Mühazirə Rumıniya və Moldova orta əsrlər və erkən yeni dövrdə Plan: Valax və moldav knyazlıqlarının yaranması XIII-XIV əsrlərdə Karpat-Dunay torpaqlarında iqtisadi və siyasi inkişaf



Yüklə 27,29 Kb.
tarix05.04.2022
ölçüsü27,29 Kb.
#54770
növüMühazirə
7-ci mühazirə


7-ci mühazirə

Rumıniya və Moldova orta əsrlər və erkən yeni dövrdə

Plan:


  1. Valax və moldav knyazlıqlarının yaranması

  2. XIII-XIV əsrlərdə Karpat-Dunay torpaqlarında iqtisadi və siyasi inkişaf

  3. Sənətin, şəhərlərin və ticarətin inkişafı

  4. Osmanlı ekspansiyası şəraitində Valaxiya və Moldaviyanın xarici siyasi vəziyyətləri

Ədəbiyyat:

1. Грекул Ф.А. Социально-экономический и политический строй Молдавии второй половины XV в. Кишинев, 1950.

2. История Молдавской ССР: С древнейших времен до наших дней. Кишинев, 1982.

3. История Румынии / Под ред. М. Роллера. М, 1950.

4. Карпато-Дунайские земли в средние века. Кишинев, 1975.

5.Краткая история Румынии. С древнейших времен до наших дней. М, 1987.

6.Махов Н.А. Молдавия эпохи феодализма. Кишинев, 1964.

7.Полевой Л.Л. Раннефеодальная Молдавия. Кишинев, 1985.

8.Советов П.В. Исследования по истории феодализма в Молдавии. Кишинев, 1972.

9.Этническая история восточных романцев. Древность и средние века. М., 1979.

Müasir Rumıniya ərazisinin qədim sakinləri qet və dak frakiya tayfaları idilər. Onların b.e. I əsrində mövcud olmuş tayfa birləşmələri və siyasi ittifaqları romalıların işğalları nəticəsində dağıldı. Dakların torpaqlarında 106-cı ildə müasir Transilvaniya, Banat və Olteniya (qərbi Valaxiya) ərazilərini əhatə edən Roma əyaləti Dakiya yarandı. Romalıların buraya köçmələri və quldarlıq münasibətlərinin yayılması ilə yerli əhali latın dilini və yazısını, Roma mədəniyyətinin, din və məişətinin bir çox elementlərini qəbul edərək tədricən romanlaşır. Muteniya (şərqi Valaxiya) və Moldoviyada yaşayan tayfalar isə Roma işğalına məruz qalmamışdılar və dağılmaqda olan ibtidai icma quruluşu şəraitində yaşayırdılar.

III əsrdə romalılar Dunay arxasına getdikdən sonra IV-VI əsrlərdə Karpat-Dunay torpaqlarında müxtəlif tayfaların – qotların, hunların, gepidlərin, lanqobardların, bolqarların yerdəyişmələri və yerləşmələri baş verir. Yerli əkinçi əhali Dunay ətrafı vilayətlərdə, maldarlar idə Karpatın dağlıq yaylalarında yaşamaqda davam edirdilər.

VI əsrin əvvəlindən Dunayın sol sahilində slavyanlar yerləşirlər. Arxeoloji materiallar yerli romanlaşmış əhali ilə birlikdə Karpat-Dunay torpaqlarında yaşamalarını təsdiqləyir. Onlar arasında daimi kontakt, sıx iqtisadi və mədəni əlaqələr şəraitində X əsrdə latın və yunan mənbələrində “vlaxlar”, slavyanlarınkında isə “voloxlar” adlandırılan şərqiroman etnik ümumiliyi formalaşır.

Artıq iki əsrə yaxındır ki, alimlər rumınlarla moldovanların əcdadları olmuş vlaxların mənşəyi barədə mübahisələr aparırlar. Mənbələrin müasir vəziyyəti və problemin tədqiq səviyyəsi təsdiq etməyə imkan verir ki, onların formalaşmalarının etnik əsası romanlaşmış geto-dakiya əhalisi olmuşdur ki, Dunayın hər iki sahilində slavyanlarla birlikdə uzun müddət yaşamaları X əsrdə vlaxların meydana gəlmələrinə gətirib çıxarmışdır. Vlaxlar Dunaydan şimalda etnik cəhətdən yüksək idilər, cənubda isə slavyanlar üstünlük təşkil edirdilər. Lakin onlar arasında əlaqələr tarixin sonrakı dövrlərində də davam etmək də idi.

Slavyanlar vlaxların mənəvi və maddi mədəniyyətlərində, xüsusilə də, əkinçilik və sənətkarlıqla bağlı olanlarda, əhəmiyyətli iz qoymuşlar.

Slavyan təsiri sosial münasibətlərdə də özünü göstərmişdir. Vlaxlarla slavyanların ilk siyasi birləşmələri slavyan “knezatlar” və “voyevodatlar” formasında X-XIII əsrlərdə yaranmışdır. Vlaxların cənub slavyanlarından qəbul etdikləri xristianlıqla bərabər X əsrdə vlax cəmiyyətində slavyan yazısı və Cənubi Slavyan kitab dili də yayılır ki, XIV əsrdə yaranmış Valax və Moldova knyazlıqlarının rəsmi dili olur. Slavyan təsiri şərqiroman əhalisinin dilinin formalaşması prosesində özünü göstərir.

Vlaxların Dunaydan şimalda slavyanların müxtəlif qolları – regionun cənub slavyanları ilə cənub-qərb vilayətlərilə, Şərqi Karpatətrafında – şərqi slavyanlarla kontaktlarının və qarşılıqlı təsirlərinin xüsusiyyətinin nəticəsində XIV əsrdə Karpat-Dunay torpaqlarında formalaşmalarına iki müstəqil dövlətin – Valax və Moldav knyazlıqlarının yaranmasının şərait yaratdığın iki xalq meydana gəldi. Transilvaniya ərazisində yaşayan vlaxlar Macar krallığının hakimiyyəti altına düşdülər.

XIII-XIV əsrlərdə Karpat-Dunay torpaqlarında iqtisadi və siyasi inkişaf. İlk erkən dövlət birləşmələri. XIII-XIV əsrlərdə vlaxların Cənubi Dunay vilayətlərindən axını və macar krallığının tərkibinə daxil olan ərazilərdən feodal ekspluatasiyasından qaçanların nəticəsində Karpat-Dunay torpaqlarınd və Şərqi Karpatətrafında vlax əhali artır və üstünlük təşkil etməyə başlayır.

Burada təsərrüfatın başlıca sahələri maldarlıq və əkinçilik idi. Sənətkarlıq da inkişaf edirdi: dulusçuluq işi, metalların hasilatı və emalı geniş yayılır. Sənətin kənd təsərrüfatından ayrılması ietahsal və ticarət mərkəzlərinin təşəkkül tapdığı, şəhərlərin meydana gəldiyi ayrı-ayrı rayonlarda cəmlənməsinə gətirib çıxardır. Regionun cənub-qərb hissəsində XIII əsrin sonu – XIV əsrdə Kımpulunq, Kurtya de Arceş, Şərqi Karpatətrafında – Bayya, Siret, Suçava şəhərləri meydana gəldi. Daxili mübadilə genişləndi ki, buna da tranzit ticarət şərait yaratdı. Karpat-Dunay torpaqlarından Qərbi və Mərkəzi Avropanı Qara dəniz ətrafı və Balkan yarımadası ilə bağlayan ticarət yolları keçirdi.

Kənd əhalisinin əsas sosial təşkilatı bir və ya bir neçə məskəni torpaq sahəsinə birgə mülkiyyətlə birləşdirən ərazi icması idi. Icmaçılar torpaq sahələrini mülkiyyətə alırdılar; meşələr, otlaqlar, çəmənliklər və su hövzələri ümumi istifadədə idid. Icmada işlər onun üzvlərinin ümumi yığıncağında həll olunur, varlı kəndlilər sırasından olan ağsaqqalların icma şurası ilə idarə olunurdu. Şuraya hərbi dövrlərdə hakimiyyəti həyata keçirən başçı (knez) da daxil olurdu. İcmaların dağılması ilə ümumi yığıncaqların rolu azalır, knezin hakimiyyəti isə daimi olurdu.

Öz əllərində iri torpaq və maddi sərvətlərini cəmləşdirən varlı icmaçıların içərisindən icmada inzibati və məhkəmə hakimiyyətini ələ keçirən feodallaşmaqda olan əyanlar formalaşırdı. Tədricən XIII-XIV əsrlərdə icma əyanları erkən feodal cəmiyyətinin yuxarı təbəqələrinə çevrildilər. İcma mülkiyyətilə bərabər həmin əyanlar icma üzvlərinin bir hissəsini asılı kəndlilərə çevirərək icma mükəlləfiyyətlərini toplamaq hüququnu mənimsəyirdilər.

XIII-XIV əsrin əvvəlində Karpat-Dunay torpaqlarında vlaxların erkən dövlət birləşmələri – knezatlar və voyevodatlar formalaşır. Onlara hakimiyyəti hərbi drujinaya dayanan knez yaxud voyevoyda başçılıq edirdi. Hərbi təhlükə halında xalq qoşunu toplanırdı. İnzibati və məhkəmə funksiyaları da knezin yaxud voyevoydanın əlində idi, onların hakimiyyəti tədricən irsi olurdu.

XIII əsrin ortalarında Olteniya ərazilərində İoanna və Farkaş knezatları, Olteniyanın şimalında və cənubi Karpatların şimal ətəklərində Litovoya knezatı formalaşır. Munteniyanın şimal hissəsində voyevoyda Seneslavın torpaqları yerləşirdi. Şərqi Karpatətrafında da vlaxların siyasi birliklərinin mövcudluğunu təsdiq edən məlumatlar vardır.

Vlaxların bu erkənfeodal siyasi birlikləri poloveslərlə tatarların əhatəsində öz müstəqilliklərini qorumağa çalışdıqları üçün çətin xarici siyasi şəraitdə idilər. XIII əsrdə Karpat-Dunay torpaqlarının cənub-qərb rayonlarının knezatları və voyevodatları macar krallığından asılı hala düşdülər. Xarici müdafiənin zəruriliyi, daxili sosial inkişaf knezatların və voyevodatların daha böyük dövlət formasında birləşmə cəhdlərini doğururdu.

Valaxiya və Moldova knyazlıqlarının yaranması. Mənbələr XIV əsrin əvvəlində Munteniyada voyevoyda Basarabın başçılığı ilə dövlətin olduğunu qeyd edirlər. O dövrün qaspodar fərmanlarında “rumın torpağı” yaxud “Uqrovlaxiya” adlanırdı, Valaxiya adı sonradan meydana gəlir. Bu dövlətlərin yaranmasına təsir göstərən Avropanın xarici siyasi şəraiti təsir göstərmişdir. Xan Noqayın həlak olmasından sonra Qızıl Orda İranla mübarizəyə cəlb olunur. Macar krallığında maqnat qruplaşmalarının mübarizəsindən irəli gələn feodal anarxiyası baş qaldırdı. Bizans, Bolqarıstan, Serbiya öz aralarında rəqabət aparırdılar.

Belə şəraitdə Basaraba Karpat-Dunay torpaqlarının cənub-qərb rayonlarında mövcud olan knezatları və voyevodatları Kurtya de Arceş mərkəz olmaqla bir dövlətdə birləşdirmək müəssər oldu. Basarab macar taxt-tacından formal olaraq vassal asılılığını tanısa da, müstəqil xarici siyasət yürütməyə çalışır, tatarların, bolqarların və serblərin macar krallığının cənub sərhədlərinə basqınlarında iştirak edirdi. 1330-cu ildə macar kralı Karl Robert valax voyevoydasına qarşı yürüş təşkil etdi, lakin çətin dağlıq şəraitlə əlaqədar olaraq geri çəkilməli oldu. Posada adlı yerdə Basarab geri çəkilən macar qoşunlarına tələ quraraq onlarla döyüşdə qələbə qazandı.

Posada qələbəsi knyazlıqda mərkəzləşmə əleyhinə olan iri əyanlara qarşı mübarizədə voyevoydanın hakimiyyətinin möhkəmlənməsinə səbəb oldu. Voyevoydanın dayağı hərbi mükəlləfiyyət daşıyan və hərbi təhlükə anında qoşunu təşkil edən kəndli-icmaçılar idilər. Basarabın varislərinin dövründə knyazlığın ərazisi genişlənir, sosial-iqtisadi inkişafda tərəqqi baş verir, onun siyasi çəkisi artır. Bu haqda 1359-cu ildə Kurtya de Arceşdə “uqrovalax” mitropoliyasının yaradılması danışır. Knyazlığın daxili vəziyyətinin möhkəmlənməsi valax voyevoydaları müstəqil siysət yürütməyə sövq edirdi və bu da Karpat-Dunay torpaqlarında öz süzerenitetini möhkəmləndirməyə çalışan macar krallarının qarşıdurmasına səbəb olurdu.

Şərqi Karpatətrafında XIV əsrin ortalarında mənbələrdə “Moldav torpağı” adlandırılan digər dövlət yarandı. Onun formalaşma mərkəzi Moldova çayının hövzəsi idi və alimlər də adın buradan irəli gəldiyini ehtimal edirlər. XIV əsrin əvvəlində Şərqi Karpatətrafı macar krallarının hakimiyyəti altına düşür və onların canişinləri tərəfindən idarə olunurdu.

Macar canişinlərinin idarəetməsindən narazı olan yerli əhali krallığın tərkibinə daxil olan Maramurameş vilayətindəki vlaxların macar kralının onların muxtariyyətini ləğv etmək cəhdlərinə qarşı qaldırdıqları üsyanını dəstəklədi. Üsyançıların başında voyevoyda Boqdan dayanırdı və 1359-cu ildə valaxların bir hissəsilə Moldova çayı rayonunda yerləşir və Şərqi Karpat ətrafı ərazilərinin böyük əksəriyyətində öz hakimiyyətini bərqərar etdi. Macar kralı Layoşun Venesiya ilə müharibəyə və Balkan problemlərilə başının qarışmasından istifadə edən Boqdan valaxların burada mövcud olan siyasi törəmələrini vahid dövlətdə birləşdirməyi bacardı və 1365-ci ildə onun azadlığının tatınmasına nail oldu. Qızıl Ordada qarışıqlıq Cənub-şərqi Avropada yeni dövlətin möhkəmlənməsinə böyük təsir göstərdi.

Valaxiya və Moldaviyanın dövlət quruluşu. Yaranmış Valax və Moldova knyazlıqları qospodar titulunu daşıyan voyevoyda başda olmaqla monraxiya kimi formalaşdı. Qospodar mühüm müharibənin elan olunması və sülhün bağlanması, xarici dövlətlərlə münasibətləri kimi mühüm dövlət məsələlərini də həll edən dünyəvi və ruhani feodalların yığıncağında seçilirdi. Qospodar hakimiyirsi idi.

Ayrı-ayrı feodal qruplarının taxt-taca müxtəlif iddiaçıları dəstəkləmələri tez-tez feodal çəkişmələrinə və ara müharibələrinə gətirib çıxardırdı. Qaspodarın hakimiyyəti ən nüfuzlu və nəcabətli feodalların, habelə xidmət boyarlarının da daxil olduqları boyar şurası tərəfindən məhdudlaşdırılırdı.

Knyazlıq inzibati cəhətdən yerlərdə qospodarın təyin etdiyi höküməti təmsil edən, məhkəmə funksiyasını icra edən pırkalablar başda olmaqla dairələrə bölünmüşdü. Məhkəməyə qaspodar başçılıq edirdi. Hərbi qüvvələrin əsasını “kiçik qoşun” adlandırılan xidmət adamlarından ibarət qospodar və boyar drujinaları təşkil edirdi. Müharibələr dövründə kəndlilərin çağırılması yolu ilə “böyük qoşun” toplanırdı. Konstantinapol paztriarxlığından formal asılılıqda olub muxtariyyətdən istifadə edən pravoslav kilsəsi də knyazlıqda qospodar hakimiyyətinin dayağı idi.

Feodal münasibətlərinin inkişafı. Dövlətçiliyin təşəkkülü knyazlıqlarda feodallaşma prosesinə təkan verdi. Həmin prosesin gedişində hər bir knyazlıqda özünü göstərən xüsusiyyətlər feodal münasibətlərinin müxtəlif inkişaf səviyyələri təşəkkül tapdıqları ərazilərin Проявившиеся в ходе этого процесса особенности в каждом из княжеств были обусловлены различным уровнем развития феодальных отношений на территориях, где они сложились. Valaxiyada dövlət yaranan zaman artıq öz əllərində torpaqların xeyli hissəsini cəmləşdirən güclü feodal əyanlar vardı və bu da valax qospodarının domeninin çox da böyük olmayan miqyasını şərtləndirdi. Belə şəraitdə burada qospodar bağəşlamaları hesabına xüsusi torpaq mülkiyyətinin formalaşması məhdudlaşdırılmışdı və feodallar üçün mənbə icma torpaqları oldu. Feodal əyanlarının hələ möhkəmlənmədiyi Moldava knyazlığının ərazisində qospodarın əlində geniş torpaqlar cəmləşmişdi. Belə olan halda dünyəvi və kilsə feodallarının mülklərinin təşəkkülü əsasən qospodar torpaq bəxşişlərinin hesabına baş verirdi.

XV əsrin sonunda hər iki knyazlıqda xüsusi feodal torpaq sahibliyinin formalaşması prosesi tamamlandı. Mərkəzi və Şərqi Avropa ölkələrilə müqayisədə knyazlıqlarda xüsusi mülkiyyət rentasının miqyası əhəmiyyətsiz idi. Onun əsas növü onda bir miqyasında məhsulla olan töycü idi. Biyar işləri ildə 2-6 günlə məhdudlaşırdı və başlıca olaraq, ot biçimi, daşıma, dəyirmanların təmiri, nohur və göllərin qayğısına qalmaqdan ibarət idi. Xüsusi mülkiyyət kəndlilərinin dövlət mükəlləfiyyətləri nisbətən yüksək idi. Dövlət kəndliləri həm də dövlətin xeyrinə mükəlləfiyyət daşıyırdılar, lakin böyük miqyasda. Pul rentası yayılmamışdı.

Knyazlıqlardakı kilsə feodalları xeyli vergi və məhkəmə immunitetindən istifadə edirdilər. Dünyəvi feodallar formal da olsa, öz tabeliləri üzərində vergi yığımı və məhkəmə hüquqlarına malik olmalarına baxmayaraq, maliyyə və məhkəmə funksiyalarının icrasında dövlət hakimiyyətilə məhdudlaşdırılmışdılar. Bu knyazlıqlarda feodal münasibətlərinin inkişafının siyasi pərakəndəliyin yaranmamasını şərtləndirdi. Feodaldan asılı kəndlilərin bərqərar olunması ilə müşahidə olunan feodallaşma prosesi onlar tərəfdən müqavimətlə qarşılaşırdı. Kəndlilər mükəlləfiyyətlərin yerinə yetirilməsindən imtina edir, boyarların və monastırların torpaqlarını zəbt edirdilər. Xaricə qaçmaq geniş yayılmışdı. Moldav kəndliləri Polşanın tərkibinə daxil olan Ukrayna torpaqlarına köçürdülər.

Valaxiyalı kəndlilər Karpat dağlarına və Dunay arxasına gedirdilər. Kəndli həyəcanları bəzən açıq çıxışlara gətirib çıxardırdı. 1490-cı ildə Polşa ilə həmsərhəd rayonlarında moldav və ukrayın kəndlilərinin antifeodal üsyanı baş verdi. Kəndlilərin və şəhərlilərin aşağı təbəqələrinin sosial etirazları həm də qonşu Bolqarıstan və Çexiyadan nüfuz edən boqomil və qusçuların dini bidətlərinin yayılmasında özünü ifadə edirdi.

Sənətin, şəhərlərin və ticarətin inkişafı. Valax və Moldova dövlətlərinin yaranması sənətin kənd təsərrüfatından ayrılması prosesini sürətləndirdi. Sənətin inkişafı ixtisaslaşma xəttilə gedirdi. XIV-XV əsrlərdə sənət istehsalı bazarla az əlaqəsi vardı və sənətkarların əksəriyyəti sifariş üçün işləyirdi. Lakin daxili mübadilənin tələbatı şəhərlərdə ticarətin inkişafına təkan verdi. Onun əsas forması kəndlilərin öz məhsullarını satmağa və lazım olan sənətkarlıq məmulatlarını almağa başladıqları yarmarkalar oldu.

Şəhərlərə çevrilən yeni ticarət-sənətkarlıq məskənləri yaranırdı. Şəhər əhalisi başlıca olaraq sənətkarlardan və tacirlərdən ibarət idi. Burada feodallarla ruhanilər, həm də kəndlilər yaşayırdılar. Bir çox şəhərli əkinçiliklə məşğul olur və dövlət mükəlləfiyyətləri daşıyırdılar. Şəhərlər bəzi özünüidarədən istifadə edirdilər. Onların başında 12 üzvdən ibarət şəhər şurası dayanırdı və onların fəaliyyətlərinə ora daxil olan qospodar nümayəndəsi nəzarət edirdi.

Knyazlıqların xarici siyasətinin inkişafına Avropa ölkələrini Şərqlə birləşdirən beynəlxalq ticarət arteriyalarının kəsişdiyi Qara dəniz ətrafı ilə qonşuluqda şərait yaradır. Kiçik Asiya osmanlılar tərəfindən tutulduqdan sonra Moldavan knyazlığından keçən “moldav ticarət yolu” mühüm əhəmiyyət qazandı. Tranzit ticarət knyazlıqların xarici əlaqələrinə təkan verdi. Knyazlığa əsasən sənətkarlıq məmulatları gətirilir, malqara, kənd təsərrüfatı məhsulları aparılırdı. Xarici ticarətdə hökümətin himayəsi altında olan və qospodardan ticarət imtiyazları alan yadelli tacirlər böyük rol oynayırdılar. XV əsrdən ticarətdə yerli tacirlər də iştirak etməyə başlayırlar.

Osmanlı ekspansiyası şəraitində Valaxiya və Moldaviyanın xarici siyasi vəziyyətləri. XIV əsrin sonundan Valaxiya üzərində osmanlı təhlükəsi yarandı. Bu şəraitdə qospodar Qədim Mirça (1386-1418) knyazlığın iqtisadiyyatının stabilləşdirilməsi və öz hakimiyyətinin möhkəmləndirilməsi üçün tədbirlər gördü. Knyazlığın xarici siyasi vəziyyətini möhkəmləndirmək üçün Mirça moldav qospodarı Pyotr Muşat və polyak kralı Vladislav Yagellonla münasibətləri qaydaya saldı, cənub sərhədlərindəki qalaları möhkəmləndirdi. 1394-cü ildə Rovina döyüşündə Mirça osmanlılar üzərində qələbə qazandı. Lakin antiosmanlı mübarizədə müəyyən uğurlara baxmayaraq Mirça 1415-ci ildə Babi Aliyə xərac ödəməyə məcbur oldu.

Mirçanın ölümündən sonra Valaxiyada uzunmüddətli siyasi qeyri-stabillik başladı. Valax boyarlarının hakimiyyət uğrunda mübarizə aparan müxtəlif qruplarının kənardan dəstək axtarmaları öz mövqelərini Cənub-Şərqi Avropda öz mövqelərinin gücləndirmək uğrunda rəqabət aparan qonşuların - macar krallığının və Osmanlı imperiyasının müdaxilələri üçün şərait yaratdı.

Yanoş Hunyadinin dəstəyilə taxta çıxan Vlad Sepeş (1456-1462) yenidən knyazlıqda vəziyyəti stabilləşdirə bildi. Qospodar sərt şəkildə boyarlara divan tuturdu. Xarici siyasətdə Sepeş Macarıstana meyllənirdi. Sultan II Mehmet özünə sərf etməyən qospodara divan tutmaq üçün 1462-ci ildə qoşunları ilə Valaxiyaya soxuldu. Mərkəzləşdirmə siyasətindən narazı olan iri boyarlar osmanlılarla razılaşmaya gedərək Babi Alinin nümayəndəsi Sepeşin qardaşı Gözəl Radanı dəstəklədilər. Gözəl Rada (1462-1476) sultanın itaətkar xəracverəni oldu.

İri valax boyarlarının xəyanətkar siyasətləri ona gətirib çıxardı ki, XV əsrin sonunda Valaxiya Osmanlı imperiyasından vassal asılılığına düşdü. Sultan qospodarı təsdiq edirdi və o illik xəracı şəxsən gətirməli, qoşunu ilə osmanlı qoşununun yürüşlərində iştirak etməli idi.

Moldova knyazlığı üçün osmanlı təhlükəsi sonra yarandı. Moldav taxtında Boqdanı əvəz edən qospodar Laska (1365-1374), sonra isə I Pyotr Muşat (1374-1392) feodalların siyasi konsolidasiyasının və knyazlığın xarici təhlükədən müdafiəsinin maraqlarına cavab verən mərkəzi hökümətin möhkəmləndirilməsi siyasəti yürüdürdü. 1387-ci ildə Pyotr knyazlığı müdafiə etməyi öhdəsinə götürən polyak kralından vassal asılılığını tanıdı. Qospodar isə müharibə baş verərdisə süzereninə hərbi kömək etməli idi. Mərkəzləşdirmə siyasətində qospodar Xeyirxah Aleksandr (1400—1432) əhəmiyyətli uğurlar qazandı. Knyazlığın xarici siyasi mövqeyinin gücləndirilməsi üçün Dunayın mənsəbində Kiliya limanının və Monkastronun tutulması böyük əhəmiyyət daşıyırdı.

Xeyirxah Aleksandrın ölümündən sonra başlayan boyar qruplaşmalarının mübarizəsi mərkəzi höküməti zəiflətdi (1457-ci ilədək 15 qospodar dəyişilmişdi), iri boyarların qüdrətini gücləndirdi, knyazlığın beynəlxalq mövqeyini pisləşdirdi. Macar kralları Şərqi Karpatətrafında öz hakimiyyətlərini bərpa etmək ümidini itirmirdilər. Knyazlığın şimal-şərq sərhədlərində Qızıl Ordanın artıq tənəzzül keçirməsinə baxmayaraq, Krımdan tatarların basqınlarının arası kəsilmirdi. Osmanlı təhlükəsi artırdı. Portanın Valaxiyada təsiri artdıqca o Moldova knyazlığı üçün də real olurdu. Boyar ara müharibələrinin didib-dağıtdığı ağır daxili vəziyyət şəraitində qospodar III Pyotr Aron 1455-ci ilin payızında sultana xərac verməyə razılaşmalı oldu.

Aronu əvəz edən Böyük III Stefan da (1457-1504) əvvəlcə Portaya xərac ödəyirdi. Hərbi-xidmət təbəqəsinə, şəhərlərə və kilsəyə dayanaraq iri boyar müxalifətini tabe edərək öz hakimiyyətini gücləndirə bildi. Xarici təhlükədən müdafiə üçün o güclü ordu yaratdı, qalalar və sərhədyanı istehkamlar şəbəkəsi tikildi. Macar krallığının planlarını və kralın rəqibi Pyotr Aronu dəstəklədiyini bilən Stefan polyak kralına and içdi. Moldav-macar münasibətlərinin kəskinləşməsi qospodarın 1465-ci ildə II Pyotrun 1448-ci ildə taxt-tacı əldə etməsinə yardım müqabilində güzəştə getdiyi Kiliya qalasını geri qaytardı.

Matyaş Korvin Stefanın Transilvaniya feodallarının krala qarşı üsyanına qatışmasından istifadə edərək 1467-ci ildə Moldova knyazlığına yürüş etdi. Moldav qospodarı qətiyyətli fəaliyyətilə Bayya döyüşündə macar qoşunlarını məğlub etdi. Yaralı macar kralı böyük itkilərlə geri çəkilməli oldu.

1469-cu ildə Stefan öz rəqibi Pyotr Arona divan tutdu və növbəti il Macarıstanın vassalı və Portanın xərac verəni valax qospodarı Gözəl Radanı məğlub etdi. Valaxiyanı müttəfiqinə çevirməyə çalışan Stefan bir neçə il ərzində öz nümayəndəsinin valax taxtına gətirilməsi uğrunda mübarizə apardı. Bu mübarizə onun Osmanlı imperiyası ilə konfrantasiyaya gətirdi. 1473-cü ildə o, Portaya xərac verməkdən imtina etdi. Sultan moldav qospodarını güc yolu ilə tabe etmək qərarına gəldi. 1474-cü ilin sonunda çoxsaylı osmanlı qoşunu Rumeli bəylədbəyi Hacı Süleyman paşa Moldav knyazlığı ərazisinə daxil oldu. Stefan “yandırılmış torpaq” taktikasını tətbiq etməklə Vasluya döyüşündə düşməni məğlub etdi (10 yanvar 1475-ci il).

Moldav qospodarı anladı ki, osmanlıların yeni təzyiqini yalnız Avropa dövlətlərinin birgə cəhdlərilə dayandırmaq olar. Lakin onlar öz problemlərilə məşğul olduqlarına gösə Porta ilə dinc münasibətlərdə maraqlı idilər. Polyak kralı da sultanla danışıqlara başladı və 1476-cı ildə sülhün bağlanması ilə bitdi. Bu Stefanı 1475-ci ildə macar süzerenitetini tanımağa vadar etdi.

1475-ci ildə Kəfənin, Manqupun işğalından və Krımın tabe edilməsindən sonra II Mehmet 1476-cı ildə moldav knyazlığına doğru hərəkət etdi, lakin qətiyyətli uğur qazana bilmədi. Stefan yenidən “yandırılmış torpaq” taktikasını tətbiq etdi, osmanlı ordusunda aclıq, taun başladı. Macar köməyinin yaxınlaşması xəbəri sultanı geri çəkilməyə vadar etdi.

1483-cü ildə Macarıstan Porta ilə sülh haqda danışdı. Yeni sultan II Bəyazid ekspansiyanı bərpa etdi və 1484-ci ildə Kiliya və Belqorodu tutdu. Moldav knyazlığının xarici siyasi vəziyyəti ağırlaşdı. Qonşu avropalı hakimlər osmanlılarla dinc münasibətlər yaradaraq, öz aralarında rəqabət aparırdılar. Valaxiya Osmanlı imperiyasından vassal asılılığına düşdü. Knyazlığın daxilində müxalifətçi boyarlar Porta ilə sülhə tərəfdar idilər. Belə şəraitdə Stefan sultana xərac verməyə razılaşmalı oldu.

XV əsrin sonunda Moldova knyazlığı üçün ağır olan beynəlxalq şəraitdə osmanlılara tabe olmaqdan qaçmağa çalışan qospodar Macarıstanla Polşanın Osmanlı imperiyası ilə konfrantasiyasından istifadə etdi. Bu amilin nəzərə alınması Stefana polyak kralının 1497-ci ildə Moldova knyazlığına basqınını dəf etməyə imkan verdi. Onda Macarıstanla Polşa 1498-ci ildə antiosmanlı ittifaqına daxil olanda Stefan macar kralının vasitəçiliyilə polyak kralı ilə sülh bağlayıb ona qoşuldu və sultana xərac ödəməkdən imtina etdi.

Osmanlıların XVI əsrin əvvəllərindəki hərbi uğurları ilə əlaqədar Avropanın cənub-şərqindəki beynəlxalq münasibətlər moldav qospodarını Porta ilə dinc münasibətlərə qayıtmağa vadar etdi. Stefanın varisləri dövründə knyazlığın Osmanlı imperiyasına tabe edilmək təhlükəsi artır. XVI əsrin ortalarında Moldav knyazlığı da sultandan vassal asılılığına düşür.

Moldova və Valaxiya knyazlıqları erkən yeni dövrdə: Valaxiya knyazlığı XV əsrin sonunda, Moldova knyazlığı isə XVI əsrin ortalarında Osmanlı imperiyasından vassal asılılığını qəbul etməli oldu və demək ola ki, 300 il müddətində bu asılılıqda qalmalı oldular. Sultan xəzinəsinə illik xəracdan və ali türk əyanlarına ənamlardan başqa hər iki knyazlığın Babi-Alidən asılılığı onların ordularının Osmanlı yürüşlərində iştirak etmələrində, knyazlıq ərazilərində Osmanlı orduları dayanan zaman onu saxlamaqda, istehkamların tikintisi zamanı işçi qüvvələrinin, habelə ərzağın verilməsində, Osmanlı ticarət monopoliyasının bərqərar olunmasında bu vassal asılılığı özünü göstərirdi. İtaət əlaməti olaraq qospodarlar öz oğullarını və yaxın qohumlarını girov qismində İstambula göndərirdilər. Babi-Ali knyazlıqlardan bir sıra əraziləri alır: Kiliya və Belqorodu (1484), Bucak, Tigin qalası ilə Benderi (1538), Dobrucanı, İsmaili (1590), Renini (1622), Turnu, Curcanı ətraf dairəsilə birlikdə və s. Bu torpaqlar Osmanlı imperiyasına birləşdirilir və ən iri qalalar da sökülürlər.

Knyazlıqlar özlərinin dövlətçiliklərini, dini və inzibati muxtariyyətlərini saxlayırlar. Onların kilsəsi Konstantinapol patriarxına tabe idi. Lakin ara müharibələri və boyarlar arasındakı hakimiyyət çəkişmələri Babi-Aliyə onların daxili işlərinə müdaxilə etməyini gücləndirdi. XVI əsrin əvvəlindən sultanlar qospodarları təsdiq edirdilər, əsrin sonunda isə onları təyin etməyə başladılar. Qospodarlar taxtlarının saxlanılması üçün də ödənc verirdilər. Bunun nəticəsində bu vəzifə alqı-satqı obyektinə çevrilir və qospodarlar tez-tez dəyişirilməyə başlayır. Osmanlı dövləti knyazlıqlardakı ziddiyyətlərdən istifadə edərək onları bir-birlərinə qarşı qaldırırdı. XVI-XVII əsrlərdə Moldova və Valaxiyanın xarici siyasətinin xarakterik cizgisi iri dövlətlər arasında manevr etmək və onların rəqabətindən özlərinin siyasi maraqları üçün istifadə edilməsi idi.

XVI əsrdə Dunay knyazlıqlarının təsərrüfatının aparıcı sahəsi heyvandarlıq: Valaxiyada qoyunçuluq, Moldovada isə iri buynuzlu malqaranın yetişdirilməsi idi. Dobruca və Bucak məşhur heyvandalıq vilayətləri idi. Seretin, Prutun, Dunayın, Dnestrin, Oltanın məhsuldar vadilərində əkinçiliyin rolu artırdı. Üzümçülük, bostançılıq, arıçılıq, balıqçılıq inkişaf edirdi.

Ağır vergi zülmünə baxmayaraq, şəhər səntkarlığı və ticarət öz inkişafını dayandırmır. XVI əsrdə Yassa, Suçava, Buxarest, Xotin, Vasluy, Fokşana, Qalas, Ploeşti, Kraynova və digər şəhərlər mühüm sənətkarlıq və ticarət mərkəzləri idilər. XVI əsrin II yarısında şəhərlərdə süx quruluşu formalaşır. Lakin Moldova və Valaxiya şəhərləri yarımaqrar xarakterlərini saxlayırlar. Daimi bazarlar yalnız XVI əsrin sonu – XVII əsrin ortalarından nəzərə çarpmağa başlayırlar. Yüksək vergilərə görə tacirlər təbəqəsi ləng formalaşır və kapitalı da ləng artırdı. Dunay knyazlıqlarının şəhərləri mülki və məhkəmə özünüidarə hüququna malik idilər, lakin Babi-Alinin knyazlıqların daxili işlərinə müdaxiləsi artdıqca bunun əhəmiyyəti getdikcə azalırdı.

XVI - XVII əsrin əvvəlində xarici bazar ön yerə çıxır. Dunay knyazlıqları kənd təsərrüfatı məhsullarının (ilk növbədə malqara və heyvandarlıq məhsullarının) ixracatçıları rolunu oynayırdılar. Transilvaniya, Polşa, Rusiya, Venesiya, Dalmasiya, alman torpaqları ilə ticarət əlaqələri möhkəmlənməyə başlayır. Lakin XVII əsrin əvvəlindən Moldova və Valaxiyadan kənd təsərrüfatı məhsullarına xarici bazarlarda tələbatın azalması ilə əlaqədar bu ticarət Osmanlı imperiyası bazarlarına yönəlməli olur. Nəticədə, ixracatın ümumi həcminin artmasına baxmayaraq, Dunay knyazlıqlarında həmin məhsullarının təsərrüfat əhəmiyyəti azalır.

XVI əsrin əvvəlindən Moldova və Valaxiya knyazlıqlarında asılı kəndlilərin əsas kütləsi “valax hüququ” ilə xüsusi sahibkar və qospodar torpaqlarında yaşayırdılar. Kəndlilər əsasən əkinkilik və arıçılıq məhsullarından feodala onda bir ödəyirdilər. heyvandarlıq məhsullarının ağa təsərrüfatlarında başlıca yer tutmasına baxmayaraq, onda birdə onlar adətən olmurdular. Xüsusi sahibkar torpaqlarında pul rentası demək olar ki, yayılmamışdı. Biyar qeyri-nizami xarakter daşıyırdı. “Xolop” adlı kəndli kateqoriyaları isə feodalların əmlakları hesab olunur və daha ağır vəziyyətdə idilər.

XVI əsrdə kəndlilərin hərbi xidmətdən kənarlaşdırılmaları ilə eyni vaxtda Dunay knyazlıqlarında iri votçinaların parçalanması fonunda feodal tipli xırda torpaq sahiblərininhərbi-xidmət təbəqəsi formalaşır. Belə ki, Moldovada nemeş, kurteş, slujitorlar adlandırılan bu şəxslərin sayları XV əsrdə 2 mindən XVI əsrin birinci yarısında 9 minədək artdı. Hərbi-xidmət təbəqəsinin formalaşması feodal Dunay knyazlıqlarının sosial bazasını genişləndirir və möhkəmləndirirdi. Lakin XVI əsrdə bu proses digər daha güclü bir proseslə - iri xidmət boyarlarının xüsusi torpaq sahibliyinin artması ilə dayandırılır.



Bu zaman qospodarların hakimiyyəti də zəifləyir. Hakimiyyətdə faktiki olaraq, boyar oliqarxiyası idi. Yeni xidmət boyarları içərisində Balkan yarımadasından olanlar, xüsusən də, yunan-fanariotlar (İstambulun Fənər məhəlləsindən olanlar) böyük əhəmiyyət qazanırlar. Yerli əhali onlara xüsusilə nifrət edirdi. Doğrudur, xüsusi torpaq sahibliyi xidmət boyarlarının siyasi və maddi mövqelərini gücləndirsə də, onların əsas gəlirləri dövlət xidmətindən əldə olunurdu. habelə, bir qismi də vergilərin iltizama verilməsindən gəlirdi. Boyarlar bu gəlirə şərik olduqları müddətdə sultanlar onların itaətkar olmalarına və dəstəklərinə bel bağlaya bilərdi.
Yüklə 27,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin