Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Güclü təsirli zəhərli maddələr (GTZM



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə15/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

4. Güclü təsirli zəhərli maddələr (GTZM
) - Müasir dövrdə tərkibində zəhərli maddələr 
olan kimyəvi birləşmələr insan fəaliyyətinin müxtəlif sahələrində (sənayedə, kənd təsərrüfatında, 
nəqliyyatda, kommunal sistemində, silahlı qüvvələrdə, məişətdə və s.) çox geniş tətbiq olunur. Onların 
sayı ildən ilə artır. Hal-hazırda insan fəaliyyətinin müxtəlif sahələrində canlı orqanizmə bu və ya digər 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
13
dərəcədə mənfi təsir göstərən on milyondan artıq kimyəvi birləşmə tətbiq olunur. Güclü təsirli 
zəhərləyici maddələrdən xlor, ammonyak, zəhərli kimyəvi maddələr (xlorofos, dixlofos, karbofos və 
s.) göstərmək olar. İçməli suyu zərərsizləşdirmək üçün güclü təsirli xlordan istifadə edirlər. 
GTZM istehsalı, saxlama, tətbiqi və nəqli üzrə müəssisə, obyekt və vasitələrində qəzalar 
meydana gələndə onlar xarici mühitə yayılaraq kimyəvi zədələnmələr ocaqlarının yaranmasına səbəb 
olurlar. Həmin ocaqlarda olan insanların bir hissəsi ZM-in letal dozasını aldıqda həlak olur, digər 
hissəsi isə müxtəlif dərəcəli zəhərlənmələrə məruz qaldığına görə kəskin surətdə əmək qabiliyyətini 
itirirlər. 
5. Bakterial agentlər 
- Ətraf mühitə bakterial agentlərin yayılması su təchizatı və 
kanalizasiya sistemlərində sanitar-gigiyenik qaydalarına riayət edilməməsi, qida sənayesi və ictimai 
iaşə müəssisələrində iş prosesi texnologiyasının pozulması nəticəsində meydana gəlir. 
Bu zədələyici amilin təsiri yoluxucu xəstəliklər törədən mikroblar yaxud onların həyat fəaliyyəti 
nəticəsində əmələ gələn toksiki maddələr insan orqanizminə düşdükdən sonra təzahür olunur. 
Yoluxucu xəstəliklərin törədiciləri xəstələrdən sağlam adamlara hava, su, qida və təmas 
(kontakt) yolu ilə keçərək epidemiyaların yaranmasına səbəb olurlar. 
Yüksək kontagioz yoluxucu xəstəliklərinə qrip, qızılca, difteriya, təbii çiçək, taun, vəba, 
tulyaremiya, dizenteriya və s. daxildir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin