Sənaye sahələrində istehsal tələbatlarına uyğun olaraq vakuumdan istifadə
olunur. Ən çox aşağı ( 101,3
∙
10
3
- 133Pa, yaxud 760-1mm civə süt. ) yaxud orta
( 1- 10
-3
mm civə süt. ) vakuumdan istifadə olunur.
Aşağıdakı hallarda təhlükəsizliyi təmin etmək üçün vakuumdan istifadə olunur:
-
maddələrin qaynama temperaturunu aşağı həddə yönəltmək vacib olan
texnoloji proseslərdə;
-
texnoloji proseslərin səmərəli və təhlükəsiz aparılması
vakuum tələb edən
aparatlarda;
-
maye materialların ötürülməsində;
-
tozyaradan tökülən maddələrin nəqlində.
Bəzi texnoloji proseslərdə, məsələn neft və neft məhsullarının qovulması
prosesində qızdırma zamanı
atmosfer təzyiqində parçalanma, kokslaşma,
qətranlaşma baş verdiyindən temperaturu azaltmaq lazım gəlir.
Atmosfer
təzyiqində neftin yağ fraksiyasının qaynaması 500
0
C-dən artıq olduğu halda 8kPa
(60mm civə süt ) vakuumda temperatur 100
0
C-dən çox azalır və fraksiyalaşma
prosesini daha yumşaq rejimdə aparmaq mümkün olur.
Digər proseslərdə arzuolunmaz əlavə reaksiyaların aradan qaldırılması məqsədi
ilə vakuumdan istifadə olunur.
Vakuum quruducu digər quruduculara nisbətən materialdan ayrılan qiymətli (
bəzən aqressiv ) buxarları daha yaxşı tutur. Əgər maddəni yuxarı
temperaturda
qızdırdıqda oksidləşmə baş verirsə onu vakuumda qızdırırlar. Çünki vakuumda
daha aşağı temperatur tələb olunur.
Ona görə də təhlükəsizliyi təmin etmək məqsədi ilə təhlükəli-partlayıcı,
yanar
və toz verici maddələrin qurudulması vakuum quruducularında aparılır.
Aqressiv təhlükəli maddələrin qarışdırılması atmosfer təzyiqi altında
aparılması, yaxud aşağı hissədən buraxılış qurğusu qoyularsa mayenin atılması və
ya tökülməsi baş verir, ciddi təhlükə və qəza yaranar.
Ona görə belə işləri
vakuumda aparmaq məqsədəuyğundur ( eyni zamanda sifonun doldurulmasında ).
.... Bir çox texnoloji proseslərin aparılması zamanı partlayıcı və toksiki qazların
kənarlaşdırılması ( tullanması ) lazım gəlir. Bu proseslərin təhlükəsiz aparılması
üçün belə qazların toplanması, istifadə olunması və yaxud yox edilməsi sistemi
tətbiq edilir. Bu sistem fakel ( alov ) sistemi adlanir.
Bəzi müəssisələrdə xüsusilə neftkimya sahələrində tullantı qazların miqdarı 10-
15 min m
3
/saat təşkil edir. Əgər
nəzərə alsaq ki, karbohidrogenlərin alışma qatılıq
həddi 2% ( həcmi ) təşkil edir və onların sıxlığı havanın sıxlığından böyükdür,
onda asanlıqla hesablamaq olar ki, qısa müddət ərzində bir neçə min kvadrat metr
ərazini partlayış təhlükəli bulud tutur.
Çox güman ki, adi bir impuls güclü
Dostları ilə paylaş: