Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə22/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
18
MÖVZU 8 
 
Fəlakətlər zamanı zərərçəkənlərin tibbi çeşidlənməsi 
Bütün fəlakətlər zamanı - istər hərb, istər sülh şəraitində əhalinin sanitar itkisinin ölçüsü, 
strukturu müxtəlif və gözlənilməz olur. Əgər tibbi yardım vaxtında göstərilməzsə zədələnənlərin 
letallığı, ağırlaşması yüksək həddi keçər. Təxminən hər 3-4 nəfərdən birinin təxirəsalınmaz tibbi 
yardıma ehtiyacı olur. Əhalinin eyni vaxtda kütləvi məhvinə səbəb olan fəlakətlər zamanı tibbi 
qüvvənin və tibbi vasitələrin çatışmadığı halda bütün zədələnənlərə vaxtında yardım etmək qeyri-
mümkündür. Bu zaman zədələnənləri tibbi yardıma və təxliyyəyə görə növbələşdirmək lazımdır. 
Seçmə aparılır, əgər tibb işçisi bu işi gecikdirərsə, onda təbiət bu işi ən qəddar şəkildə aparır. Belə 
hallar üçün N.İ.Piroqov 140 il əvvəl xüsusi ―tibbi çeşidlənmə‖ adlı metod təklif etmişdir. Bu üsül belə 
ardıcıllıqla gedir: əvvəlcə ümidsiz xəstələr seçilir və dərhal müalicəyə göndərilir. 
Çeşidlənmə prosesində Piroqov yaralıları travmanın ağırlığından, yardıma və təxliyyəyə 
ehtiyacıdan asılı olaraq qruplara bölünməsini tövsiyyə edir. Onun təklifləri müasir nəzəriyyə və 
təcrübədə tibbi yardım göstərilməsində başlıca rol oynayır. 
Tibbi çeşidlənmə müalicə - profilaktik və təxliyyə tədbirlərində tibbi göstərişlərdən asılı olaraq 
konkret şərtlərlə zədələnənlərin ehtiyac prinsipinə görə bölgü mütodudur. Bu kütləvi zədələnmələr 
zamanı tibbi yardımın başlıca metodudur. 
Çeşidlənmənin məqsədi – zərərçəkənlərə vaxtında tibbi yardım göstərilməsi və regional 
təxliyyənin təşkilidir. Vaxtında göstərilən yardım yaralıların həyatını xilas edir və ağırlaşmaların 
qarşısını alır. Buna görə də tibb işçisinin əsas vəzifəsi fövqəladə hallar zamanı tibbi göstərişlərə əsasən 
tibbi vasitələri vaxtında hazırlamaqdır. 
Mahiyyət etibarilə tibbi çeşidlənmə dərin humanizm, rəhmlilik rəmzidir. Tibbi yardımın uğurları 
kütləvi qırğınlarda, fəlakətlərdə tibbi çeşidlənmənin vaxtında və düzgün aparılmasından asılıdır.
Bütün yardım növlərindən tibbi çeşidlənmə daha konkret, arasıkəsilməz prosesdir. Bu iş 
bilavasitə yaralıların yayıldığı məntəqlərdən və tibbi təxliyyənin müxtəlif mərhələlərindən başlayır. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin