Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə6/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

 qüvvə və vasitələri 
FT tibb xidməti səhiyyədə xüsusi təşkilat olub, əsas vəzifəsi sülh dövrü baş vermiş təbii 
fəlakətlərin, iri sənaye qəzalarının nəticələrini aradan qaldırmaq və hərb dövründə zərərçəkmiş 
əhalinin tibbi təminatını təşkil etməkdir.
Öz vəzifələrinə görə FT tibb xidməti Fəlakətlər təbabətinin digər xidmətlərindən fərqlənir. 
FT tibb xidmətinin əsas vəzifələri aşağıdakılardır: 
1. Zərərçəkənlərin iş qabiliyyətlərini bərpa etmək, əlilliyin və letal nəticələrin maksimal azaldılması 
məqsədilə kütləvi zədələnmə ocaqlarında zərərçəkmiş əhaliyə bütün növ tibbi yardımların 
göstərilməsi; 
2. Kütləvi yoluxucu xəstəliklərin baş vermə və yayılmasının qarşısını alan epidemiya əleyhinə və 
sanitar-gigiyenik tədbirlərin vaxtında həyata keçirilməsi; 
3. Texniki fəlakətlərin və müasir döyüş silahının zədələyici amillərinin təsirindən əhalinin və FT 
tibbi xidmətinin şəxsi heyətinin qorunması üçün kompleks tədbirlərin keçirilməsi; 
Hərb və sülh dövrünün fövqəladə hallarında bu vəzifələri yerinə yetirmək üçün FTTX xüsusi 
təşkilati struktura malikdir. FT tibbi xidmətinin tərkibinə daxildir: rəhbərlik, idarəetmə orqanları, 
qüvvə və vasitələr. 
Rəhbərliyə FT tibb xidmətinin rəisləri daxildir. Şəhərdə Fəlakət tibb xidməti rəisi-şəhər səhiyyə 
şöbəsinin müdiri, rayonda-mərkəzi rayon xəstəxanasının baş həkimi, iqtisadi obyektdə-tibbi sanitar 
hissənin baş həkimidir (tibbi məntəqənin baş həkimi). 
FT tibb xidmətinin idarəetmə orqanları- FT tibb xidmətinin qərargahları və xəstəxana baza 
idarəsi, FT tibb xidmətinin qərargahlarına daxil olan vəzifəli şəxslər fövqəladə hallarda xidməti 
vəzifələrini yerinə yetirməyə və FT tibb xidmətinin işinin təşkili məsələlərini həll etməyə qadirdir. 
Xəstəxana baza idarəsi şəhərətrafı ərazidə xəstəxanaların açılması və işinin təşkili üçün yaradılır. 
FT tibbi xidmətinin idarəetmə orqanları FT tədbirlərinin təşkilində əhalinin tibbi təminatı 
məsələlərinin həlli üçün daim hazırlıqlı vəziyyətdə olmalıdır. 
FT tibb xidmətinin qüvvəsinə aiddir: qeyri-hərbi tibbi qurumlar və müəssisələr. 
FT tibbi qurumları: sanitar postları (SP), sanitar dəstələri (SD), ilk tibbi yardım dəstələri (İTYD), 
xüsusiləşmiş tibbi yardım briqadaları və dəstələri (XTYD və XTYB), toksiko-terapevtik hərəki 
hospitallar (TTHH), yoluxucu hərəki hospitallar (YHH), cərrahi hərəki hospitallar (CHH), hərəki 
epidemiya əleyhinə dəstələr (HEƏD), xüsusiləşmiş epidemiya əleyhinə briqadalar (XEƏB), 
epidemioloji kəşfiyyat qrupları (EKQ). 
Bu tibbi qurumların ümumi xarakter xüsusiyyəti ondan ibarətdir ki, onlar birbaşa zədələnmə 
ocağında iş üçün təyin olunublar. Bu zaman hər bir qurum əvvəlcədən təyin olunmuş, sırf ona aid 
müalicə-profilaktik və ya epidemiya əleyhinə tədbirlər işi ilə məşğuldur. 
FT tibbi qurumları tabeçilikdən asılı olaraq obyekt və ərazi qurumlarına bolünür. FT-nin obyekt 
qurumları iqtisadi obyektlərdə, müəssisələrdə, təhsil yerlərində və s. yaradılır. Buna aiddir: sanitar 
postlar, sanitar dəstələr. 
Sanitar post 4 nəfərdən: sanitar postun rəisi və 3 postçudan ibarətdir. 
Hərb və sülh dövründə sanitar postlar ilk tibbi yardım göstərilməsi, sanitar-gigiyenik və 
epidemiya əleyhinə tədbirlər keçirilməsi üçün nəzərdə tutulub. Bundan əlavə tibb məntəqələrində, 
köçürülmə yollarında zərərçəkənlərə və xəstələrə qulluq işini də yerinə yetirir. Post lazımi tabel 
avadanlığı ilə təmin olur. 10 saatlıq iş ərzində sanitar sanitar post 100 zərərçəkənə ilk tibbi yardım 
göstərə bilər (axtarışsız və çıxarılmasız). 
Sanitar dəstələr zədələnmə ocaqlarında sərbəst iş fəaliyyəti üçün nəzərdə tutulub. 
Sülh dövründə SD təbii fəlakətlərin və sənaye qəzalarının aradan qaldırılması, plan üzrə sanitar-
gigiyenik və epidemiya əleyhinə tədbirlərin yerinə yetirilməsi və əhali arasında sanitar maarifçilik işi 
üçün nəzərdə tutulub. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin