Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə16/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

6. Aerohidrodinamik amili 
- Bu amil daşqın, tufan, boran, qasırğa, sel, sürüşmə, fırtına və 
s. kimi təbii fəlakətlər zamanı əmələ gəlir. Onun əsasında insan tərəfindən idarə oluna bilməyən təbii 
qüvvələr durur.Aerohidrodinamik amil ikincili zədələyici amilləri törədərək kombinəolunmuş təsir 
göstərməklə xarakterizə olunur. Məsələn, daşqınlar zamanı böyük əraziləri su basır, kənd təsərrüfatı 
sahələri yararsız hala gəlir, bina, körpü və qurğuları su yuyub aparır və müəssisələrdə qəzalar meydana 
gəlir. Tufan və boran həm dağıntılara, həm də ərazinin güclü təsirli zəhərli maddələrlə, bakterial 
vasitələrlə, neft məhsulları ilə müxtəlif tullantılarla çirklənməsinə səbəb olur. 
Psixoemosional təsir -
FH-da zədələyici amillərdən biri də psixoemosional təsirdir. Bu 
özünü ekstremal vəziyyətdə olan insanların əmək qabiliyyətinin aşağı düşməsində, psixi fəaliyyətinin 
pozulmasında, bəzi hallarda isə çox ciddi psixi dəyişikliklərin meydana gəlməsində göstərir. 
Psixoemosional təsir həm real təhlükə olduqda, həm də FH-da gözlənilən dövrdə insanların 
davranışında dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. 
FH-ın zədələyici amillərinin təsirini qiymətləndirərkən insanın fəaliyyətində yaranan həmin 
dəyişiklikləri 2 qrupa ayıra bilərik: 
1. qeyri patoloji emosional reaksiyalar; 
2. patoloji (reaktiv) vəziyyətlər 
Qeyri-patoloji psixoemosional reaksiyalar bilavasitə FH-dan asılı və qısamüddətli olurlar. Bu 
qrupa daxil olan şəxslər əmək qabiliyyətini itirir, ətraf mühiti adekvat qavrayır və öz davranışına 
tənqidi yanaşırlar. Onlarda bu hal narahatlıq, ruh düşgünlüyü, həyəcan, qorxu və təlaş hissləri və 
təhlükənin obyektiv miqyasını öyrənməyə səy göstərməsi ilə müşayiət olunur. 
Reaktiv vəziyyətdə olan şəxslər isə adekvat davranış, ətrafdakı insanlarla normal ünsiyyət 
saxlamaq və əmək qabiliyyətini itirdiyinə görə psixopatoloji pozğunluqlara məruz qalırlar. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin