcıdan alınır. Qatılaşdırıcılar naften, polimetin və
oleyn turşuların alminium duzlarından ibarətdir. Napalm sözü naften və polimetin sözlərinin ilk iki
hərfindən alınmışdır. Yandırıcı maddələrin açıq havada öz-özünə alışması üçün onlara natrium,
maqnium və yaxud fosfor əlavə olunur.
Profillər neft əsaslı yandırıcı maddələrə (napalma) maqnium, alminium tozlarını və yaxud
yanıqlarını, kömür tozu, asfalt və s. maddələr əlavə olunmaqla alınır. Onun yanma hərarəti 1600ºS-yə
bərabərdir.
Pirogellər başqa yandırıcı maddələrdən fərqli olaraq, sudan ağırdırlar. 1-3 dəqiqə ərzində
yanırlar, insanların dərisinə və paltarlarına düşdükdə dərin yanıqlar əmələ gətirirlər.
Napalm yandırıcı maddəsi nəm səthlərə yapışır və alışır. 1000-1200ºC hərarətilə 5-10 dəqiqə
müddətində yanır. O, sudan yüngül olduğundan suyun üzündə üzür və yanğın ocağını söndürməyi
çətinləşdirir, yüksək hərarətlə yanır, sıyıqlaşır və çatlardan (deşiklərdən) binaların, qurğuların, texniki
vasitələrin içərisinə keçir. 1qr yanan maye mühafizə olunmamış dəriyə düşdükdə insan ağır xəsarət
alır.
Termit və termit əsaslı yandırıcı maddələr dəmir-oksidi ilə alminium oksidinin qarışığından
ibarətdir. Bu qarışığa oksidləşdirici və birləşdirici maddələr əlavə olunur. Onlar yandıqda istilik
3000ºC-yə çata bilər. Bu temperaturda metallar əriyir, beton və kərpic isə çatlayır dağılır.