Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə74/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
58
MÖVZU 26 
Sanitar ekspertizanın təşkili. Su və ərzağın mühafizəsi 
Düşmənin bakterioloji, nüvə və kimyəvi silah tətbiq etməsi su mənbələri və ərzaq ehtiyatlarının 
çirklənməsi və insanların qısa bir müddət ərzində kütləvi tələfatı ilə nəticələnə bilər. Ərzaq və suyun 
ZM-lə çirklənməsi onun tətbiq olunduğu halından asılıdır. Bildiyimiz kimi ZM damcı - maye, aeorozol 
və buxarşəkilli hallarda tətbiq olunur. ZM ərzaq və suyun tərkibində sutka və hətta həftələrlə qala bilər 
və müxtəlif məhsullara eyni qaydada nüfuz etmir. Məsələn, damcı-maye şəklində olan ZM-Iər 
buğdaya 3-5 sm, ət və balığa 2-6 sm, şəkər və duza 8-10 sm, tərəvəzlərə 2 sm, bərk və duru yağda isə 
bütün dərinliyinədək işləyir. ZM-in suya təsiri isə tətbiq növündən, hidroliz xüsusiyyətindən və su 
təchizatının xarakterizindən asılıdır.
Ərzaq və su ehtiyatları mikroblar üçün əlverişli mühit sayılır. Xəstələriyin yayılmasında 
yoluxmuş həşarat, gəmirici və xəstə insanların böyük rolu vardır. 
Radiaktiv maddələrin (RM) ərzağa keçməsi onun saxlanması, qablaşdırılması və növündən 
asılıdır. RM açıq vəziyyətdə saxlanılan buğdaya 3 sm, un və şəkərə 0,5-1 sm, su, süd və duru yağda 
dibinə qədər nüfuz edə bilər. 
Ərzaq və sudan sınaq nümunələri götürən şəxslər mühafizəedici vasitələrlə təmin edilməlidir. 
Götürülmüş materiallar SEƏD və SEƏB-in laboratoriyalarında müayinə olunur. Su mənbə və 
ehtiyatlarından 3 sınaq nümunəsi, yəni suyun üst hissəsi, orta qatı və dibindən müayinə üçün sınaq 
nümunəsi götürülür. Çörək və bərk yağdan isə bucaq altında çəkisi 25-30 qramdan az olmamaqla, bir 
neçə yerindən sınaq nümunəsi götürülməlidir. Analiz nəticələri məlum olana qədər ərzaq və su 
ehtiyatlarından istifadə qadağan olunur. 
Ərzaq və su ehtiyatları müxtəlif üsullarla zərərsizləşdirilir. 
Təbii üsulla - Ərzaq və su ehtiyatları RM və ZM-lə çirkləndikdə bu ehtiyatlar müəyyən müddətə 
nəzarət altında dincə qoyulur. Bu zaman su və ərzaq ehtiyatı RM və ZM-in təbii yolla parçalanması 
nəticəsində öz-özünə zərərsizləşir. Bu ehtiyatlara «Çirklənmiş» nişanı qoyulmalı və sınaq nümunələri 
laboratoriyaya göndərilməlidir. Bakterioloji silahla çirklənmiş ərzaq və su ehtiyatları 
zərərsizləşdirilmir və istifadəsi qəti qadağandır. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin