Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


yardım  MÖVZU 43 Xüsusi təhlükəli infeksiyalar. İlk tibbi yardım



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə3/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

yardım 
MÖVZU 43 Xüsusi təhlükəli infeksiyalar. İlk tibbi yardım 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
2
MÖVZU 44 Avtonom şəraitdə sağqalma 
MÖVZU 45 Sosial fəlakətlər 
MÖVZU 46 
Fövqəladə vəziyyətlərdə xəsarətalmış əhalinin toplanması və müalicə-köçürmə 
təminatının ə sasları 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
3
MÖVZU 1 
 
Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin
təşkili, quruluşu, fənni, vəzifələri 
Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə fəlakət (faciə, bədbəxtlik) qəflətən meydana 
çıxan, yaxud bir müddət davam edən, ayrı-ayrı qrupların və ya hətta bütövlükdə cəmiyyətin tamamilə 
sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradan habelə adi həyat tərzinin və ətraf mühitin vəhdətinin 
pozulması ilə nəticələnən gözlənilməz bir vəziyyətdir. İrihəcmli fəlakətlər kütləvi insan tələfatına 
səbəb olduğu üçün fövqəladə hallar zamanı tibbi yardımın təşkili vacibdir. Əhalinin tibbi təminatını 
təmin etmək üçün aşağıdakı prinsiplər mövcuddur. 
I prinsip 
fəlakətlər təbabəti dövləti xarakter daşıyır. Onun fəaliyyəti Azərbaycan hökümətinin 
qanunları ilə, fövqəladə halların xəbərdarlığı və qarşısının alınması üzrə, Azərbaycan Respublikasının 
vahid sistemi üzrə müvafiq nazirliklərin qərarları ilə əhalinin xilasetmə, mühafizə, müdafiə, təcili tibbi 
yardım, fəlakətlər zamanı əhaliyə tibb vasitələrin paylanması ilə həyata keçirilir. 
Fəlakətlər təbabətinin öncül xarakteri qəzalar, bədbəxt hadisələr, təbii fəlakətlər zamanı 
qüvvələrin səfərbərliyə alınması, əhalinin təcili tibbi təminatı, fövqəladə hallar komissarlığının, mülki 
müdafiə qərargahlarının daşınması, fəlakət ocağının öyrənilməsi, kəşfiyyat və əhatəsi, xilasedicilərin 
təcili qruplaşması ilə izah edilir.
Bu zaman:
1. axtarış-xilasetmə işləri, ilk yardım, yaralıların həyatını və sağlamlığını qorumaq şərti ilə 
müvəqqəti yığılma məntəqələrinə daşınması, fəlakət ocağının öyrənilməsi, kəşfiyyatı və əhatəsi; 
2. zərərçəkənlər üçün müvəqqəti toplanma məntəqəsi yaratmaq, onları isti su, maye vermək, 
evakuasiya yollarını tapmaq və evakuasiyaya hazırlamaq; 
3. yaxınlıqdakı tibb məntəqələrinin, təcili tibbi yardım briqadalarının həkim və tibb bacılarının 
sayını artırmaq, sərnişin daşıya bilən nəqliyyat vasitələrindən istifadə etmək, yükləmə və boşaltma 
işlərinə kömək məqsədilə tələbələrdən və gənclərdən komandalar təşkil etmək; 
4. qan çatışmazlığında donor axtarmaq; 
5. əhalinin tam sanitar işləməsi üçün xəstəxanalarda dezinfeksiya, yuyucu dezaktivasiya tədbirlərini 
genişləndirmək; 
6. şəhər xəstəxanalarını kütləvi daxil olan yaralıların qəbuluna hazırlamaq; 
7. fələkatlər zonasından yaralıların, uşaqların, tibbi personalın təcili evakuasiyası üçün nəqliyyat 
təşkil etmək. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin