13.3
Təmir işlərinə hazırlıq və onun təşkili
Təmir işlərinin aparılması üçün texniki sənədlərdən (qusurlar cədvəli, sərf
semetası, işin aparılması qrafiki və.s) əlavə həmdə işin təşkili planı hazırlanır. Bu
planda təmir üçün mexanizimlər, materiallar, təmir-mexani vasitələr, ayrı-ayrı
qovşaqların hazırlanması ilə bərabər təmir işlərinin aparılmasında təhlükəsizlik
texnikasının tələblərinədə baxılır.
Işin təşkili planında təmir üzrə işlərin ardıcıllığı, maşın və aparatların
çıxarılan hissələrini yerləşdirilməsi, detalların qoyulması, çıxarılan hissələrin
yerinə qoyulmalı, aparatların təmizlənməsi zamanı çirkin və tullantıların
yerləşdirilməsi məsələlərinə də baxılır. Bu zaman keçidlər tutulmamalı, iş
yerlərində sıxlıq yaranması təhlükəli sayılır.
Təmir işlərində bəzi əməliyyatların eyni zamanda aparılmasına icazə
verilmir; məsələn;
-
qaynaq işlərinin içərisində yangın-partlayış təhlükəli maddələr olan maşın və
aparatların eyni vaxtda sökülməsinə; yüngül yanan maddə olan qurguların nümunə
üçün buraxılıb-saxlanmasına; tərkibində yüngül yanan maddələr-həlledicilər olan
lak və örtüklərin antikorroziya ( korroziya əlehinə) məqsədi ilə aparatların səthinə
çəkilməsinə və.s
-
nəmlik ayrılan beton,suvaq işlərinin içində qələvi və qələvi toprpaq metalları
saxlanan aparatların (Li,Na,K,Ca)təmir ilə bir yerdə aparılmasına;
-
pesok (qum) axıntısı ilə səthi emal olunan avadanlıqlarla ümumi təmir
işlərinin bir yerde aparılmasına (çox təmirçi işləyən yerdə intensiv toz ayrılması
insanların sağlamlığına pis təsir edir, işin təhlükəliyini artırır).
İşin təhlükəsiz təşkilində işləməyin hündürlükdə yerləşməsi (olması-işləməsi)
vacib faktorlardan sayılır.Vertikal təmir işlərinin bir neçə nöqtədə aparılması çox
təhlükəlidir.Belə ki,hündürlükdən düşən hər bir əşya (bolt,qayka,alət,metal və
s.)aşağıda işləyənə böyük zədə vura bilər.
Təmir işlərinə başlamazdan əvvəl bütün iştirakçılar iş planı ilə tanış
olmalıdır,o cümlədən təhlükəsizik qaydaları və tələbləri üzrə təlimat
almalıdırlar.Xüsusi ilə belə təlimatı xüsusi-təmirçilər almalıdır,çünki onlar istehsal
işləri-texnologiyası üzrə az məlumatlı olurlar.
Bütün hazırlıq işləri görüldükdən,keçidlər təmizləndikdən,maşın və
mexanizmlər,təmir alətləri hazırlandıqdan,təlimatlar aldıqdan sonra təmir işlərinə
başlamaq olar...
Dostları ilə paylaş: |