Kimyəvi yanıqlar – yandırıcı təsir göstərən kimyəvi maddələrin bilavasitə təsiri nəticəsində
əmələ əglir. Turşular, qələvilər, ağır metallar, fosforlu üzvü maddələr – belə maddələrdir.
Kimyəvi yanıqlar təsadüfü və qəsd nəticəsində ola bilər. Əsas cəhəti odur ki, dərhal kömək
göstərilməzsə, yanıq səthi öz-özünə get-gedə artır, buna görə də 20-30 dəq müddətində
dərinləşir. Kimyəvi yanıqlarda az hallarda suluqlar əmələ gəlir, çünki çox zaman Ⅲ, Ⅳdərəcəli
yanıqlar baş verir. Turşuların təsirindən qaysaq yaranır, qələvilərlə yandıqda isə nekroz baş verir.
Həmçinin kimyəvi maddələr ümumi zəhərləyici təsirli ola bilər.
İlk yardım; paltar dərhal çıxardılır, kimyəvi maddənin təsiri aradan götürülür. Dərini çoxlu su ilə
yuyurlar. Turşularal yanıqlarada 4%-li soda məhlulu ilə isladılmış aseptik sarğı qoyulur, qələvi
yanıqlarında isə hidroxlorid, limon turşusu və ya sirkə ilə isladılmış sarğı qoyulur. Belə xəstələr
yanıq şöbələrinə, ümumi zəhərlənmə əlamətləri olduqda toksikologiya şöbələrinə köçürdülür.
|