Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə30/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   165
Tibb bacısının işi

Birinci porsiya-A porsiyası 12 b/bağırsaq möhtəviyyatıdır, açıq sarı rəngdə olur, qələvi 
reaksiyalıdır. Sonra öd kisəsindən ödün gəlməsi üçün hər hansı qıcıqlandırıcı vurulur. 40 ml 33%-li 
MgSO
4
60
0
C qızdırılır, yeridilir. Kömək etmirsə, 40%-li qlükoza və ya sorbit, ksilit yeritmək olar. 
Bundan başqa, zeytun yağı və ya 10%-li penton məhlulu yeritmək olar. 5-7 dəqiqədən sonra şəffaf, tünd 
öd gəlir. Bu B porsiyası olub, öd kisəsinin möhtəviyyatıdır. Öd kisəsi tamam boşaldıqdan sonra açıq rəngli 
öd-S porsiyası görünür, bu öd axacaqlarından gəlir, açıq sarı rəngdə və şəffafdır, qarışığı olmur. Bu 
porsiyalar steril sınaq şüşələrinə yığılır.
Sistoskopiya - sidik kisəsinə xüsusi sistoskop adlanan cihazla baxmaqdır. Bunun işıq və optik 
sistemi var. Sidik kisəsinə yeridilməklə şəffaf mayedən optik sistemlə baxıb kisənin içərisini və selikli 
qişasını nəzərdən keçirmək olur. Optik sistemi çıxardıb yerinə yuma sistemi də qoymaq olar. 
Proseduradan əvvəl xəstəyə təmizləyici imalə olunur. Sistoskopiya diaqnostik və müalicə məqsədilə 
(məsələn, sidiklikdə olan xoş xassəli şişləri çıxarmaq, orada olan daşları parçalamaq-litotripsiya) aparılır. 
Göstərişlər:sidik kisəsinin şişləri və daşına şübhə, makrohematuriya və s. Əks-göstərişlər:prostat vəzinin 
adenoması, sidik kanalı və sidikliyin kəskin iltihabı və s.
Exoqrafiya - böyrəklərin ultrasəslə müayinəsi xəstələrin xüsusi hazırlığını tələb etmir. Lakin 
kişilərdə prostat vəzinin, qadınlarda isə daxili cinsiyyət üzvlərinin müayinəsi üçün sidik kisəsinin dolu 
olması mütləq vacibdir. Bu məqsədlə xəstə müayinədən 1-3 saat əvvəl 400-500 ml su, yaxud çay qəbul 
etməlidir.
Rektoromanoskopiya - düz bağırsağın selikli qişası, S-vari bağırsağın başlanğıc hissəsinə baxmaq 
üçün istifadə olunur. Rektoskop-düz bağırsağa salınan müxtəlif uzunluqda borular dəsti, optik sistem, düz 
bağırsağa hava vuran balondan ibarətdir. Rekteromanoskopiyanın köməyilə bağırsaqda olan şişlərə, 
xoralara, iltihabi proseslərə, çatlara, daxili babasilə və s. diaqnoz qoymaq, lazım gələrsə, sitoloji və 



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin