Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 16
MÖVZU 7 Fəlakət ocaqlarında yaralıların axtarılması və onlara ilk tibbi yardımın göstərilməsi Mülki müdafiənin ən mürəkkəb və məsul vəzifələrindən biri sülh və müharibə dövrlərindəki
fövqəladə halların nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və
yerinə yetirilməsidir. Bu işlər düşmən basqını nəticəsində yaranan zədələnmə ocaqlarında, eləcə də
təbii fəlakət və güclü qəza rayonlarında adamları xilas etmək, onlara yardım göstərmək və qəzaları
məhdudlaşdırmaq məqsədilə görülür.
Xilasetmə işlərinə aiddir: 1. fəlakət yerlərində və ora gedən yollarda vəziyyəti öyrənmək üçün kəşfiyyat aparılması;
2. həmin sahələrdə işə başlamaq mümkün olsun deyə yanğınları söndürmək;
3. zədələnmişlərin, yaralıların yanan qaz və tüstü bürümüş binalardan, uçqunlar altından tapılıb
çıxarılması;
4. üstü çökmüş və uçqun qalıqları altında qalmış mühafizə qurğularından insanların xilas edilməsi;
5. ventilyasiya sisteminin bərpa edilməsi;
6. yaralılara ilk tibbi yardımın göstərilməsi və onların müalicə müəssisələrinə köçürülməsi;
7. insanların təhlükəli sahələrdən çıxarılması, lazım olarsa sanitar təmizlikdən keçilməsi, o
cümlədən avadanlıqların, ərazinin, ərzaq və suyun zərərsizləşdirilməsi.
Bundan başqa bir sıra təxirəsalınmaz işlər də yerinə yetirilir ki, bu da xilasetmə işlərinin
təhlükəsizliyinə və sürətinə təsir edir:
1. uçqunlarda və zəhərlənmə baş vermiş sahələrdə maşın yolu və keçidlərin düzəldilməsi;
2. qaz, elektrik, texnoloji şəbəkələrdə, su kanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması;
3. xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğu və konstruksiyaların
bərkidilməsi yaxud dağıdılması;
4. zədəli rabitə, işıq, su xəstlərinin müvəqqəti bərpası.
Bütün bu işlər eyni zamanda yerinə yetirlir. İşlərin həcmi ocağı törədən fəlakətin xarakterindən
asılıdır. Nüvə zədələnməsi və zəlzələ rayonlarında işlər daha çətin və ağır olur. Zəlzələ yerində dağılan
tikililər kənara atılmadan aşağı çöküb qalaqlanır. Belə olduqda adətən küçələrin orta hissəsi uçqun
qalaqları ilə tutulmur, nəqliyyat vasitələri və digər texnika hərəkət edə bilir. Nüvə zədələnmə ocağnda
uçan binaların qırıntılarını, daş kəsəyi və əşyaları kənara atan qüvvə meydana çıxır. Nəticədə uzaqda
dayanan insanlar da zədələnməyə məruz qalır. Bu halda yaralıların axtarılması, xilas edilməsi və digər
təxirəsalınmaz işlərin aparılması MMTX tərəfindən həyata keçirilir. Belə ki, bütün zədələnmə
ocaqlarında xilasetmə işlərinə mümkün qədər tez başlamaq, onları hər cür şəraitdə gecə-gündüz bütün
işlər sona çatanadək fasiləsiz davam etdirmək lazımdır. Zədələnmə ocaqlarında xilasetmə işlərini təşkil
edən rəhbər yaranmış vəziyyəti şəxsən öyrənir, insanları, yaralıları xilas etmək üçün görüləcək işlərin
həcmini təyin edir, dəstələrə, drujinalara tapşırıqlar verir. Xilasedici dəstələrin iş qabiliyyətini artırmaq
üçün onlara xüsusi texnika verilir. Həmçinin sanitar drujinaları və kommunal energetika qurğularında
qəzaları aradan qaldıra biləcək mütəxəssislər təhkim edilir. Lazımi hallarda yanğınsöndürənlər və
zərərsizləşdirici dəstələr də xilasedicilərə yardım göstərirlər. Yanğınları ilk növbədə söndürür, yaxud
məhdudlaşdırırlar. Bundan sonra iş vaxtı dağılmaq qorxusu yaradan zədələnmiş bina və qurğuları ya
dayaqlarla bərkidir, ya da texniki vasitələrilə tamamilə dağıdıb təhlükəsiz vəziyyətə salırlar. Dağıntı
ocağında zədələnmiş insanı tapmaq üçün uçqunlar yaranan sahədə başdan-başa axtarış aparmaq
lazımdır. Axtarış zamanı zərərçəkənin qala biləcəyi daha çox ehtimal edilən yerlərə: zirzəmilərə,
divarların dibinə, əlaqələndirici yollara, səngərlərə və s. diqqət etmək lazımdır. Maşınla hərəkət
mümkün olmayan yerlərdə sanitar axtarmanı piyada davam etdirməlidir. Meşəlik yerlərdə, dağlarda,
səhralarda və başqa çətin daxil olunan ərazilərdə zədələnənlərin, yaralıların axtarışı üçün
helikopterlərdən də istifadə olunur. Bu zaman qışda helikopter 400-600 metr, yayda isə 150-200 metr
yüksəklidə uçmalıdır. Yaralıların axtarılmasında nəzarət üsulu, ―sanitar dırmıx‖ üsulu, axtarıcı
qrupların, sanitar patrulların köməyi ilə, xüsusi hazırlanmış itlərin köməkliyi ilə, gecə vaxtı axtarış