etilenin
etilen oksidinə çevrilməsi, ammonyakın azor oksidinə çevrilməsi və s.
aiddir. Belə oksidləşmə prosesində aparatlarda partlayış təhlükəli maddələr
əmələ
gəlir və olduqca təhlükəli qəzalar baş verir ( inisatorların iştirakı ilə ).
Belə partlayışların qarşısının alınması üçün texnoloji prosesi elə şəraitdə
aparırlar ki, partlayış törədici maddələrin miqdarı aşağı
həddən az olsun, yaxud
yuxarı partlayış həddi qatılığından yüksək olsun.
Eyni zamanda elə tədbirlər görülür ki, aparatın daxilində alovlanma implusları
olmasın, elektrik yükləri yaranmasın, öz-özünə alışan maddələr ( pirofor) əmələ
gəlməsin.
Aşağı alışma həddində prosesin aparılması olduqca çətindir. Çünki aşağı alışma
həddi-qatılığı olduqca azdır. Ona görə də bağlı aparatlarda prosesləri alışma
həddinin yuxarı qatılığında yüksək həddə aparırlar. Lakin burada prosesə əlavə
komponentlər-fleqmatizatorlar qatırlar və onların iştirakı ilə qarışıq yanmayan olur.
Fleqmatizatorlar inert komponent və yaxud inqibitorlar ola bilərlər.
Inert komponentlər (istilik fleqmatizatorları ) birbaşa yanacaq maddə ilə
oksidləşdiricinin
işində iştirak etmir, alışma temperaturunu aşağı salır və alışma
həddi qatılığına təsir edir. Inert komponentin əlavə edilməsi ( durulaşdırılması )
yanacaq maddə ilə oksidləşdirici qarışığının alışma qatılığını yaxınlaşdırır və inert
komponentlə yanacaq maddənin elə qarışığı yaranır ki, bu həddə ( alovlanma
həddinin “MİS”i yaranır ) alovlanma-partlayış yaranmır. .....
Inqibitor-fleqmatizatorlar əks halda katalizator təsiri yaradır, dəyişməyən
temperaturda reaksiyanı əyləndirir........
Texnoloji proseslərin təhlükəsizliyini təmin etmək
üçün yanacaq maddə ilə
oksidləşdirici, eləcə də fleqmatizator qarışı nisbətləri aparatlarda avtomatik
üsullarla tənzimlənməlidir....... İnert qazlar təhlükəsizlik vasitəsidir.
.... İnert qazlar təkcə fleqmatizatorlar kimi deyil, onlar eyni zamanda partlayış və
yanğının xəbərdarlıq vasitələridir. Müasir yanğın təhlükəli istehsalatlar-texnoloji
proseslər inert qazlarsız fəaliyyət göstərə bilməz. Belə
istehsal sahələrinin inert
qazlarla təchiz edilməməsi, yaxud onun lazım olan yerə, əməli verilməməsi, lazimı
dərəcədə təmizlənməməsi elə qəza halları yaradır ki, onların nəticəsini aradan
qaldırmaq mümkün olmur.
İnert qaz kimi adətən azotdan istifadə olunur ( təsadüfi hallarda arqon və
yanacaqların yanma məhsullarından).
..... N-un alınması, nəqli və s.
İnert qazlar aşağıdakı hallarda istifadə olunur:
-
aparat və kommunikasiyaların
üfürülməsi prosesində, onların təmizlənməsi
və təmiri nəticəsində saxlanıb buraxılmasında və s.;
-
mayeləşdirilmiş qazların və yüngülyanan maddələrin “ neytrallaşmasında”;
-
inert “ yastıq “ və inert “nəfəs “ yaradılmasında;
-
çənlərdə yanacaq maddələr qalığı olan halda qaynaq işlərinin aparılmasında;
-
Dostları ilə paylaş: