c) sol əlin baş və şəhadət barmaqlarını çarpazlaşmış formada ağıza salıb, digər barmaqlarla
d) digər sağ əldə tutulmuş havaüfürən borunun əyri tərəfi yuxarı olmaqla ağız boşluğuna
yeridilir, sonra onu 180 dərəcə fırladıb, dilin kökünə qədər itələyirlər və dairəvi lövhədən sonrakı
TRAXEYANIN
İNTUBASİYASI
Əgər bu qeyd etdiyimiz üsullar müsbət nəticə verməzsə, belə hallarda həkim tərəfindən ağızdan,
yaxud burundan traxeyanın intubasiyası aparılaraq, traxeyaya intubasion boru yeridilir.
TRAXEOTOMİYA VƏ
TRAXEOSTOMİYA
Qırtlağın, yaxud traxeyanın ödemi, iltihabı, şişləri, yad cisimləri zamanı tənəffüs yollarının
keçiriciliyinin bərpası üçün təxirəsalınmaz traxeyanın ön divarı açılır (traxeotomiya) və oraya
traxeostomik boru salınır. Ekstremal hallarda bu əməliyyatı ağrısızlaşdırma aparmadan skalpel
olmadıqda bucağın ucu, şüşə parçası, mismarla və s. ilə icra etmək lazım gəlir və boru kimi içi
boş, dairəvi formalı müxtəlif əşyalar istifadə edilir. Traxeostomiyanın 3 forması ayırd edilir:
yuxarı, orta və aşağı.
Dostları ilə paylaş: