Şüa yanıqları – xüsusi xəstəliklərdəndir, adi yanıqlardan gizli dövrün olması ilə fərqlənir.
Şüalanmadan sonra dərialtı sulu şişkinlik əmələ əglir. Şişkinliyin üzərində dərinin rəngi açıq sarı
olur, qıraqları isə qırmızı xətlə əhatə olunur. Yanıq yerində qansızmalar olur, yaralar, daha sonra
xoralar əmələ gəlir.
Təxirəsalınmaz yardım:
ilk növbədə termiki agentin təsiri dayandırılır və yanmış şəxs nisbətən təhlükəsiz yerə
aparılır
yanıqdan dərhal sonra (ilkin 20-30dəq ərzində) yanığın sahəsi 30%dən çox olmazsa yanıq
səthi, 15-30dəq müddətində soyuq su ilə soyudulur. Bu ağrının, ödemin əmələ gəlməsini
azaldır
yanıq şokunun profilaktikası məqsədilə əzələ daxilinə yaxud venaya narkotik və qeyri
narkotik mənşəli analgetiklər (1-2ml 2%li pantopon,1-2ml 2%li promedol, 2ml 50%li
analgin və s.) yeridilir
yüngül və ağır yanıqlarda əzələyə yaxud venaya antihistamin dərmanlar (2-3ml 1%li
dimedrol, 1-2ml 2%li suprastin və s.) vurulur.
ağır yanıqlarda həmçinin, venadaxilinə streoid hormonlar da (100-150 mq hidrokortizon,
30-90 mq prednizalon, yaxud 8-12 mq deksametazon) yeridilir
əvvəlcə yanmış səthdən paltarlar çox ehtiyyatla çıxarılır və sonra yanıq səthinə quru,
yaxud nəm aseptik sarğı (novokain, rivanol, furasillin və s. məhlullarla isladılmış)
qoyulur
xəstəyə ürək-damar dərmanları yeridilir (strofantin, 2ml kardiomin və s.)
xəstə dərhal yanıq şöbəsinə göndərilir və yolda venadaxilinə damcı üsulu ilə
xəstə dərhal yanıq şöbəsinə göndərilir və yolda venadaxilinə damcı üsulu ilə 300ml 5%li
natrium hidrokarbonat, 400ml poliqlukin, 250ml Disol və yaxud da Trisol və digər
məhlullar köçürülür
Dostları ilə paylaş: |