MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


Məşğulluq anlayışı, məşğulluq haqqında müxtəlif baxışlar



Yüklə 362,16 Kb.
səhifə47/68
tarix02.01.2022
ölçüsü362,16 Kb.
#43856
1   ...   43   44   45   46   47   48   49   50   ...   68
iqtisadiyyat az

1. Məşğulluq anlayışı, məşğulluq haqqında müxtəlif baxışlar.

İnkişaf etmiş, sivilizasiyalı bazar sisteminin əhatə etdiyi və keçid iqtisadiyyatı şəraitində yaşayan ölkələr qanunauyğun bir hal olaraq çalışırlar ki, istehsal öz tam həcminə uyğun fəaliyyət göstərsin və tam məşğulluq təmin olunsun.

Tam məşğulluq o deməkdir ki, əmək qabiliyyəti olan və işlə­mək istəyən hər bir şəxs işlə təmin edilməlidir. Bütün yararlı resurslardan istifadə olunmalıdır və əmək qabiliyyətinə malin olanlar məcburi surətdə işsiz qalmamalıdır. İstehsal vasitələrin­dən, o cümlədən yararlı torpaqlardan səmərəli istifadə olunmalı­dır. Hər bir cəmiyyətin müəyyən adət-ən ənələri var və bu cə­miyyətlər müəyyən təcrübəyə malikdirlər.

Təbii resurslar məhduddur. İstənilən miqdarda məhsullar və xidmətlər istehsal etmək qeyri-mümkündür. Hər bir cəmiyyət nə istehsal etməyi, necə istehsal etməyi və kimin üçün istehsal et­məyi müəyyən etməlidir. İstehsal amilləri kəmiyyət və Keyfiyyət baxımından dəvişnən xaranterlidir, çünni texnini tərəqqi fasiləsiz olaraq inkişaf edir. İstehsal vasitələri və istehlak şeyləri - əm­təələrin və xidmətlərin istehsalı daima tənrar olunur.

İstehsal prosesi o zaman öz gücü ilə fəaliyyət göstərə bilər ki, resurslar tam məşğul olsun və istehsal həcmindən tələb olunan səviyyədə istifadə olunsun. Əgər resurslar tam məşğul deyilsə iqti­sadiyyat qarşısına qoyduğu mansimum nəticəyə nail ola bilməz. Deməli, bütün resurslardan və istehsal həcmindən tam istifadə etmən o deməkdir ki, ölkədə tam məşğulluq da fəaliyyət göstə­rir.

Məşğulluq haqqında müxtəlif nəzəriyyələr yaranmışdır. Belə nəəriyyələrdən biri də məşğulluq barədə klassin nəzəriyyələrdir. Məşğulluq haqqında klassik nəzəriyyələrin nümayəndələri D.Rinardo, C.Mili, F.Edcuort, A.Marşal və A.Piqudur. Klassiklərə görə bazar sisteminə mənsub olan öz-özünə nizamlanma prosesi istehsalı tam məşğulluq səviyyəsinə qaldıra bilir. İstehlakçıların tələbinə bazarın strukturu uyğun olanda bazar məhsullardan tə­mizlənir. Tam məşğulluq şəraitində sahibkarlar məhsul istehsal etmənlə belə bir uyğunluğu təmin edə bilirlər.

Həqiqətən məhsul istehsalı uyğun olan pul gəlirini tə'min edir, lakin elə bir zəmanət yoxdur ki, gəlir əldə edənlər onu ta­mamilə xərcləsinlər. Gəlirin bir hissəsini istehlançılar xərclə­mirlər, onu qənaət kimi yığırlar. Bu qənaətçilik gəlir və xərclər baxımından qeyri-tarazlıq yaradır. Bu da J.Seyin qanununa görə səmərəsizlik törədir, yəni qənaətçilik nəticəsində məhsulun ta­mamilə alınması çətinləşir. Deməli, qənaətçilik istehlakı məhdud­laşdırır, təklif isə özünə uyğun tələb yarada bilmir. Nəticə e’tibarilə əmtəələr satılmır, istehsal azalır, İşsizlik artır və gəlirlər aşağı düşür.

Klassiklər iddia edirlər ki, qənaətçilik tələb çatışmazlığı ya­ratmır, çünki qənaət edilmiş hər bir pul vəsaiti investisiya olu­nur. Guya investisiya istehlakda olan bütün boşluqları doldurur. Nəticədə firmalar öz əmtəələrinin hamısını istehlançılara sata bi­lirlər. Firmalar istehsal vasitələri istehsal edib bir-birilərinə satırlar. Qənaətçiliklə əlaqədar olaraq istehlakda olan boşluq məs­rəflərin investisiyası zamanı aradan qaldırılır. Əgər ev təsərrüfa­tında edilən qənaət qədər sahibkarlar investisiya etsələr, o zaman J.Seyin qanunu fəaliyyət göstərər, nəticədə, istehsalın səviyyəsi və məşğulluq dəyişməz. Deməli, tam məşğulluğu təmin etmək və istehsalın səviyyəsinin tarazlığını saxlamaq üçün nə qədər qənaət edilibsə, sahibkarlar bir o qədər investisiya qoymalıdırlar.

Klassiklərə görə kapitalizmdə spesifik bazar qanunları var. Qə­naət olunmuş pul investisiya üçün tələb olunmuş pul məbləğinin bərabərliyinə zəmanət verir və bu zaman tam məşğulluq da təmin olunur. Klassiklərin fikrincə iş yerləri uğrunda rəqabət əmək haqqı tarifini o dərəcədə aşağı salır ki, bu tariflər (əmək haqqı üzrə məsrəflər) sahibkarlar üçün faydalı olur və nəticədə, bütün işsiz fəhlələri işə qəbul etmək imkanı yaranır. Əmək haqqı az olsa da, bu proses əmən haqqında tarazlıq yaradır ki, məcburi işsizlik də aradan qaldırılır.

Klassiklər, o cümlədən J.Sey belə nəticəyə gəlirlər ki, kapita­lizmdə bazar amilləri - bir tərəfdən faiz tarifinin qalxıb-enməsi, digər tərəfdən əmək haqqı ilə qiymət arasında olan nisbət elastikliyi tam məşğulluğu təmin edir və dövlətin iqtisadiyyata nüfuz et­məsinə ehtiyac qalmır. Əgər dövlət kapitalist iqtisadiyyatına qarı­şarsa bu iqtisadiyyat qeyri-səmərəli fəaliyyət göstərər.

Məşğulluq haqqında yaranan klassik nəzəriyyələrdən fərqli ola­raq ingilis alimi C.Kevnsin (1883-1946) ideyaları daha diqqətəlayiqdir. O, 1936-cı ildə nəşr etdirdiyi «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyələri» kitabında göstərirdi ki, kapitalist iqtisa­diyyatında məşğulluğu təmin edəcək heç bir öz-özünə tənzimlənən mexanizm yoxdur. C.Keynsə görə iqtisadi tarazlıq yüksək işsizlik səviyyəsində və inflyasiya şəraitində də ola bilər. Tam məş­ğulluq qanunauyğun hal deyil, bu təsadüfdür. Kapitalizm öz-özünə nizamlanan sistem deyildir.

C.Keynsə görə kapitalizmdə iqtisadi tərəddüdü xarici amillərlə əlaqələndirmək olmaz. İşsizlik və inflyasiya qənaətçilliyə və in­vestisiyaya əsaslanır. Əmək haqqının aşağı düşməsi və məhsulla­rın qiyməti daxili amillərlə bağlıdır. Daxili amillər xarici amillər­dən fərqli olaraq iqtisadiyyatın sabitliyinin pozulmasına təsir edir. Klassiklərin əsaslandığı faiz tarifi qiymət və əmək haqqı arasında olan nisbətin avtomatik tənzimlənməsini C.Keyns və Keynsçilər inkar edirlər. Keynsçilərə görə işsizliyin və investisiya­nın səviyyəsini milli gəlir müəyyən edir.

Klassiklərin məşğulluq nəzəriyyəsinə görə pul bazarında inves­tisiyanı maliyyələşdirən yeganə mənbə cari qənaətdir. Keynsçilərin nəzəriyyəsinə əsasən pul bazarında daha iki mənbə var: ev təsər­rüfatlarında qənaət edilən nağd pul, pul tənlifini artıran kredit idarələri.

C.Keynsin iqtisadi nəzəriyyəsinə görə müasir kapitalizm cəmiy­yətində istehsal səviyyəsi və məşğulluq belə müəyyən olunur: is­tehsal olunan əmtəələr, xidmətlər və uyğun olaraq məşğulluq sə­viyyəsi ümumi və ya məcmu məsrəflər səviyyəsindən birbaşa ası­lıdır.

Klassik iqtisadçılara görə əgər pul təklifində heç bir dəyişklik yoxdursa, məcmu tələb də sabitdir. Məcmu tələb azalsa da isteh­salın potensial həcmi və təbii İşsizlik norması şəraitində qiymət və əməK haqqının elastikliyi kapitalist iqtisadiyyatının fəaliyyət me­xanizmini avtomatik tənzim edir. Buna görə də makroiqtisadiyyat səviyyəsində dövlət siyasəti qeyri-məhsuldardır.

Keynsçilər iddia edirlər ki, məcmu tələbin dəyişKənlivi və qiy­mətlərin qeyri-elastikliyi şəraitində işsizlik artar və bazar iqtisadiyyatında bu hal uzun müddət davam edə bilər. Durğunluq və böhran zamanı külli miqdarda itkilərə yol verməmək üçün makroiqtisadiyyat səviyyəsində məcmu tələbi dövlət siyasəti vasitə­silə tənzimləmək lazımdır. Məcmu tələbi daha dürüst başa düşmən məqsədilə keynsçilər ümumi milli məhsulun dörd ünsürünü - istehlakı, investisiyanı, dövlət alışı və xalis idxalı əsas kimi götü­rürlər. Beləliklə, Keynsçilərə görə istehsal olunan əmtəələr və xidmətlərin miqdarı və uyğun olaraq məşğulluq səviyyəsi ümumi və ya məcmu məsrəflərdən birbaşa asılıdır.

J.Seyin qanununa görə qiymətlərin və əməıc haqqının elastinliyinə əsasən xalis kapitalizm prantini olaraq daim tam məşğul­luğu təmin edə bilər. Əgər, müvəqqəti olaraq ümumi məsrəflər aşağı düşsə də belə qiymətlərin və əmən haqqının azalmasının əvəzi ödənilir, nəticədə istehsalın real həcmi, məşğulluq və real gəlir azalmır.

Məşğulluq haqqında C.Keyns nəzəriyyəsinə əsasən faiz tarifi qənaətçilliyi və investisiyanı bərabərləşdirmir, çünni burada iki bir-birindən asılı olmayan qruplar mövcuddur. Bu qruplar qənaət­çilliyi və investisiyanı müxtəlif tərəiflərə istiqamətləndirirlər ki, qənaətçillər üçün bunun faiz tarifi ilə heç bir əlaqəsi yoxdur.



İş qüvvəsi və məşğulluq dərəcəsi.

Cəmiyyətlərin özünə məxsus olan xüsusi inkişaf qanunauyğun­luqları var. Cəmiyyətlərin inkişaf qanunları olduğu kimi, hər bir istehsal üsulunun da spesifik xüsusiyyətləri və tarixi xarakterə malik olaıı əhali qanunları vardır. Bizi əhatə edən təbiət və ya coğrafi mühit istehsal prosesi üçün daima və təkrar olaraq zəruri şərait yaradır. Deməli, əhali özü üçün əmtəələr və xidmətlər isteh­sal etməli və yaşamaq üçün həyat şəraiti yaratmalıdır.

Əhali müəyyən mənada işgörmə, işləmən qabiliyyətinə malikdir. Maddi rifah halını daima yaxşılaşdırmaq üçün əhali məhdud resurslardan istifadə edərnən nemətlər istehsal edir, bölüşdürür və nəhayət, istehlak edir. Əhalinin işgörmə qabiliyyətinə, bacarığı­na iş qüvvəsi deyilir. İşləmək, nemətlər və xidmətlər yaratmaq üçün birinci növbədə iş qüvvəsi, idarəetmə qabiliyyəti, maşınlar və avadanlıqlar, dəzgahlar, torpaq və mineral sərvətlər tələb olu­nur.

Cəmiyyətlərin inkişaf tarixinə təsərrüfat tiplərinin təşkili tari­xi kimi baxmaq olar. Təbii şərait, coğrafi mühit və əhalinin müxtəlif ərazilərdə az-çox sıx yaşaması istehsal sahələrinin yer­ləşməsinə və innişafına səbəb olmuşdur. Əhali təbiətə təsir edir, öz bacarıq və qabiliyyətlərini inkişaf etdirir. Eyni zamanda, əhali təbii bir proses olaraq daim artır. Əhali artımı təbiət qanunlarına əsaslanır. Bu artım eyni zamanda cəmiyyətlərin ictimai qurulu­şundan və sosial şəraitdən də asılıdır. Bu heç də o demək deyildir ki, əhali çoxaldıqca «artıq əhali» yaranır. Əhalinin artması ilə isteh­sal və bazarlar inkişaf edir, genişlənir, yerli, milli, beynəlxalq, dünya bazarları da artır və çoxalır. Buna uyğun olaraq işçi qüvvəsi də daim təkrar olunur.

Məsələn, istehsal prosesi zamanı fəhlə istehsal vasitələrindən istifadə edir və onun iş qüvvəsi də bu prosesdə istehlak olunur. İs­tehsal prosesi nəticəsində məhsul yaranır. İş qüvvəsinin istehlakı əvəzinə fəhlə əmək haqqı alır. Fəhlə əmək haqqına istehsal şeyləri alır, öz tələbatını ödəyir və bu yolla işgörmə bacarığını daima təkrar edir. Deməli, fəhlə həm yaşamaq, həm də iş görmək üçün daima öz iş qüvvəsini bərpa etməlidir. Belə ki, tənrar istehsal prose­si bir tərəfdən əmtəələrin və xidmətlərin, digər tərəfdən isə iş qüvvəsinin təkrar istehsalıdır.

Hər bir ölkədə əhalinin az və ya çoxluğuna baxmayaraq əmək qabiliyyətli işçilərin olması əsas şərtdir. Fiziki cəhətdən inkişaf etmiş, zehni, əqli bacarığı, qabiliyyəti və müəyyən biliyə malik olan əhali əmək resurslarını təşkil edir. Əmək resurslarının miqdarı hər bir cəmiyyətdə canlı əməyin, yəni iş qüvvəsinin potensial küt­ləsini xarakterizə edən mühüm göstəricidir. Əlillər, şikəstlər, pensiyaçılar, müavinət alanlar, yaşına görə güzəştlərdən istifadə edənlər əmək resurslarına aid edilmir.

İş qabiliyyətinə malik olan əhalinin hərəkət dinaminası və is­tehsal prosesində ondan istifadə xaranterini ifadə edən qanuna əhali məskunluğu qanunu deyilir. İstehsal bölgələri və sahələri arasmda, ölkənin müxtəlif ərazilərində müəyyən proporsiyalar daxi­lində əmək resurslarının düzgün bölünməsi və keyfiyyətli istifadə edilməsi istehsalın təkmilləşdirilməsi, onun artması, səmərəlili­yinin çoxalması üçün əsas şərtdir. Əmək resurslarından səmərəli is­tifadə edilməsi istehsalın yüksək templər əsasında inkişafı və op­timal idarə olunması deməkdir. Sosial-iqtisadi həyatda qadınların fəal iştirakı, əhalinin mədəni səviyyəsi, əhali artımının optimal nizamlanması, əmək resurslarından əlverişli surətdə istifadə olunması həyat səviyyəsinin və yaşayış tərzinin yaxşılaşdırılması uçün vacib olan amillərdir.

Əmək resurslarından səmərəli və faydalı istifadə etməklə tam məşğulluğu təmin etmək mümkün deyildir. Tam məşğulluq şərai­tində işsizlik ola bilər. Çünki friksion və struktur işsizlik həmi­şə olur. Deməli, tam məşğulluq dedikdə, əmək resurslarının hamısından istifadə etmək nəzərdə tutulmur. Tam məşğulluq iş qüvvəsinin hamısını əhatə etmir. Tam məşğulluq şəraitində iş­sizlik səviyyəsi friksion işsizliyin və struktur işsizliyin məcmusu ilə müəyyən olunur. Başqa sözlə desək tam məşğulluq şəraitində iş­sizlik səviyyəsi tsiklik işsizlik sıfra bərabər olanda müəyyən edilə bilər.

Tam məşğulluq şəraitində işsizlik səviyyəsinə təbii işsizlik sə­viyyəsi deyilir. Milli məhsulun real həcmi işsizliyin təbii səviyyəsi ilə əlaqədar olduğu üçün ona iqtisadiyyatın istehsal potensialı deyilir. Bu iqtisadiyyatda elə bir vəziyyətdir ki, məhsulun real həcmi əmən resurslarından tam mənası ilə istifadə edildikdə istehsal olunur.

İşsizliyin tam və ya təbii səviyyəsi o zaman təzahür edir ki, əmək bazarı balanslaşdırıla bilsin, yəni iş axtaranların sayı sər­bəst iş yerlərinin miqdarına bərabər olsun. İşsizliyin təbii səviyyə­si müəyyən mənada müsbət hadisədir, çünki friksion işsizlərə uyğun olan boş iş yerləri axtarmaq üçün vaxt lazımdır. Struktur işsizlərə də vaxt lazımdır ki, ya yeni ixtisas qazansınlar, ya da zə­rurət nəticəsində iş tapmaq üçün başqa yerlərə getsinlər. Əgər iş axtaranların sayı boş iş vakansiyalarının miqdarından çox olarsa, bu o deməndir ni, əmək bazarı balanslaşdırılmayıb. Belə bir şə­raitdə məcmu tələb və tsiklik işsizlin müşayiət olunur.

Digər tərəfdən, məcmu tələb artarsa iş qüvvəsinin çatışmazlığı hiss olunar, yeni sərbəst iş yerlərinin miqdarı iş axtaran fəhlələ­rin sayından artıq olar. Belə bir şəraitdə fantini işsizlin səviyyəsi təbii işsizlin səviyyəsindən aşağı olur. Bu zaman əmən bazarında qevri-adi gərginlin və inflyasiya yarana bilər.

Təbii işsizlik səviyyəsi anlayışının iki tərəfi var. Əvvəla, iq­tisadiyyat həmişə təbii işsizlin səviyyəsində fəaliyyət göstərmir və öz istehsal potensialından tam istifadə edə bilmir. Digər tə­rəfdən isə işsizliyin səviyyəsi təbii işsizlin səviyyəsini üstələyir, təsadüfi hallarda işsizlin səviyyəsi təbii işsizlin səviyyəsindən aşağı ola bilər. Lakin, təbii işsizlin səviyyəsi də daimi deyildir, o da dəyişir. Məsələn, hər bir ölkənin daxili qanunları, adət və ən ənələri, iş qüvvəsinin demoqrafik tərkibi, o cümlədən qadınlar və gənc fəhlələr təbii işsizliyə təsir edən amillərdir.




Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin