Statistika İdarəsi yaradıldı və onun kollegiyası 12 nəfərdən ibarət oldu. Yalnız 1924-
cü ildə yerli statistika orqanlarının yaradılmasına başlamaq mümkün oldu və sonrakı
illərdə bütövlükdə yerlərdə statistika orqanlarının yaradılması həyata keçirildi.
Azərbaycanda statistikanın təşkili və statistika orqanlarının yaradılması çətin şəraitdə
həyata keçirilirdi, vəsait və ixtisaslı kadrlar çatışmırdı.
Həyata keçirilmiş iri statistik işlərdən 1927-ci ildə geniş proqram əsasında aparılmış
kəndli ev təsərrüfatlarının
dinamik müayinəsini, 1929-cu ildə kiçik sənaye
müəsissələri- nin siyahıyaalınmasını göstərmək olar. 1939-cuil 17 yanvar vəziyyətinə
statistik işlərdən ən mürəkkəb və ağın sayılan mövcud əhalinin siyahıya alınması
aparıldı. Əhali tərəfindən hərtərəfli dəstək və milli kadrların inkişafı bu işin
Azərbaycanda müvəffəqiyyətlə keçirilməsində əsas amillərdən biri oldu.
Böyük Vətən müharibəsi illərində respublikanın statistika orqanlarının qüvvəsi işdə
operativliyin yüksəldilməsinə, statistik məlumatların yığılması və işlənməsi vaxtının
ixtisara salınmasına, istehsal avadanlıqlarının və materiallarının qısa proqramlar üzrə
təcili siyahıya almalarının keçirilməsinə yönəldilmişdi. Əhali haqqıda
bir çox
məlumatlar, o cümlədən: köçürülmüş əhali, talon sistemi ilə təchiz edilmə, əhalinin
sayı haqqında aylıq hesablamalar, 1 yanvar vəziyyətinə kənd əhalisinin yaş və cins
tərkibi haqqında kənd sovetliklərinin illik hesabatlarının yığılması və işlənməsi işləri
görülmüşdü.
Respublikada birinci sahələrarası balans 1966-cı ildə, ondan sonrakı isə 1972 və
1977-ci illərdə tərtib edilmişdir.
Beləliklə, hal-hazırda Dövlət Statistika Komitəsi sistemində 86 təşkilat mövcuddur:
mərkəzi aparat, Naxçıvan
MR Dövlət Statistika Komitəsi, Bakı şəhər statistika
idarəsi, 81 rayon (şəhər) statistika idarəsi (şöbəsi), Baş Hesablama Mərkəzi, Statistik
məlumatların Elmi-Tədqiqat və Layihə- Texnoloji Mərkəzi.
Azərbaycan iqtisadiyyatının təsərrüfatçılığm bazar modelinə keçidi hələ 1991-ci ilin
aprel ayında qiymətlərin libe- rallaşdırılması ilə başlamışdı. Dövlət Statistika
Komitəsi bu sahədə baş verən prosesləri operativ işləmək üçün qiymət üzərində
müşahidəni təşkil etmişdir. Müşahidə tabeçiliyindən və mülkiyyət formasından asılı
olmayaraq
seçmə qaydada sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və ticarət
müəssisələrində təşkil edilmişdir.
Hazırda dövlət statistika orqanlarının fəaliyyəti keyfiyyətcə yeni inkişaf və istiqamət
mərhələsinə qədəm qoymuşdur. Dövlət Statistika Komitəsi tərəfindən statistika
praktikasında istifadə olunan qayda və standartlar tədricən beynəlxalq və bazar
iqtisadiyyatının tələblərinə uyğunlaşdırılır və bu zaman ölkədə aparılan
islahatlara
xüsusi diqqət yetirilir. 1992-2003-cü illər ərzində istər dövlət statistika hesabatları,
istərsə də onların tərtib edilməsinə dair təlimatlar beynəlxalq standartlara uyğun və
dövlət dilində hazırlanmışdır. Bu dövrdə «Əsas iqtisadi-statistik göstəricilərə dair
metodoloji izahat», «Statistika üzrə əsas metodoloji göstərişlər» məcmuələri (I və II
hissə) hazırlanaraq dərc edilmişdir. Ölkənin iqtisadi və sosial fəaliyyətini daha tam
və dəqiq əks etdirən milli hesablar sistemi tətbiq edilmiş və BMT metodologiyası
əsasında təmiz məhsul və “Ümumi əlavə dəyər” göstəricilərinin hesablanması
metodologiyası işlənib hazırlanmışdır.
Dövlət Statistika Komitəsi tərəfindən yerinə yetirilmiş əsas işlərdən biri də 1999-cu
və 2009-cu illərdə ölkədə müvəffəqiyyətlə həyata keçirilmiş əhalinin siyahıya
alınması olmuşdur. Bu siyahıyaalma ölkə əhalisinin sayının dəqiqləş- dirilməsində və
gələcək üçün sosial-iqtisadi inkişafın proq- nozlaşdınlmasmda böyük əhəmiyyət kəsb
etmişdir.
Ölkə statistika işinin köklü surətdə yaxşılaşdırılması məsələləri yalnız müasir, dəqiq
ifadə olunmuş hüquqi əsasda müvəffəqiyyətlə həll oluna bilər. Statistikanın
hüquqi
cəhətdən müdafiə olunmasının gücləndirilməsi, dövlət statistika orqanlarının
qanunvericilik statusunun daha da dəqiqləşdirilməsi yeni şəraitdə prinsipial
əhəmiyyət kəsb edir. Burada tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq,
uçot və hesabat sahəsində bütün müəssisə və təşkilatların öz vəzifələrini düzgün başa
düşmələri də böyük əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: