Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə57/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Zəhə rlənmə zonalarının adı 
Partlayış məhsulları 
tamamilə
parçalananadək 
alınan doza 
Etalon doza, 
partlayışdan 
1saat sonra 
dozanın gücü 
(R/saat) 
Partlayışdan 
10 saat sonra 
dozanın gücü 
(R/saat) 
A Zəif çirklənmə zonası (mavi rənglə) 
40-400 
8-80 
0,5 

Güclü çirklənmə zonası (yaşıl rənglə) 
400-1200 
80-240 


Təhlükəli çirklənmə zonası (qonur rənglə) 
1200-4000 
240-800 
15 
D Çox təhlükəli çirklənmə zonası (qara rənglə) 
4000-dən çox 
800dən çox 
50 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
46
Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur. Nüvə 
partlayışının gücü trotil ekvivalenti ilə xarakterizə edilir. 
Trotil ekvivalenti 
– partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan 
enerjiyə bərabər (ekvivalent) adi partlayıcı maddənin (trotil) tonla miqdarına deyilir. Müxtəlif nüvə 
sursatlarının gücü bir neçə milyon tona (meqatona) qədər olur. Nüvə partlayışı həm zədələyici təsirinin 
gücünə, həm də müxtəlif amillərin zərərli təsirinə görə adi döyüş sursatlarından fərqlənir. 
Nüvə partlayışı nəticəsində beş cür zərərli-təsir meydana çıxır. Bunlara zədələyici amil 
deyilir. 
Zərbə dalğası
- partlayış mərkəzindən hər tərəfə çox yüksək (səsdən iti) sürətlə yayılan çox 
güclü sıxılmış hava, torpaq, su qatından ibarətdir. Zərbə dalğasının sursatın gücündən, partlayışın 
növündən və partlayış mərkəzinədək (episentrədək) olan məsafədən, yerin relyefindən və s. asılıdır. 
Zərbə dalğası özünün yayılması istiqamətində rast gəldiyi binaları və başqa yerüstü tikililəri dağıdır və 
zədələyir. Mühafizə olunmayan adamlar izafi təzyiq zamanı yüngül, orta ağır, ağır və çox ağır dərəcəli 
zədələnmələrə məruz qalırlar. Bəzi zədələnmələr, adətən, ölümlə nəticələnir. Zərbə dalğasının 
təsirindən qorunmaq üçün sığınacaq və daldalanacaqlardan, müəyyən dərəcədə xəndəklərdən, yeraltı 
binalardan, istifadə etmək mümkündür. 
İşıq şüalanması
- nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən 
ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti yükünün gücündən asılı olaraq 
10-20 saniyə olur. İşıq şüalanmasının zədələyici təsiri işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin 
hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. 
Təsirinin qısa müddətinə baxmayaraq, işıq şüalanması xeyli məsafələrdə bədənin yanıqlarına, gözlərin 
müvəqqəti və ya daimi korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsinə və ya 
əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər. İşıq 
şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur: qatı duman, yağış və qar onun təsirini 10-20 
dəfə zəiflədir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin