Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə17/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
14
MÖVZU 6 
 
Fövqəladə halların xəbərdarlığı və görülən tədbirlər üzrə dövlət 
təşkilatlarının yaradılması və vəzifələri 
Mülki Müdafiə (MM)- dinc dövrdə və ya müharibə dövründə əhalini (AR vətəndaşlarının, AR 
ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (AR ərazisinin hüdudları 
daxilində torpaq, su və hava məkanının, istehsalat və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) 
təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər 
tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
MM həyatı, gələcək nəsillərin, ətraf mühitin, maddi və qeyri-maddi dəyərlərin təhlükəsizliyini 
təmin edir. Bu məqsədlə 1966-ci il oktabyrın 17-də BMT katibliyində Beynəlxalq Mülki Müdafiə 
Təşkilatının (BMMT) nizamnəməsi qeydə alınmışdır. Bu nüfuzlu beynəlxalq təşkilat ən mürəkkəb 
fövqəladə hallarda cəmiyyətə yardım göstərir BMMT-MM kadrları hazırlamaq üçün kurslar təşkil edir 
və bilavasitə MM xidmətlərinə texniki yardım göstərir. 
Azərbaycan Respublikası MM sistemi qarşısında bir sıra vəzifələr durur. Bunları həyata 
keçirmək üçün, Nazirliklərdə, Baş idarələrdə, təsərrüfat obyektlərində, tədris müəssisələrində və s. 
MM qərargahları yaradılır. Bizim kollecdə MM sədrinin. Bütün tədbirlərin vaxtında və dəqiq həyata 
keçirilməsində MM qərargahlarının rolu böyükdür. Qərargahlar həmçinin nəqliyyat təyinatı, yol-
körpü, yanğından mühafizə, hidrometeoroloji, texniki və maddi təminatı, habelə inzibati təsərrüfat və 
komendant xidmətini, gizli idarəetmə işlərini və s. təşkil edir. Kənd rayonlarının MM qərargahları 
əlavə olaraq kənd təsərrüfatı heyvanlarının, bitkilərinin bitkiçilik və heyvandarlıq məhsullarının, ərzaq 
xammalının və yemlərin radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən müdafiəsi üzrə 
tədbirləri müəyyənləşdirir, planlaşdırır və həyata keçməsinə nəzarət edir.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin