Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
Şöbə: “Müalicə işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
46
Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur. Nüvə
partlayışının gücü trotil ekvivalenti ilə xarakterizə edilir.
Trotil ekvivalenti
– partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan
enerjiyə bərabər (ekvivalent) adi partlayıcı maddənin (trotil) tonla miqdarına deyilir. Müxtəlif nüvə
sursatlarının gücü bir neçə milyon tona (meqatona) qədər olur. Nüvə partlayışı həm zədələyici təsirinin
gücünə, həm də müxtəlif amillərin zərərli təsirinə görə adi döyüş sursatlarından fərqlənir.
Nüvə partlayışı nəticəsində beş cür zərərli-təsir meydana çıxır. Bunlara zədələyici amil
deyilir.
Zərbə dalğası
- partlayış mərkəzindən hər tərəfə çox yüksək (səsdən iti) sürətlə yayılan çox
güclü sıxılmış hava, torpaq, su qatından ibarətdir. Zərbə dalğasının sursatın gücündən, partlayışın
növündən və partlayış mərkəzinədək (episentrədək) olan məsafədən, yerin relyefindən və s. asılıdır.
Zərbə dalğası özünün yayılması istiqamətində rast gəldiyi binaları və başqa yerüstü tikililəri dağıdır və
zədələyir. Mühafizə olunmayan adamlar izafi təzyiq zamanı yüngül, orta ağır, ağır və çox ağır dərəcəli
zədələnmələrə məruz qalırlar.
Bəzi zədələnmələr, adətən, ölümlə nəticələnir. Zərbə dalğasının
təsirindən qorunmaq üçün sığınacaq və daldalanacaqlardan,
müəyyən dərəcədə xəndəklərdən, yeraltı
binalardan, istifadə etmək mümkündür.
İşıq şüalanması
- nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən
ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti yükünün gücündən asılı
olaraq
10-20 saniyə olur. İşıq şüalanmasının zədələyici təsiri işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin
hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur.
Təsirinin qısa müddətinə baxmayaraq, işıq şüalanması xeyli məsafələrdə bədənin yanıqlarına, gözlərin
müvəqqəti və ya daimi korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsinə və ya
əriməsinə, yaşayış
məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər. İşıq
şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur: qatı duman, yağış və qar onun təsirini 10-20
dəfə zəiflədir.
Dostları ilə paylaş: