Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə25/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Seyrəldilmə
-əhalinin vaxtında şəhərkənarı zonada yerləşdirilməsi, hərbi dövrlərdə fəhlə və 
qulluqçuların həmin zonalarda və yaşayış məntəqələrində istehsalat fəaliyyətinin növbə ilə davam 
etdirilməsi ilə müşayiət olunan kompleks tədbirlər sistemidir. Əhalinin şəhərkənarı əraziyə köçürülmə 
planı sülh dövründə işlənib hazırlanmalıdır. Təxliyyə zamanı əhali mütəşəkkil qaydada şəhərkənarı 
zonaya köçürülür. Fəhlə və qulluqçular istehsalat fəaliyyətini şəhərkənari formada davam etdirir və ya 
hərbi dövrdə işini dayandırır. Xüsusi göstəriş olana qədər əhali şəhərkənari zonada yaşayır. Təxliyyə 
tədbirləri xüsusi olaraq yaradılmış təxliyyə orqanları vasitəsilə həyata keçirilir.
Təxliyyə orqanlarına aiddir: 
1. təxliyyə komissiyası; 
2. toplanış-təxliyyə məntəqələri (TTM) ; 
3. qəbul-təxliyyə məntəqələri (QTM) ; 
4.qəbul-təxliyyə komissiyası (QTK) ; 
5.minmə məntəqəsi, enmə məntəqəsi və aralıq köçürmə məntəqəsi üçün qərargah (müdiriyyət). 
 
Əhalinin təxliyyəsi zamanı Tibb xidməti rəisi təxliyyə işinin təşkili üçün aşağıdakı 
məsələləri nəzərə almalıdır: 
1. köçürülən əhalinin sayını bilməli; 
2. köçürülən əhalinin içərisində işləməyən tibb mütəxəssislərinin sayı və ixtisas dərəcəsi haqqında 
dəqiq məlumat; 
3. köçürülmənin istiqaməti; 
4. köçürülmə istiqamətində yerləşmiş tibbi müəssisələr; 
5. tibbi müəssisələrin köçürülməsi və onların bazası əsasında tibbi qurumların yaradılması; 
6. xəstəxana bazasında tibbi müəssisələrin yaradılması; 
7. nəqlolunması mümkün olmayan xəstələrin tibbi təminatının təşkili; 
8. xəstəxana bazasının açıldığı rayonun sanitar-epidemioloji vəziyyəti və yeni ərazinin coğrafi 
vəziyyəti; 
9. yeni ərazinin içməli su ehtiyatları haqqında məlumat; 
10. xəstəxana bazasının düşmən atəşini cəlb edə biləcək obyektlərdən aralı məsafədə təşkili. 
Hər bir tibb məntəqəsinə 1 həkim, 2 orta tibb heyəti və hər bir növbə üçün 12 saatlıq iş norması 
nəzərdə tutulur. Seyrəldilmə və təxliyyə haqqında xəbərdarlıq aldıqdan sonra hər bir vətəndaş 
tərəfindən isti geyim, yataq ləvazimatı, 2-3 günlük ərzaq, dərman ehtiyatı və fərdi mühafizə vasitələri 
çantaya yığılmalıdır. Çanta 50 kq-dan artıq olmamalıdır. Hər bir şəxsin bütün sənədləri özündə 
olmalıdır. Hər bir məktəbəqədər uşağın cibində və yaxalığında adı, soyadı, atasının adı, ünvanı və 
təxliyyəsinin son məntəqəsi haqqında yazılı məlumat nəzərdə tutulmalıdır.
Kənd rayonlarında əhalinin seyrəldilməsi və təxliyyəsi üçün qəbul və yerləşdirmə tədbirlərinə 
qəbul-təxliyyə komissiyaları rəhbərlik edir. Toplanış-təxliyyə məntəqəsinə gələn əhali qeydə 
alındıqdan sonra qruplara ayrılır: nəqliyyat vasitələrində aparılacaq adamlar nəqliyyat vasitələrinin 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin