Ona görə də qəza halını aradan qaldırmaq üçün belə qazların toplanaraq təşkil
olunmuş formada fakellərdə yandırılması məqsədəuyğundur.
Digər tərəfdən belə qazların məcburən ( başqa variant olmadığından )
yandırılması iqtisadi cəhətdən səmərəli deyil. Çünki onlar qiymətli xammal
mənbələridir. Ona görə də əvvəlcə çalışmaq lazımdır ki,
belə qazlar yenidən
prosesə qaytarılsın.
Bu mümkün olmayan halda təhlükəsizlik baxımından qazların fakeldə
yandırılması məqbul hesab edilir. Eyni zamanda fakellərin istismarı də təhlükəlidir.
Ona görə də hər iki hal həll olunmamış problem sayılır. Fakel sisteminə
aşağıdakı qazlar istiqamətləndirilir;
-
baxılan sistemdə qurğularda istifadəsi mümkün olmayan qaz və buxarlar ( o
cümlədən qəza halında );
-
qoruyucu membran, klapan və digər qoruyucu qurğulardan çıxan qazlar;
-
aparatların, kompressorların, nasosların üfürülməsindən atılan qazlar;
Ona görə də fakel sisteminə atılan qazların çoxluğu belə qurğuların buraxılış
qabiliyyətini və istismarını çətinləşdirir. Fakel sisteminə
istiqamətlənməsinə icazə
verilməyən qazlar:
-
yanma zamanı zərərli maddələr ayrılan qazlar;
-
başqa maddələr reaksiyaya girmək xassəsi olan məhsullar;
-
oksidləşdiriciləri;
-
polimerləşən maddələri və s.
Fakel sistemi magistral boru kəmərlərindən və fakel borusundan ibarətdir. Fakel
sisteminin təhlükəsizliyini təmin etmək üçün bir çox maşın və qurğulardan istifadə
olunmalıdır.
1.13 Mayeləşdirilmiş qazlar
.... Müxtəlif sahələrdə, xüsusilə üzvi sintez sahələrində mayeləşdirilmiş
karbohidrogenli qazlardan istifadə olunur. Belə qazların istismarı-istifadəsi
spesifik xüsusiyyətlərə malikdir və olduqca təhlükəlidir.
Əvvəlcə onu qeyd etmək
lazımdır ki, maye qazların ( etilen müstəsna olmaqla ) hava üzrə sıxlığı 1,05-2,06
həddində dəyişir. Ona görədə belə qazlar ərazinin aşağı hissəsində toplana bilər.
Atmosferə onların diffuziyası az olduğundan uzun müddət bu sahələrdə qala
bilərlər.
Karbohidrogenli qazla hava qarışığının aşağı alışma həddi 1,6-3,0% ( həcmi )
arasında dəyişir. Ona görədə belə qazlar təhlükəlidir. Karbohidrogenli maye
qazların təhlükəliliyi həmdə onların elektrikləşməyə həssaslığıdır.
Şərti olaraq
qəbul edilir ki, əgər maddənin xüsusi elektrik müqaviməti 10
5
Om∙m –dən yüksək
olarsa
o təhlükəli hesab olunur , çünki belə halda iskra ( qığılcım ) boşalması
mümkündür. Karbohidrogen qazları üçün bu göstərici 10
9
Om∙m –dir. Bu isə
mayeləşdirilmiş karbohidrogenli qazların yüksək partlayış təhlükəli olduğunu
göstərir.
Maye karbohidrogenli qazlar böyük həcmi genişlənmə əmsalına malikdir. Eyni
temperatur artımında suya nisbətən propan 16 dəfə genişlənir ( kerosindən 3,2 dəfə
çox ), butan sudan 11-dəfə çox genişlənir ( kerosinə nisbətən 2,2 ). Belə qazların
qeyd olunan xüsusiyyətləri qablar doldurulan zaman nəzərə alınmalıdır. Belə ki,
temperatur fərqi 40
0
C olan halda çənlərin doldurulması 83%, temperatur fərqi çox
olan halda bu hədd uyğun olaraq azaldılır.
Mayenin yuxarı səviyyəsi çəndə daim nəzarətdə saxlanılmalıdır. Çəndən
məhsulun götürülməsi zamanı ətrafda-havanın temperaturu kəskin azalan halda çən
daxilində vakuum yarana bilər. Ona görə də maye
qazlar üçün çənlər vakuum
zamanı möhkəmliyə yoxlanılmalıdır. Əks halda qəza təhlükəsi baş verər.
Temperaturun kəskin azalması tənzimləyici qurğuların donması və onların
işinin pozulmasına səbəb olur. Avtomatik nəzarət sistemi pozulur. Maye qazlar
saxlanılan anbarlarda baş verən yanğın və partlayış hadisələrinin təhlili göstərir ki,
onlar bağlayıcı armaturların donması və kipliyin pozulması, qoruyucu klapanların
donması və istismar qaydalarının pozulması nəticəsində baş verir. Belə qəzalar o
vaxt azalar ki, armaturlara daima-planlı
nəzarət olsun, ikiqat-ikili armaturlardan
istifadə olunsun, biri donan zaman digəri işə düşsün.
...... Freyzen şəhərində neft emalı zavodunda ( lion şəhəri yaxınlığında ) böyük
çən parkında ( 700min m
3
həcmli ) maye qaz çənində ( əsasən butan, propan olan )
qəza
baş vermiş, çənin qırıntıları 600m məsafəyə daxil olmuşdur-atılmışdır.
Yanğın 1 sutka davam etmiş, 10000ton neft məhsulu dağılmış, 77 nəfər zədə almış,
15 nəfər ölmüşdür, maddi ziyan 10 milyon frankdan çox olmuşdur. Qəzaya səbəb
sərf borusunda ikinci armaturun olmaması, qəza su borusunun yoxluğu və məhsul
götürülməsi təlimatının pozulması olmuşdur.
....... Bədənin açıq hissəsinə maye qaz düşdükdə həmin hissənin kəskin donması
baş verir. Xarici görünüşünə görə yanığa bəzəyir və uzun müddət sağalmır. Gözə
düşdükdə görmə tamam itir.......
Ona görə də maye qazla işləyən zaman bütün təhlükəsizlik qaydalarına mövcud
təlimatlarına ciddi əməl olunmalıdır......
Dostları ilə paylaş: