Fərdi tibbi mühafizə vasitələri (FTMV) FTMV fövqəladə hallar vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək
üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli
dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterial
vasitələr) təsirinə qarşı orqanizmin dayanıqlığını (müqavimətini) artırmaq mümkündür. Bunlar
radioprotektorlar, antidotlar (zəhərləyici dərman) və bakteriya əleyhinə maddələr, habelə qismən
sanitariya təmizlənməsi vasitələri aid edilir. Bu vasitələrdən profilaktika və kütləvi qırğın silahlarının
zədələnmələrində ilk tibbi yardımın göstərilməsi üçün istifadə olunur.
Radioprotektorlar ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini zəiflədən maddələrə deyilir. Hazırda
bunlardan ən çox istifadə ediləni sistamin adlı maddədir. MM dəstələrinin şəxsi heyəti radioaktiv
zəhərlənmə zonasına girməzdən 30-40 dəqiqə əvvəl qəbul etməlidir.Orqanizmə keçən radioaktiv
maddələrdən mühafizə üçün kompleks yaradan maddələrdən, adsorbentlərdən, kalium-yodid
maddəsindən istifadə etmək olar ki, bunlar radioaktiv maddənin qana sorulmasının qarşısını alır və
onların orqanizmdən tez çıxarılmasına imkan yaradır.
Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşısını alan və ya zəiflədən maddələrdir.
Bunlar siniriflicedici (fosforlu üzvi) təsirli, sianid turşusuna və digər sianlara, luizitə və qıcıqlandırıcı
ZM-ə qarşı antidotlardır. Fosforlu üzvi maddələr (FÜM) əleyhinə afin, taren, atropin və s., sianidlərə
qarşı amil-nitrat, propilnitrat adlı, luizitə və arsen tərkibli digər maddələrə qarşı unital adlı antidotlar
mövcuddur. Bu antidotlardan həm profilaktika, həm də ilk tibbi yardım vasitəsi kimi istifadə etmək
mümkündür.
Bakteriya əleyhinə maddələr spesifik və qeyri-spesifik profilaktika vasitələrinə ayrılır. Spesifik
profilaktika vasitələrinə zərdablar, vaksinlər, anatoksinlər və bakteriofaqlar aiddir. Qeyd etdiyimiz bu
vasitələrin bəziləri fərdi aptekçədə cəmlənmişdir.
Tabel üzrə fərdi tibbi mühafizə vasitələrinə fərdi aptekçə, kimyəvi silah əleyhinə paket, fərdi
sarğı paketi aiddir.
Fərdi sarğı paketinin içində 10 metr bint və yastıqca var. Yastıqçalardan biri fiksə olunmuş,
digəri isə hərəkətlidir. Bu sarğı paketi yaralanmalar, yanıqlar və bəzi növ qanaxmaların
dayandırılmasında habelə pnevmotorakslarda okkulizion sarğı kimi də istifadə oluna bilər.
Kimyəvi silah əleyhinə paket gözə və selikli qişalara düşməmək şərti ilə dərinin açıq hissələri və
geyimlərin üzərinə düşmüş damcı-maye buxar şəkilləri RM, KM və bakterial vasitələrdən natamam
sanitar təmizlənməsi üçün nəzərdə tutulub. Bu paket içərisində hər cür ZM-i zərərsizləşdirmək üçün
universal deqazasiya xassəli 200ml maye olan şüşə flakon və 4 ədəd pambıq tənzif salfetdən ibarətdir.
Bir sıra ZM xüsusən fosforlu üzvi maddələr, hətta fiziki zədələnməsi olmayan dəri örtüyündən bədənə
sürətlə sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi zəhərlənmədən sonra sanitar təmizlənməsinə
başlanması müddətindən bilavasitə asılı olur. Qismən sanitartəmizlənməsi ZM-dən mühafizə
edilməmiş dəri örtüyü üçün son dərəcə vacibdir.
Fərdi aptekçə Aİ-4 profilaktika və ya ilk tibbi yardım, eyni zamanda ZM, RM və BV-lərin
təsirini aradan qaldırmaq və ya təsirini azaltmaq üçün istifadə olunur. Aİ-4 tərkibində qadağan
olunmuş preparatlar olan köhnə vasitələri əvəz etmək üçün hazırlanmışdır. Hal-hazırda Aİ-4 daha
müasir və effektiv farmpreparatlarla təchiz olunub. Aİ-4 bu günün tələblərinə cavab verərək həm
ehtiyat halında qala, həm də fəaliyyətdə olan xilas edici dəstələr tərəfindən istifadə oluna bilər. Aİ-4 9
sm x 10 sm x 2 sm ölçüdə narıncı rəngli plastik materialdan hazırlanmış kiçik qutudur. Qutunun xarici
səthində istehsalçının adı qeyd olunub. Daxilində dərmanlar olan yuvacıqlar, dərmanlar olan penallar,
təlimat vərəqi var. İstehsalçı və vasitə haqqında məlumat olan polietilen paketdir (qablaşmada olur).