Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 6
Hərb dövründə SD zərərçəkənlərin axtarışı və onlara ilk tibbi yardımın göstərilməsi, xəstəxana
bazalarında və FT tibb xidmətinin qurumlarında işlərə, o cümlədən sanitar-gigiyenik və epidemiya
əleyhinə tədbirlərin keçirilməsinə cəlb olunur.
Ştat üzrə SD tərkibinə 24 nəfər, o cümlədən SD rəisi, onun müavini, təsərrüfat üzrə müdir,
sürücü daxildir. Göstərilən qurum 5 bölmədən ibarətdir (hər bölmədə 4 nəfər). SD tabel avadanlığı ilə
təmin olunur. Bu avadanlıq təşkil olunduğu sənaye obyektində toplanır, saxlanır və təzələnir. SD-nin
hazırlığı təcrübə məşğələləri və taktiki xüsusi dərslərlə əldə olunur. Yaxşı təşkil edilmiş iş nəticəsində
SD 5 saat ərzində 250 zərərçəkənə ilk tibbi yardım göstərə bilər.
İlk tibbi yardım dəstəsi (İTYD) FTTX-nin ərazi qürumu olub, kütləvi sanitar itkiləri ocaqlarında
zərərçəkənlərə ilk həkim yardımı üçün nəzərdə tutulub.
Ştat cədvəli üzrə dəstədə 146 nəfərdən ibarət şəxsi heyət, o cümlədən -8 həkim, 36 tibb bacısı və
feldşerlər, 2 sanitar dəstələr və xidmət heyəti (52 nəfər) olur.
İTYD strukturuna 8 şöbə daxildir: 1. qəbul-növləşdirmə, çeşidləmə;
2. əməliyyat-sarğıdəyişmə;
3. hospital;
4. zərərçəkənlərin köçürülməsi;
5. laboratoriya;
6. zərərçəkənlərin hissəvi sanitar təmizlənməsi və onların ayaqqabı və geyimlərinin dezaktivasiyası;
7. tibbi təchizat (əczəxana);
8. təsərrüfat;
İTYD 12 saatlıq iş ərzində 500 zərərçəkəni qəbul edib növləşdirə, ilk həkim yardımı göstərə və
köçürülməyə hazırlaya bilər.
Xüsusiləşmiş tibbi yardım briqadaları (XTYB) tibb institutlarının bazalarında, iri şəhərlər, ərazi
xəstəxanaları bazalarında yaradılır, yəni buraya daha təkmilləşmiş tibbi kadrlar daxildir. Ştat cədvəli
üzrə daxildir: 2 həkim, 2 tibb bacısı (feldşerlər) və sürücü. Briqadanın əsas təyinatı yaradıldığı ərazidə
FTTX-nin
istiqamətlər
(profil)
üzrə yaradılır: neyrocərrahi. dermatoloji, travmatoloji,
torakoabdominal, yanıq, toksiko-terapevtik, psixo-nevroloji və s. Məs: cərrahi profilli XTYB 10 saat iş
ərzində 10-12 cərrahi müdaxilə edə bilər.
Xüsusiləşmiş tibbi yardım dəstələri 8 TTYB və idarədən ibarətdir (dəstənin rəisi, onun müavini
və rabitəçi-sürücü). Bu dəstələr şəhərətrafı ərazidə FTTX-nin xəstəxanalarında iş üçün təyin olunub.
Toksiko-terapevtik hərəki hospital (TTHH) toksikoloji mərkəzlərin bazalarında və ya tərkibində
terapevtik şöbə olan çoxprofilli xəstəxanalarda yaradılır. Bu hospital GTZM ilə zərərçəkənlərə
xüsusiləşmiş tibbi yardım və müalicə üçün nəzərdə tutulub. Tərkibinə daxildir: idarə, tibbi hissə,
material-texniki təchizat şöbəsi və qəbul-köçürmə, 2 terapevtik və 1 psixonevroloji şöbə. Bundan əlavə
tərkibində müalicə-diaqnostik və köməkçi bölmələr ( əczaxana, rentgen kabinet, laboratoriya,
elektrostansiya və s.) nəzərdə tutulub. TTHH-ın çadır fondu olduğundan kimyəvi zədələnmə ocağı
yaxınlığında açılır.
Yoluxucu hərəki hospital (YHH)-yoluxucu profilli səhiyyə şöbəsinin müalicə - profilaktik
bazalarında qurulur. Təkmilləşmiş və xüsusiləşmiş tibbi yardım göstərilməsi, yoluxucu xəstələrin
müalicəsi, təhlükəli yoluxmalar ocağında tibbi personala məsləhətlərin verilməsi, bakterial vasitələrin
laborator indikasiyası üçün nəzərdə tutulub. Tərkibində təşkil olunur: qəbul-diaqnostik, müalicə-
diaqnostik, müalicə şöbələri, o cümlədən kliniki—diaqnostik, bakterioloji laboratoriyalar, əczaxana,
nəqliyyat, dezinfeksion, təsərrüfat şöbələri, yeməkxana.
Xüsusiləşmiş epidemiya əleyhinə briqadalar (XEƏB)- vəba əleyhinə institutların, stansiyaların
bazalarında yaradılır. Təhlükəli yoluxmalar ocaqlarında və iri fəlakət rayonlarında epidemiya əleyhinə
tədbirlərin həyata keçirilməsinə təyin olunub. Tərkibinə daxildir: epidemioloji və bakterioloji şöbələr,
ştat cədvəli üzrə 30 nəfər, eləcə də 10 həkim və epidemioloq və sanitar həkimi, 11 köməkçi.
Epidemioloji kəşfiyyat qrupu (EKQ)- sanitar-epidemioloji nəzarət mərkəzlərinin bazalarında
yaradılır. Yoluxucu ocağın epidemioloji müayinəsi, epidemioloji kəşfiyyatın aparılması və xarici
mühit obyektlərindən nümunə üçün materialın götürülməsi üçün nəzərdə tutulub.