Yeni dərsin planı:
1. Windows sisteminin inkişaf tarixi və əsas xüsusiyyətləri
2.Windows 98 əməliyyat sisteminin konsepsiyası
3.Obyektyönlü platforma
4.Windows-un istifadəçi qrafik interfeysi
1.Windows sisteminin inkişaf tarixi və əsas xüsusiyyətləri
Windows əməliyyat sistemi istifadəçilər üçün rahat işləmə mühiti yaratmaq məqsədilə meydana gəlmişdir. Bu əməliyyat sistemi yaranmamışdan əvvəl istifadə edilən istənilən əməliyyat sistemi istifadəçidən kompüteri idarə edən əmrlər dilinin bilməsini tələb edir. Windows əməliyyat sisteminin yaranması system mühiti və burada işləmə qaydasını dəyişməyə imkan verdi. İstifadəçi üçün çox sadə işləmə qaydalarına malik olan qrafiki interfeysin meydana gəlməsi istifadəçini əmrlər strukturunu öyrənməkdən azad edir. Maraqlıdır ki, bu əməliyyat sisteminin ilk versiyalarının meydana gəlməsi istifadəçilər tərəfindən çox soyuq qarşılandı. 1985-1990-cı illər ərzində bu əməliyyat sistemi çox da istifadə olunmadı. Yalnız 1990-cı ildən sonrakı beşillikdə Windows əməliyyat sistemi computer dünyasının ona qarşı olan münasibətini dəyişdirdi. İlk versiyalarında MS-DOS əməliyyat sisteminin qrafiki örtüyü kimi meydana çıxan bu yeni əməliyyat sistemi Windows-95, Windows-98 və Windows-2000 kimi versiyalarında tam hüquqlu əməliyyat sistemi kimi özünün təsdiqini tapdı.
İBM PC fərdi kompüterlər üçün qrafik mühitin yaradılması problem üzərində Microsoft kompaniyası 1981-ci ildə MS DOS1.0 əməliyyat sistemini buraxdıqdan dərhal sonar müəyyən işlər aparmağa başlayır. İş üzərində birinci mərhələ 1983-cü ilin aprel ayında başa çatır və bu vaxt İnterface Manager proqramı meydana gəlir. Lakin bu proqram üzərində təkmilləşdirmə aparılmasına baxmayaraq, 2 il ərzində istifadəçilər bu proqramdan istifadə etmirlər. Yalnız 1985-ci ilin iyun ayında İnterface Manager layihəsi Windows1.0 adı altında işıq üxü görür. Lakin bu variant da əvvəlki variantlar kimi istifadəçilər tərəfindən yaxşı qarşılanmamasına baxmayara, bu əməliyyat sistemi üzərində işlər davam edir.
1987-ci ilin oktyabr ayında Windows2.0 əməliyyat sistemi işıq üzü görür və istifadəçilər tərəfindən rəğbətlə qarşılanır Windows2.0 əməliyyat sistemi üçün Microsoft Excel cədvəl prosessoru və Word1.0 mətn prosessoru işlənib hazırlanır. 80286 mikroprosessorlu kompüterlər üçün hazırlanan Windows versiyası istifadəçilərə genişləndirilmiş yaddaşdan istifadə etməyə, 80386 mikroprosessorlu kompüterlər üçün hazırlanmış Windows versiyası isə çoxməsələliyə imkan vermişdir.
1990-cı ilin may ayında MS DOS əməliyyat sisteminin qrafiki örtüyü olan Windows 3.0 versiyası meydana gəlir. Bu versiya istifadəçilər arasında daha tez müsbət rəy qazanır. Windows 3.0 nəinki qrafiki interfeysə, həmçinin çoxməsələlik rejiminə də malik olmuşdur. Windows sisteminin ən vacib xüsusiyyətlərindən biri xarici qurğularla işləmək qabiliyyətinə malik olmasıdır. Bu əməliyyat sistemi xarici qurğuların işlərinin təşkilini öz üzərinə götürüb, bunu tipik interfeys vasitəsilə həyata keçirir. Belə halda MS-DOS əməliyyat sistemində olduğu kimi burada bütün tətbiqi proqramlar üçün drayverləri yazmaq lazım olmur. Bunun üçün Windows əməliyyat sistemində yalnız bir drayver olur ki, istifadə olunan bütün əlavələr həmin bu drayverə müraciət edə bilir. Həmçinin bu versiyada Proqram Dispetçeri (Proqram Manager) meydana gəlir ki, bunun köməyilə mausdan istifadə etməklə kompüteri daha rahat idarə etmək imkanı yaranır. Lakin bütün bu müsbət cəhətlərə baxmayaraq, Windows3.0 əməliyyat sisteminin işləmə etibarlılığı çox da böyük deyildi. Bu mənfi cəhət 1992-ci ilin aprel ayında buraxılan Windows3.1 versiyasında aradan qaldırılmış və bu versiya daha böyük rəğbət qazanmışdı. Bu versiyadan başlayaraq Microsoft kompaniyası 80386 və ondan sonar gələn prosessorlara xas olan virtual yaddaşın təşkil edilməsi imkanınına malik əməliyyat sisteminin istehsalı ilə məşğul olur.
1995-ci ilin sentyabrında buraxılmış Microsoft Windows 95 əməliyyat sistemi İBM PC kompüterləri üçün ilk qrafiki əməliyyat sistemi olmuşdur. Bu əməliyyat sistemi böyük üstün cəhətlərə malik olduğu üçün, o, bütün computer dünyasında geniş tətbiq olunmağa başlayır. Lakin bu əməliyyat sisteminin praktiki istifadə oluması zamanı aydın olur ki, onun bir sıra mənfi cəhətləri, o cümlədən çox da böyük olmayan işləmə etibarlılığı vardır. Bu mənfi cəhətlər sonralar təkmilləşdirilmiş Windows-95 variantı olan OSR2 sistemində aradan qaldırılır.
1998-ci ildə istehsal edilən Windows 98 əməliyyat sistemi əsasən gələcəkdə istifadə olunmaq üçün buraxılır. Burada əvvəllər ayrıca satılan bir sıra proqram məhsullarının daxil olduğu standart proqramlar komplekti, həmçinin kommunikasiya imkanları da genişləndirilmişdir. Eyni konsepsiyaya malik olduqları üçün Windows 95 və Windows 98 əməliyyat sistemləri yerinə yetirdikləri funksiyaya görə bir-birinə daha yaxın olub, istifadəçiyə eyni interfeyslər xidməti göstərirlər.
Görünür ki, Windows-98 in tərkibində olan WebTV for Windows vasitəsi hələ uzun müddət istifadə ediləcək, lakin XXI əsrdə bu proqram daxilində olan yayılma arxitekturası kompüterdən istifadə edib etməməsindən asılı olmayaraq, hər bir insanın həyatına təsir göstərəcək.
Windows -98 istifadəçiləri Microsoft Net Meeting proqramının köməyilə videotelefon xidmətindən istifadə edə bilərlər. Artıq müəssisələrdə videokonfransların keçirilməsi adi bir haldır. Kiçik biznesdə hal-hazırda lazım olan uzaq məsafədəki ticarət mağazalarının fəaliyyətinə videonəzarət mümkündür. Bunun üçün yalnız telefon xətti, çox dab aha olmayan videokamera, fərdi computer və Windows -98 əməliyyat sistemi lazımdır. Windows-98 əməliyyat sistemindən kənara çıxmayaraq, öz əlimizlə multimedia ensiklopediyasını yaratmaq mümkündür. Bunun üçüm lazım olan bütün proqramlar vardır: multimedia sənədlərinin təşkili üçün Frontage Express redaktoru, onlara baxış üçün İnternet Explorer icmalı, səs və musiqi müşaiyətinin idarəsi üçün multimedia vasitələri, qrafik və mətnləri emal etmək üçün qrafik və mətn redaktorları.
Yeni yaradılan Windows 2000 əməliyyat sisteminin fərqli xüsusiyyətləri onun Microsoft Office 97 və Office 2000 tətbiqi proqramları ilə sıx inteqrasiya etməsi, digər firmalar tərəfindən yaradılmış proqramlarla işləyə bilməsi və istifadəçiyə İnternetdən sürətli və səmərəli istifadə etmək imkanı verməsidir. Windows 2000 əməliyyat sistemləri ailəsi 4 proqram məhsulundan təşkil olunub:
Microsoft Windows 2000 Professional-stolüstü və mobil kompüterlər üçün nəzərdə tutulan baza əməliyyat sistemidir;
Microsoft Windows Server- çoxməqsədli yeni nəsil şəbəkə əməliyyat sistemidir. Əməliyyat sisteminin tərkibinə daxil olan çoxlu sayda İnternet və Web-xidmətləri informasiyanın yayılmasına və Web-tətbiqi proqramlarının yaradılmasına imkan verir.
Microsoft Windows Advanced Server – server əməliyyat sistemi olmaqla klasterli sistemlərin yaradılmasına və böyük tutumlu verilənlər bazasının səmərəli quraşdırılmasına imkan verir.
Microsoft Windows DataCenter Server-yeni, olduqca güclü server əməliyyat sistemidir.
32 mərtəbəli arxitektura xarakteriskası. Windows 95 IBM PC tipli kompüterlər üçün ilk 32 mərtəbəli əməliyyat sistemidir. O, 32 mərtəbəli proqramlarla işləmək üçün yaranmış və onun bir çox komponentləri məhz 32 mərtəbəlidir. MS DOS əməliyyat sisteminə aid olan proqramların əksəriyyəti 16 mərtəbəli proqramlar olub, mikroprosessorun real iş rejimindən istifadə olunur. Real rejimdə işləyən zaman yaddaşın 1 Mbaytdan yuxarı olan hissəsindən istifadə çətinlik törətdiyindən, bu rejimdə işləyən proqramların imkanları bir qədər məhdud olur. MS DOS əməliyyat sistemi mikroprosessorun mühafizə rejimndə işləməsini təmin edən 32 mərtəbəli proqramları təmin edən vasitələrə malikdir. Bu cür proqramların MS DOS mühitində işləməsi üçün Ms DOS-un funksiyalarını genişləndirən əlavə proqram təminatı tələb olunur. Həmçinin elə bir variant mövcuddur ki, mühafizə rejimini təmin edən funksiyalar bilavasitə proqramın koduna daxil edilib, onun həcmini artırır.
Windows 95 əməliyyat sistemi tamamilə 32 mərtəbəli proqramların işini təmin edir və bu system elə layihələndirilmişdir ki, mühitdə 32 mərtəbəli proqramlrdan istifadə ən optimal olsun. Windows mühitində 16 mərtəbəli proqramlar müvəffəqiyyətlə işləyə bilir, lakin bu proqramlar sistemin bütün resurslarından tam istifadə edə bilmir.
Qeyd etmək lazımdır ki, 32 mərtəbəli proqramlar 16 mərtəbəli proqramlara nəzərən əməli və disk yaddaşının çox hissəsini tuturlar. Buna baxmayaraq, bu zaman: 1) proqramın işləmə sürəti artır;
2) electron yaddaşı da daxil olmaqla, bütün yaddaş növlərinin qiyməti ucuz başa gəlir.
Bir-birini aradan götürən çoxməsələlik və çoxaxınlıq xarakteriskası.
Windows əməliyyat sistemi çoxməsələlik (multitasking – multiməsələ) funksiyasına malik olub, eyni zamanda bir neçə proqram yerinə yetirə bilir. Əməliyyat sistemi bu və ya digər proqramın tələbinə o qədər operativ reaksiya verir ki, həmin mətn hazırlayan zaman hər hansı bir faylı parallel olaraq çap etmək, həmçinin sərt diskdə virusun olub-olmamasını yoxlamaq mümkündür.
Çoxməsələlilik rejimi kooperativ və aradan götürmək kimi 2 cür olur. Kooperativ çoxməsələlik rejimdə (cooperative multitasking) əməliyyat sistemi prosessor vaxtının paylanma problem ilə məşğul olmur. Bu problem proqramların özü həll edir. İdarənin ötürülmə moment mə\sələnin yerinə yetirilmə gedişatından asılıdır. Kooperativ çoxməsələlik Windows3.1 mühitində 16 mərtəbəli əlavələrlə təmin edilir.
Çoxaxınlıq (multithreading) o deməkdir ki, işləyən proqramlar (proseslər) hər birisi sərbəst prosessor vaxtına malik bir neçə hissəyə bölünə bilirlər. Bunun sayəsində proqram eyni zamanda bir-birilə əlaqəsi olmayan bir neçə əməliyyatları yerinə yetirə bilir. Məsələn, cədvəl prosessorunda müxtəlif xanalardakı hesablamalar çoxaxınlıq nəticəsində eyni vaxtda yerinə yetirilə bilər. Qeyd etmək lazımdır ki, bu halda hesablama ilə parallel olaraq, həmin vaxtda verilənləri xanalara daxil etmək, çap qurğusuna çıxartmaq və s. əməliyyatları eyni zamanda yerinə yetirmək mümkündür.
İstifadəçinin qrafik interfeysi. Windows-un istifadəçi interfeysi videomonitorun qrafiki rejimindən istifadə edir. İstifadəçinin yeni qrafik interfeysi minitor ekranında yerləşən “pəncərələr” sistemindən ibarət olub, kompüterin işini idarə etmək üçün çox sayda müxtəlif qrafiki obyektlərdən ibarətdir. Bunun sayəsində üzərində electron sənədlərinin yerləşdiyi istifadəçinin electron iş stolu ideyası həyata keçirilmiş olur. İstifadəçinin bu cür qəbul edilmiş qrafiki interfeys konsepsiyası Windows 95 adı altında olan bütün proqram məhsulları üçün xarakterik bir xüsusiyyət daşıyır. Bunun vasitəsilə istifadəçinin işi üçün rahat mühit təmin etmək mümkün olur.
“Plug and Play” texnologiyası əsasında yeni periferiya qurğularının qoşulması. MS DOS əməliyyat sistemi mühitində yeni periferiya qurğularının kompüterə qoşulması üçün istifadəçi professional biliklərə malik olmalıdır: məsələn, konfiqurasiya faylını yazmağı bacarmalı, lazımi drayverin qoşulması əmrinin strukturunu bilməlidir. Windows mühitində isə bu məsələ çox asanlıqla həll olunur. Sistem özü sərbəst olaraq, konfiqurasiya fayllarını dəyişdirir, konkret texniki qurğunu aydınlaşdırır və onun avtosazlanmasını təmin edir. Bu cür texnologiya “Plug and Play” (qoş və işlə) adlanır. Əlavə qurğular xüsusi proqramlar “usta”lar vasitəsilə kompüterə qoşulur. “Usta” “Plug and Play” texnologiyasını müdafiə edən istənilən qurğunu aydınlaşdıra bilir. Əgər qurğu bu texnologiyanı müdafiə etmirsə, o zaman “usta” proqramı istifadəçi üçün rahat formada bu qurğu barəsində əlavə məlumat sorğusu verir və bundan sonar qurğunun qoşulma prosesi sadələşir.
Virtual yaddaşdan istifadə. Bildiyimiz kimi, kompüterdə əsas problem kimi əməli yaddaş tutumunun çatışmamazlığıdır ki, Windows 95 mühitində virtual (həqiqətdə olmayan) yaddaş vasitəsilə bu problem həll edilmişdir.
Virtual yaddaş, bildiyimiz kimi, məsələnin həlli üçün ayrılan virtual fəzanın bir hissəsində yerləşir, qalan hissə isə disk yaddaşında yerləşir. Əgər cari (aktiv) əlavənin işləməsi üçün əməli yaddaş kifayət etmirsə, o zaman bu anda mikroprosessor tərəfindən istifadə edilməyən əlavə və ya onun bir hissəsi əməli yaddaşdan çıxarılaraq diskə köçürülür. Bu boşalmış yerə aktiv əlavənin lazimi fraqmenti yüklənir. Yaddşdan çıxarılan əlavələrin birinə idarə verildikdə, o yenidən əməli yaddaşa yüklənir. Bunun nəticəsində yaddaşda olan digər əlavə yaddaşdan çıxarılır. Beləliklə, proqramlar disk və əməli yaddaş arasında dövr edir.
Virtual yaddaşla təmin olunma eyni zamanda çoxlu sayda əlavələrin açılışına imkan verir. Lakin bu halda diskdən yaddaşa və yaddaşdan diskə yüklənmə əməliyyatları kompüterin məhsuldarlığını azaldır. Belə məqsədlər üçün istifadə olunan xarici yaddaşın bir hissəsi yüklənmə faylı, bu proses özü isə “svolinq” adlanır. Fayııarın bu cür yüklənmə həcmi əməli yaddaşın tutumundan bir neçə dəfə çox ola bilər.
Yüklənmə faylı-virtual yaddaşı təşkil etmək üçün istifadə olunur və sərt diskdə yerləşir. Virtualyaddaşın sazlanması avtomatik və əl ilə yerinə yetirilir. Bu sazlanmanı yalnız xüsusi biliyə malik istifadəçi yerinə yetirə bilir. Virtual yaddaşın sazlanması avtomatik və əl ilə yerinə yetirilir. Bu sazlanmanı yalnız xüsusi biliyə malik istifadəçi yerinə yetirə bilir. Virtual yaddaşı sazlamaq əməliyyatı “İdarə paneli” vasitəsilə həyata keçirilir. Belə ki, “Sistem” işarəsi işıqlandıqdan sonra “Virtual yaddaş” əlavəsi ekranda işıqlanır. Sazlanmanı avtomatik yerinə yetirmək üçün isə Windows əməliyyat sistemi sərbəst olaraq, cari məsələnin real tərkibindən asılı olaraq, virtual yaddaşın ölçüsünü seçir.
Əvvəllər istehsal edilmiş proqram təminatları ilə uyğunlaşma. Proqram təminatı ilə uyğunlaşma dedikdə, bu əməliyyat sisteminin digər əməliyyat sistemlərinin proqram məhsullarını icra etmək qabiliyyəti başa düşülür. Əksər hallarda, Windows 95 əməliyyat sistemi əvvəllər istehsal olunmuş proqramları icra etməklə bərabər, MS-DOS əməliyyat sisteminin proqramlarını da icra etmək xüsusiyyətinə malikdir.
Kommunikasiya proqram vasitələrinə malik olmaq xüsusiyyəti. Windows əməliyyat sistemi müxtəlif kommunikasiya və computer şəbəkələrində geniş istifadə edilən xüsusi proqram vasitələrinə malikdir.
Windows 95 əməliyyat sisteminin şəbəkə vasitələri aşağıdakılardır:
Direct Cable Connection proqramının köməyilə kabellər
vasitəsilə birləşmiş kompüterlər arasında verilənlərin ötürülməsini təmin etmək;
şəbəkələrdə electron poçtunu təşkil etmək;
Microsoft Fax proqramı vasitəsilə faks ötürülməsini təşkil
etmək;
Hyper Terminal proqramı vasitəsilə uzaq məsafədə yerləşən
kompüterlərlə fayl mübadiləsini təşkil etmək və qlobal şəbəkəyə qoşulmaq;
- Bir neçə kompüterlər arasında bir səviyyəli computer şəbəkəsini təşkil etmək. Burada şəbəkə kompüterləri həm Windows 95, həm də Windows 3.11 sistemləri ilə idarə oluna bilərlərş
Xüsusi ayrılmış serverin köməyilə computer şəbəkəsinə
qoşulmaq.
Multimedia vasitələrinin olması. Windows 95 əməliyyat sistemi xüsusi aparat və proqram vasitələrinin köməyi ilə yüksək keyfiyyətli səs və video interaktiv işini təmin edə bilir. Multimedianın əsas vəzifəsi səs siqnalını rəqəm şəklinə və əksinə çevirmək ikinci element isə-videoplatadır ki, onun vasitəsilə video informasiya rəqəm şəklinə və əksinə çevrilir. Səs platasına müxtəlif akustik sistemlər qoşulurlar. Səs və video ilə kompüterdə işləmək üçün çoxlu sayda proqram vasitələri mövcuddur. Bu cür əlavələrin minimal toplusu Windows-un tərkibində vardır. Bu əlavələr vasitəsilə audiokompakt-diskləri oxutdurmaq, onlara informasiyanı yazmaq və səs fayllarını redaktə etmək, həmçinin videokliplərə baxmaq olar.
Qeyd etmək lazımdır ki, multimedia informasiyası (yəni cizgi, audio və videoinformasiya) çox böyük yer tutur. Buna görə də belə informasiya kompakt-disklərdə yerləşdirilir və həmin disklərdəki informasiyanı oxumaq üçün kompüterdə “CD-ROM” disk qurğusu olmalıdır.
Dostları ilə paylaş: |