Statistik göstəricilərin təsnifatı
Cəmiyyətdə baş verən sosial-iqtisadi prosesləri araşdırmaq
və təhlil etmək üçün
statistik məlumatlar bazası olmalıdır. Bu statistik məlumatlar əsasında dövlətin sosial
siyasətini formalaşdırmaq, onu elmi cəhətdən əsaslandırmaq mümkündür. Sosial-
iqtisadi göstəricilər üç qrupa bölünür:
•
sosial göstəricilər;
• iqtisadi göstəricilər;
•
demoqrafik göstəricilər
Bəzi ədəbiyyatlarda bu göstəricilər sadəcə iki qrup şəklində təqdim edilir: sosial və
iqtisadi göstəricilər. Bu halda demoqrafik göstəricilər
sosial göstəricilər qrupuna
daxil edilir.
Sosial göstəricilərə əhalinin həyat səviyyəsi göstəriciləri,
yəni gəlirləri,
xərcləri,
əmək haqqı, yoxsulluq həddi; əmək bazarı göstəriciləri: məşğulluq, işsizlik, iqtisadi
aktiv əhali; insan inkişafı indeksi; elm, təhsil,
mədəniyyət, idman, turizm və s.
sahələr üzrə göstəricilər aid olunur.
Demoqrfik göstəricilər dedikdə əhalinin yaş-cins strukturu üzrə göstəricilər, yaşa
görə demoqrafik yük əmsalları, əhalinin təbii və mexaniki hərəkəti göstəriciləri, təbii
artım, ölüm, doğum əmsalları, orta ömür uzunluğu və s. başa düşülür.
İqtisadi göstəricilərə isə Ümumi daxili məhsul, Ümumi milli gəlir, dövlət büdcəsinin
gəlirləri, xərcləri, kəsiri, qiymətlər səviyyəsi, investisiya qoyuluşu və sahibkarların
iqtisadi fəalliğı və s. iqtisadi fəaliyyətlə bağlı göstəricilər aiddir.
Statistik göstəricilər sistemi üç qrupa bölünür:
1-
ci qrupa həcm göstəriciləri, yəni subyektlərin sayı(mütləq və ya nisbi şəkildə),
ümumi cəmi aid olunur;
2- ci qrupa orta göstəricilər (sadə və şəkili halda) aiddir;
3- cü qrupu variasiya xarakteristikaları, yəni mərkəzi paylanma və
struktur
göstəriciləri, paylanma formaları, ölşü və bircinslilik əmsalları səciyyələndirir.