Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix



Yüklə 255,11 Kb.
səhifə10/24
tarix26.12.2016
ölçüsü255,11 Kb.
#3512
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Mesopotamiyada yazı
Bizim eradan əvvəl 4-cü, yəni zamanımızdan əvvəlki 6-cı minillikdə Mesopotamiyada (İki çay arası) - Dəclə və Fərat çayları arasında, Cənubda-Bəsrə körfəzi yaxınlığında yaşayan Şumerlər (Sumerlər) yazını kəşf etdilər. S. Kramer: “Tarix Şumerdən başlayır” (çünki yazı şumerdən başlayır). Şumer adını akkadlar qoymuşlar. Şumerlər özlərini “un san qiqa”, yəni “qara başlı adamlar” adlandırırdılar. Hesab-mühasibət sənədi sayılan Uruk tableti hələlik məlum olan ən qədim yazı nümunəsi sayılır. Şumer yazısı piktoqrafik (şəkilvari) yazı idi. Öküzü ifadə etmək üçün öküz başı çəkilmişdi (təbii ki, bir qədər sxematik). Sonra bu, yazı vasitələrindən istifadə və mücərrəd düşüncənin məhsulu kimi dəyişdi.


Bir sıra piktoqramlar yanaşı qoyulduğunda bir fikir ifadə etmək olurdu. Buna ideoqram, yəni düşüncə yazısı deyilir. Əvvəlcə təqribən 1500 piktoqram vardı, sonra bunların sayı təqribən 600-ə endi. Sonra Şumerlər gilin və qamışın bol olduğu bu yerlərdə ucu kəsik iti (bir ucu enli, digər ucu nazik) qamış/bəzən metal çubuğla,qələmlə yumşaq gil lövhənin üzərinə basmaqla həmin piktoqramları yazmağa başladılar (çivi və ya mixi yazı/cuneiform). Dilləri yapışqan və ya bitişik (aqqlyutinativ) qramatik quruluşa malik olan şumerlərə bu yazı üsulu rahat idi. Semit qrupuna daxil olan Akkadlar bu yazını mənimsədilər. Onlar get-gedə sayca üstünlük təşkil etməyə başladılar. İlkin piktoqram (öküz başı) bir neçə hissədən ibarət olaraq, hər hissə çubuğun vurduğu bucaqlı damğa ilə əvəz edilmiş, get-gedə sadələşdirilmiş, yəni mücərrədləşdirilmişdi.

Bu, piktoqrafik yazının aradan qalxması və simvolik yazının yaranması idi. Bu, mücərrəd, sadə və həndəsi yazı sistemi idi. Məsələn, kəsişən iki xətt düşmənçiliyi, paralel iki xətt dostluğu göstərirdi.

Bu cür (əlifbadan fərqli) yazı vahidlərinə çox zaman xarakterlər deyilir. Bu yazı sistemi ətraf dünyaya - qədim elam, hetit (hind-avropa dili), köhnə fars və digər dillərdə də yayılmış, tətbiq olunmuşdu.


Ucları müxtəlif şəkilli olmaqla müxtəlif növ (3 növ?) qələmlər işlənilirdi; üçbucaq uclu, ücbucağın bir təpəsini nazikcə uzatmaq üçün iti uclu və dairəvi uclu qələmlər vardı. Sonuncular sayları ifadə etmək üçün işlənilirdi. Bu - pazşəkilli (üçbucaq uclu), mixi və ya çivi yazı adlanır. Yaş gil üzərində yazıları günəşdə və ya sobada qurudurdular. Şumerlər və sonra Mesopotamiyanın şimalından axın edib hakimiyyəti ələ alan samidilli akkadlar və bir qədər sonra yaranan babil və asuri dövlətləri məktublaşma və poçt sistemi qurdular (gildən zərflər düzəldilirdi!). B.e.ə. 2000-ci il ətrafında artıq şumercə danışıq dili yox olmuş, akkad dili hakim dilə çevrilmişdi. Lakin şumer dili təqribən iki min il ərzində müqəddəs mətnlərin dili, elmi-ədəbi dil kimi işlənilməkdə davam etdi.

Hesab kitabları, ticarət kitabları, dualar, ədəbiyyat yazılırdı, məktəblər fəaliyyət göstərirdi. Gilqamış dastanı!-əsas hissəsi b.e.ə. 7-ci əsrdə mövcud olan Aşşurbanipal kitabxanasında, Ninovada və ya Nineviyada tapıldı; mətndə kəsilmələr var.

Gümüş, metal və digər lövhə və qablar üzərində də yazılar işlənilirdi. Daş üzərində şəkil, heykəlcik və yazılar xüsusi (daha çox siyasi) məqsədlərlə hazırlanırdı. Tikili daşlar üzərində yazılar hökmdarın gücünü və qanunları nümayiş etdirə bilirdi. Babil hökdarı Hammurapi (b.e.ə. 1750-də ölüb) qanunları tarixdə məlum olan ilk qanun məcəlləsidir. Hündürlüyü 2,4 m olan dionit daşın iki tərəfində yazılmış bu abidə Parisdə, Luvr muzeyində saxlanılır. Digər qədim nüsxələri də mövcuddur.


Yüklə 255,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin