Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə50/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Su nəqliyyatında
baş verən qəzalara tufan, fırtına, buz parçaları və insan faktoru, yəni 
kapitan–ekipaj üzvlərinin səhvi aid edilir. Bir çox qəzalara gəmilərin lahiyələndirilməsi və 
tikilməsində buraxılan səhvlər, düzgün istismar olunmaması da səbəb olur. Hər gün dəniz və 
okeanlarda ekipajı 1 milyon təşkil edən 25 min gəmi üzür. Gəmilərin ən müasir vasitələrlə təchiz 
olunmasına baxmayaraq qəzaların qarşısını almaq mümkün olmur. Nəticələri aradan qaldırmaq və 
insanlara kömək etmək üçün isə ekipaj üzvləri də xilasetmə işlərinə cəlb olunur. Zərurət yarandıqda 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
41
kapitan gəmidə olan digər insanlara da müraciət edə bilər. Bu zaman qarşıya qoyulan əsas məqsəd 
insanları xilas etmək (xilasedici qayıqlar, digər gəmilərin köməyindən istifadə və s.), gəminin 
batmaması və yanğınla mübarizə aparmaqdır. 
Magistral boru kəmərlərində
qəza halları ağır ekoloji nəticələrə səbəb olur. Qəza və 
fəlakət səbəbindən boru kəmərinin deformasiya uğraması, dağılması və ya partlaması nəticəsində 
zəhərli maddələrin kənara sızması nəinki müəssisənin ərazisində, həm də yaxınlıqdakı yaşayış 
məntəqələrində ətraf mühitin (havanın, suyun, torpağın) çirklənməsinə, heyvanların, insanların ciddi 
xəstəliklərinə gətirib çıxarır. Son illərdə boru kəmərlərinin qəsdən sıradan çıxarılması halları da xeyli 
artmışdır. Boru kəmərlərinin birbaşa neftçıxarma obyektləri (o cümlədən dənizdə) ilə əlaqədar yanğın 
təhlükəsi riski artmışdır. Bunu nəzərə alaraq neft, qaz kəmərlərinin təhlükəsiz istismarı və mühafizəsi 
tədbirləri həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarına mane 
olan, zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir, boru kəməri xətti 
boyunca onun orta oxundan hər tərəfə şərti xəttlərlə 50 m torpaq sahəsi ayrılır. Boru kəmərləri çay və 
kanallarla kəsişdikdə sahildə və kəmərboyunca fərqləndirici və xəbərdaredici nişanlar qoyulur. 
Qeyd etdiyimiz qəza və fəlakətlər iqtisadiyyata zərər vurmaqla yanaşı, çoxsaylı insan itkisinə və 
ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Azərbaycan Respublikası neft-qaz ölkəsi olduğundan 
müxtəlif növ fövqəladə hadisələrin başlıca mənbəyi hesab edilir. 
Növündən asılı olmayaraq sadaladığımız qəzalar zamanı az və çoxsaylı insan itkisi olur. 
İnsanlarda mexaniki qarışıq zədələr, kimyəvi maddələrlə zəhərlənmələr, sınıqlar, çıxıqlar, ağır kəllə 
beyin travmaları və s. baş verə bilər. Nəqliyyat qəzalarının növündən asılı olmayaraq ilk tibbi yardım 
öz-özünə və qarşılıqlı yardım prinsipinə əsaslanır. Bunun üçün istənilən nəqliyat növündə ilk tibbi 
yardım məqsədilə tibbi çantalar (qutular) olmalıdır. Qəza zamanı ilk növbədə müxtəlif qurumlara 
xəbər verilməli və təcili yardım çağırılmalıdır. Təcili yardım gələnə qədər zərərçəkmiş şəxsi xilas 
etmək üçün təcili tədbirlər görülür. Zərərçəkmiş şəxslər bir neçə nəfər olarsa, birinci olaraq 
danışmayan (reaksiya verməyən, huşunu itirmiş, travmatik şok vəziyyətində olan) şəxsi qəza yerindən 
çıxarmaq və yardım etmək lazımdır. Kliniki ölüm vəziyyəti, arterial qanaxma, partlayış, yanğın, 
toqquşma və s. təhlükəsi olarsa, nəqliyyat vasitəsində göstərilməsi mümkün olmayan təcili yardım 
üçün zərərçəkən nəqliyyatdan çıxarılır. Xilasedən şəxs zərərçəkmişi tərpətmədən tez bir zamanda onun 
vəziyyətini reanimasiya qaydalarına uyğun (yəni şüurunun olması, nəbz, tənəffüsün olub-olmaması) 
müəyyənləşdirməlidir. Lazım olarsa, süni tənəffüs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. 
Onurğadan xəsarət almış zəzərçəkən (boyun nahiyyəsində kəskin ağrı, başın yanlara hərəkətinin 
mümkün olmaması) 2-3 nəfər tərəfindən təxliyyə olunmalı, zədə nahiyyəsi mütləq immobilizasiya 
edilməlidir. 
Nəqliyyat fəlakətləri yanıqlar, çıxıqlar, əzilmələr, donvurma zədələri ilə müşayət olunur. Bu 
zaman sudaboğulma, günvurma, hətta kimyəvi maddələrlə zəhərlənmə və qazlarla boğulma halları da 
mümkündür. Sudaboğulma zamanı insanı xilas etdikdən sonra təmiz hava almasını təmin etmək, süni 
tənəffüs və ürəyin qapalı massajını aparmaq lazımdır. Təhlükəli qanaxmalar mütləq müvəqqəti də olsa 
dayandırılır. Zədələnmiş qan damarı sümüyə barmaqla sıxaraq, turna və ya burmac qoyulur.
Boru kəmərlərində qəzalar yanıq xəsarətli zərərçəkənlərin olması ilə səciyyələnir. Demək olar ki, 
bütün nəqliyyat qəzaları yanğın hadisəsi ilə müşayət olunur. Ilk növbədə yanğının söndürülməlisinə 
nail olmaq, zərərçəkəni yanğından uzaqlaşdırmaq, yanıq şoku ilə mübarizə aparmaq lazımdir. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin