Mühazirə Silikatlar. Silikat sənayesinin xammalları, təsnifatı, məhsulları, tətbiq sahələri


Mühazirə 2.Keramika, təsnifatı, xammalları, təyinatı, istehsalı



Yüklə 447,73 Kb.
səhifə2/6
tarix31.12.2021
ölçüsü447,73 Kb.
#49527
növüMühazirə
1   2   3   4   5   6
C fakepathMühazir toplusu-1,2,3, (1)

Mühazirə 2.Keramika, təsnifatı, xammalları, təyinatı, istehsalı

Keramik məmulatlar dedikdə tərkibi əsasən gildən ibarət olan keramik kütlədən hazırlanmış, formalaşma və ya tökmə yolu ilə alınaraq sonradan qurudulub əriyənə qədər yandırılan material başa düşülür.“Keramos”-qədim yunan sözü olub gildən məmulat düzəltmək sənəti deməkdir. Müxtəlif keramik məmulatlar götürülmüş ilkin xammal materiallarından, onların emal üsulundan, və termiki emal rejimindən asılı olaraq müxtəlif xassələrə malik olurlar. İlkin xammalın tərkibindən və tətbiq sahələrindən asılı olaraq keramik məmulatlar kobud və zərif keramika nvnə ayrılırlar:

1.Kobud keramikaya iri dispersli keramik kütlədən hazırlanan, məsaməli, qeyri bircins qırıntılı kütlə strukturuna malik tikinti materialları və odadavamlılar aid edilir. 2.Zərif keramikaya isə bircins qırıntılı kütlə strukturuna malik əriyib bitişmiş və ya kiçik məsaməli məmulatlar -farfor, fayans, xüsusi keramika aid edilir.

1.Tikinti keramikası –tikinti kərpici və ondan hazırlanmış bloklar, kirəmit, suvarma və kanalizasiya boruları , klinker kərpici, döşəmə üçün keramik plitələt

2.Üzlük materiallar –binaların daxili və xarici səthini örtmək üçün kərpic və plitələr, sobalar üçün kaşı

3.Odadavamlılar- mexaniki xassələrini 1000°C-dən yuxarı temperaturda saxlayan və yüksək temperaturlu qızma şəraitində işləyən aparat, soba və odluqların hissələrinin hazırlanması üçün istifadə edilir.

4. Zərif keramika- farfor və fayans gilindən hazırlanmış, məişətdə ( təsərrüfat qabları, bədii dekorativ məmulatlar) elektrotexnikada, laboratoriya texnikasında (kimyəvi qablar, avadanlıqlar), aqressiv mühitlərdə maşın və avadanlıqların metallik hissələrini qorumaq və ya əvəz etmək üçün istifadə edilir.

5.Xüsusi keramika-xüsusi xassələrə malik olan , radioelektronikada, aviasiya sənayesində, raket- kosmik, atom texnikasında,cihazqayırmada istifadə edilir.



Adətən keramik məmulatlar müxtəlif növlü gillərdən, həmçinin də bəzi oksidlərdən (SiO2-dən,MgO-dən) alınır. Onlar üçün ilkin materiallar qarışığından əmələ gələn yarımfabrikatın yandırılması nəticəsində ərimə prosesi ən vacib mərhələdir. Yanma zamanı ərimə dərəcəsindən asılı olaraq əmələ gələn bu qırıntılara görə keramik məmulatlar iki qrupa-məsaməli və ya sıx qırıntılı məmulatlara bölünürlər. Birinci qrup məmulatlara məsaməli, qeyri-bircins, cilasız sınan, suyu özünə çəkən (örtüyü olmadıqda) məmulatlar-məs. kərpic, kafel, kirəmit, bəzi odadavamlılar (şamot, dinas), terrakotalar- yəni bişirilmiş sarı və ya qırmızı gildən hazırlanmış məmulatlar (vazlar, heykəlciklər və s.) və digər duluzçuluq məmulatları aid edilir. İkinci qrupa ərimiş kütlə qırıntısına malik olan, sınma zamanı suyu çəkməyən, balıqqılağı şəklində parlaq bərk kəsiklər əmələ gətirən məmulatlar- farfor, kimya sənayesi üçün turşuyadavamlı qablar, səki və örtük plitələri aid edilir.


Yüklə 447,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin