4.Windows-un istifadəçi qrafik interfeysi
Əsas anlayışlar. Kompüterdə informasiyanın emal olunma işləri ilə insan məşğul olduğu sahələrdə “interfeys” terminindən geniş istifadə edilir. İngilis dilindən tərcümədə “Interface” sözünün mənası “xarici sifət” deməkdir. Kompüter dünyasında interfeyslərin çoxlu sayda növləri vardır: istifadəçinin interfeysi və s.
İnterfeys- vasitələr və qaydalar toplusu olub, qurğuların proqramların və insanın bir-birilə qarşılıqlı əlaqəsini təmin edir.
Ən vacib interfeys istifadəçinin fərdi kompüterlə qarşılıqlı əlaqəsini təmin edir və ona istifadəçi interfeysi deyilir. Proqram vasitələri bazarında rəqabətdə yeni proqram məhsullarının müvəffəqiyyəti bu inyterfeysin yaratdığı rahatlıqdan asılıdır. İstifadəçi interfeysi simvol və qrafik kimi 2 növdəolur:
Simvol interfeysi videosistem mətn rejimində işləyən zaman istifadə olunur. Monitorun ekranına informasiya ardıcıl simvollar şəklində daxil edilir. Windows-dan əvvəl MS DOS və onun örtüyü olan Norton Commander daxil olmaqla, bütün sistemlər istifadəçiyə simvol interfeysi xidmətini göstərir. Bu interfeys resusrlardan az istifadə üçün rahat iş təmin edirdi. Amma, MS DOS əməliyyat sistemində olan əmrlər sətri interfeysi əmrin sintaksisini bilməyi istifadəçidən tələb etdiyinə görə, o bu rahatlığı təmin edə bilmirdi. Qeyd etmək lazımdır ki, “Norton Commander”-in simvol interfeysi, müəyyən ixtisaslaşmaya malik olmayan şəxslər üçün o qədər də çətinlik yaratmırdı.
Qrafiki interfeys-videosistem qrafik rejimdə işləyə bilən zaman meydana gəlir. Bu halda informasiya monitorun ekranına nöqtə-nöqtə şəklində çıxarılır. İstifadəçinin qrafik interfeysinə keçid fərdi kompüterin texniki xarakteriskalarının yaxşılaşdırılması sayəsində mümkün olmuşdur. Bu cür interfeys videosistemin cəld işləməsi üçün bir sıra tələblər irəli sürməsinə baxmayaraq, əsas məqsəd əldə edilir- istifadəçi üçün rahat iş mühiti yaradılmış olur. Qrafik interfeys simvol interfeysinə nəzərən daha yaxşı başa düşülür və aydın hiss olunur.
İstifadəçinin qrafik interfeysinə parlaq missal kimi, Windows interfeysini göstərmək olar. Bu əməliyyat sistemini yaradan zaman mütəxəssislər mümkün qrafik vasitələrindən istifadə etmişlər: şəkillər, xüsusi nişanlar, rəngli tərtibat, şriftlərin müxtəlif təsvirləri, ekranın dizaynı və s. Nəticədə insane münasibətdə interfeys “dost” olmuş və ondan xüsusi proqram biliyinə malik olması tələb edilməmişdir.
Windows qrafik interfeysi əməliyyat sisteminin əmrlərini daha operativ vermək, proqramları işə salmaq, uyğun nişanları, düymələri, menyunun bəndlərini, axtarış elementlərini, bayraqları və s. göstərməklə, faylları və parametrləri seçmək imkanı verir. İnterfeysin istifadə edilən elementləri müəyyən standarta malik olduğu üçün. Windows interfeysini öyrəndikdən sonar, Windows tətbiqi proqramlar interfeysini asan və tez mənimsəmək mümkündür.
Qrafiki interfeys obyektləri-pəncərələr. İstifadəçinin qrafiki interfeysinin əsasını təşkil edən və yaxşı düşünülmüş pəncərələr sistemi və digər qrafik obyektləri təşkil edir.
Pəncərə-ekranın monitorunda haşiyələnmiş düzbucaqlı sahə olub, burada proqram, sənəd, məlumat təsvir edilir.
Pəncərə o zaman aktiv (cari) olur ki, onunla həmin anda istifadəçi işləyir.
Monitorun ekranında (electron işçi stolunda) pəncərələr stol üzərində olan və özündə hər hansı bir informasiya daşıyan kağız vərəqinə oxşayır. Pəncərələrin bir neçə növü mövcuddur ki, onların görünüşü təsvir olunan informasiyadan asılıdır. Bu pəncərələrin strukturu işlənmiş standartlara uyğun təşkil edilmişdir. Aşağıda araşdırılacaq belə tipik pəncərələrə tətbiqi proqramlar pəncərəsi, sənə pəncərəsi də dialoq pəncərəsini digər bir növü olduğundan, o da tipik pəncərəyə aiddir. Lakin orada müxtəlif arayış bölmələrinə tez keçmək üçün hiperistinaddan istifadə imkan nəzərdə tutulmuşdur.
Windows-un ümumi konsepsiyası bütün elementlərini və iş üsullarını maksimum standartlaşdırmağa əsaslanır ki, yeni əlavəni daxil etdikdə onu yenidən əldə etmək lazım olmasın. Buna görə də, pəncərələrin strukturu maksimum unifikasiya olunmuş və istifadəçi interfeysinin bir standartı şəklindədir.
Tətbiqi proqramlar və sənədlər pəncərələri. İstənilən tətbiqi proqram pəncərəsinin standart elementləri aşağıdakılardır:
İşçi sahə. Burada yaradılan sənəd yerləşir. Bu sənəd həm bütün
ekranı tuta bilər, həm də nişan halına salına bilər;
Ondan aşağıdakı menyuların adlarını göstərən idarə (əsas)
menyusu;
Funksional təyinatına görə, birləşdirilmiş qrup əmrlərindən
ibarət əsas menyudan aşağıda yerləşən menyu;
Alətlər panelləri. Bu tez-tez istifadə olunan əmrləri daha tez
seçmək üçün əmrlər düymələrindən təşkil olunur;
Tətbiqi proqramın adını göstərən pəncərənin sərlövhəsi;
Sistem menyusunun düyməsi. Bunun vasitəsilə pəncərələrin
ölçüsünü və onun yerini dəyişdirən əmrləri çağırmaq olar;
«Свернуть», «Развернуть», «Восстановить» və «Закрыть»
düymələrinin funksiyaları əlavə pəncərəsində olan funksiyalar kimidir.
Əgər bir neçə sənədlər pəncərələri açılmışsa, istifadəçi yalnız
onlardn biri ilə işləyə bilər. Buna aktiv pəncərə deyilir və onun sərlövhəsi xüsusi rənglə seçilir. Qalan pəncərələr isə bu halda passiv olurlar. Əgər sənədlər pəncərəsi bir-birilərini örtürsə, o zaman aktiv pəncərə yerdə qalan pəncərələri bağlayır.
Dialoq pəncərəsi. Bu pəncərə vasitəsilə əməliyyat sistemi və ya
tətbiqi proqramların parametrləri sazlanır, həmçinin iş prosesi zamanı lazım olan məlumatlar ekrana çıxarılır. İstifadəçi öz seçdiyi əməliyyatları dəqiqləşdirmək istədikdə, bu məlumat ya tətbiqi proqram vasitəsilə, ya da Windows əməliyyat sistemi vasitəsilə ekrana çıxarılır.
Dialoq pəncərəsi idarəetmə məqsədilə istifadə edilən tipik
obyektlərin (elementlərin) toplusundan ibarətdir. Bunlara aşağıdakıları aid etmək olar:
Gizlədilmiş pəncərələr. Bu tipik dialoq pəncərəsinə oxşayır,
lakin onlar baş dialoq pəncərəsində bir-birinin altında yerləşirlər. Bu halda onların yalnız xüsusi nişanları görünür. İstənilən pəncərəni seçmək üçün maus düyməsini basmaq lazımdır;
Əmrlər düymələri. Bunlar düzbucaq formasında olub, onlar
üzərində yazılan əmrləri yerinə yetirmək üçündür. Bunun üçün həmin əmrin düyməsi üz\rində mausun düyməsini basmaq lazımdır;
Seçmə düyməsi. Bu dairə formasında olur və onun vasitəsilə
mümkün olan variantlardan biri seçilir. Bunun üçün həmin düymənin üzərində mausun düyməsini basmaq lazımdır;
Çeviricilər (bayraqlar)-bunlar kvadrat formada olub, istənilən
rejimi qoşmaq və ya qoşmamaq üçündür. Həmin çeviricinin üzərində mausun düyməsini basdıqda onun sahəsində xüsusi işarə ya əmələ gəlir, ya da tamamilə yox olur;
Siyahılar sahəsi. Verilmiş siyahıdan müəyyən bir variantı
seçməyə imkan verir. Siyahı oxu üzərində mausun düyməsini basmaqla, siyahının elementlərini pəncərədə görmək olr;
Mətn sahələri. Buraya mətn və ya rəqəm verilənləri daxildir;
Əvvəlcədən baxış keçirtmək pəncərəsi. Burada obyekt sənəd
təsvir edilir.
İşçi stolunun təyinatı. Windows əməliyyat sistemini yüklədikdən
sonar ekranda electron “İşçi stolu” yaranır. Aydındır ki, hər bir sənədin və əşyanın öz yeri olduğu yaxşı təşkil edilmiş işçi stolu, istifadəçiyə öz fəaliyyətini daha səmərəli təşkil etməyə imkan verir. Elektron variantda olan işçi stolda adı işçi stol funksiyalarını yerinə yetirir. Buna görə də, Windows mühitinə düşən kimi, istifadəçi interfeysi müəyyən stol imitasiyasını yaradır ki, bu stolun müəyyən yerlərində sənədlərin və əlavələrin nişanları yerləşir. Standart “İşçi stol”un mərkəzində istifadəçinin ən çox müraciət etdiyi tətbiqi proqramlar və sənədlərin yarlıkları yerləşir. Bu yarlıklar uyğun obyektlərin işə salınmasını sürətləndirir.
İşçi stolun aşağı hissəsində boz rəngdə “Məsələlər paneli” adlanan
sətir yerləşir. Bu sətrin mərkəzi hissəsində məsələlər düymələri, daha doğrusu istifadəçinin cari seansda işlədiyi tətbiqi proqramlar və sənədlər düymələri yerləşirlər. Sol tərəfdə “Пуск” düyməsi yerləşir ki, bunu basmaqla Windows-un baş menyusuna daxil olmaq mümkündür.
Baş menyudan orada olan tətbiqi proqramları işə salmaq olar.
Menyunun hər bir bəndinin öz nişanı və adı vardır. Bəzi bəndlərdə
isə, onun altmenyusunu göstərən oxlar olur.
Məsələlər panelinin sağ tərəfində indikasiya paneli vardır ki,
burada saat, təqvim və klaviaturanın rus və ya ingilis dilinə keçməsini göstərən düymələr vardır. Burada həmçinin istifadəçi tərəfindən quraşdırılan müxtəlif proqramların nişanları da ola bilər.
Mühazirə 9:Windows XP Əməliyyat sistemi haqqında əsas anlayışlar
Yeni dərsin planı:
1.Windows XP Əməliyyat sistemi
2.Windows XP Əməliyyat sisteminin idarə edilməsi
3.Windows XP Əməliyyat sisteminin əsas interfeys elementləri.
1.Windows XP Əməliyyat sistemi
Əməliyyat sistemi (ƏS) – kompüterin işləməsi üçün zəruri sistem proqramlar paketi olub, kompüterin ayrı- ayrı qurğularının, proqramlarının iş prinsipini və istifadəçi ilə qarşılıqlı əlaqəsini təmin edir. Qeyd edək ki, ilk kompüterlər Əməliyyat Sisteminə malik olmamışlar. Onlar yalnız hesablama üçün nəzərdə tutularaq, kompüter işə düşərkən avtomatik daimi yaddaş qurğusundan (BİOS) yüklənən sadə Basic translyatoruna malik olmuşlar.
İBM PC tipli kompüterlər üçün 1981-ci ildən 1995- ci ilə qədər əsas Əməliyyat sistemi MS – DOS olmuşdur. Bu 15 ildə o, MS – DOS 1.0 versiyasından MS – DOS 6.22 – yə qədər böyük inkişaf yolu keçmişdir.
MS –DOS Əməliyyat sistemi kompüterin istifadəçi ilə qarşılıqlı əlaqəsini, klaviaturadan daxil olunan əmrlər vasitəsi ilə təmin edirdi.Bu isə istifadəçilərdən bu əmrləri yadda saxlamaq yaddaşda saxlamaq və düzgün daxil etmək qabiliyyəti tələb edirdi ki, ilk vaxtlar müəyyən çətinliklər törədirdi.Sonralar əməliyyat sistemi ilə işləməyi asanlaşdırmaq və avtomatlaşdırmaq məqsədi ilə proqram örtüklər yaradıldı. Norton Commander-in işləmə mahiyyəti ondan ibarətdir ki,klaviaturanın müəyyən düymələrini sıxmaqla bu və ya digər əmri yerinə yetirmək mümkündür.
Əməliyyat sistemlərinə aşağıdakı altsistemlər daxildir:
Qurğuların idarəedilməsi
Faylların idarəedilməsi
Kompüterin yaddaşının idarəedilməsi
Proqramların idarəedilməsi
Microsoft firması (Bill Qeyts)1980-ci illərin ortalarında əvvəlki əməliyyat sistemlərindən fərqli olaraq tamamilə yeni qrafik Windows Əməliyyat Sistemini istifadəçilərə təqdim etdi. 1987-1989 illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. Məsələn, Windows üçün Microsoft Word, Excel, Aldus PageMaker və s. Bu proqramların yayılması istifadəçilər arasında Windows sisteminin populyarlığının artmasına səbəb oldu. 1990-cı ildə yaradılmış Windows 3.0 versiyasından başlayaraq Windows müasir kompüterlər üçün standarta çevrildi.Windows – müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır.Windows-un hər bir proqramı heç olmasa bir pəncərəyə malikdir. Bu pəncərə istifadəçini həmin proqram ilə işləməyə şərait yaradır. Windows sistemində manitorun ekranı «işçi masa» kimi təqdim olunur ki, bu masada (Рабочий стол) həmin anda işləyən proqramların pənсərələri yerləşmiş olurlar. Proqram kiçik təsvir (düymə) şəklində də göstərilə bilər ki, bu təsvir çox zaman «ikonka» adlanır. Təbii ki, hər hansı proqram (pəncərə) kiçik təsvir şəklində yığıla və yenidən normal vəziyyətə gətirilə bilər. Bu imkan Windows sistemində işləyərkən ekranın informasiya həcminin artmasına səbəb olur. Manipulyatordan istifadə isə Windows-da işləyən istifadəçilərin işini xeyli asanlaşdırır. İnteqrasiya mühütü üçün xarakterik olan mətn və qrafik redaktorlar, verilənlər bazası və s. kimi proqramlara malik olmaqla yanaşı Windows sistemi öz şəxsi proqramlarını yaratmağa imkan verən geniş proqram interfeysini dəstəkləyir.
MS-DOS, OS, BeOS, UNIX, LINUX, FreeBSD, VMS, Windows 95, Windows 98, Windows 2000, Windows NT, Windows XP və s. əməliyyat sistemləri vardır.
Windows XP Əməliyyat Sistemi 25 oktyabr 2001-ci ildə rəsmi olaraq ilk dəfə dünya ictimayətinə təqdim olunmuş paket tətbiqi proqramlardır.Bu sistemdə XP-EXPeriense ingilis sözlərinin bir hissəsidir və bilik,həyatı təcrübə mənasını verir.
Windows XP Əməliyyat Sisteminin işləməsi üçün kompüterdə minimum 233 meqahers prosessor ,64 Mbayt operativ yaddaş (RAM),bərk diskdə isə (HDD)1.5 Qbayt boş yaddaş olmalıdır.
Microsoft korprosiyası Windows XP Əməliyyat Sisteminin fərdi kompüter istifadəçilərinin bütün tələblərinə cavab verən üç versiyasını təqdim edir.
Windows XP Professional-versiyası korporotiv istifadəçilər üçün nəzərdə tutulmuşdur.
Windows XP Home Edition –rəqəmsal multimediya materialları ,oyunlarla işləmək üçün ən rahat platformadır.
Windows XP 64-Bit Edition-xüsusi texniki hazırlığı olan yüksək səviyyəli istifadəçilər üçün nəzərdə tutulmuşdur.
Windows əməliyyat sistemlərinin üstün cəhətləri:
Yüksək etibarlılığı və asan idarə olunması.
Aparat vasitələrinin yoxlanması.
İnternetə böyük daxili inteqrasiya.
İstifadənin yüngüllüyü və rahatlığı.
Eyni zamanda bir-neçə proqramdan istifadə mümkünlüyü.
Bir mətndə bir-neçə şrifdən istifadə mümkünlüyü və s.
Bir proqram başqa proqram vasitəsilə təşkil olunmuş verilənlərə müraciət edə bilər (DDB-Dinamic Data Exchange).
Multimediya prinsipini saxlayır. Windows vasitəsilə musiqi səsləndirmək, videokameraya baxmaq, animasiyalara baxmaq olar.
2.Windows XP Əməliyyat sisteminin idarə edilməsi
Windows ilk növbədə Siçanın göstəricisi ilə idarə olunmağa hesablanıb; idarə olunmanın alternativ üsulu klaviatura vasitəsilədir. Siçanın göstəricisi adətən ekranda sola yönəlmiş ox ilə işarə olunur. Bu göstərici siçanın yerini dəyişdikcə eyni istiqamətdə hərəkət edir.
Siçanın göstəricisi vasitəsilə əsasən aşağıdakı Əməliyyat yerinə yetirilir.
Düymənin basılması – Siçanın göstəricisi sol düyməsinin qısa müddətə basılması (adətən sol düymə nəzərdə tutulur);
Düymənin iki dəfə basılması – düymənin qısa müddətli fasilə ilə iki dəfə basılması;
Daşınma – sol düymə basılı olaraq siçanın hərəkət edilməsi.
Hər hansı bir əməliyyat sisteminə daxil olmaq üçün sistemə istifadəçi adı və bəzən parol daxil etmək lazımdır.Windows XP əməliyyat sistemində bu giriş iki müxtəlif variantlarda ola bilər.
Birinci variant “açılış səhifəsi” (splash screen) ilə bağlıdır. Bu səhifə sistemdə mövcud olan bütün istifadəçi adlarının siyahısından ibarətdir. Öz adınızı seçib, parolunuzu daxil edərək işə başlaya bilərsiniz.
İkinci variant digər əməliyyat sistemlərinə bənzəyir. Bu şəbəkədə olan sistemlərdə tətbiq olunan “giriş pəncərəsi” (login Window) variantıdır.
Bu variantla istifadəçi adını və parolu xüsusi sahələrə klaviaturadan daxil etmək, domen və ya lokal kompüterə girişi isə xüsusi siyahıdan seçmək lazım gəlir.
Bu Əməliyyatın hər hansı biri yerinə yetirildikdən sonra Windows XP ƏS - ninə sas pəncərəsi “işçi stol” ekranda əks olunur.
Windows XP Əməliyyat sistemi yükləndikdən sonra ilk olaraq ekranda üzərində sənədin, qovluqların, proqramların, Windows əlavələrinin qrafiki təsviri – nişanlar və yarlıqlar olan İşçi stol (Рабочий стол, Desktop) görünür. Məlumdur ki, intellektual fəaliyyətlə məşğul olan hər bir şəxs gündəlik istifadə etdiyi sənədləri, qovluqlar, kitabları və əşyaları yazı masasının üzərində saxlayır. İşçi stol kompüter istifadəçisinin işçi yeri hesab olunur və eyni qayda ilə istifadəçi, gündəlik istifadə etdiyi sənədlərin, qovluqların, proqram və Windows əlavələrinin nişanını və yarlığını stolun üzərində yerləşdirir.
Bu həmin obyeklərlə işləməyi asanlaşdırır və vaxt itkisini azaltmağa imkan verir. Təbii ki, stolun üzərindəki nişanlar, onların sayı, ümumiyyətlə, işçi stolun tərtibatı istifadəçinın zövqündən və tələbatında asılısır. Adətən standart olaraq işçi stolun üzərində aşağıdakı nişanlar yerləşir.
Mənim kompüterim (Мой компьютер, My computer)
Zibil qutusu (Корзина, Recycle Bin)
Şəbəkə göstəricisi (Сетевое окружение, Network Neigh Borhood)
Mənim sənədlərim (Мои документы, My documents)
İnternet Explorer və s.
İşçi stol 2 idarəedici elementə: Başla (Пуск, Start) düyməsinə və Məsələlər
panelinə (Панель задач, Taskbar) malikdir. Başla (Пуск, Start) düyməsi adətən ekranın sol aşağı küncündə yerləşir.
Əmrlər
|
Funksiyaları
|
Proqramlar (Программы, Programs)
|
Proqramlar siyahısından bu və ya digər proqramı yükləyə bilərik.
|
Sənədlər (Документы ,documents)
|
İstifadə edilmiş axırıncı 15 sənədin siyahısından bu və ya digər sənədi aça bilər.
|
Axtarış (Поиск, Find)
|
Qovluğu, faylı, elektron poçt məlumatını, şəbəkəyə qoşulmuş kompüteri axtarıb tapmağa imkan verir.
|
Sazlama (Настройка, Settings)
|
Kompüteri öz zövqümüzə və tələbatımıza görə sazlamaq imkanı yaradır.
|
Arayış (Справка, help)
|
Windows Əməliyyat sisteminin iş prinsipi haqqında məlumat almağa imkan verir.
|
Yerinə yetirmək (Выполнить, Run)
|
Adı ilə proqramı yükləmək, sənədi və ya qovluğu açmağa imkan verir.
|
İşi bitirmək (Завершение работы, Shut down)
|
Kompüteri söndürmək və ya yenidən yükləməyə imkan verir.
|
Bu düyməni sıxdıqda Əməliyyat sisteminin Baş menyusuna (Главное меню) daxil ola bilərik. Baş menyu Əməliyyat sisteminin bütün imkanlarından istifadə etməyə imkan verən əmrlər siyahısından ibarətdir aşağıdakı cədvəldə baş menyunun əmrlərinin siyahısı və funksiyaları öz əksini tapmışdır.
İstifadəçinin tələbatından asılı olaraq menyudakı əmrlər bu və ya digər şəkildə fərqlənə bilər. Məsələlər panelində üzərində İnternet proqramlarının nişanları olan sürətlə yükləmə paneli açılmış pəncərələrə uyğun düymələr yerləşir. Bu düymələrin bu və ya digərini sıxmaqla asanlıqla bir pəncərədən digər pəncərəyə keçə bilərik. Məsələlər panelinin sağ küncündə indiksiya paneli yerləşir. İndikasya panelində sistem saatının indikatoru, klaviatura göstəricisi, səs tənzimləyicisi və s. indikatorlar yerləşə bilər.
İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır. Müsbət cavab verdikdə obyektlər Zibil qutusuna atılır.
Zibil qutusu – xüsusi qovluq olub, lazımsız olan faylları müvəqqəti saxlamaq üçün nəzərdə tutulmuşdur. Zibil qutusunun tutumu, adətən bərk diskin tutumunun 10% - i qədəridir. Ümumiyyətlə isə Zibil qutusu nişanının xassə pəncərəsində, Zibil qutusu qovluğunun (sürgünü hərəkət etdirməklə), informasiya ləğv olunarkən xəbərdarlıq edilib – edilməməsi kimi parametrləri tənzimləmək olar. Zibil qutusu dolan kimi buradakı informasiyalar avtomatik ləğv olunur – Zibil qutusu boşaldılır. Zibil qutusuna atılmış informasiyanı bərpa etmək mümkündür. Bunun üçün kursoru Zibil qutusu nişanı üzərinə qoyub, 2 dəfə siçanın sol düyməsini sıxmaq lazımdır. Açılmış pəncərədə qutudakı ləğv olunmalı informasiyanın siyahısı görünəcək. Bu və ya digər lazımi informasiyanı seçib, fayl menyusundan Bərpa etmək (Востановить, Restore) əmrini yerinə yetirmək lazımdır. Eyni qayda ilə, Zibil qutusunun dolmasını gözləmədən ayrı- ayrı faylları və bütünlüklə Zibil qutusundakı informasiyasını ləğv etmək olar. Bunun üçün uyğun olaraq fayl menyusunda Ləğv etmək (Удалить, delete), Təmizləmək (Очистить корзину, Empty recycle Bin) əmrlərini yerinə yetirmək lazımdır.
Kompüterin işinin sazlanması baş menyunun (пуск) sazlama (Настройка)bölməsinin əmrləri vasitəsi ilə həyata keçirilir. Настройка bölməsinin -Панель управления qovluğunu açdıqda qovluğun işçi sahəsində kompüterin qurğularının və Əməliyyat sisteminin bir sıra parametrlərinin öz zövqümüzə və təlabatımıza uyğun sazlamağa imkan verən nişanların yerləşdiyini görərik. Bu nişanların sayi kompüterin konfiqu
rasiyasından, ona qoşulmuş qurğuların sayından və proqram təminatından asılıdır. Onlardan bir neçəsi ilə tanış olaq.
1.Tarix və vaxt: Пуск - Настройка -Панель управления- Дата время əmrlərini ardıcıl seçdikdə ekrana açılmış dialoq pəncərəsi Tarix və vaxt (Дата время) və Saat qurşağı (Часовой пояс) və Время Интернета bölmələrindən ibarətdir. Bir bölmədən digərinə keçmək üçün kursoru müvafiq bölmənin adının üzərinə qoyub siçanın sol düyməsini sıxmaq kifayətdir
Tarix və vaxt bölməsi cari tarixi və vaxtı göstərir. Müəyyən dəyişiklik
lər aparmaq tələb olunursa, müvafiq ay və il siyahıdan seçilir, gün isə kurso
ru təqvim çərçivəsinin müvafiq ədədinin üzərinə qoyub siçanın sol düyməsi
ni sıxmaqla müəyyən olunur. Vaxtı kursoru vaxt göstəricisi sətrinin üzərinə qoyub siçanın sol düyməsini sıxmaqla dəyişmək olar.
Saat qurşağı bölməsi əraziyə uyğun saat qurşağını müəyyən etməyə imkan verir. Bu məqsədlə açılıb bağlanan siyahıda müvafiq saat qurşağını seçmək gərəkdir. Əgər qış və yay vaxtına keçidi nəzərə almaq tələb olunursa, fiksəedici Avtomatik yay vaxtına keçid və əksinə
(Автоматический переход на летнее время и обратно) düyməsi ilə bu rejimi seçmək lazımdır.
2.Səs (Звук) - nişanı kor istifadəçilərin komputerdə işləməsini asanlaşdırmaq məqsədilə bir sıra sistem hadisələrinə (məsələn, Əməliyyat sisteminin yüklənməsi və ondan çıxış, pəncərənin bağlanması, səhv haqda məlumat pəncərəsi açıldıqda və s.) bu və ya digər səsi mənimsətməyə imkan verir. Bu məqsədlə kursoru nişanın üzərinə qoyub sol düyməni -2 dəfə sıxmaqla açılmış pəncərənin -Hadisələr (События) çərçivəsində əks olunmuş siyahıdan səs mənimsədiləcək hadisəni, -Ad (Название) açılıb bağlanan siyahıdan isə tələb olunan səsi seçib -OK düyməsini sıxmaq lazımdır. Səsi tanışlıq məqsədilə səsləndirmək də olar.- İcmal (Обзор) düyməsi hadisəyə siyahıda nəzərdə tutulmayan səsi mənimsətməyə imkan verir. Həmin düyməni sıxdıqda açılmış axtarış pəncərəsində lazımi səs faylını (Wav tipli) seçib -OK düyməsini sıxmaq kifayətdir.
3. Пуск - Настройка -Панель управления-Клавиатура əmrlərini ardıcıl seçdikdə ekrana açılmış dialoq pəncərəsi скорость və оборудование bölmələrindən ibarətdir.
Sürət - bölməsində sürət tənzimləyicisini hərəkət etdirməklə, düyməni sıxıb saxladıqda simvolun təkrar daxil olma sürətini, sıxılmış düymənin kəsilməz simvol daxil olma rejimində işləməsi üçün vaxt intervalını və kursorun ekranda görünüb- yoxolma sürətini artırıb azaltmaq olar.
4. Пуск - Настройка -Панель управления-Язык и региональные стандарты əmrlərini ardıcıl seçdikdə ekrana açılmış dialoq pəncərəsi Региональные параметры, Языки,Дополнительно bölmələrindən ibarətdir.Klaviatura dəyişdiricisi (En/Ru) indikasiya paneli haqda informasiya əldə etmək və tələb olunarsa klaviatura dəyişdiricisinə mənimsədilən Qızğın düyməni dəyişdirmək olar. Bu məqsədlə sol Alt+Shift, Ctrl+Shift və heç biri (Отсутствует) variantlarından birini seçmək lazımdır. Əlavə etmək (добавить) düyməsi yeni əlifbanı klaviatura dəyişdiricisinə mənimsətməyə imkan verir. Bu zaman açılmış pəncərədəki siyahıdan əlifbanı seçib OK düyməsini sıxırlar.
5. Siçanın parametrlərini tənzimləmək üçün Пуск - Настройка -Панель управления -Мышь əmrlərini ardıcıl seçdikdə ekrana açılmış dialoq pəncərəsi Параметры указателья, Колесико, Оборудование, Кнопки мыши, Указатели bölmələrindən ibarətdir.
Кнопки мыщи – bölməsində siçanın sol və sağ düymələrinin konfiqurasiyasını dəyişmək ,adi (обычный) və solaxay (для левши) adamların işləməsi üçün uyğunlaşdırmaq və düymənin- 2 dəfə sıxılma sürətini artırıb azaltmaq olar.
Указатели – bölməsində kursorun təsvirini dəyişmək olar. Bunun üçün siyahıdan zövqümüzə uyğun təsviri seçib OK düyməsini sıxmaq lazımdır. Əvvəlkinin bərpası (Восстановить исходню) düyməsi kursorun əvvəlki təsvirini bərpa edir.
Параметры указателья - bölməsində kursorun hərəkətinin izini və yerdəyişmə sürətini tənzimləmək olar.
6.Yeni printer qoşmaq tələb olunarsa Пуск (Start) → Настройка → Панель управления → Sistemi təşkil edən qovluqlar pəncərədə işıqlanır. Drayverin (printerin) yüklənməsi
1.Пуск (Start) → Настройка → Панель управления → Принтеры и факсы → Установить принтер → «Мастер установки принтера» → Далее…→ …Drayver seçilir ... → Готова.
2.Пуск (Start) → Настройка → Принтеры и факсы → Установить принтер.
7.Система nişanının dialoq pəncərəsi kompüterin aparat təminatı, ƏS – nin versiyası haqda məlumat, qurğuların drayverləri, sistem ehtiyatlarının və virtual yaddaşın ölçüsünü dəyişməyə imkan verir.
8.Proqramların yüklənməsi və silinməsi (Установка и удаление програм) nişanın dialoq pəncərəsi aşağıdakı bölmələrdən ibarətdir:
Установка и удаление- bölməsində Windows əlavələrinin adı əks olunur. Onlardan hər hansı birini ləğv etmək lazım gələrsə, siyahıdan onun adının seçib Əlavə etmək/Ləğv etmək (Добавить, Удалить) düyməsini sıxmaq kifayətdir. Yeni proqram yükləmək üçün isə Yüklənmə (Установить) düyməsini sıxıb açılmış pəncərədə kompakt diski və ya işçi diski göstərmək lazımdır. Sonrakı proseslər açılmış növbəti pəncərələrdəki təlimata uyğun həyata keçirilməlidir.
9.Kursoru Monitor (Экран) nişanının üzərinə qoyub siçanın sol düyməsini iki dəfə sıxdıqda açılmış dialoq pəncərəsi aşağıdakı funksiyaları tənzimləyən bölmələrdən ibarətdir.
Fon (Фон) – Bu bölmədə işçi oblastın fon naxışı (Фоновый узор) və ya şəkil (Рисунок) çərçivələrindəki siyahıdan zövqümüzə uyğun naxışı və şəkli seçib onunla işçi oblastı tamamilə örtmək (əgər yaymaq (Размножить) variantı seçilibsə) və ya onun işçi oblastın mərkəzində yerləşdirmək olar (əgər Mərkəzdə(В сентре) variantı seçilibsə). Baxış (Обзор) düyməsi digər şəkillərdən istifadə etməyə imkan verir. Bunun üçün açılmış pəncərədə lazımi rastr faylını (bmp tipli) seçib Ok düyməsini sıxmaq lazımdır. Dəyişmək (Изменить) düyməsi siyahıdan seçilmiş naxışı redaktə etməyə imkan verir.
Ekran qoruyucusu (Затавка) - Bu bölmədə açılb- bağlanan siyahıda ekran qoruyucusunun adını işləməsi üçün Vaxt intervalını (Интервал), monitorun enerjiyə qənaət funksiyalarını, gözləmə rejimini (Ведущий режим через) və Qapanma (Отключение через) rejimi üçün vaxt müəyyən etməyə, seçilmiş ekran qoruyucusu üçün parol müəyyən etməyə imkan verir. Baxış (Просмотр) düyməsi seçilmiş ekran qoruyu
cusuna tanışlıq məqsədilə baxışı təmin edir. Parametrlər (Параметры) düyməsini sıxmaqla ekran qoruyucusu kimi istifadə olunan şəkli və ya mətnin hərəkət sürətini, rəngini sazlamaq olar.
Tərtibat (Оформиление) bölməsində bütün Windows pəncərələrinin tərtibatını (rəngini, menyunun şriftini və s.) dəyişmək olar.
Sazlama (Настройка) bölməsində sürüşdürücünü hərəkət etdirməklə ekranın rəng çalarını və işçi stolun ölçüsünü sazlamaq mümkündür.
Effekt (Еффекты)bölməsində işçi stolun üzərindəki standart nişanla
rın formasını və şəklini dəyiçmək olar. Bunun üçün standart nişanlardan
tələb olunanı seçib İkonanın dəyişdirmək (Сменить) əmrini yerinə yetirmək lazımdır.
Web bölməsində işçi stolu Web- səhifə kimi sazlamağa imkan verir.
Komputerdə yeklənmiş şriftlərə baxmaq üçün kursoru şriftlər
(Шрифты) nişanın üzərinə qoyub siçanın sol düyməsini 2 dəfə sıxmaq gərəkdir. Açılmış pəncərədə şrifti seçib kursoru seçilmiş şriftin üzərinə gətirərək siçanın sol düyməsini 2 dəfə sıxmaqla şriftin formasına baxmaq olar. Yeni şrifti yükləmək üçün Fayl menyusuna girib Yeni şrift yükləmək əmrini(Установить новый шрифт ) yerinə yetirmək kifayətdir. Açılmış növbəti pəncərədə şriftin yerləşdiyi diski və ya qovluğu göstərib OK düyməsini sıxmaq lazımdır.
3.Windows XP Əməliyyat sisteminin əsas interfeys elementləri.
Windows tərcümədə “pəncərə” deməkdir. Pəncərə düzbucaqlı çərçivə olub Windows Əməliyyat sisteminin əsas işçi elementidir. Bütün pəncərələr oxşar struktur və tərkibə malikidr. Məhz buna görə də Əməliyyat sistemi ilə tanışlıq onunla başlanmalıdır.
Pəncərə aşağıdakı elementlərdən ibarətdir:
1.Başlıq sətri – pəncərənin ən yuxarı hissəsi, burada adətən pəncərənin və
ya proqramın adı yerləşir;
2.Pəncərənin gizlədilməsi üçün düymə;
3.Pəncərənin bərpası üçün düymə (görünüşü pəncərənin vəziyyətindən
asılıdır);
4.Pəncərənin bağlanması üçün düymə;
5.Sistem menyusunun düyməsi – pəncərəyə aid sistem Əməliyyatından
ibarət menyunu açır;
6.Menyu sətri – pəncərəni idarə edən Əməliyyat siyahısından ibarətdir;
7.Alətlər lövhəsi – tez – tez istifadə olunan Əməliyyat icra edən
düymələrdən ibarət olur;
8.Skroll (lift) zoloqları – pəncərənin tərkibinə baxmaq üçün istifadə olunur;
9.İş sahəsi – obyektlərin (mətn, şəkil və s.) yerləşdiyi və üzərində iş
aparıldığı yer;
10.Status (vəziyyət) lövhəsi – vəziyyət indikatorlarının yerləşdiyi lövhə;
11.Pəncərənin çərçivəsi.
Pəncərə üç müxtəlif vəziyyətdə ola bilər:
1.Tam ekran – pəncərə ekranının tam boyuna bərabərdir;
2.Normal – pəncərə ekranınım bir hissəsini tutur;
3.Gizlədilmiş – pəncərə görünməzdir.
Pəncərənin 4 növü vardır.
Qovluq pəncərəsi
Qovluq pəncərəsində qovluqlar və fayllar əks olunur. Qovluqlar sarı rəngli nişanlara, fayllar isə tipinə müvafiq nişanlara malik olur.
Proqram pəncərəsi
Proqram pəncərəsi öz görünüşünə görə qovluq pəncərəsindən az fərqlənir. Hər iki pəncərə sərlövhə sətrinə, standart menyu sətrinə, alətlər panelinə və cari vəziyyət sətrinə malik olurlar. Pəncərənin ümumi görünüşü Görünüş (Вид, View) menyusu ilə tənzimlənir. Sərlövhə sətrinin sol hissəsində pəncərənin adı (Qovluğun və ya proqramın adı), sağ küncündə isə idarəedici düymələr:
X – pəncərəni bağlayan;
pəncərənin ölçüsünü böyüdüb kiçildin;
_ - pəncərənin müvəqqəti qapayan düymələr yerləşir.
Dialoq pəncərəsi
Dialoq pəncərəsi Əməliyyat sisteminin bu və ya
digər parametrlərinin dəyişdirilməsini və ya əlavə edilməsini, istifadəçi ilə dialoqu, xəbərdarlıq funksiyalarını yerinə yetirir. Dialoq pəncərədə yerləşən müxtəlif düymələrin, mətn sətrlərinin köməyilə həyata keçirilir.
4.Məlumat pəncərəsi
Məlumat pəncərəsi yardımçı məlumatlar almağa xidmət edir. O bir neçə bölmədən ibarət ola bilər. Bu və ya digər məlumatı kursoru məlumatın adının üzərinə qoyub iki dəfə siçanın sol düyməsini sıxmaqla almaq olar. Məlumatı həmçinin Axtarış (Поиск, Shearch) və ya Predmet göstəricisi (Указатель, İndex) başlıq düyməsini sıxıb açılmış bölmənin mətn sətrində axtarış gəstəricisini (predmet göstəricisi və ya söz) qeyd etməklə almaq olar.
Windows XP – də çoxsaylı məsələ rejimi eyni vaxtda bir neçə pəncərə ilə
işləməyi təmin edir. Pəncərənin yerini dəyişməyə kursoru pəncərənin sərlövhə sətrinə qoyub siçanın sol düyməsini sıxıb buraxmamaq şərtilə hərəkət etdirməklə nail olmaq olar. Poəncərənin ölçülərini dəyişmək üçün isə kursoru pəncərənin sərhədinə qoyub siçanın sol düyməsini sıxıb hərəkət etdirmək lazımdır.
Pəncərənin bağlanması: hər hansı bir proqramla işi başa çatdırmaq üçün
onun pəncərəsini bağlamaq kifayətdir. Aktiv pəncərəni aşağıdakı üsullar ilə
bağlamaq olar:
Pəncərənin başlığında olan Close (X) düyməsi ilə;
Klaviaturadakı ALT+F4 düymələr cütü ilə;
File menyusundan Exit sətrini seçməklə;
Pəncərənin sistem menyusu siyahısından Close seçməklə.
Dərsin möhkəmləndirilməsi üçün suallar:
1.Əməliyyat sistemi nəyə deyilir?
2.İBM PC tipli kompüterlərdə 1981-ci ildən 1995- ci ilə qədər hansı əməliyyat sistemindən istifadə olunmuşdur?
3.MS –DOS Əməliyyat sistemi kompüterin istifadəçi ilə qarşılıqlı əlaqəsini necə həyata keçirirdi?
4.Əməliyyat sistemlərinə hansı altsistemlər daxildir?
5.Windows əməliyyat sistemlərinin üstün cəhətləri hansılardır?
6.Siçanın göstəricisi vasitəsilə hansı əməliyyat yerinə yetirilir?
7.İşçi stolu hansı funksiyanı yerinə yetirir?
8.Standart olaraq işçi stolun üzərində yerləşən nişanlar hansılardır?
9.İşçi stolu neçə idarəedici elementə malikdir?
10.Baş menyunun əmrləri hansı funksiyaları yerinə yetirir?
11.Kompüterin işini sazlamaq üçün baş menyunun hansı bölməsindən istifadə edirlər?
12.Sazlama bölməsinin idarəetmə paneli hansı funksiyanı yerinə yetirir?
13.Tarix və vaxt bölməsi hansı funksiyanı yerinə yetirir?
14.Saat qurşağı bölməsi hansı funksiyanı yerinə yetirir?
15.Kor istifadəçilərin kompüterdə işləməsini asanlaşdırmaq üçün hansı nişandan istifadə edirlər?
16.Klaviatura dialoq pəncərəsi neçə bölmədən ibarətdir?
17.Surət bölməsi hansı funksiyanı yerinə yetirir?
18.Свойства:Мышь pəncərəsi ekrana necə açılır?
19. Свойства:Мышь pəncərəsi neçə bölmədən ibarətdir?
20.Указатель bölməsi hansı funksiyanı yerinə yetirir?
21.Kursorun hərəkətinin izini və yerdəyişmə surətini tənzimləmək üçün hansı bölmədən istifadə olunur?
22.Sistem nişanının dialoq pəncərəsi hansı funksiyanı yerinə yetirir?
23.Proqramların yüklənməsi və silinməsi dialoq pəncərəsi neçə bölmədən ibarətdir?
24.İşçi stolun fonunu dəyişmək üçün Свойства:Экран pəncərəsinin hansı bölməsindən istifadə edirlər?
25.Windows pəncərələrinin tərtibatını dəyişmək üçün Свойства:Экран pəncərəsinin hansı bölməsindən istifadə edirlər?
26.Windows XP Əməliyyat Sisteminin əsas interfeys elementləri hansılardır?
27.Pəncərə hansı elementlərdən ibarətdir?
28.Pəncərə neçə vəziyyətdə ola bilər?
29.Pəncərənin neçə növü vardır?
Ədəbiyyat:
1.M.S.Xəlilov “İnformatika” Dərslik.Bakı-2009
Səhifə 109- Səhifə 118
2.Əli Abbasov, Mətləb Əlizadə,Etibar Seyidzadə,Mahilə Salmanova “İnformatika və kompüterləşmənin əsasları” Dərslik.Bakı-2005
Səhifə 231- Səhifə 246
Mühazirə10: Standart proqramlar
Yeni dərsin planı:
1.Fayl və qovluqlar üzərində əməliyyatlar (Windows Explorer)
2.Word pad və Bloknot
3.Paint rəsm redaktoru
4.Kalkulyator
1.Fayl və qovluqlar üzərində əməliyyatlar (Windows Explorer)
1.Fayl sistemi
Fayl – informasiyanın diskdə tutduğu yerdir. İki cür fayllar olur:
1.Sistem faylları – dəyişməyən fayllar, yalnız əlavələrin və əməliyyat sistemlərinin versiyaları digərlərilə əvəz olunduqda dəyişilirlər (.sys).
2.İnformasiya faylları – dəyişilməyə məruz qalan fayllar, məsələn:
mətn redaktorlarında yaradılan fayllar (.doc, .txt),
verilənlər bazasının faylları (.mdb),
elektron cədvəllərinin faylları (*.xls),
mediya-fayllar (səs faylları: wav, mp3, midi, au, video-fayllar: avi, mov),
qrafik fayllar (.jpg, .gif, .bmp, .tif, .png),
prezentasiyalar (.ppt, .pps), Windows Explorerb-fayllar (.htm, .html),
konfiqurasiya faylları (sistem reestr, DHCP, WINS, DNS və Active Directory verilənləri).
Göründüyü kimi hər bir fayl yarandığı proqramdan asılı olaraq xüsusi formata (genişləndiriciyə) malikdir.Hər bir fayl bir-birindən nöqtə ilə ayrılan iki hissəli ada malikdir.Xüsusi ad və genişləndirmə.Xüsusi ad 1-dən 255-ə qədər,genişləndirmə isə 1-dən 3-ə qədər simvollardan ibarət ola bilər.
Hər bir faylın öz unikal adı və ünvanı vardır. Ünvan faylın harada yerləşdiyini göstərir. Adətən eyni məqsədli faylları qovluqlarda quruplaşdırırlar. Bu istifadəçiyə bu və ya digər faylı tez axtarıb-tapmağa imkan verir. Demək olar ki, bütün əməliyyat sistemləri faylların axtarışı ilə məşğul olan xüsusi proqrama malikdir. Disketlər, bərk və kompakt disklər cığırlara və sektorlara bölünmüşdür. Ən birinci cığır və ya 0-cı cığır – yükləmə sektoru (Boot Record) sistem xarakterli olub, onda diskin formatı haqqında əməliyyat informasiya yerləşir. Ondan sonra fayılların yerləşmə cədvəli (FAT-cədvəli) yerləşir. Bu cədvəldə diskdəki faylların ünvanları yerləşir. Əgər diskdən hər hansı fayl istifadə üçün çağırılsa, bu zaman bu cədvəldən həmin faylın yerləşdiyi cığır və sektor müəyyən olunur. Bundan sonra maqnit başlıq həmin yerdən faylı oxuyur, prosessor isə onu operativ yaddaşa göndərir.
Fayl strukturu üzərində aparılan əməliyyatlar bunlardır.
1.Fayl strukturu ilə naviqasiyalar
2.Proqramın işə qoşulması və sənədlərin açılması
3.Qovluğun yaradılması
4.Faylların və qovluqların surətinin alınması
5. Faylların və qovluqların yerdəyişməsi
6. Faylların və qovluqların ləğv edilməsi
7. Faylların və qovluqların adının dəyişdirilməsi
8.Yarlıqların yaradılması
Fayl və qovluqlar üzərində əməliyyatları Windowsda bir neçə müxtəlif üsullarla aparmaq olar.Hərə özünə əlverişli üsulu seçir.
Qovluq (Folders) – Ekranda qovluq şəklində işarə ilə göstərilən, istifadəçinin qrafik interfeysində proqram və fayllar üçün konteynerdir. Qovluq diskdəki proqram və sənədləri qaydaya salmaq üçün istifadə olunur və ona fayllar və digər qovluqlar daxil edilir.
İşçi masada (Рабочий стол) yerləşən əsas qovluqlar aşağıdakılardır.
«Мой компьютер» qovluğu – kompüterin istənilən xarici yaddaş qurğusunda (ROM, floppi-diskovod, CD-dickovod, DVD-dickovod) yerləşən bütün proqram və qovluqlara baxmaq olar. Qovluğun üzərində mousun sağ düyməsini basdıqda açılan kontekst menyudakı siyahıdan [Свойство] seçilməklə kompüterin xüsusiyyətinə (hansı ƏS yüklənib, ƏYQ-nun (RAM) həcmi, prosessorun sürəti və s. haqqında məlumat) baxmaq olar.
«Мои документы» qovluğu – içərisində sənədlərin, şəkillərin və tez müraciət tələb olunan faylların saxlanması rahat olan qovluqdur. Ofis proqramları, WordPad və ya Paint kimi proqramlar, öz fayllarını avtomatik olaraq «Мои документы» qovluğunda saxlayırlar.
«Корзина» – Windows ƏS-də silinmiş faylların saxlandığı xüsusi qovluqdur. Səbətdən istifadə etməklə silinmiş faylları bərpa etmək və ya diskin içindəkiləri silməklə orada “boş yaddaş” yaratmaq mümkündür.
Son istifadə edilən faylarin siyahisina baxmaq və silmək üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.
Пуск (Start) → Документы → Açılan siyahıda hər hansı adın üzərində kontekst menyu açılır → Удалить. Siyahının tamam silinməsi üçün: Əsas panelin üzərində kontekst menyu açılır → Свойства → Меню «Пуск» → Настроить → Очистить.
Informasiyanin kompüterdə axtarmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.
Пуск (Start) → Найти → Файлы и папки… → açılan «Резултаты поиска» pəncərəsində «Файлы и папки» bəndi seçilibsə, boş sahədə faylın/qovluğun tam adı və ya adın bir hissəsi (ad a hərfi ilə başlayırsa a*) daxil edilir → Найти. Faylları formatlarına (tiplərinə) görə də tapmaq mümkündür: *.doc, *.txt, *.xls, *.jpg, *.gif, *.bmp, *.ppt, *.html və s.
2.Windows Explorer ilə kompüterdə gəzişmək
Windows Explorer (Windows bələdçisi, Проводник) xidməti proqram olub, fayl dispetçerləri kateqoriyasına aiddir. WINDOWS EXPLORER kompüterin fayl strukturu üzrə naviqasiyası (naviqasiyanın məqsədi lazımi qovluğa və onun içindəkilərə müraciəti təmin etməkdir.Fayl strukturu ilə naviqasiya bələdcinin sol panelində aparılır.) və xidməti üçün, yəni fayl və qovluqlarla işləmək üçün nəzərdə tutulmuş xüsusi xidmətediсi proqramdır.
Fayl və qovluqlarla işlərin təşkili dedikdə onların yaradılması, faylların və qovluqların disketə, işçi masaya və başqa kataloqlara göndərilməsi, surətinin köçürülməsi, yerinin və adının dəyişdirilməsi, silinməsi, fayl və qovluq haqqında məlumatların ekrana çıxarılması və s. başa düşülür. Bu işlərin səmərəli təşkili birinci növbədə bu məqsədlə yaradılmış texnologiyadan asılıdır. Belə texnologiyalara nümunə kimi Windows Explorer proqramını göstərmək olar.
Windows Explorer proqramını yükləmək üçün:
1.Пуск (Start) → Программы (Programs) → Стандартные → Проводник (Windows Explorer).
2.Пуск (Start) → Kontekst menyu → Проводник (Windows Explorer).
3.Мой компьютер → Kontekst menyu → Проводник (Windows Explorer).
4.İstənilən qovluq açılır → Alətlər panelində «Папки» düyməsi basılır.
Windows Explorer proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə iki paneldən: sol (qovluqlar paneli) və sağ (qovluğun tərkibini göstərən panel) panellərdən ibarətdir. Sol paneldə qovluqların adları yerləşir. Həmin adların qarşısında bəzən “+”, bəzən isə “-“ işarəsi olur. “+” işarəsi bu qovluğun içərisində digər alt qovluqların olmasını, “-“ işarəsi isə bu qovluğun açıq olmasını göstərir.
Windows Explorer pəncərəsinin sol panelindəki qovluqlarından yalnız biri açıq ola bilər. Qovluğu açmaq üçün mausun sol düyməsini onun adının üzərində sıxmaq lazımdır. Pəncərənin sağ hissəsindəki panelində açıq olan qovluqdakı elementlərin - fayl və qovluqların siyahısı verilir.
3.Qovluqları görməyin müxtəlif yolları
Əksər Windows pəncərələrində olduğu kimi pəncərənin ümumi görünüşü menyu sətrinin Вид menyusu ilə tənzimlənir. Вид menyusu aşağıdakı əmrlərdən ibarətdir.
Панель инструментов-Bu əmr alətlər panelini pəncərədən götürür və ya əks etdirir.
Строка состояния- Bu əmr cari vəziyyət sətrini pəncərədən götürür və ya əks etdirir.
В виде Wеб-страница- Bu əmr qovluğun tərkibini Wеб-səhifə şəklində əks etdirir.
Крупные значки- Bu əmr qovluqların böyük ölçüdə görünüşünü təmin edir.
Мелкие значки- Bu əmr qovluqların və faylların nişanlarının kiçik ölçüdə görünüşünü təmin edir.
Список- Fayl və qovluqların adları adi əlifba siyahısı ilə göstərilir.Belə ki əvvəlcə qovluqlar,sonra isə fayllar əks olunur.
Таблица- Qovluq və faylların adı ilə yanaşı tipi,ölçüsü ,yaranma və dəyişiklik tarixi sağ hissədə əks olunur.
Упорядочить значки- - Bu əmr nişanların adına,tipinə,ölçüsünə ,yaranma tarixinə görə nizamlı görünüşünü təmin edir.
Свойства папки- İşçi stolun klassik , Wеб-səhifə şəklində görünüşünü tənzimləməyə ,sistem fayllarını görünməz etməyə ,faylların tipini və nişanını dəyişməyə imkan verir.
Выстроить значки-əmr nizamsız şəkildə yerləşən nişanları ardıcıl sıra şəklində düzür.Proqram disklə,qovluqlarla və fayllarla işi təmin edir.Belə ki ,qovluğu işçi stolun üzərində,bərk diskdə və şəbəkə diskində yaratmaq mümkündür.
4.Yeni qovluq yaratmaq,adını dəyişdirmək və silmək
Yeni qovluğu yaratmaq üçün ilk növbədə onun yerləşəcəyi diski və ya qovluğu açırıq.Sonra Fayl menyusunun Создать-bölməsinin əmrlər siyahısından Папкa və ya yaradılacaq faylın tipinə müvafiq əmri yerinə yetiririk və yaxud da İstənilən qovluğun içərisində, boş sahədə → Kontekst menyu → Создать → Папку əmrini seçirik. Sağ paneldə yeni yaradılmış qovluğa ad verir və klaviaturanın Enter düyməsini sıxırıq.Lazımsız qovluğu ləğv etmək üçün onu qeyd edib, klaviaturanın Delete düyməsini sıxmaq lazımdır.Bu zaman əgər qovluq bərk diskdə yerləşərsə ,qeyd olunmuş qovluğun Zibil qutusuna atılması haqqında,qovluq işçi diskdə yerləşirsə ,onun diskdən pozulması haqqında sorğu-dialoq pəncərəsi açılır.Sorğuya müsbət cavab verildikdə -Да düyməsi sıxıldıqda həmin əməliyyatlar həyata keçrilir.
Qovluğun adını dəyişmək üçün onu qeyd edib Файл –Переименовать və yxudda Kontekst menyu → Переименовать → yeni ad yazılarkən köhnə avtomatik silinir. Fayl və ya qovluğun yaradılması və onda edilmiş dəyişikliklərin tarixi ,tipi, ölçüsü atributları haqqında məlumat əldə etmək üçün Файл menyusunun Свойства əmrini yerinə yetirmək kifayətdir.Açılmış pəncərədə bu məlumatlar öz əksini tapacaqdır.
Qovluğu qeyd etdikdən sonra siçanın sağ düyməsini sıxıb,açılmış kontekst menyunun Отправить bölməsinin - Мои документы, Portfel, Disk 3.5(A) ,Ünvan və Microsoft Outlook əmrlərindən birini yerinə yetirməklə uyğun olaraq qovluğu Мои документы-qovluğuna , Portfel qovluğuna,.disketə və elektron poçt ilə uzaq məsafədə yerləşən istifadəçiyə göndərmək olar.
Qovluğun işçi stolda yarlığını yaratmaq istəyiriksə ,onu qeyd edib Kontekst menyudan - Отправить bölməsinin-Ярлык на рабочий стол əmrini yerinə yetirməliyik. Yarlığın işarəsinin dəyişdirilməsi üçün:Yarlığın üzərində kontekst menyu → Свойства → «Свойства:» pəncərəsində «Ярлык» hissəsi seçilir → «Сменить значок...» düyməsi basılır → «Смена значка» pəncərəsində istənilən düymə seçilir → OK→ OK (Digər fayllardan seçmək lazım gəldikdə → «Обзор»).
Qovluğun surətini digər qovluqda və ya diskdə saxlamaq üçün onu qeyd edib Правка menyusunun – Копировать əmrini yerinə yetirməli və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır.Sonra surətin yerləşəcəyi diski və ya qovluğu tapıb Правка menyusunun-Вставить əmrini yerinə yetirməli və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır.Eyni qayda ilə qovluğu bir qovluqdan digər qovluğa köçürmək olar.Fərq ondadır ki, Правка menyusunun – Копировать əmrinin yerinə Правка menyusunun-Вырезать əmrini və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır.
Disk haqqında informasiya əldə etmək üçün əvvəlcə sol paneldə Мой компьютер qovluğunu açıb ,sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və siçanın sağ düyməsini sıxırlar.Açılmış menyu pəncərəsində Свойства əmrini yerinə yetirirlər.Ekrana açılan pəncərədə diaqram şəklində diskin ümumi tutumu və onun nə qədər informasiya ilə dolu olduğu əks olunur.
Diski formatlaşdırmaq tələb olunursa Мой компьютер qovluğunu açıb ,sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və Файл menyusunun –Format komandasını yerinə yetirib,açılmış pəncərədə formatlaşmanın növünü göstərmək lazımdır.
Kompüterin diskinin,qovluğunun və ya fayllarının şəbəkədə ümumi istifadəsini təmin etmək üçün onları qeyd edib,proqramın Мой компьютер qovluğunun- Файл menyusunun Доступ-əmrini yerinə yetirmək lazımdır.Açılmış pəncərədə Общий ресурс-variantı seçilir.Şəbəkə adı (Сетевое имя) və qeyd (Заметки) mətn sahələrində müvafiq olaraq ümumi istifadəçi üçün nəzərdə tutulan diskə ,qovluğa və ya fayla şəbəkə adı və əlavə izahedici şərh verilir.Sonra-Тип доступа –çərçivəsində Польный,Только для чтения,Определяется паролем sahələrinə variantlarından birini seçib,Пароли-çərçivəsində Для чтения və ya Для польного доступа sahələrinə müvafiq parolları daxil edib-OK. Bu zaman qovluğun və ya diskin nişanında əl işarəsi meydana gəlir.
Tələb olunduqda Servis menyusunun -Отключить сетевой диск əmrini yerinə yetirməklə şəbəkə diskindən imtina etmək olar.Servis menyusunun Axtarış əmri ilə diskdəki fayl və qovluqları ,şəbəkədə kompüterləri ,ünvan kitabı vasitəsi ilə ayrı-ayrı şəxsləri tapmaq olar.
2.Word pad və Bloknot
Word pad və Bloknot sadə mətn redaktoru olub,mətn tipli informasiyanın yaradılması və redaktə edilməsi üçün nəzərdə tutulmuşdur.
3.Paint rəsm redaktoru
Sadə rəsm redaktoru olub, rastr tipli şəkillərin çəkilməsi və redaktəsi üçün nəzərdə tutulmuşdur. Proqramın pəncərəsi aşağıdakı elementlərə malikdir: sərlövhə sətri, menyu sətri, alətlər paneli, rənglər paneli, rəsm sahəsi, vəziyyət sətri.
Alətlər qutusu aşağıdakı işləri görməyə imkan verir.
1-Düz xəttin çəkilməsi.Bu məqsədlə qutudakı düz xətt (Линия) alətini seçib,alətlər qutusundan aşağıdakı sahədə xəttin qalınlığını müəyyən edirik.Kursoru rəsm sahəsinə gətirərək ,sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində düz xətt çəkiləcəkdir.
2-Əyri xəttin çəkilməsi. Bu məqsədlə qutudakı əyri xətt (Кривая) alətini seçib,alətlər qutusundan aşağıdakı sahədə xəttin qalınlığını müəyyən edirik.Kursoru rəsm sahəsinə gətirərək ,sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində düz xətt çəkiləcəkdir.Kursoru düz xəttin istənilən nöqtəsinə qoyub,mışkanın sol düyməsini sıxmaqla kursoru hərəkət etdirdikcə hərəkət istiqamətində düz xətt qövsvari əyiləcək.
3-Düzbucaqlı(kvadrat),ellipsis(çevrə) və ovalkünclü düzbucaqlı(kvadrat) fiqurların çəkilməsi.Bu məqsədlə lazım olan alətləri(Прямоугольник, Эллипс, Скругленный прямоугольник) alətlər panelindən seçirik. Alətlər qutusundan aşağıdakı sahədə çəkiləcək fiqurun rəngli fonla olub- olmamasını müəyyən edirik.Sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində müvafiq fiqur çəkiləcəkdir.
Nəzərə almaq lazımdır ki, kvadrat ,çevrə, ovalkünclü kvadrat çəkmək üçün yuxarıda qeyd edilən əməliyyatları Shift düyməsini sıxmaqla yerinə yetirmək lazımdır.
4- Çoxbucaqlının çəkilməsi.Lazım olan aləti(Многоугольник) seçirik. Alətlər qutusundan aşağıdakı sahədə çəkiləcək fiqurun rəngli fonla olub- olmamasını müəyyən edirik.Sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində çoxbucaqlının tərəflərindən biri çəkiləcəkdir, digər tərəfi çəkmək üçün sol düymənin sıxılmasını bir an dayandırıb yenidən sıxmaqla kursoru hərəkət etdirmək lazımdır.Bu əməliyyatı bütün tərəflər çəkilənə qədər davam etdirmək lazımdır.
5- İxtiyari xəttin çəkilməsi .Aləti (Карандаш) seçib və mışkanın sol düyməsini sıxmaqla kursoru hərəkət etdirmək kifayətdir.
6- Şəklin rənglənməsi.Bu məqsədlə ilk növbədə istədiyimiz rəngi seçirik.Buna kursoru rənglər qutusunun müvafiq rənginin üzərinə qoyub və ya Выбор цветов alətini seçib, kursoru rəsmin bu və ya digər rənginin üzərinə qoyub mışkanın sol düyməsini bir dəfə sıxıb buraxmaqla nail olmaq olar.Bundan sonra aşağıdakı alətlərdən birini seçmək lazımdır.
Заливка – seçilmiş qapalı oblastı rəngləyir
Распылитель – kursorun durduğu mövqeyə rəng çiləyir
Кисть- aləti adi fırça funksiyasını daşıyır
7- Rəsmin müəyyən hissəsinin silinməsi.Bu funksiyanı pozan(Ластик) aləti yerinə yetirir.
8- Rəsmin müəyyən hissəsini qeyd etmək
Выделение – aləti düzbucaqlı sahəni
Выделение произвольной области – ixtiyari sahəni qeyd etməyə imkan verir
9- Масштаб aləti səhifənin ölçüsünü böyüdür
10- Надпись alətindən mətn yazmaq üçün istifadə olunur
Çəkilmiş şəkli yadda saxlamaq üçün:
Fayl (Файл) → Save (Сохранить) → [Save az] pəncərəsində faylın adı, tipi, saxlanacağı yer təyin edilir → Save (Сохранить).
4.Kalkulyator
Kalkulyator –adından məlum olduğu kimi elektron kalkulyatorun gördüyü funksiyaları yerinə yetirir və -10 303-dən 10 303 qədər ədədlər üzərində əməliyyatlar aparmağa qadirdir.O, iki rejimdə: Adi və Mühəndis iş rejimlərində işləyir.Bir rejimdən digər rejimə keçid proqramın Вид menyusunun müvafiq Обычный və ya Инженерный əmrlərini süçməklə təyin olunur.
Hesablamanın nəticəsi və kalkulyatorun yaddaşında olan ədəd bir rejimdən digər rejimə keçid zamanı saxlanılır.Ədədlər,əməl işarələri,funksiyalar,əsasən kursoru proqram pəncərəsindəki müvafiq düymələrin üzərinə qoyub,mışkanın sol düyməsini sıxmaqla və ya digər Windows əlavəsindən daxil olunur.Hesablamanın nəticəsi kalkulyatorun “=” və ya klaviaturanın “Enter” düyməsini sıxdıqdan sonra kalkulyatorun indikator panelində görünür.Nəticəni Правка menyusunun Копировать əmrini yerinə yetirib,operativ yaddaşın mübadilə buferində saxlamaqla ,digər Windows əlavəsində yaradılmış sənədlərə daxil etmək olar.Həmçinin, digər proqram vasitəsilə mübadilə buferində saxlanılan ədədi Правка menyusunun Вставить əmrini yerinə yetiməklə indikatorda almaq olar.
Kalkulyator bir registr yaddaşa malikdir və yaddaşında bir aralıq hesablamanın nəticəsini və ya ədədi saxlaya bilər.
Yaddaş ilə iş
MC – yaddaşda saxlanılan ədəd silir;
MR – yaddaşda saxlanılan ədədi göstərir;
MS – göstərilən ədədi yaddaşa daxil edir;
M+ – göstərilən ədədi yaddaşa daxil edilmiş ədədlə toplayır;
Backspace – göstərilən ədədin son rəqəmini silir;
CE – göstərilən ədədi silir;
C – yeni ifadəni hesablamağa başlayır;
Hex – ədədi 16-lıq say sistemində təsvir edir;
Dec – ədədi 10-luq say sistemində təsvir edir;
Oct – ədədi 8-lik say sistemində təsvir edir;
Bin – ədədi 2-lik say sistemində təsvir edir.
Kalkulyator adi iş rejimində dörd hesabi əməl (vurma, toplama, çıxma, bölmə),kökalma,ədədin tərs qiymətini,faizini təyietmə və işarəsini dəyişmə(müsbət və ya mənfi) əməliyyatlarını yerinə yetirməyə qadirdir
Dərsin möhkəmləndirilməsi üçün suallar:
1.Fayl nədir?
2.Neçə cür fayl olur?
3.Dəyişməyən fayllar necə adlanır?
4.Dəyişilməyə məruz qalan fayllar hansılardır?
5.Qovluq nədir?
6.İşçi masada (Рабочий стол) yerləşən əsas qovluqlar hansılardır?
7.Son istifadə edilən faylarin siyahisina baxmaq və silmək üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?
8.Informasiyanin kompüterdə axtarmaq üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?
9.Windows Explorer proqramının əsas funksiyası nədir?
10.Windows Explorer proqramını yükləmək üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?
11.WINDOWS EXPLORER proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə neçə paneldən ibarətdir?
12.Qovluqlar paneli hansıdır?
13.Qovluğun tərkibini göstərən panel necə adlanır?
14.Pəncərənin ümumi görünüşü menyu sətrinin hansı menyusu ilə tənzimlənir?
15.Вид menyusu hansı əmrlərdən ibarətdir?
16.Yeni qovluğu yaratmaq üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?
17.Qovluğun adını dəyişmək üçün hansı menyu əmrindən istifadə edilir?
18.Qovluğun işçi stolda yarlığını yaratmaq mümkündürmü?
19.Yarlığın işarəsini necə dəyişdirilmək olar?
20.Disk haqqında informasiyanı hansı qovluq vasitəsilə əldə edə bilərik?
21.Diskin formatlaşdırılması hansı qayda əsasında aparılır?
22.Kompüterin diskinin,qovluğunun və ya fayllarının şəbəkədə ümumi istifadəsini necə təmin etmək olar?
Ədəbiyyat:
Fərman Məmmədov “Windows XP sistemi”
II hissə : Dərslik-2008, Səhifə323-səhifə351
Mühazirə 11:Qeydiyyat yazılarının idarə olunması
Yeni dərsin planı:
1.Qeydiyyat yazısının yaradılması
2.Qeydiyyat yazısının sazlanması və redaktəsi
3.Sistemə giriş parametrlərinin sazlanması
1.Qeydiyyat yazısının yaradılması
Əvvəlki versiyalardanfərqli olaraq Windows XP sistemində təhlükəsizlik baxımından bir sıra yeniliklər edilmişdir.Sistemin adminstratoru bir qayda olaraq həmişə komputerdə işləyənlərin hər biri üçün qeydiyyat yazısı yaradır.İstifadəçinin qeydiyyat yazısı onun adı ləvə ola bilər ki, həm də sistemə daxil olarkən istifadə etdiyi parolla təyin olunur.
Eyni zamanda hər bir qeydiyyat yazısının adminstrator tərəfindən təyin olunmuş “hüquqları” var. Odur ki, Windows XP əməliyyat sistemi bu hüquqlara əsaslanaraq bir sıra əməliyyatların aparılmasına nəzarət edir və eləcədə onlara müəyyən qaydalar qoyur.
Qeydiyyat yazısının yaratmaq üçün baş menyudan idarəetmə paneli(Панель управления) qovluğunu açmaq və qeydiyyat yazıları(Учетные записи пользователей) işarəsi üzərində sol düyməni basmaq lazımdır. Bu halda eyni adlı dialoq pəncərəsi ekranda əks olunur. Açılmış dialoq pəncərəsindən istifadə edərək yeni qeydiyyat yazısı yaratmaq və artıq mövcud olan qeydiyyat yazıları üzərində müxtəlif əməliyyatlar aparmaq olar.
Dialoq pəncərəsinin yuxarısında qeydiyyat yazısından düzəlişlər etəmək(Изменение учетной записи) yeni qeydiyyat yazısı (Создание учетной записи) yaratmaq və istifadəçinin sistemə giriş (Изменение входа пользователей в систему) qaydasını dəyişdirmək üçün nəzərdə tutulan müvafiq tapşırıqlar verir.Bu tapşırıqlar hiper əlaqələr şəklində olduğundan hər hansı birini icra etmək üçün sadəcə olaraq onun üzərində mausun sol düyməsi bir dəfə basılır.
Yeni qeydiyyat yazısı yaratmaq üçün pəncərədə hiper əlaqə şəklində verilmiş tapşırıqlardan biri- Yeni qeydiyyat yazısı(Создание учетной записи) yaratmaq variantı üzərində sol düymə basılır.Bu zaman açılan pəncərənin Введите имя для новой учетной записи –sətrində qeydiyyat yazısı üçün adın daxil olması təklif olunur. Ad daxil edildikdən sonra (Ad maksimum 20işarədən ibarət olur) Dale düyməsi basılır.
İstifadəçinin qeydiyyat yazısının adı komputeri işə salarkən ekranda açılan ilk səhifədən eləcədə baş menyunu yuxarısında əks olunur. Komputerdə işləmək istəyənlər sistemə daxil olmaq üçün qeydiyyat yazısından istifadə edirlər.Qeydiyyat yazısının tipini təyin etmək üçün 2 -variantdan istifadə olunur.
1.Komputer adminstratoru (Админстратор компьютера)
Məhdud imkanlı qeydiyyat yazısı (Ограниченная запись)
Birinci variantda istifadəçi adminstrator hüquqlarına malik olur.Belə ki,adminstrator statusu almış istifadəçi bütün sistemə nəzarət, sazlama-quraşdırma işləri və digər bütün mümkün əməliyyatları apara bilər. O, cümlədən adminstrator istifadəçilərin qeydiyyat yazılarını yaratmaq, dayişdirmək, ləğv etmək, özünə və digər istifadəçilərə hüquqlar vermək və s. əməliyyatları yerinə yetirmək səlahiyyətlərinə malikdir.
Məhdud imkanlı qeydiyyat yazısı olan istifadəçilərin hüquqları xеyli dərəcədə məhdudlaşdırılır. Belə ki, bu cür istifadəçilər öz qeydiyyat yazılarının parolunu, adını və işarəsini dəyişmək, komputerdə quraşdırılmış proqramlarda istifadə etmək, öz qovluqlarında fayllarla bağlı müxtəlif əməliyyatlar aparmaq, ümumi qovluqlarda ki, fayllara baxmaq imkanlarına malikdirlər. Bununla yanaşı istifadəçilər sistemdə əsas sazlama əməliyyatlarını aparmıralar və bəzi proqramlardan istifadə edə bilmirlər. Qeydiyyat yazısının tipini seçmək üçün təklif olunan variantlardan biri seçilib qeydiyyat yazısı yaratmaq düyməsi basılır.
Yeni yaradılan qeydiyyat yazısı üçün başqa məlumatlar daxil etmək lazım gələrsə belə əməliyyatları yazı yaradıldaıqdan sonra onun üzərində dəyişiklik edərək aparmaq olar.
3.Qeydiyyat yazısının sazlanması və redaktəsi: Qeydiyyat yazısının sazlanması üçün istifadəçilərin qeydiyyat yazıları (Учетные записи пользователей) dialoq pəncərəsində, yaratdığımız yazı üzərində sol düymə basılır. Bu zaman qeydiyyat yazısı üzərində nəzərdə tutulan mümkün dəyişiklik və düzəlişlərin edilməsi üçün müvafiq dialoq pəncərə ekrana çıxır. Bu pəncərədə qeydiyyat yazısı ilə bağlı əməliyyatlar tapşırıqlar menyusu şəklində əks olunur:
1.Adı dəyişmək (Изменение имени)
2.Parol qoymaq (Создание пароля)
3.Şəkli dəyişmək (Изменение изображения)
4.Qeydiyyat yazısının tipini dəyişmək (Изменение типа учетной записи)
5.Qeydiyyat yazısını ləğv etmək (Удаление учетной записи )
Qeydiyyat yazısının tipindən asılı olaraq bu pəncərədə əks olunan əməliyyatlar siyahısı müxtəlif olur. Əgər qeydiyyat yazısına parol qoymaq istəyiriksə onda parol yaratmaq rejimi seçilir. Bu zaman ekrana açılan pəncərədə müvafiq sətrlərdə parol 2 dəfə daxil edilir. Üçüncü sətrdə isə unudulmuş parolu yada salmaqa kömək edə biləcək söz və ya söz birləşməsi yazıla bilər.Bu sətri boş bıraqmaqda olar.Sonra parol yaratmaq düyməsi basılır.Parol maksimim 128, minumum 8 işarədən ibarət ola bilər.
Qeydiyyat yazısının şəklini dəyişmək üçün siyahıdan şəklin dəyişdirilməsi rejimi seçilir. Nəticədə qeydiyyat yazıları üçün nəzərdə tutulan standar şəkillər ekrana çıxır. Bu şəkillərdən istənilən biri seçilir və şəklin dəyişdirilməsi düyməsi basılır. Əgər bu şəkillər bizi qane etməzsə başqa şəkillərin axtarışı(Поиск других рисунков) rejimini seçirik. Bu halda açılan pəncərədə istifadəçi lazım olan şəklin harada yerləşdiyini göstərməlidir.
Qeydiyyat yazısıni ləğv etmək üçün qeydiyyat yazısının ləğv etməк rejimi seçilir. Bu zaman ekrana ləğv olunan qeydiyyat yazısı ilə işləmiş istifadəçiyə məxsus şəxsi faylların saxlanılması və ləğvi üçün dialoq pəncərisi ekrana çıxır. Bu dialoq pəncərəsində faylların saxlanılması(Сохранить эти файлы) və ya fəylların ləğvi(Удалить эти файлы) düymələrindən istifadə edərək həmin fəylları saxlamaq və ləğv etmək olar. Faylların ləğvi düyməsi bu qeyydiyyat yazısı ilə işləmiş istifadə
çinin işlətdiyi mənim sənədlərim, mənim şəkillərim qovluqlarını və bu qovluqlarda saxlanılan bütün faylları ləğv edir.
Analoji qayda ilə əməliyyatlar siyahısına daxil olan adın dəyişdirilməsi rejimində qeydiyyat yazısının adını və eləcədə qeydiyyat yazısının rejimində qeydiyyat yazısının tipinin dəyişmək olar.
4. Sistemə giriş parametrlərinin sazlanması: Qeydiyyat yazısının idarə olunması üçün nəzərdə tutulan tapşırıqlar menyusu qeydiyyat yazısını yaratmaq, sazlamaq və dəyişdirməklə yanaşı həm də sistemə giriş qaydasının sazlanmasına imkan verir. Bunun üçün istifadəçilərin qeydiyyat yazısıları dialoq pəncərəsində istifadəçinin sistemə giriş qaydasını dəyişdirmək tapşırığı seçilir. Bu zaman açılan dialoq pəncərəsində istifadəçilər üçün 2 iş rejimi təklif olunur. Bunlardan birincisi salamlaşma səhifəsindən istifadə etmək rejimi sistem yüklənərkən ekranda görünən salamlaşma səhifəsini tənzimləmək üçün nəzərdə tutulur. Bu rejimi aktivləşdirməklə həmin səhifənin ekranda görünməsini təmin etmək olar. Əks halda həmin səhifə ekrana çıxarılmazsa onda sistem yüklənərkən ekranda kiçik bir pəncərə əks olunur və həmin pəncərədə istifadəçi öz adı və parolunu daxil etməlidir. Bu isə sistemə daxil olmanın klassik variantıdı. Təklif olunan ikinci rejim- istifadəçilərin tez qoşulmasından istifadə etmək rejimi isə istifadəçilərin bir-birini tez əvəz etməsini təmin etmək üçündür. Bu rejimdə müxtəlif qeydiyyat yazıları olan istifadəçilər öz aralarında vaxt itirmədən öz iş seanslarını dəyişdirə bilirlər (icra olunan proqramları bağlamadan) yəni digər şəxslər işini qurtarandan sonra istifadəçi öz qeydiyyat yazısına qayıda bilər.Bunun üçün baş menyudaki, sistemdən çıxış əmrini icrası ilə açılan dialoq pəncərəsində istifadəçilərin növbəsi variantını seçmək kifayətdir.
Dərsin möhkəmləndirilməsi üçün suallar:
1.İstifadəçinin qeydiyyat yazısı necə təyin olunur?
2. Qeydiyyat yazısı necə yaradılır?
3.Yeni qeydiyyat yazısı yaratmaq və mövcud olan qeydiyyat yazıları üzərində müxtəlif əməliyyatlar aparmaq üçün hansı dialoq pəncərəsindən istifadə olunur?
4.Qeydiyyat yazısının tipini təyin etmək üçün hansı variantlardan istifadə olunur?
5.Administrator statusu almış istifadəçi hansı əməliyyatları yerinə yetirir?
6.Məhdud imkanlı qeydiyyat yazısı olan istifadəçilər hansı əməliyyatları yerinə yetirir?
7. Qeydiyyat yazısının sazlanması üçün hansı dialoq pəncərədən istifadə olunur?
8. Qeydiyyat yazısı ilə bağlı olan əməliyyatlar hansılardır?
9. Qeydiyyat yazısının şəklini dəyişmək üçün hansı əmrdən istifadə olunur?
10. Sistemə giriş parametrlərini sazlamaq üçün neçə variantdan istifadə olunur?
Ədəbiyyat: Fərman Məmmədov “Microsoft Üindoüs XP sistemi.
II hissə. Səhifə 13-21
Mühazirə12:Xüsusi xidmət proqramları
Yeni dərsin planı:
1.Disklərin yoxlanılması
2.Disklərin defraqmentasiyası
3.Disklərin təmizlənməsi
4.Diskin formatlaşmasi
5.Arxivləşdirmə proqramı
6.Windows XP sisteminin bərpası
1.Disklərin yoxlanılması
Komputerin normal işlənməsi üçün ona mütəmadi olaraq müəyyən xidmətlər göstərmək lazımdır. Disklərdə korlanmış sektorların aşkar olunması və fayl sistemində ola biləcək səhvlərin üzə çıxarılması üçün disklərin yoxlanılması, faylların disklərdə optimal yerləşdirilməsi üçün disklərin defraqmentləşdirilməsi, mütamadi olaraq disklərin lazımsız fayllardan təmizlənməsi və mühüm proqram və faylların ehtiyat kopyalarının yaradılması belə xidmətlərdəndir.
Disklərdə korlanmış sektorların və fayl sistemində səhvlərin olması iş prosesində ciddi problemlər yaradır. Belə hallarda faylları nə açmaq, nə də saxlamaq mümkün olmur. Hətta böyük həcmli faylların korlanma ehtimalı artır. Belə hallar adətən komputerin yenidən yüklənməsinə səbəb olan elektrik sıçrayışları və ya komputerin düzgün söndürülməməsində baş verir.
Disk səhvlərini iki qrupa bölmək olar: Diskin səthinin fiziki qüsurları və disk sahəsinin bölüşdürülməsi ilə bağlı olan fayl sisteminin səhvləri.
Windows XP sistemi iş prosesində üzə çıxan səhvlərin əksəriyyətini xüsusi yoxlama proqramından utilitdən istifadə etməklə aradan qaldırmağa imkan verir. Bu diskləri yoxlamaq üçün nəzərdə tutulan chdsk.exe proqramıdır.
Diski yoxlayan proqramın funksiyası disklərin səthini tesdən keçirmək fayl və qovluqları yoxlamaq, həmçinin fayl sisteminin səhvlərini avtomatiq olaraq düzəltmək və diskdə korlanmış sektorları bərpa etməkdən ibarətdir. Bəzi hallarda bu proqram (məsələn, sistemlə iş prosesini normal başa çatdırmadan komputeri söndürərkən, komputeri məcburiyyət qarşısında qalaraq yenidən yükləyərkən) avtomatik icra olunur və diskdə yoxlama prosesi aparır. İstənilən vaxt diski yoxlamaq üçün chdsk.exe proqramı işə salmaq olar. Bunun üçün aşağıdakı əməliyyatlar yerinə yetirilir.
Мой компьютер-in və ya Windows Проводник-in pəncərəsində yoxlanan diskin kontekst menyusu açılır və oradan Свойства əmri seçilir. Bu zaman ekrana Свойства: Локальный диск (С:) pəncərəsi açılır.Buradan servis səhifəsinə keçirik və Выполнить проверку düyməsini sıxırıq. Ekrana Проверка диска - Локальный диск (С:) pəncərəsi açılır. Açılan pəncərədə iki parametr əks olunmuşdur.
1. Автоматические исправлять системные ошибки (Sistem
səhvlərini avtomatik düzəltmək) parametri seçildikdə fayl sistemindəki səhvlər avtomatik olaraq Windows tərəfindən aradan qaldırılır.
2. Проверять и восстанавливат поврежденные сектора ( Zədələnmiş
sektorları yoxlamaq və bərpa etmək) parametri seçildikdə isə diskdə ətraflı yoxlama aparılır, zədələnmiş sektorlar aşkar edilir və həmin yerdəki hələ tamam korlanmamış informasiya bərpa edilir. Bu parametrlər seçilir və Запуск düyməsi basılır. Proqramın iş prosesində fayl və qovluqların seçilmiş diskdə yerləşmə vəziyyəti həmçinin diskin səthinin fiziki vəziyyəti yoxlanılır. Bu əməliyyatdan sonra korlanmış klasterlərin axtarışı və bərpa olunma prosesi gedir. Diskin tamam yoxlanılması üçün kifayət qədər çox vaxt tələb olunur. Yoxlama prosesi zamanı komputerdə heç bir başqa əməliyyat aparmaq olmaz. Proqramın işini yarımçıq dayandırmaq üçün Отмена düyməsindən istifadə edilir. Yoxlama prosesi xüsusi dialoq pəncərəsinin ekrana çıxması ilə başa çatır.
2.Disklərin defraqmentasiyası
Məlumdurki, təzəcə formatlaşdırılmış diskə fayllar yazılarkən proses çox sürətlə gedir. Lakin zaman keçdikcə kompüterin sürətinin zəiflədiyi hiss olunur. Disk formatlaşdırı
larkən hər birinin həcmi 512 bayt olan sektorlara bölünür. Fayl sistemi disk sektorlarını müəyyən bloklarda birləşdirir. Bu bloklar klasterlər adlanır. Hər klaster yalnız bir fayla aiddir. Bir klasterə 2 fayl yazmaq olmaz.
Fayllar yeni formatlaşdırılmış bərk diskə yerləşdirilərkən Windows sistemi onlar üçün bir birinin ardınca nömrələnmiş klasterlər ardıcıllığı ayırır. Lakin vaxt keçdikcə bərk diskdə ayrılmış klasterlərin ardıcıllığı pozulur. Belə ki, diskdə mövcud olan fayla yeni verilənlər əlavə edildikdə həmin fayl üçün əlavə klaster ayrılır və bu yeni klaster tamamilə aralı (diskin başqa yerinə) düşür. Beləliklə, bir fayl yaddaşın ayrı-ayrı hissələrində fraqmentlər şəklində yerləşmiş olur. Digər tərəfdən fayllar ləğv olunduqca ardıcıl klasterlərdə boş hissələr qalır və sonralar diskə yeni fayllar yazılarkən həmin pərakəndə boş yerlərə hissə-hissə (framentlərlə) yazılıb saxlanılır. Eyni zamanda faylların ləğv olunması və yenilərin yaradılması prosesi davam etdikcə fayllar diskin müxtəlif boş yerlərində kiçik hissələrə (fraqmentlərə) bölünərək saxlanılır. Bu proses fraqmentləşdirmə adlanır. Odur ki, istifadəçi hər dəfə faylı açarkən və diskdə saxlayarkən xeyli gözləməli olur. Çünki vinçestrin maqnit başlığı diskin müxtəlif yerlərinə yerdəyişmələr edərək çoxlu sayda klasterlərə baxmalı olur.
Beləliklə, komputerdə uzun müddət işləyərkən ayrı-ayrı faylların (və deməli, onların fraqmentlərinin) ləğv olunması nəticəsinə diskin fraqment sahələri çoxalırki, bu da kompüterin işinin yavaşımasına səbəb olur. Qeyd etmək lazımdır ki, bu halda fayl korlanmasına da oxunma və yazılma əməliyyatlarının sürəti ciddi şəkildə azalır. Bu problemin həlli üçün sistemdə xüsusi vasitədən, disklərin defraqmentləşdirmə - defraqmentasiya əməliyyatından istifadə olunur. Bu əməliyyat prosesində ayrı- ayrı fraqmentlər elə birləşdirilir ki, nəticədə fayl hissə- hissə deyil, yenidən kəsilməz disk oblastında yerləşdirilir.
Beləliklə, proqramların icrasını sürətləndirmək üçün proqram fraqmentləri saxlanılan klasterləri “toplamaq” və imkan daxilində diskdə bir- birinə daha yaxın birləşdirmək lazımdır. Bu proses diskin defraqmentləş
dirilməsi- defraqmantasiya adlanır. Diskdə saxlanılan istənilən informasiya zaman keçdikcə fraqmentləşdiyi üçün ən azı bir neçə ayda bir dəfə defraqmentləşdirmə əməliyyatını aparmaq lazımdır.
Disklərin defraqmentləşdirilməsi üçün Windows XP sistemində xüsusi utilit – Дефрагментация proqramı nəzərdə tutulur. Bu proqram diskdə saxlanılan faylları elə nizamlayır ki, diskin müxtəlif hissələrinə səpələnmiş fayl hissələri bir yerdə toplanmaqla diskin yalnız bir hissəsində ardıcıl yerləşərək saxlanılır. Bundan əlavə defraqmentasiya əməliyyatı prosesindəki diskdəki boş yerlər birləşərək bütöv disk sahəsi (yaddaş oblastı) əmələ gətirir ki, bu da gələcək də yeni yazılan faylların diskdə müxtəlif hissələrlə (fraqmentlər şəklində) saxlanma ehtimalını azldır.
Defraqmentasiya proqramını işə salmaq üçün aşağıdakı addımlar icra olunur:
Мой компьютер və ya Windows Explorer pəncərəsində istənilən
diskin kontekst menyusu açılır və bu menyunun Свойства əmri seçilir.
2. Bu halda açılan eyni adlı dialoq pəncərəsinin Сервис səhifəsində Выполнить дефрагментацию düyməsi basılır.
Defraqmentasiya proqramını həm də Baş menyudan icra etmək olar. Bunun üçün baş menyunun Пуск siyahısına daxil olan Программы alt menyusundakı Стандартные siyahısından Служебные- Дефрагментация диска əmrini seçmək lazımdır. Bu halda müvafiq dialoq pəncərəsi ekrana çıxır.
Adətən diskin defraqmentasiya prosesi kifayət qədər çox vaxt aparır. Xüsusilə müasir bərk disklərin həcmini nəzərə alsaq defraqmentasiya prosesi bir neçə saat çəkə bilər. Ona görədə fraqmentləşdirmə səviyyəsi çox yüksək olmayan disklər üçün bu proqramı icra etməyə ehtiyac yoxdur. Konkret diskin defraqmentləşdirmə əməliyyatına ehtiyac olduğunu müəyyən etmək üçün Дефрагментация диска pəncərəsinin yuxarı hissəsində əks olunan siyahıdan həmin diski seçmək və Анализ düyməsini basmaq lazımdır. Bu halda proqram həmin diski yoxlayaraq onun defraqmentləşdirmə prosesində ehtiyacı olması barədə öz təklifini verir. Buna baxmayaraq istənilən vaxt defraqmentləşdirmə əməliyyatını aparmaq olar. Bunun üçün baxılan pəncərədə Дефрагментация düyməsini basmaq kifayətdir. Həmin pəncərədəki Пауза,Остановка, düymələrindən istifadə etməklə prosesi istənilən vaxt dayandırmaq və ya yarımçıq kəsərək başa çatdırmaq olar.Вывести отчет düyməsi ilə diskin fraqmentləşmə səviyyəsi barədə ümumi məlumat əldə etmək olar.
3.Disklərin təmizlənməsi
Uzun müddət kompüterlə işləyərkən müxtəlif fayl obyektlərinin ardıcıl olaraq saxlanması nəticəsində diskin təmamilə doldurulması və bu diskdə boş yerin qalmaması təhlükəsi yarana bilər. Bu zaman əməliyyat sistemi məlumat verir ki, diskdə boş yer yoxdur. Belə hallarda sistemdə istifadə olunmayan lazımsız proqram və faylları əl ilə ləğv edərək diskdə müəyyən sahəni təmizləmək olar. Bununla yanaşı diskləri ən sadə üsulla təmizləmək üçün sistemdə xüsusi utilitdən istifadə edilir- Очистка диска
Diskdə boş yerin olmadığı barədə sistem məlumatı üzərində mausun sol
düyməsi basılarkən Очистка диска proqramı avtomatik icra olunur. Ümumiyyətlə isə bu proqram əl ilə icra etmək üçün Baş menyunun Программы alt menyusundakı Стандартные siyahısından Служебные bəndinə daxil olan Очистка диска əmrini seçmək lazımdır. Bu halda ekranda Очистка диска adlı dialoq pəncərəsi açılır. Bu dialoq pəncərəsində təmizlənmək üçün nəzərdə tutulan disk seçilir və OK düyməsi basılır. Nəticədə proqram sistemi təhlil edərək növbəti dialoq pəncərəsində müəyyən həcmdə disk sahəsini boşalda biləcək faylların siyahısını əks etdirir.
Bu dialoq pəncərəsinin iki səhifəsi var. Очистка диска səhifəsində təqdim olunan siyahıdan ləğv olunası fayl obyektləri seçilir (məsələn, səbətdəki fayllar, müvəqqəti fayllar və s.) və OK düyməsi basılır. Nəticədə sistem göstərilən əməliyyatın yerinə yetirilməsini təsdiqləmək üçün ekrana xüsusi sorğu pəncərəsi çıxarır. Bu addımda həmin sorğuya müvafiq cavab verərək işi davam etdirmək lazımdır.
Baxılan pəncərənin Дополнительно səhifəsində diskin təmizlənəsi üçün istifadəçiyə bəzi əlavə imkanlar verir. Belə ki, həmin pəncərə əlavəsində əks olunan müvafiq parametrləri seçməklə Windows sisteminin istifadə olunmayan komponentlərini ləğv etmək proqramların quraşdırılması və ləğvi üçün nəzərdə tutulan dialoq pəncərəsini ekrana çıxarmaq və nəhayət, diskdə saxlanılan fayllarının ehtiyat kopiyalarını ləğv etmək olar.
4.Diskin formatlaşmasi
Diskin formatlaşması diskin yazı və oxuma üçün hazırlanması deməkdir. «Мои документы» qovluğu açılır, disk(disket) göstərilir → kontekst menyuda «Форматировать…» → «Формат Диск…» dialoq pəncərəsi açılır → Начать (Start).
Formatlaşma zamanı disketdəki bütün informasiyalar silinir, disk cığır və sektorlara ayrılır. Dialoq pəncərəsində formatlaşmanın bir-neçə üsulundan istifadə etmək mümkündür:
«Быстрое» – diskdə bütün informasiya silinir, yalnız bir dəfə format olunmuş disklər üçün nəzərdə tutulur;
«Использовать сжатие» – NTFS ilə dəstəklənir;
«Создание загрузочного диска» – MS-DOS sistemi diskdəki bütün informasiyanı silir və oraya sistem fayllarını əlavə edir.
5.Arxivləşdirmə proqramı
Komputerdə aparılan mühüm əməliyyatlardan biri də informasiyanın arxivləşdirilməsidir. Bu əməliyyat hər şeydən əvvəl mühüm faylların qorunması baxımından onların ehtiyat kopiyalarının saxlanılması üçün əhəmiyyətlidir. Belə ki, faylların hər hansı səbəbdən korlanması zamanı onları arxivdən bərpa etmək olar. Eyni zamanda bu əməliyyat bərk diskdə istifadə olunmayan faylların arxivləşdirilməsi hesabına diskin xeyli hissəsinin boşaldılmasına və boş yaddaş sahəsinin artırılmasına imkan verir. Arxivləşdirilmə əməlyyatının aparılması üçün sistemdə xüsusi utilitdən istifadə edilir: Архивация данных
Beləliklə, arxivləşdirilmə proqramı Архивация данных verilənlərin ehtiyat kopiyalarının yaradılması və onların arxivdən bərpa edilməsi üçün istifadə edilir. Bu proqram verilənlərin ehtiyat kopiyalarının maqnit lentlərdə (strimmerlərdə) və müxtəlif disklərdə yazılıb saxlanılmasına imkan verir.
Fayl və qovluqların arxivləşdirilməsi aşağıdakı addımlardan ibarətdir:
1.Arxivləşdirilən fayl və qovluqların seçilməsi;
2.Onların kopiyalarının yerləşdirilməsi üçün qurğuların seçilməsi;
3.Bilavasitə arxivləşmə prosesi.
Архивация данных proqramını icra etmək üçün Baş menyunun Программы siyahısındakı Стандартные – Служебные- Архивация данных əmrini seçmək lazımdır. Bu halda ekranda Мастер архивации и восстановления adlı pəncərə əks olunur. Həmin pəncərədə Далее düyməsi basılır və nəticədə eyni adlı ikinci pəncərə açılır. Bu pəncərədə iki rejim əks olunur. Belə ki, Архивация файлов и параметров rejimi fayl və qovluqların ehtiyat kopiyalarını yaratmaq üçün istifadə edilir. Eyni zamanda восстановление файлов и параметров rejimi isə arxivdə saxlanılan verilənləri bərpa etmək üçün nəzərdə tutulur. Odur ki, bu rejimlərdən biri seçilir Далее düyməsi basılır. Bundan sonra zəruri fayl obyektlərinin ehtiyat kopiyalarının yaradılmasını təyin etmək üçün ekranda müvafiq rejimlər əks olunur. Bu dialoq pəncərəsində arxivləşdirilməsi nəzərdə tutulan obyektlərə uyğun rejimlər seçilir.
I. Мой документы и параметры настройки (Mənim sənədlərim və parametrlər)rejimi seçildikdə-Мой документы və Избранное sistem qovluqları bütün məzmunu ilə və İş stolu arxivləşdirilir;
II.Документы и параметры и настройки всех пользователей данного компьютера (Bu kompüterdəki bütün istifadəçilərin sənədləri və parametrlər) rejimi seçildikdə bütün istifadəçilərin sənədləri Мой
документы və Избранное (Seçilmişlər) sistem qovluqları və İş stolu arxivləşdirilir;
III. Всю информацию на данном компьютера(Bu kompüterdəki bütün informasiyalar)rejimi seçildikdə bu komputerdə sistem fayllarından tutmuş bütün informasiyalar hamısı arxivləşdirilir;
IV.Предоставить возможность выбора обьектов для архивации (Arxivləşdirmək üçün obyektlərin seçilməsinə imkan vermək) rejimi seçildikdə açılan növbəti pəncərədən ehtiyat kopiyalarını yaratmaq üçün nəzərdə tutulan fayl obyektlərini seçmək olar.
Bu göstərilən rejimlərin axırıncısı seçilir və Далее düyməsi basılır. Nəticədə açılan növbəti dialoq pəncərəsində arxivləşdirilməsi nəzərdə tutulan bütün fayl, qovluq və disklərin işarələri qarşısında qeydiyyat işarəsi qoyulur. Qeyd edək ki, bu halda qovluqlar və həm də onlara daxil olan alt qovluqların arxivləşdirilməsi nəzərdə tutulursa, onda həmin qeydiyyat işarələri göy rənglə əks olunur. Qovluq və disklərin solunda əks olunan qeydiyyat işarəsinin boz rənglə verilməsi isı onu göstərirki, həmin obyekt daxilində olan fayl və qovluqların heç də hamısı arxivə yerləşdirilməyəcək.
Əgər arxivə yalnız qovluq daxilindəki bəzi faylları yerləşdirmək lazımdırsa, onda pəncərənin solunda həmin qovluq açılır və sağda əks olunan siyahıdakı zəruri fayl və qovluqların qarşısında qeydiyyat işarəsi qoyulur.
Beləliklə, arxivləşdirilməsi üçün nəzərdə tutulan obyektlər seçilir və yenə Далее düyməsi basılır.
Bu addımda ehtiyat kopiyanın yazılması üçün təklif olunan siyahıdan disk seçilir və yaradılan arxiv üçün müvafiq sətirdən ad daxil edilir və Далее düyməsi basılır.
Готово düyməsinin basılması ilə kopiyalanma əməlyyatı başlanır. Proses başa çatan kimi aparılan əməliyyat barədə ətraflı məlumat əks olunmuş xüsusi dialoq pəncərəsi ekrana çıxır.
Yaradılmış arxivin açılması və fayl obyektlərinin ehtiyat kopiyalarının bərpası (açılması) üçün Arxivləşdirmə və ya bərpaetmə ustası pəncərəsindən Fayllar və parametrlərin bərpa olunması rejimi seçilir və Далее düyməsi basılır. Bu halda son pəncərədə müxtəlif vaxtlarda yaradılmış ehtiyat fayl kopiyalarının siyahısı əks olunur. Bu siyahıdakı bəndlərin birini seçmək və sağ pəncərədə faylları bərpa etmək üçün disk təyin etmək olar. Bundan sonra Далее düyməsi ilə açılan pəncərədə готово düyməsi basılır və nəticədə arxivdə saxlanılan fayllar bərpa olunur.
FAYL VƏ QOVLUQLARIN ARXİVLƏŞDİRİLMƏSİ
Arxiv proqramları (Arxivatorlar) fayldakı informasiyları sıxmaqla onların arxivləşməsini yerinə yetirir. Sıxma dərəcəsi asılıdır:
1.İstifadə olunan arxivatordan.
2.Sıxma üsulundan.
3.Faylın tipindən.
Arxivləşdirmənin iki səbəbi var:
1.İnformasiyanın qorunması (faylın rezerv surətini yaratmaqla)
2.Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə.
Arxivləşmə zamanı faylın daha kiçik həcmə malik, rezerv sürəti yaradılmış olur. Rezerv surət – faylın dəqiq surəti olub, sıxılmış halda xüsusi daşıyıcıda, təhlükəsiz yerdə saxlanılır.
Arxiv faylları: ARJ, CAB, GZ, LHA, RAR, TAR, TGZ, UU, ZIP.
Windows əməliyyat sistemlərində əsasən WinZİP və WinRAR arxivatorlardan istifadə edilir.
Proqramı işə salmaq üçün:
1.Start (Старт) → Proqrams (Программы) → WinRAR → [Bakcomp – WinRAR] pəncərəsi açılır → arxivləşdirilməsi lazım olan fayl və ya qovluq açılan pəncərədə göstərilir → [Добавить] düyməsi basılır.
2.Fayl və ya qovluğun üzərində kontekst menyu açılır → «Добавить в Архив…» əmri verilir → açılan [Имя и параметры архива] pəncərəsində arxiv faylın yerləşəcəyi qovluq göstərilir → OK.
Arxiv olunacaq fayl və ya qovluğa parol qoymaq üçün: [Имя и параметры архива] pəncərəsində [Дополнительный] hissəsinə keçilir → [Установить пароль] →[Архивация с паролем] pəncərəsində parol təyin edilir → OK.
6.Windows XP sisteminin bərpası
Təcrübə göstərir ki, kompüterdə işləyərkən bəzi hallarda, xüsusilə də yeni qurğuların və ya proqramların quraşdırılmasından sonra əməliyyat sisteminin işində müəyyən sapmalar baş verir, sistem həmişəki kimi saz işləmir həmişəkindən fərqli olaraq kompüterin sürəti aşağı düşür. Hətta elə hallar ola bilir ki, bu cür proqramları ləğv etməkdən sonra da vəziyyət düzəlmir. Odur ki, belə vəziyyət yarandıqda Windows XP sisteminin tərkibində olan xüsusi proqramdan istifadə edərək əməliyyat sisteminin əvvəllər stabil işlədiyi vəziyyətini bərpa etmək olur. Yəni, bu halda sistem fayllarının bərpa olunması üçün xüsusi mexnizmdən istifadə edilir. Bu mexanizmin mühüm xüsusiyyəti ondan ibarətdir ki, sistem bərpa olunarkən kompüterdə olan sənədlər korlanmır.
Bərpaolunma prosesi haqqında ümumi məlumat.
Windows XP sisteminin tərkibində olan mühüm bir vasitə -Sistemin bərpası proqramının köməyilə kompüterlə iş prosesində müəyyən problemlər baş verdikdə şəxsi faylları korlamadan kompüterin əvvəlki iş vəziyyətini bərpa etmək olur. Bərpaetmə proqramı sistemdə baş verən bütün dəyişiklikləri izləyir və avtomatik olaraq asan təyin oluna bilən bərpaolunma nöqtələri (qayıdış nöqtələri) yaradır. Həmin bərpaolunma nöqtələri sistemi bu nöqtələrlə təyin olunan tarixdəki vəziyyətinə qaytarmağa imkan verir. Onlar komputerin fasiləsiz istifadəsindən asılı olaraq hər gün və eləcə də ciddi sistem hadisələri (məsələn, proqramların və qurğuların quraşdırılması) baş verərkən yaradılır. Həmçinin istifadəçinin özü də istənilən vaxt bərpaolunma nöqtələri yarada bilər. Beləliklə, sistemin bərpası proqramının işi bərpaolunma (qayıdış) nöqtələrinin istifadəsinə əsaslanır. Belə ki, sistemin bərpaetmə proqramı müəyyən müddət ərzində aparılmış bütün dəyişiklikləri, eləcə də quraşdırılan bütün proqramları və yeni qurğuları avtomatik olaraq yazır. Bununla yanaşı sistemin bu dəyişikliklərə qədərki parametrlərinin yazılması üçün istifadəçi özü də şəxsi bərpaetmə nöqtələrini verə bilər. Yəni istifadəçi özü üçün zəruri proqramları quraşdırdıqdan və eləcə də kompüterin bütün qurğularının sazlanma prosesini özü istədiyi kimi apardıqdan sonra əmin olsa ki, Windows XP sistemi korrekt və stabil şəkildə işləyir, onda həmin tarix üçün sistemin bərpaolunma (qayıdış) nöqtəsini yarada bilər. Bu zaman sistemin bərpaetmə proqramı avtomatik olaraq Windows XP- nin həmin tarixdə ki, sistem reesterinin və eyni zamanda Windows – un işi üçün zəruri olan bütün sistem fayllarının ehtiyat kopiyalarını yaradır. Odur ki, sonralar kompüterdə işləyərkən quraşdırılmış proqramlardan və ya yeniləşdirilmiş drayverlərdən hər hansı birinin işində müəyyən sapmalar baş verərsə və ya təsadüfən sistem fayllarl ləğv olunarsa, yaxud zədələnərsə, onda kompüteri istənilən anda həmin faylların normal işlədiyi vaxtlardakı vəziyyətinə, qaytarmaq, yəni sistemin o vaxtlar yaradılmış bərpaolunma nöqtəsinə keçmək olar. Bunun üçün Sistemin bərpası proqramından istifadə edilir. Bu proqram müəyyən tarixdəki, konkret bərpaolunma nöqtəsini verən kimi diskdəki bütün bölmələri izləyərək bərpa edir və bununla da kompüter sisteminin hamin tarixdəki, işlək vəziyyətinə qayıtmış olur.
Sistemin bərpa olunması zamanı istifadəçilərin yaratdıqları sənəd faylları toxunulmaz qalır. Əməliyyat sisteminin daha stabil vəziyyətə qayıtması zamanı sənədlər, elektron poçt məlumatları və digər sənəd faylları saxlanılır. O cümlədən, Мой документы qovluğundakı istənilən genişlənməli bütün sənədlər saxlanılır.
Nəzərə almaq lazımdır ki, bərpaolunma nöqtəsi yaradılandan sonra quraşdırılmış bütün tətbiqi proqramlar sisteminin bərpası zamanı ləğv olunur. Lakin bu proqramları yenidən quraşdırmaq lazımdır.
Qeyd etmək lazımdır ki, sisteminin bərpaolunma əməliyyatı müəyyən tarix üçün təmamilə çevrilə biləndir. Bu o deməkdir ki, istifadəçi sistemi istənilən anda bir ay əvvəlki vəziyyətinə qaytarmaq və sonra isə həmin bərpaolunma nöqtəsindən imtina edərək yenidən sisteminin bir həftə əvvəlki vəziyyətini bərpa etmək imkanına malikdir.
Bərpaetmə proqramı icra olunarkən bərpaolunma nöqtəsini tapmağa kömək edən xüsusi təqvim ekrana çıxır. Əgər kompüter hər gün istifadə olunmursa, onda bir neçə gün ərzində yalnız bir bərpaolunma nöqtəsi hər gün istifadə olunduqda isə bərpaolunma nöqtəsi hər gün ərzində bir neçə bərpaolunma nöqtəsi də yarana bilər.
Qeyd edək ki, Windows XP sistemi quraşdırıldıqdan sonra kompüter elə
birinci dəfə istifadə olunarkən avtomatik olaraq ilk əməliyyat sisteminin bərpaolunma nöqtəsi yaradılır. Sonralar həmin bərpaolunma nöqtəsinin seçilməsilə kompüteri və proqramları ilkin vəziyyətinə qaytarmaq olar. Bu halda Мой документы qovluğunda saxlanılan bütün fayllar yuxarıda göstərildiyi kimi dəyişilməz qalır.
Kompüter fasiləsiz istifadə olunduqda sistemin bərpaetmə proqramı avtomatik olaraq cədvəl üzrə hər 10 saatdan bir və hər 20 saatdan bir, hətta sistemdə heç bir dəyişiklik edilmədikdə belə bərpaolunma nöqtəsini yaradır. Kompüter bir sutkadan artıq işləmirsə, onda növbəti dəfə bərpaolunma nöqtəsi kompüter işə salınan kimi yaradılır.
Sistemə yeni proqram quraşdırılarkən bərpaetmə proqramı yeni bərpaolunma nöqtəsi yaradır. Belə bərpaolunma nöqtələri sistemdə baş vermiş dəyişiklikləri yazmaq və ya kompüterin proqramlar quraşdırılmazdan əvvəlki vəziyyətini bərpa etmək üçün istifadə edilir.
Lazım gələrsə, bərpaolunma nöqtəsini əl ilə də yaratmaq olar. Belə bərpaolunma nöqtələri yarandıqda siyahıda onların adı və yaranma tarixi əks olunur.
Sistemin bərpası proqramının icrası üçün Baş menyudakı Программы – Стандартные-Служебные-Восстановление системы əmrlərini ardıcıl seçirik. Nəticədə Восстановление системы adlı dialoq pəncərəsi ekrana çıxır.
Zədələnmiş sistemin bərpası üçün bu dialoq pəncərəsində Восстановление более раннего состояния компьютера(Kompüterin daha əvvəlki vəziyyətinin bərpa olunması) rejimi seçilir və Далее düyməsi basılır. Nəticədə bərpaolunma nöqtəsini seçmək üçün nəzərdə tutulan xüsusi dialoq pəncərəsi ekrana çıxır.
Nəzərə almaq lazımdır ki, seçilən tarixdən sonra quraşdırılmış proqramların heç biri ondan sonra işləməyəcək.
Açılmış növbəti dialoq pəncərəsinin sol tərəfində xüsusi təqvim əks olunur. Bu təqvimdə bərpa olunma nöqtələrini göstərən tarixlər nisbətən qalın şriftlərlə verilir. Təqvimin sağındakı pəncərədə bərpaolunma nöqtələrinin yaradılma vaxtı və adları verilir. Qeyd edək ki, bir tarixə bir neçə bərpaolunma nöqtəsi uyğun gələ bilər. Odur ki, təklif olunan təqvimdən nəzərdə tutulan tarix və onun sağındaki pəncərədən isə bərpaolunma nöqtəsi seçilərək Далее düyməsi basılır.
Bu halda açılan dialoq pəncərəsində seçilmiş bərpaolunma nöqtəsinin təsdiq olunması təklif edilir. Ona görə də həmin seçimin təsdiqlənməsi üçün sadəcə olaraq Далее düyməsi basılır. Bundan sonra sisteminin bərpaolunma prosesi başlanır. Bərpaetmə prosesi başa çatan kimi kompüter avtomatik olaraq yenidən yüklənir və sondan bərpaolunma prosesinin başa çatması barədə məlumat ekrana çıxır.
Əgər sistemin bərpası prosesi istifadəçini qane etməsə, onda başqa bərpaetmə nöqtəsi seçməklə əməliyyatı yenidən aparmaq və ya sistemin sonuncu bərpaolunmuş variantından imtina etmək olar. Bunun üçün bərpaolunma əməliyyatından sonra Программы Программы – Стандартные-Служебные-Восстановление системы əmrlərini ardıcıl seçirik.Açılan dialoq pəncərəsində Sonuncu bərpanı təxirə salmaq rejimini seçmək lazımdır.
Bərpaolunma nöqtələrinin yaradılması.
Nəzərə almaq lazımdır ki, sisteminin bərpasından əvvəl bərpaolunma nöqtəsi yaradılmalıdır. Çünki, istifadəçi hər an sistemin bu günkü vəziyyətinə qayıtmaq məcburiyyətində qala bilər. Odur ki, istifadəçi istənilən vaxt bərpaolunma nöqtəsi yaratmaq və sonralar ehtiyac yarananda həmin nöqtəyə qayıtamq imkanına malikdir. Bu xüsusilə yeni proqram təminatı quraşdırakən və sistemin parametrləri ilə bağlı geniş miqyaslı dəyişikliklər apararkən əhəmiyyətlidir.
Bərpaolunma nöqtəsi yaradarkən yuxarıda verilmiş dialoq pəncərəsindən istifadə olunur. Belə ki, bunun üçün həmin dialoq pəncərənin yuxarısında verilən создать точку восстановления (Bərpaolunma nöqtəsi yaratmaq) rejimi aktivləşdirilir və (Далее) düyməsi basılır
Açılan diloq pəncərəsində Bərpaolunma nöqtəsinin təsviri sətrindən bərpaolunma nöqtəsi üçün ixtiyarı ad daxil edilir. və Yaratmaq düyməsi basılır və bununla da bərpaolunma nöqtəsi yaradılır.
Sistemin bərpası üçün zəruri olan bütün faylların hamısı kopiyalanır. Bu halda kompüter yenidən yüklənmir. Sonda Закрыть düyməsi basılır.
Yuxarıda qeyd edildiyi kimi Windows XP sistemi quraşdırıldıqdan sonra kompüter elə birinci dəfə istifadə olunarkən avtomatik olaraq əməliyyat sisteminin ilk bərpaolunma nöqtəsi yaradılır. Eyni zamanda kompüter fasiləsiz istifadə olunduqda sisteminin bərpaetmə proqramı avtomatik olaraq, hətta sistemdə heç bir dəyişiklik edilmədikdə belə cədvəl üzrə hər 10 və 24 sattdan bir, bərpaolunma nöqtəsini yaradır. Komputer bir sutkadan artıq işləmirsə, onda növbəti dəfə bərpaolunma nöqtəsi kompüter işə salınan kimi yaradılır. Lakin bərpaolunma nöqtələrinin sisteminin özü tərəfindən avtomatik olaraq (istifadəçinin müdaxiləsi olmadan) yaradılması üçün müvafiq sazlama əməliyyatı aparmalıdır. Bunun üçün Свойства система(Sistemin xüsusiyyətlər) dialoq pəncərəsindən istifadə edilir.
Свойства система dialoq pəncərəsinin açmaq üçün Baş menyudan Панел управления - Производительность и обслуживание-Система əmrlərini ardıcıl seçirik. Восстановление системы pəncərəsində Sistemin bərpaetmə finksiyası Отключить восстановление системы на всех дисках (Bütün disklərdə sistemin bərpasını kəsmək)rejiminin aktiv olub- olmaması ilə tənzimlənir. Yəni, bu rejim aktiv olmaqdıqda sistemin özü tərəfindən avtomatik olaraq bərpaetmə prosesi aparılır, əks halda isə heç bir diskdə sistemin bərpası prosesi getmir. Bu dialoq pəncərəsində ki, Параметр düyməsindən istifadə edərək hər bir disk üçün bərpaolunma (qayıdış) nöqtələrinin saxlanılmasında nəzərdə tutulan yaddaş həcmini də vermək olar. Adətən bu həcmin maksimum qiyməti ümumi disk həcminin 12 %- i qədər olur.
Dərsin möhkəmləndirilməsi üçün suallar :
1.Disk səhvlərini neçə qrupa bölmək olar?
2.Diski yoxlayan proqramın əsas funksiyası nədir?
3.Проверка диска – proqramını işə salmaq üçün hansı əməliyyatlar yerinə yetirilir?
4.Проверка диска - Локальный диск (С:) pəncərəsində neçə parametr əks olunmuşdur?
5.Fayl sistemindəki səhvlər avtomatik olaraq Windows tərəfindən aradan qaldıran parametr hansıdır?
6.Fraqmentləşdirmə nədir?
7.Defraqmentasiya əməliyyatından nə vaxt istifadə olunur?
8.Defraqmentasiya proqramını işə salmaq hansı əməliyyatlar yerinə yetirilir?
9.Diskləri ən sadə üsulla təmizləmək üçün sistemdə hansı utilitdən istifadə edilir?
10.Очистка диска dialoq pəncərəsi neçə səhifədən ibarətdir?
11.Arxivləşdirilmə proqramının əsas funksiyası nədir?
12.Fayl və qovluqların arxivləşdirilməsi hansı addımlardan ibarətdir?
13.Arxivləşdirilməsi nəzərdə tutulan obyektlərə uyğun rejimlər hansı dialoq pəncərədən seçilir?
14.Yaradılmış arxivin açılması və fayl obyektlərinin ehtiyat kopiyalarının bərpası (açılması) üçün Arxivləşdirmə və ya bərpaetmə ustası pəncərəsindən hansı rejimi seçilir?
15.Sistemin bərpası proqramı hansı funksiyanı yerinə yetirir?
Ədəbiyyat:
Fərman Məmmədov “Microsoft Üindoüs XP sistemi. II hissə. Səhifə 42- Səhifə 64
Mühazirə 13: Kompüter şəbəkələri
Yeni dərsin planı:
1.Ümumi məlumat
2.Lokal kompüter şəbəkələri
3. Lokal kompüter şəbəkələrinin idarə olunması
4.Olobal şəbəkələr
1.Ümumi məlumat
1.Şəbəkə dedikdə verilənlərin ötürülmə vasitələri ilə öz aralarında birləşmiş kompüterlər toplusu başa düşülür. Verilənlərin ötürülmə vasitələri aşağıdakı elementlərdən ibarət ola bilər: bir-birilə kabellə əlaqələndirilən kompüterlər, peyk, telefon, lifli-optik, radio və s. ötürücülər əsasında qurulmuş çeviricilərinin müxtəlif tipləri, həmçinin digər element və qurğular.
Kompüter şəbəkəsinin arxitekturası şəbəkə elementlərinin aparat və proqram təminatının işləmə və qurulma prinsiplərini təyin edir.
Müasir şəbəkələri bir sıra əlamətlərə görə təsnifata bölmək olar: kompüterlər arasında olan məsafəyə; topologiyaya, təyinata; göstərdiyi xidmətlər sayına; mərkəzləşdirilmiş və ya qeyri-mərkəzləşdirilmiş idarə prinsiplərinə; kommutasiyasız, telefon kommutasiyalı, dövrələr kommutasiyası, məlumatların, paketlərin və deytaqramların kommutasiya üsullarına; ötürmə mühitinin növlərinə görə və s.
Kompüterlər arasındakı məsafəyə görə şəbəkələr iki sinfə bölünürlər: lokal və qlobal şəbəkələr.
İxtiyari qlobal şəbəkəyə digər qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin ona ayrıca qoşulan və uzaq məsafədə yerləşən kompüterlər və ya ayrıca qoşulan giriş-çıxış qurğuları qoşula bilərlər.
Qlobal şəbəkələr əsasən 4 cür olurlar: şəhər, regional, milli və trans milli. Giriş-çıxış qurğuları kimi bir- birindən müəyyən məsafələrdə yerləşən çap və ya surət çıxaran qurğulardan, kassalar və bank aparatlarından, displeylərdən və fakslardan istifadə oluna bilər.
Lokal kompüter şəbəkələrində (LKŞ) kompüterlər arasındakı məsafə bir neçə kilometrə qədər ola bilər və onlar bir – birilə adətən mübadilə sürəti 1-dən 10-a və daha çox Mbit/s olan sürətli rabitə xətləri ilə əlaqələndirirlər. Əksər hallarda LKŞ bir təşkilat (korporasiya, müəssisə) daxilində fəaliyyət göstərdiyinə görə, belə şəbəkələr çox vaxt korporativ sistemlər və ya şəbəklər adlanırlar. Belə olan halda kompüterlər bir qayda olaraq, bir otaq, bina və ya qonşu binalar daxilində yerləşirlər.
Hər hansı bir kompüterin hansı şəbəkədə işləməsindən asılı olmayaraq, həmin kompüterdə qoyulmuş proqram təminatının funksiyasını iki qrupa bölmək olar: kompüterin öz resurslarını idarə edən və digər kompüterlərlə mübadiləni idarə edən.
Adətən kompüterin öz resurslarını əməliyyat sistemi idarə edir. Şəbəkənin resurslarını isə şəbəkə proqram təminatrı idarə edir ki, bu da ya şəbəkə proqramı şəklində ayrıça paket, ya da şəbəkə əməliyyat sistei vasitəsilə həyata keçirilir.
Şəbəkə proqram təminatında iyerarxik yanaşmadan istifadə edilir. Burada sərbəst səviyyələr və onlar arasındakı interfyslər əvvəlcədən təyin olunmalıdır. Bunun sayəsində digər səviyyələrə əl dəyməmək şərtilə, ixtiyari səviyyənin proqramını təkmilləşdirmək mümkün olur. Ümumi halda hər hansı bir səviyyənin funksiyasını sadələşdirmək və lazım olan halda onu tamailə aradan götürmək də olar.
Şəbəkə proqram təminatının işləməsini qaydaya salmaq və istənilən kompüter sistemlərinin qarşılıqlı əlaqəsini təşkil etmək məqsədilə Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İnternational standart Organization - İSO) açıq sistemlərin qarşılıqlı əlaqəsini təmin edən Etalon model (Open System İnterconnection - OSİ) təklif etmişdir.
OSİ etalon modeli aşağıdakı yeddi səviyyəni təyin edir:
Fiziki səviyyə (physical layer);
Şəbəkə səviyyəsi (network layer);
Nəqliyyat səviyyəsi (transport layer);
Seans səviyyəsi (session layer);
Nümayiş səviyyəsi (presentation layer);
Tətbiq səviyyəsi (application layer);
Fiziki səviyyə şəbəkə kompüteri ilə ötürülən mühit arasında diskret
siqnalarının interfeysini təşkil edir. Bu səviyyədə informasiya vahidi olan “bit”lər ardıcıllığı abonent kanalları ilə ötürülür. Fiziki kanalın idarəsində özündə ötürülən verilənləri saxlayan kadrın əvvəli və sonu qeyd edilir, həmçinin müəyyən fiziki təbiətli siqnalın formalaşdırılması və qəbulu təşkil edilir.
Fiziki səviyyənin standartları ya X.21, ya da X.21 bis təlimatları ilə təyin
edilir. Bu təlimatların köməyilə mexaniki, elektrik, funksioanl və prosedur xarakteriskaları təyin olunur ki, bunlar vasitəsilə fiziki birləşmələrin aktivləşdirilməsi, dəstəklənməsi və deduktivləşdirilməsi həyata keçirilir.
Kanal səviyyəsinin funksiyası rabitə kanalnda giriş-çıxış informasiyasının
idarəsindən ibarətdir. Ötürmənin doğruluq ehtimalını artırmaq üçün kanal səviyyəsinin prosedurunda izafi kodların daxil edilməsi, verilənlərin təkrarən ötürülməsi və digər üsullar tətbiq oluna bilər. Bu üsulla formalaşan verilənlər kadrlar şəklində qruplaşdırılır. Kanal səviyyəsinin obyektləri arasında verilənlər mübadiləsi aşağıdakı 3 üsuldan biri ilə aparıla bilər: dupleks (eyni zamanda hər iki istiqamətdə), yarımdupleks (müxtəlif vaxtlarda hər iki istiqamətdə) və ya simpleks (yalnız bir istiqamətdə).
Şəbəkə səviyyəsi şəbəkə bloklarının (paketlərinin) şəbəkənin qovşaqları arasında ötürülməsini təmin edir. Burada mümkün olan marşurutlardan birinin seçilməsi (şəbəkənin yükü, konfiqurasiyası dəyişdiyi hallarda), giriş verilənlərinin idarə olunması, paketlərin buferlərdə yerləşdirilməsi və s. məsələlər həll edilir. Şəbəkə protokolunun əsas funksiyası – hər bir fiziki kanalda 4096-ya qədər məntiqi kanalın qurulmasıdır ki, bu da fiziki kanalın resurslarından səmərəli istifadə olunmasını təmin edir.
Nəqliyyat səviyyəsinin əsas funksiyası şəbəkə paketlərindən ibarət olan məlumatların (nəqliyyat bloklarının) lazımi yerə çatdırılmasıdır. Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxardır. Bundan əlavə, nəqliyyat səviyyəsi uyğun şlüzlar (prinsip etibarilə müxtəlif olan şəbəkə obyektlərinin uyğunlaşdırılması) və körpülər (eyni tipli şəbəkə obyektlərinin uyğunlaşdırılması) vasitəsilə müxtəlif şəbəkə uyğunlaşdırır.
Bütün göndərilən paketlərin qəbul olunmasının və onlarda səhvin olmamasını təmin etmək üçün qəbzlərin göndərilmə üsulu – kvitləşdirmə tətbiq edilir. Qəbulu təsdiq edən qəbzlərin qəbuledici tərəfindən bir və ya bir neçə paket (adətən 8-ə qədər) qəbul edildikdən sonra verilə bilər. Buna “pəncərə” mexanizmi deyilir. Rabitə zamanı bu mexanizmin tətbiq edilməsi xidməti informasiya göndərildikdə kommunikasiya şəbəkəsinə düşən yükü azaltmağa imkan verir.
Hal- hazırda nəqliyyat protokolu tərəfindən dəstəklənən 5 (0,1,...,4) servis sinfi mövcuddur. Bu siniflər məlumatların üstünlük səviyyəsinə görə göndərilməsinə, səhvlərdən mühafizə, həmçinin şifrləmək, verilənləri məxfi saxlamaq xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər.
Seans səviyyəsi daha yüksək səviyyədə duran obyektlər arasında əlaqə seansı yaradır. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq üçün aşağı səviyyəli obyektin səlahiyyəti yoxlanılır. Bu səviyyə də nəqliyyat səviyyəsi kimi bir neçə xidmət siniflərinə (A, B, C və D) malikdir.
Nümayiş səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötürülən informasiyanın çevrilmə (sifrləmək, sıxmaq, şifri açmaq) üsullarını göstərir.
Tətbiqi səviyyə istifadəçinin tətbiqi proqram təminatına cavabdeh olur. Bu səviyyədə aşağıdakı 3 əsas funksiya həyata keçirilir: faylın ötürülməsi və idarəsi, tapşırıqların ötürülməsi və emalı, virtual terminal xidməti.
Göstərilən bu yeddi səviyyəli model müxtəlif məsafələrdə yerləşən kompüterlər arasında verilənlər mübadiləsinin prinsipini göstərir. Proqram və aparat elementlərinin qarşılıqlı əlaqəsini göstərmək üçün isə protokollar və interfeyslərdən istifadə edilir.
Protokol dedikdə eyni adlı səviyyədə olan obyektlərin qarşılıqlı əlaqə qaydaları və obyektləri arasında ötürülən blok verilənlərinin formatı başa düşülür. Buna misal olaraq İSO tərəfindən qəbul edilmiş HDLC (Higherlevel Data Link Control) və İBM firması tərəfindən verilmiş SDLC (Sychrnous Data Link Control) protokollarını göstərmək olar.
İnterfeyslər qonşu səviyyələrin qarşılıqlı əlaqə prosedurunu və bu obyektlər arasında ötürülən informasiyanın formatını təsvir edirlər. Bu cür interfeysə misal olaraq X.25 interfeysini göstərmək olar. Bu interfeys vasitəsilə istifadəçi ümumi istifadədə olan verilənlərin ötürülmə şəbəkəsinə qoşulur. Bu interfeys uyğun təlimatlarda (X.25) təsvir edilmişdir. Burada verilənlər emalının son avadanlığı ilə (DTE-Data Terminal Equipment) verilənlərin ötürülməsinin son avadanlığının (DCE – Data Circuit-terminating Equipment) qarşılıqlı əlaqə ardıcıllığı va qaydaları göstərilir. DTE rolunda ötürülən verilənləri şəbəkəyə qoşmaq üçün modem və ya rəqəmli qurğu ola bilər. DCE rolunda isə uzaq məsafədə yerləşən terminallara, digər şəbəkəyə qoşulmaq istəyən interfeys kompüterinə xidmət edən xost-maşın (Host), kontroller və ya konsentratorlar iştirak edə bilərlər.
Kompüterlər arasında informasiya mübadiləsini təşkil edən və İSO tərəfindən işlənmiş bir sıra təlimatlar qlobal və ya lokal şəbəkələrin təşkil olunma nəzəriyyəsində böyük əhəmiyyət kəsb etmişlər. Lakin qeyd etmək lazımdır ki, beynəlxalq standartların qəbul edilməsi mövcud real şəbəkələrin müxtəlif arxitekturaya malik olmasını heç də istisna etmir.
Şəbəkələri bir- birindən fərqləndirən cəhətlərə istifadə olunan aparat və proqram təminatının xüsusiyyətləri, təklif olunan təlimatların müxtəlif cür başa düşülməsi, həll olunan məsafə tərəfindən sistemə müxtəlif cür yanaşma və s. aid etmək olar. Lokal şəbəkələrin proqram təminatında həyata keçirilən səviyyələrin sayının OSI etalon modelinin səviyyələrinə nəzərən az olması buna misal ola bilər.
Daha intensiv informasiya mübadiləsi qlobal şəbəkələrə nisbətən lokal şəbəkələrdə baş verir. Belə ki, mahiyyət etibarilə LKŞ-ə daxil olan kompüterlərin aparat-proqram resurslarının idarə olunması təşkil olunmuşdur. Bu funksiyaları şəbəkə proqram təminatı həyata keçirir. Qlobal şəbəkələrdə isə müstəqil kompüterlər arasında qarşılıqlı əlaqə növü kimi yalnız məlumatlar mübadiləsi həyata keçirilir.
2.Lokal kompüter şəbəkələri
Lokal kompüter şəbəkələri (LKŞ)-nin əsas aparat komponentləri kimi aşağıdakılardan istifadə edilir:
İşçi stansiyalar;
Serverlər;
İnterfeys plataları;
Kabellər.
İşçi stansiyalar (İST) – şəbəkə istifadəçisinin iş yeri kimi istifadə olunan
fərdi kompüterlərdir. İST – nin tərkibinə olan tələbat şəbəkədə həll olunan məsələlərin xarakteriskaları, hesablama proseslərinin təşkil olunma prinsipi, istifadə olunan ƏS və bir sıra digər amillərlə təyin olunur. Məsələn, əgər şəbəkədə MS Windows for Workgroup ƏS – dən istifadə edilirsə, o zaman İST – nin prosessoru kimi Pentium tipli prosessorlardan istifadə etmək lazımdır.
Bəzi hallarda İST birbaşa şəbəkə kabelinə qoşulmuş olursa, bu halda
maqnit disklərində yaddaşa ehtiyac qalmır.Bu cür İST disksiz İST adlanırlar. Lakin bu halda fayl – serverdən İST -ə ƏS yükləndikdə, şəbəkə adapterində uzaq məsafədən yükləməyə imkan verən uyğun mikrosxem olmalıdır. Bu mikrosxem girş – çıxış baza sisteminin (BİOS) genişlənməsi kimi istifadə olunur. Bu mikrosxemdə İST – nin əməli yaddaşına ƏS – nin yüklənməsi proqramı yazılır. Bu cür disksiz İST-in əsas üstün cəhəti onların ucuz olması və burada istifadəçinin proqramına icazə verilmədən daxil olmanın mümkünsüzlüyü və kompüter viruslarının daxil ola bilməməsidir. Mənfi cəhəti isə onun avtonom rejimdə işləyə bilməməsi (serverə qoşulmamaq şərtilə), həmçinin özünün verilənlər və proqram arxivinin olmamasıdır.
LKŞ – də serverlər – şəbəkə resurslarını paylamaq funksiyasını yerinə yetirirlər. Adətən server funksiyasını kifayət qədər güclü olan fərdi kompüter, meynfreym və ya xüsusi kompüter həyata keçirə bilər. Hər bir server həm ayrıca, həm də İST tərkibində ola bilər. Axırıncı halda serverin tam deyil, yalnız resurslarının bir hissəsi ümumi istifadədə ola bilər.
LKŞ – də bir neçə server olarsa, o zaman hər bir server ona qoşulan İST -ə xidmət göstərir. Serverin kompüterlər toplusuna və onlara qoşulmuş İST-ə domen dyilir. Bəzi hallarda bir domendə bir neçə server olur. Bu serverlərdən biri baş server, qalanları isə ehtiyat serveri və ya əsas serverin məntiqi genişlənməsi rolunu oynayırlar.
Kompüter server tipini seçdikdə əsas parametr kimi prosessorun tipi, əməli yaddaşın tutumu, sərt diskin tipi və tutumu, disk kontrollerinin tipi nəzərə alınmalıdır. Bu xarakteriskaların qiymətləri həll olunacaq məsələdən, şəbəkədə hesablamaların təşkil olunmasından, şəbəkənin yüklənmə dərəcəsindən, istifadə olunan ƏS-dən və digər amillərdən asılıdır.
Serverdə əməli yaddaş nəinki öz proqramını yerinə yetirmək məqsədini güdür, həmçinin disk giriş – çıxışının buferlərini yerləşdirmək məqsədi üçün də istifadə edilir. Buferlərin optimal sayını təyin etməklə, giriş-çıxış əməllərinin yerinə yetirilmə sürətini artırmaq olar.
Əməli yaddaşı seçdikdə nəzərə almaq lazımdır ki, orada lazımi proqram təminatı, həmçinin şərikli istifadə olunan fayllar və verilənlər bazaları yerləşməlidir.
İST və serverlər şəbəkənin yerləşdiyi yerlərdə öz aralarında kabel şəklində olan verilənlərin ötürülmə xətti ilə birləşirlər. Kompüterlər kabelə interfeys palatası – şəbəkə adapteri vasitəsilə birləşdirilir. Son zamanlar verilənlərin ötürülmə mühiti kimi istifadə olunan xətsiz şəbəkələr – radiokanallar meydana gəlmişdir.
Bəzi hallarda kompüterlər bir neçə qonşu otaqlarda yerləşdirilir.
İstifadə olunan şəbəkə adapteri 3 əsas xarakteriskaya malikdirlər: kompüterin qoşulduğu şinin tipi (İSA, EISA, Micro Channel və s.) mərtəbələr şəbəkəsinin sayı (32,64) və yaradılan şəbəkənin topologiyası (Ethernet, Arcnet, Token - Ring). Məs. Ethernet topologiyalı və Novell Net Ware və ya MS Windowsfor Workgropus ƏS-ə malik şəbəkələr üçün Novell firmasının NE3200 (32 bitli) şəbəkə adapterindən istifadə etmək daha məqsədə uyğun sayılır.
Şəbəkə kabelinin seçilməsi onun spesifikasiyası ilə əlaqədar olub, şəbəkə adapterinin sənədlərində göstərilir.
LKŞ-ın əlavə avadanlıqlarına fasiləsiz qida mənbələri, modemlər, transirverlər, repiterlər və müxtəlif kontaktlar sistemi kimi istifadə olunan konnektorlar və terminatporlar daxildirlər.
Fasiləsiz qida mənbələri (UPS-Unit Power System) – elektrik şəbəkəsinin dayanıqlı işləməsini artırır və elektrik şəbəkəsi açıldıqda serverdə olan verilənlərin itməməsini təmin edir. Dövrədə kompüteri qidalandıran gərginlik açılarsa, o zaman kompüter öz işinə UPS sayəsində davam edəcək, kompüterin əməli yaddaşına yüklənmiş proqram və verilənlər itməyəcək. UPS-i seçdikdə fikir vermək lazımdır ki, onun gücü serverlərin gücündən az olmasın.
Transiver – İST –ni yoğun koaksil kabelinə qoşan qurğudur.
Repiter – isə şəbəkə seqmentlərini birləşdirən qurğudur.
Konnektorlar (birləşdiricilər) kompüterlərin şəbəkə adapterlərini nazik kabellə birləşdirmək üçündür.
Terminatorlar – açıq kabellərə şəbəkənin qoşulması üçün, həmçinin torpaqlama məqsədilə də istifadə oluna bilər.
Modem – telefon xətti vasitəsilə LKŞ və ya ayrıca kompüteri qlobal şəbəkəyə qoşan qurğudur.
Elementlərin şəbəkəyə qoşulma konfiqurasiyalarına topologiya deyilir. Topologiya şəbəkənin bir sıra vacib xarakteriskalarını,o cümlədən etibarlı işləməsini, məhsuldarlığını, dəyərini, mühafizə olunmasını təyin edir.
LKŞ topologiyasının təsnifatına yanaşmalardan biri topologiyanı 2 əsas sinfə bölməkdir: genişyayılmış və ardıcıl tipli.
Genişyayılmış topologiya konfiqurasiyasında hər bir kompüterin ötürdüyü siqnal yerdə qalan kompüterlər tərəfindən qəbul olunur. Bu cür konfiqurasiyaya “ümumşin”, “ağacabənzər”, “passiv mərkəzli ulduz” topologiyalarını aid etmək olar.
Ardıcıl konfiqurasiyalı topologiyada isə hər bir fiziki alt-səviyyə informasiyanı yalnız bir fərdi kompüterə verə bilir. Buna misal olaraq ixtiyari (kompüterlər bir – birilə ixtiyari şəkildə birləşirlər), “iyerarxik”, “halqavari”, “zəncirvari”, “intellektul mərkəzli ulduz”, “qar dənələri şəklində” və s.
topologiyalarını göstərmək olar.
LKŞ topologiyasının geniş yayılmış 3 növünü nəzərdən keçirək:
“Ulduz” topologiyasında hər bir kompüter xüsusi şəbəkə adapteri vasitəsilə ayrıca kabellə mərkəzi qovşağa qoşulur
.......
Mərkəzi qovşaq kimi, passiv birləşdirici və ya aktiv təkrarlayıcıdan istifadə edilə bilər. Bu topologiyanın mənfi cəhəti onun etbarlılığının az olmasıdır, çünki mərkəzi qovşaq işdən çıxan kimi, bütün şəbəkə öz işini dayandırır və həmçinin burada çox böyük uzunluqlu kabeldən istifadə edilir. Bəzi hallarda işləmə etibarlılığını artırmaq üçün mərkəzi qovşaqda xüsusi rele qoyulur ki, bunun vasitəsilə sıradan çıxmış kabellər dövrədən açılır.
“Ümumişin” topologiyasında bütün kompüterlər bir kabelə qoşulurlar. Burada informasiya kompüterlərə növbə ardıcıllığı ilə verilir.
.....
Bu halda uzunluğu kiçik olan kabeldən istifadə edilir, “ulduz” topologiyasına nəzərən daha etibarlı işləyir, çünki ayrı-ayrı kompüterlərin işdən çıxması, şəbəkənin ümumi işinə xələl gətirmir. Mənfi cəhəti ondan ibarətdir ki, əsas kabel zədələndikdə bütün şəbəkə öz işçi funksiyasını itirir; həmçinin burada bir kompüterdən digərinə göndərilən informasiya başqa kompüterlər tərəfindən də qəbul oluna bildiyi üçün fiziki səviyyədə informasiya zəif mühafizə olunur.“Halqavari” topologiyada bir kompüterdən digərinə verilənlər “estafet” də olduğu kimi ötürülür.Əgər hər hansı bir kompüter ona aid olmayan verilənləri qəbul edibsə, o zaman həmin kompüter o verilənlərin halqavari istiqamətdə o biri kompüterlərə ötürəcəkdir.Bu topologiyanın üstün cəhəti, kabel sıradan çıxan zaman sistemin iş qabiliyyətinin saxlanmasıdır. Çünki, bu halda hər bir kompüterə daxil olmanın iki yolu olur. Mənfi cəhəti isə kabelin müəyyən qədər uzun olması, “ulduz” – a nisbətən sürəti kiçik olması, həmçinin “ümumi şin” topologiyasında olduğu kimi, informasiyanın zəif mühafizə olunmasıdır.
. . .
Real LKŞ – nin topologiyası yuxarı da göstərilən topologiyalardan və ya onların kombinasiyalarından birinin əsasında qurula bilər. Ümumi halda şəbəkənin strukturu aşağıdakı amillərlə təyin olunur: birləşdirilən kompüterlərin sayı, informasiyanın ötürülməsinin operativliyi və etibarlılığı, iqtisadi amillər və s.
3. Lokal kompüter şəbəkələrinin idarə olunması
Lokal şəbəkələrdə mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kimi 2 əsas idarə prinsipi mövcuddur.
Mərkəzləşdirilmiş idarəetmədə verilənlər mübadiləsinin idarəsi fayl – serstansiyaları tərəfindən istifadə edilə bilərlər. Bir işçi stansiyasının faylına digər işçi stansiya müraciət edə bilməz. Əsas daxil olma yolundan istifadə etməməklə, “Net Link” proqramı vasitəsilə işçi stansiyalar arasında fayllar mübadiəsini təşkil etmək olar. Bu proqramın icrası ilə NC proqramında faylı köçürdüyümüz kimi, iki kompüter arasında faylları bir – birinə ötürmək olar.
Mərkəzləşdirilmiş idarəli şəbəkənin üstün cəhəti şəbəkə resurslarının onlara icazəsiz daxil olmaların yüksək dərəcədə mühafizəsi, daha böyük saylı qovşaqlara malik şəbəkələrin qurulmasının mümkünlüyüdür. Mənfi cəhəti isə, fayl-server öz iş qabiliyyətini itirdikdə, sistemə icazəsiz daxil olmanın mümkünlüyü, həmçinin server resurslarına daha yüksək tələblərin olmasıdır.
Mərkəzləşdirilməmiş (bir səviyyəli) şəbəkələrdə xüsusi ayrılmış serverlər olmur. Şəbəkənin idarəetmə funksiyası növbə ilə bir İST – dən digər İST – yə ötürülür. Bir İST-nin resurslarından (disklər, printerlər və digər qurğular) digər İST istifadə edə bilər. Bu cür şəbəkələrdə Windows ƏS-dən istifadə etmək olar.
Çox da böyük olmayan İST üçün bu cür şəbəkə daha səmərəlidir və real paylanmış hesablama mühitinin qurulmasına imkan verir. Mərkəzləşdirilmiş şəbəkələrə nəzərən burada proqram təminatı daha sadə olur. Burada fayl-serverdən istifadə edilməsi lazım olmur, bu da sistemin daha ucuz yaranmasına səbəb olur. Lakin bu şəbəkədə informasiyanın mühafizəsi və inzibati idarə məsələləri bir qədər zəif alınır.Kompüterlər arasında informasiya mübadiləsini təşkil etmək məqsədilə LKŞ-də Elektrotexnika və Radiotexnika sahəsində Beynəlxalq İnstitut (İEEE – İnstute of Electrical and Electroncal Engineers) tərəfindən hazılanmış standart protokollardan istifadə olunur.
İEEE802.3 və İEEE802.4 standartlarında təsvir edilən və lokal şəbəkələrdə (Ethernet, Arcnet və Token Ring) istifadə olunan mübadilə protokollarına qısa nəzər salaq. Bu protokollar vasitəsilə şəbəkə kanal verilənlərinə daxil olma üsulları götərilir. Bunlar OSI modelinin kanal səviyyəsini hayata keçirirlər.
“Ethernet” üsulu. Bu Xerox firması tərəfindən təklif edilmiş və burada “ümum şin” topologiyasından istifadə edilmişdir. Ümumi şin ilə ötürülən məlumatların sərlövhəsində ötürülən və qəbul edən mənbələrin ünvanları göstərilir.Bu üsul aparıcı tezliyi araşdırmaq və ziddiyitləri yox etməklə, çoxşahəli mübadilə üsuludur (CSMA/CD – Caries Sense Multiple Access with Collision Delection). Bu üsulun mahiyyəti ondan ibarətdir ki, İST yalnız o vaxt məlumatı ötürməyə başlayır ki, kanal boş olsun, əks təqdirdə məlumatın ötürülməsi müəyyən zaman anı üçün gecikdirilmiş olacaq. Eyni zamanda verilənlərin ötürülmə imkanı avtomatik olaraq aparat üsulu ilə həyata keçirilir.80-100 İST eyni vaxtda işlədikdə şəbəkənin işləmə sürəti azlır. Bu, kanalda əmələ gələn münaqişələrlə əlaqədardır.
“Arenet” üsulu – Datapoint Corp. Firması tərəfindən təklif edilmiş və burada “ulduz” topologiyasından istifadə olunmuşdur. Bu halda bir İST –dən digər iST -ə məlumatların ötürülməsi İST-in birində təşkil edilən markerlər vasitəsilə həyata keçirilir. Məlumat ötürmək istəyən İST markerin ona gəlməsini gözləyir, göndərənin və qəbuledilənin ünvanları yazılmış sərlövhəyə malik məlumatı buna birləşdirir. Əgər İST qəbulu gözləyirsə , yenə də markerin gəlməsini gözləməlidir. Marker gəldikdən sonra məlumatlarla birlikdə gələn sərlövhə anaıiz olunmalıdır. Əgər alınan məlumatlar bu İST-ə aid olarsa,o zaman İST onu markerdən ayırır.
“Arcnet” şəbəkəsinin avadanlıqları “Ethernet” və “Token Ring” şəbəkələrinə nəzərən daha ucuz olurlar, lakin həmin avadanlıqların etibarlılığı və məhsuldarlılığı nisbətən aşağı olur.
“Token Ring” üsulu – “halqavari” topologiyaya malik olub İBM firması tərəfindən təklif edilmişdir. Bu firmadan başqa, bu cür şəbəkələrin avadanlıqlarını Proteon, 3 Com və Undermann – Bass firmaları, şəbəkə proqram təminatını isə 3COM, Novell və Univation firmaları istehsal edirlər. Bu üsul “Arcnet” üsuluna oxşayır. Əsas fərq ondan ibarətdir ki, burada üstünlük mexanizmi vardır. Bunun sayəsində bəzi İST digərlərinə nəzərən daha tez markeri əldə edə bilirlər və onu bir qədər özündə saxlamaq imkanına mail olurlar.
LKŞ –də tipik proqramlardan istifadə etmək məqsədilə şəbəkədə məlumatların mübadiləsi üçün hansı protokoldan istifadə olunmasını bilmək lazımdır. Belə protokollardan bir neçəsi mövcuddur. Ən geniş yayılmış protokollar bunlardır.
İPX, SPX və NETBİOS.
İPX (İnternetwork Packet Exchange) – protokolu OSI modelinin nəqliyyat səviyyəsinin protokoludur. O, şəbəkənin aşağı səviyyələri ilə interfeysə malikdir.
SPX (Sequenced Packet Exchange) - daha yüksək səviyyə olan seans səviyyəsinin protokoludur. O, İPX, NETBİOS (Network Basic İnput/ Output System – şəbəkə giriş-çıxış baza sistemi) protokolları əsasında yaradılmışdır. Bunun vasitəsilə OSI modelinin şəbəkə, nəqliyyat və seans səviyyələrinin funksiyaları həyata keçirilir.
4.Olobal şəbəkələr
Qlobal şəbəkələr lokal şəbəkələrin fəaliyyət dairəsini genişləndirəcək, müxtəlif binalarda, şəhərlərdə, rayonlarda və ölkələrdə yerləşdirilən şəbəkələri özündə birləşdirir. Adətən, qlobal şəbəkələr regional kompaniyanın təqdim etdiyi xidmətlər hüdudu ilə öz təsir dairələrini məhdudlaşdırırlar. Bu kompaniyalara Bell, Pacific Bell, AT&T, Sprint, MCI və s. misal göstərmək olar.
Qlobal şəbəkəlr ardıcıl xətlərlə birləşdirilirlər ki, bu xətlərdə də verilənlərin ötürülmə sürəti lokal şəbəkələrə nisbətən az olur. Adətən qlobal şəbəkələrə aşağıdakı qurğular daxil olurlar:
Marşrutlaşdırmalar. Bunlar lokal şəbəkələr arasında əlaqəni təmin edir
və interfeys vasitəsilə qlobal şəbəkəni idarə edir.
ATM kommutatorları. Lokal və qlobal şəbəkələr arasındakı xanaların
yüksək sürətli kommutasiyası üçün istifadə edilir.
X.25 kommutatorları və Frame Relay. Rəqəm siqnallarının göndərildiyi
şəxsi və ictimai verilənlərin ötürülmə kanallarını bir – birilə əlaqələndirir.
Modemlər. Analoq siqnallarının göndərildiyi şəxsi və ictimai verilənlərin
ötürülmə kanallarını bir – biri ilə əlaqələndirir.
Kanallara, verilənlərə xidmət modulları (CSU,DSU – Channel Service
Unit,Data Service Unit). Kliyentin ərazisində yerləşən avadanlıq olub (CPE – Customer Processing Equipment), kliyent tərəfindən rəqəm kanalının son avadanlıqları kimi istifadə olunur. Bu qurğular mərkəzi telefon qovşağı (CO – Central Office) ilə, yəni telefon kompanbiyasının kliyentə ən yaxın olan kommutasiya qovşağı ilə birləşdirilir.
Kommutasiya serverləri. Bu adətən zəng edən serverlər (dual in,out
server) olub, uzaq məsafədə yerləşən istifadəçilərə imkan verir ki, lazımi kliyentlə əlaqə saxlaya bilsin və onun lokal şəbəkəsinə qoşulsun. Buna misal olaraq, AS5200 Cisco seriyalı rabitə serverini göstərmək olar.
Multipleksorlar. Bir fiziki kanal vasitəsilə eyni zamanda bir neçə
siqnallar göndərməyə imkan verir.
Orta və böyük kompüter (Main frame) bazasında hesablama proseslərinin mərkəzləşdirilmiş idarəetmə sxemi son zamanlar “kliyent-server” texnologiyası ilə əvəz edilmişdir.
Mərkəzləşdirilmiş idarəetmə sxemində bütün hesablama resursları, verilənlər və onların emal proqramları bir kompüterdə cəmləşdirilir. İstifadəçilər terminalların (displeylərin) vasitəsilə maşınların resurslarına daxil olurlar. Terminallar kompüterə ya interfeys vasitəsilə, ya da telefon xətləri (terminallar uzaq məsafədə yerləşdirilmişsə) vasitəsilə qoşulurlar. Terminalın əsas funksiyası istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Belə sxemin müsbət cəhəti idarəetmənin asan olması, proqram təminatının təkmilləşdirilməsinin mümkün olması və informasiyanın mühafizə olunmasıdır. Mənfi cəhəti isə aşağı etibarlılığa malik oması (kompüterin sıradan çıxması bütün hesablama prosesinin dağılması deməkdir), aparat və proqram təminatının artırılmasının çətin olması və bir qayda olaraq, şəbəkənin istifadəçilərinin sayı artdıqda operativliyin aşağı düşməsi və s.-dir.
“Kliyent - server” arxitekturasında terminalı – kliyentə məxsus olan fərdi , meynfreymi isə- informasiya emalının ümumi məsələlərini həll etmək məqsədilə ayrılan – bir və ya bir neçə güclü kompüterlər (kompüter-server) əvəz edirlər. Belə modelin müsbət cəhəti onun daha canlı olması və hesablama sisteminin etibarlılığı, istifadəçinin bir neçə tətbiqi proqramla eyni zamanda işləyə bilməsi, informasiya emalının yüksək operativliyi, istifadəçinin yüksək keyfiyyətli interfeys ilə təmin olunması və s.
Qeyd etmək lazımdır ki, bu cür daha perspektivli və öz imkanları tam bitməmiş texnologiya özünün sonrakı inkişafını əldə etmişdir. Son zamanlar “İnternet” şəbəkə ideyasını korporativ sistemlər mühitinə keçirən “İntranet” texnologiyası yaranmışdır. “Kliyent -server” texnologiyasıəndan fərqli olaraq, bu texnologiya verilənlərə yox, istifadəçi üçün hazırlanmış informasiyaya yönəldilmişdir. İntranet texnologiyası yuxarıdakı hər iki sistemin müsbət xüsusiyyətlərini özündə cəmləşdirir. Bu texnologiya əsasında qurulmuş hesablama sistemlərinin tərkibində mərkəzi informasiya serverləri və son istifadəçiyə informasiyanı çatdıran paylanmış komponentlər (proqram – naviqatorlar və ya brauzerlər) olurlar.Qısa olaraq “kliyent-server” texnologiyası ilə əlaqədar olan bəzi anlayışlarla tanış olaq.Şəbəkə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı iki tərəf iştirak edir: müəyyən resurs (servis, xidmet) imkanlaını ayıran tərəf və bu resurslardan istifadə edən tərəf. Resurslardan istifadə edən adətən kliyent, resursları təmin edən tərəf isə server adlanır.
Resurs kimi aparat komponenti (disk, printer, modem, skaner və s.), proqram, fayl, verilənlər bazası, hətta, kompüter də ola bilər. Buradan da bir sıra terminlə meydana gəlmişdir: fayl-server və ya disk-server, printer-server və ya çap serveri, verilənlər bazası serveri, SQL-server (SQL dilində verilənlər bazasında sorğuların emal proqramları), kompüter-server və s. Aydındır ki, bütün bu serverlərin öz kliyentləri vardır.
Proqram təminatı nöqteyi – nəzərindən, “kliyent-server” texnologiyası kliyentlərin və serverlərin ayrı-ayrılıqda öz proqramlarının olmasını təmin edir. Kliyent proqramları kimi mətn və cədvəl prosessorlarından, server proqramı kimi isə verilənlər bazasının idarəetmə proqramından istifadə oluna bilər. “Kliyent-server” proqram cütlüyü kimi veriulənlər bazasından götürülmüş informasiyalı cədvələ malik sənədi emal edən mətn prosessorunun proqramını misal göstərmək olar.Şəbəkədə yerinə yetirilən hər hansı bir proqram bir halda kliyent, digər halda isə server rolunda çıxış edə bilər. Ondan əlavə, müəyyən zaman intervalında bir proqramda kliyent və server rolları dəyişə bilər.
Daha mürəkkəb kliyent-server modeli kimi üçbəndli modeldən –AS modelindən (Application Server) istifadə edilir.Bu model verilənlər bazasından istifadə edən şəbəkələrin iş prosesini təsvir edir. AS modelinə əsasən verilənlərin idarə olunması, emalı və son istifadəçiyə informasiyanın çatdırılması kimi 3 funksiyadan hər birisi ayrı – ayrı kompüterlər tərəfindən yerinə yetirilir.
Dərsin möhkəmləndirilməsi üçün suallar:
1.Şəbəkə nəyə deyilir?
2.Kompüterlər şəbəkəsinin arxitekturası hansı prinsipləri təyin edir?
3.Hər hansı bir kompüterin hansı şəbəkədə işləməsindən asılı olmayaraq, həmin kompüterdə qoyulmuş proqram təminatının funksiyasını neçə qrupa bölmək olar?
4. Şəbəkə resurslarını idarə edən proqram təminatı necə adlanır?
5.Şəbəkə proqram təminatının işləməsini qaydaya salmaq və istənilən kompüter sistemlərinin qarşılıqlı əlaqəsini təşkil etmək məqsədilə Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İnternational standart Organization - İSO) açıq sistemlərin qarşılıqlı əlaqəsini təmin edən Etalon model (Open System İnterconnection - OSİ) təklif etmişdir.OSİ etalon modelinin təyin etdiyi səviyyələr hansılardır?
6.Şəbəkə blokları ılə şəbəkənin qovşaqları arasında ötürülməni təmin edən səviyyə necə adlanır?
7.Nümayiş səviyyəsi hansı funksiyanı yerinə yetirir?
8.Şəbəkə kompüteri ilə ötürülən mühit arasında diskret siqnalarının interfeysini təşkil edən səviyyə hansıdır?
9.Tətbiqi səviyyə istifadəçinin tətbiqi proqram təminatına cavabdeh olur. Bu səviyyə neçə əsas funksiyanı həyata keçirir?
10.Fiziki səviyyənin standartları hansı təlimatlarla təyin edilir?
11.Seans səviyyəsi hansı səviyyədə duran obyektlər arasında əlaqə seansı yaradır?
12.Nəqliyyat səviyyəsinin əsas funksiyası nədir?
13. Şəbəkələri bir- birindən fərqləndirən əsas cəhətlər hansılardır?
14.Kompüterlər arasındakı məsafəyə görə şəbəkələr neçə sinfə bölünürlər?
15.Protokol nədir?
16.Lokal kompüter şəbəkələri (LKŞ)-nin əsas aparat komponentləri hansılardır?
17.Şəbəkə istifadəçisinin iş yeri kimi istifadə olunan fərdi kompüterlər necə adlanır?
18.Fasiləsiz qida mənbələri (UPS-Unit Power System) –nin əsas funksiyası nədir?
19.Topologiya nəyə deyilir?
20.Topologiyanı neçə sinfə bölmək olar?
21. Lokal şəbəkələrdə neçə əsas idarə prinsipi mövcuddur?
22.Verilənlərin hansı ötürmə üsullarını tanıyırsınız?
23.Qlobal şəbəkələrin lokal şəbəkələrdən fərqi nədir?
24. Qlobal şəbəkələrə daxil olan qruplar hansılardır?
25.Kliyent-server texnologiyası hansı funksiyanı yerinə yetirir?
Ədəbiyyat:
Kərimov Sabit Qəhrəman oğlu, Həbibullayev Səlahəddin Bəxtiyar oğlu, İbrahimzadə Tofiq İbrahim oğlu “İnformatika”
Dərslik: Səhifə 381- 392
Mühazirə 14: İnternet şəbəkəsi
Yeni dərsin planı:
1.Ümumi məlumat
2.İnternetə qoşulma növləri
3.Telekommunikasiya vasitələri
1.Ümumi məlumat
2 yanvar 1969-cu il İnternetin yaranma tarixi sayılır.Məhz bu gün ABŞ-ın Müdafiə Nazirliyi kompüter şəbəkəsi proyekti üzərində işə başlayıb.Aparılan tədqiqatlar nəticəsində ARPANET şəbəkəsi yaradıldı.Sonrakı mərhələdə ABŞ-ın elmi mərkəzlərini özündə birləşdirən Milli Elmi Fondun (NSFNET) şəbəkəsi yaradıldı.Bu şəbəkənin əsasını bir-biri ilə yüksək surətli xətlərlə əlaqələndirilmiş 5 super kompüter təşkil edirdi.Bütün istifadəçilər bu şəbəkəyə qoşulub bu kompüterlərin yaratdığı imkanlardan istifadə edə bilirdilər. NSFNET tezliklə ARPANET-i əvəz etdi.90-cı illərdə bütün dünya şəbəkələri birləşib İnternet ümumdünya kompüter şəbəkəsini yaratdılar.İndi İnternet milyonlarla kompüterlərin şəbəkəsidir.
Gündəlik həyatında hər bir insana həm əmək fəaliyyətində, həm də mədəni-məişət sahəsində aktual və faydalı informasiya tələb olunur. Belə informasiyanın əldə edilməsində informasiya sistemləri ilə yanaşı İnternet şəbəkəsi də əhəmiyyətli rol oynayır.
Yeni informasiya texnologiyalarının intensiv inkişafı və geniş tətbiqi insanların illər ərzində yaratdığı və topladığı ənənəvi informasiya resurslarını elektron formaya çevirməyə və informasiya resurslarının yeni elektron növünü yaratmağa imkan verdi. Yeni keyfiyyətə malik olan elektron informasiya resurslarının toplanması, saxlanması, axtarışı və əldə edilməsi daha rahat və əlverişli olduğundan, onlar daha geniş yayılır və istifadə edilir. Hazırda İnternet texnologiyalarından şəbəkə mühitində işləməsi nəzərdə tutulan həm ixtisaslaşdırılmış, həm də ümumi təyinatlı informasiya sistemlərinin qurulmasında geniş istifadə olunur. Strukturuna görə İnternet müxtəlif tipli elektron informasiya resurslarını özündə toplayan və onlara müraciət üçün sadə interfeysə malik olan nəhəng, lakin kifayət qədər çevik informasiya – kompüter şəbəkəsidir. Son illər ərzində İnternet şəbəkəsi əsasında istifadəçilərə müxtəlif informasiya xidmətləri göstərilən çoxlu sayda informasiya sistemlərinin serverləri qurulmuş və fəaliyyət göstərirlər.
İnternet mühitində işləyən informasiya – axtarış sistemini (İAS) lokal və şəbəkə mühitlərində fəaliyyət göstərən İAS – dan fərqləndirən bir sıra xüsusiyyətlər mövcuddur. Onlardan biri də İnternet – də informasiya resurslarının elektron varinatında olmasıdır. İnternet -in informasiya resurslarının əsas növləri aşağıdakılardır:
Elektron nəşrlər – periodik elektron jurnalları, qəzetlər, xülasələr,
bülletenlər, kitablar, konfrans materialları və s.
Elektron kitabxanalar - ənənəvi kitabxanaların, kataloqların və s.
elektron variantları;
İnternet – in informasiya massivləri – WEB sənədləri, FTP arxivləri,
Gopher – in, Usenet-in resursları və s.
Xüsusi təyinatlı informasiya resursları – xüsusi məqsədlər üçün
İnternet -də yerləşdirilən məlumatlar, hesabatlar, elmi tədqiqatların nəticələri, nəşr edilməsi üçün məqalələr, müxtəlif sənədlər və s.
Internetdə informasiya serverlərdə saxlanılır. Serverlərin öz ünvanları olur və onlar xüsusiləşdirilmiş proqramlar vasitəsilə idarə olunurlar. Onların köməyilə poçtu və faylları göndərmək, verilənlər bazasında informasiya axtarışını aparmaq və s. həyata keçirmək mümkündür. Serverlər arsında informasiya mübadiləsi yüksək sürətli rabitə kanalları ilə həyata keçirilir. Ayrı-ayrı istifadəçilərin İnternet-in informasiya resurslarına daxil olması adətən telefon şəbəkəsi ilə provayderlər və ya korparativ şəbəkələr vasitəsilə həyata keçirilir. Provayder kimi kliyentlərlə əlaqə saxlaya bilən və Ümumdünya şəbəkəsinə çıxışı olan hər hansı bir təşkilat iştirak edə bilər.
İnternet prinsipi üzrə təşkil edilmiş korporativ şəbəkələrə “İntranet” deyilir.
İnternet şəbəkəsinin sadələşdirilmiş arxitekturası verilmişdir.
Burada yerləşdirilmiş proqram təminatı vasitəslə şlüzdən keçən bütün məlumatlar emal olunur. Hər bir şlüzün öz IP (İnternet Protocol) ünvanı olur.
Verilənlərin ötürülməsinin yüksək sürətli magistralı kimi xüsusi ayrılmış telefon xətləri, optik liflər və peyk rabitə kanalından istifadə oluna bilər.İnternetə qoşulmaq istəyən təşkilat xüsusi kompüterdən istifadə edir ki, buna şlüz (gateway) deyilir.
Əgər şlüzün qoşulduğu lokal şəbəkəyə ünvanlaşdırılmış məlumat daxil olubsa, həmin məlumat bu lokal şəbəkəyə ötürülmüş olacaq. Əgər məlumat digər bir şəbəkəyə aid olarsa, o zaman məlumat növbəti şlüzə ötürüləcək. Hər bir şlüz və şəbəkələr haqqında müfəssəl informasiyaya malik olur. Hər bir məlumat lokal şəbəkədən şlüz vasitəsilə İnternet-ə ötürülərsə, bu halda ən “tez” yol seçilir. Şlüzlər protokol vasitəsilə bir-birilə marşurutlar və şəbəkənin vəziyyəti haqqında informasiya mübadiləsini aparırlar.
Bəzi kompüterlər provayder rolunda çıxış edə bilirlər. Provayder İnternetdə öz şlüzünə malik olur və o, digər kompaniyalara və ayrı-ayrı istifadəçilərə bu şlüz vasitəsilə şəbəkəyə daxil olmağa icazə verir. Şlüz, məlumatların lazımi ötürmə marşrutlarını seçməklə bərabər, şəbəkənin ayrı-ayrı hissələrində nasazlıqlar baş verən məlumatların ötürülmə marşrutlarını təshih etmək üçün daha böyük şəbəkəyə qoşulan altşəbəkələrin parametrləri haqqında məlumata malik olmalıdır.
Şlüzlər daxili və xarici olmaqla 2 cür olur. Kiçik altşəbəkədə yerləşən şlüzlər daxili şlüzlər adlanır və bunun vasitəsilə daha böyük korporativ şəbəkə ilə rabitə qurulur. Belə şlüzlər arasında rabitə daxili şlüz protokolu (İGP – İnternal Gateway Protocol) vasitəsilə təmin edilir. Xarici şlüzlər İnternet-ə oxşar şəbəkələrdə tətbiq edilir və xırda altşəbəkələrdə əmələ gələn dəyişikliklə əlaqədar onun sazlanması dəyişir. Xarici şlüzlər arasında rabitə xarici şlüzprotokolu (EGP – Exterior Gateway Protocol) vasitəsilə həyata keçirilir.
İnternet şəbəkəsində işləmək – kommunikasiya protokollar ailəsindən istifadə etmək deməkdir. Bu protokollar ailəsi TCP/IP (Transmission Control Protocol/ İnternet Protocol – Verilənlərin ötürülməsinin idarə olunması/ İternet protokolu adlanıb), qlobal şəbəkələrdə və bir çox lokal şəbəkələrdə verilənlərin ötürülməsi üçün istifadə edilir. Onun tərkibinə, tətbiqinə görə aşağıdakı qruplara bölünən protokollar daxildirlər:
OSI modeli TCP/IP
Tətbiq səviyyəsi
|
Nümayiş səviyyəsi
|
İstifadəçinin şəbəkə interfeysi səviyyəsi
|
Nəqliyyat səviyyəsi
|
Şəbəkə səviyyəsi
|
Kanal səviyyəsi
|
Fiziki səviyyə
|
Iki kompüter arasında verilənlərin ötürülməsini idarə edən nəqliyyat
protokolları;
Verilənlərin ünvanlarını emal edən və lazım olan ünvana qısa yolu təyin
edən marşrutlaşdırma protokolları;
Kompüterin unikal nömrəsinə və ya adına görə onu aydınlaşdıran,
şəbəkə ünvanını dəstəkləyən protokollar;
Bütün mümkün şəbəkə xidmətlərinə daxil olmanı təşkil edən tətbiqi
protokollar;
Uyğun marşrutlar haqqında şəbəkəyə lazımi məlumatı, şəbəkənin
vəziyyəti haqqında informasiyanı verən, həmçinin lokal şəbəkələr üçün verilənləri emal edən şlüz protokolları;
Kliyentin şəbəkədə rahat işləməsini təmin edən və yuxarıdakı
protokollara aid olmayan digər protokollar.
TCP/IP arxitekturası etalon model əsasında qurulmuşdur, lakin OSI modelinin 3 birinci səviyyələri burada bir səviyyədə birləşdirilmişdir:
Istənilən sənəd və ya məlumat, tətbiqi proqramlardan (tətbiq səviyyəsi) şəbəkəyə göndərilir. Sonra modem və telefon rabitə xətti vasitəsilə (Nəqliyyat səviyyəsi) məlumat İnternet şəbəkə qovşağına düşür və sonra şəbəkə proqramları (Şəbəkə interfeys) vasitəsilə qlobal şəbəkənin rabitə qovşaqlarına (Fiziki səviyyə) verilir. hər bir səviyyənin proqramı, məlumatı və ya ötürlən sənədin məzmununu bilmədən, özünə uyğun sürətdə emal edir.
2.İnternetə qoşulma növləri
İlk vaxtlar İnternet (o vaxtlar ona “ARPANET” deyirdilər) daimi şəbəkəyə qoşulmuş olan kompüterlərdən ibarət idi ki, həmin kompüterlərin hər biri qeyd edilmiş ünvana (domen adlarına), malik idilər.
Sonralar isə seans qoşulması köməkliyi ilə telefon xətti vasitəsilə şəbəkəyə daxil olma ideyası əmələ gəlir. Telefonun köməkliyi ilə Siz artıq şəbəkənin daimi “vətəndaşı” olan kompüterlə əlaqə saxlayır, ona qoşulur və beləliklə də İnternet – in bir hissəsinə çevrilmiş olursunuz. Təbii olaraq, bu halda bütün istifadəçilərə pullu xidmət göstərən bir çox təşkilatlar yaranır. Beləliklə də, ilk provayderlər əmələ gəlirlər.
Provayderlər rolunda güclü server, çoxlu sayda giriş telefon xətlərini, daha doğrusu, ayrılmış rabitə kanalını almaq üçün müəyyən məbləğdə pula malik olan istənilən şəxs çıxış edə bilər. Həmin kanal –provayderi son istifadəçidən fərqləndirən əsas amildir. Provayderlər İnternet -də informasiyanın ötürülməsi üçün xüsusi yüksək sürətli rabitə kanallarından, məsələn, lifli-optik kabeldən və ya peyk əlaqəsindən istifadə edirlər. Bu rabitə kanalları sayəsində yüz və minlərlə istifadəçilər İnternet -də çox rahat bir şəraitdə eyni zamanda işləyə bilirlər. Əlbəttə ki, müəyyən anlarda kanalın tutumu kifayət etmir, bu halda ya onu təkmilləşdirib, tutumunu artırırlar, ya da ki, rabitə əlaqəsi xeyli pisləşir.... Məhz qoşulma tipindən və istifadəçi ilə provayder arasındakı rabitə kanalının buraxma qabiliyyətindən asılı olaraq, İnternet -ə daxil olma növləri 2 böyük qrupa bölünür:
Seans qoşulması. Qoşulmanın bu növündə istifadəçi şəbəkəyə daimi qoşulmayıb, ancaq telefon xətti vasitəsilə qısa müddət ərzində şəbəkə ilə əlaqədə olur. Bu halda şəbəkəyə qoşulmanın hər bir saatı üçün uyğun pul məbləği ödənilir və şəbəkədə verilənlər analoq formasında ötürülürlər.
Daimi qoşulma. Bu halda kompüter daimi və cəld işləyən kanala qoşulur və verilənlər şəbəkədə rəqəm şəklində ötürülürlər. Yalnız trafikə kompüter tərəfindən qəbul edilən və göndərilən verilənlərin həcminə görə pul ödənilir.
İnternet -ə qoşulmanın bu iki növü bir birindən təkçə istifadəçinin İnternet -də olma vaxtı ilə deyil, həmçinin iş sürəti ilə də fərqlənirlər. Daimi qoşulmada kompüter şəbəkədə tam hüquqlu olur və özünün İP- ünvanına malik olur ki, bu halda da İnternet -in istənilən istifadəçisi bu kompüterə qoşula bilər.
Seans qoşulmasında isə, İP-ünvan ancaq seans müddətində kompüterə mənimsədilir və bunun üçün çoxlu sayda boş olan ünvanlar içərisindən təsadüfi ünvan seçilir. Buna görə də ona dinamiki İP-ünvan deyilir.
Şəbəkədə işləməyin ən sadə və ucuz sxemi- telefon xətti və adi analoq modemi ilə şəbəkədə işləməkdir. Bu halda verilənlərin qəbul olunma sürəti modemin tipi, son nöqtədə telefon xəttinin keyfiyyəti və Avtomatik Telefon Stansiyasının (ATS) tipi kimi bir neçə amillərdən asılıdır. Müasir modemlərdə verilənlərin ötürülmə sürəti ən yaxşı halda 56 Kbit/s (7Kb/s, 420 Kb/dəq və ya 25 Mb/saat) olur. Lakin informasiyanın ötürülmə sürəti isə bir qədər az olub, 33 Kbit/s-ə bərabər olur. Bu sürət vasitəsilə nə şəbəkədə filmə baxmaq mümkün olur, nə də ki, keyfiyyətli musiqini dinləmək olar.
İnternet -ə qoşulmanın üsullarından biri də peyk vasitəsilə asinxron qoşulmadır. Bu cür qoşulma növündə 2 rabitə kanalından istifadə olunur. İnformasiya, o cümlədən də səhifələrin və faylların açılması üçün əmrlər və sorğular ötürüldükdə, istifadəçi standart Dial-Up rejimində işləyən peyk kanalından istifadə edir, ki, bu halda verilənlər axının sürəti modemin sürətindən 4-8 dəfə (256-512 Kbit/s) çox olur. İnternet -də işləyən zaman kompüterə daxil olan verilənlərin həcmi kompüterdən xaric olunan verilənlərə nisbətən 10 dəfə çox olduğuna görə İnternet -ə daxil olmanın bu üsulla təşkil olunması daha məqsədə uyğun sayıla bilər. Bu halda böyük “kütlə” şəklində olan informasiyanı qəbul etmək üçün heç də telefon xəttindən asılı vəziyyətdə qalmaq lazım deyildir-peykdən gələn giriş siqnalı həmişə əldə oluna bilər. Burada hətta bəzi səhifələrə və fayllara abunə də yazılmaq mümkün olur ki, onlar kompüterə müəyyən zaman anlarında daxil oluna bilərlər. Bundan əlavə, peyk rabitə kanalının köməkliyinilə onlarla və hətta yüzlərlə peyk televiziya kanallarına pul ölmədən baxmaq və xoşunuza gələn proqramı sərt diskə də köçürmək mümkün olur., siqnalkın ötürülməsində gecikmələr baş verir. Belə ki, Sizin göndərdiyiniz sorğunun provayderin serverinə çatması, onun emal nəticəsinin isə Sizin kompüterə verilməsi üçün on saniyələrlə vaxt tələb olunur ki, bu da sürətli peyk kanalının bütün üstünlüklərini aşağı salmış olur.
“Mobil” telefonlardan İnternet -ə qoşulmanın öz xüsusiyyətləri vardır: birincisi, telefon ekranının kiçik olması sadəcə olaraq, saytlara onların adi formatında baxış keçirtməyə imkan vermir; ikincisi, “mobil” kanal üzrə verilənlərin ötürülmə sürəti çox da böyük olmayıb, 14,4 Kbir/s-ə bərabərdir. Məhz buna görə də, mobil qurğular üçün xüsusi WAP protokolu işlənmişdir ki, onun vasitəsilə mobil telefonun ekranına yalnız telefon displeyinin ölçülərinə görə optimallaşdırılmış mətn informasiyasını çıxarmaq mümkün olur. Onun vasitəsilə istənilən e-mail məktubunu oxumaq, birjalardakı aksiyaların kursu ilə tanış olmaq, hava məlumatını və digər informasiyaları əldə etmək mümkün olur. “Mobil” telefonun inkişafında yeni mərhələ verilənlərin paket şəklində ötürülməsini təmin edən GPRS protokolunun tətbiqi olmuşdur. Bu halda şəbəkə üzrə verilənlərin ötürülmə sürəti artmış və bir saniyədə on kilobitlərə bərabər olmuşdur. Nəzəri olaraq, bu sürət 100Kbit/s olur ki, bu da adi modemin işləmə sürətindən iki dəfə çoxdur.
İnternet -ə məftilsiz qoşulmanın daha bir üsulu da mövcuddur ki, bu da Wi-Fi qoşulmasıdır. Burada verilənlərin ötürülmə sürəti 10 Mbit/s-yə qədər ola bilər. Bu kanal vasitəsilə İnternet -də işləmək üçün bizə Wi-Fi adapteri ilə təchiz edilmiş noutbuk və ya cib kompüteri və məftilsiz şəbəkə lazım olacaqdır. Hal-hazırda Wi-Fi İnternet -ə (Xot-spata) daxil olma nöqtələri aeroportlarda, dəmir yolu vaqzallarında, iri əyləncə mərkəzlərində və hətta bəzi restoronlarda da olur. Onların bəziləri kommersiya əsaslarında, bəziləri isə Yandex Wi-Fi (http:\ wifi.yandex.ru) proqramı çərçivəsində pulsuz daxil olma imkanı verir.
Artıq modemlərin dövrü yavaş-yavaş geridə qalır. Statistika göstərir ki, artıq istifadəçilərin 30%-i cəld işləyən rabitə kanallarının köməkliyi ilə şəbəkəyə daimi qoşulmağa üstünlük verirlər.
Hal-hazırda klassik “nəqliyyat magistralı” kimi xüsusi ayrılmış lifli optik kanaldan istifadə olunur. Lakin bu çox baha başa gəldiyindən, bundan ancaq çox iri kompaniyalar istifadə edə bilirlər. Lakin bundan daha sadə və çox da baha olmayan ADSl (Asymmetric digital subscriber lines-Assimmetrik rəqəmli abunəçi xətti) variantı mövcuddur.
Bu texnologiya rəqəmsal rabitəsində həqiqi inqilab yaratdı. Bildiyimiz kimi, Dial-Up ilə işlədikdə keyfiyyətindən asılı olan və yavaş işləyən analoq rabitədən istifadə olunurdu. Şəbəkə üzrə verilənlərin ötürülməsi üçün istifadə edilən rəqəmsal rabitəsi daha böyük üstün cəhətlərə malik olub, yaxşı perspektivə malikdir.
ADSL texnologiyası əsasında istifadəçiyə çox da pis olmayan bir komprommis variant təklif edilir: əvvəllər olduğu kimi, burada da telefon xəttindən istifadə olunur, lakin bu halda telefon həmişə boş qalır. Buna görə də şəbəkədən ayrılma baş vermir. Bundan əlavə, burada verilənlərin ötürülmə sürəti də artır və informasiyanı qəbul etmə rejimində sürət 8Mbit/s, informasiyanı ötürdükdə isə -1,5 Mbit/s olur. Bu isə, bildiyimiz kimi, peyk rabitəsindən 3-4 dəfə, modemdən isə 30dəfə çoxdur. Həqiqətdə isə real sürət bundan az olub, 300-312 Kbit/olur.
3.Telekommunikasiya vasitələri
Telekommunikasiya vasitələri- uzaq məsafəyə informasiya ötürülməsini və qəbulunu təşkil edən texniki vəzifələrdir. Dünyada olan ixtiyari informasiyanı əldə etmək üçün kompüter, tələb olunan informasiya bazasına daxil olmaq imkanına malik olmalıdır. Bu da,öz növbəsində, bütün kompüterləri nəhəng bir hesablama şəbəkəsi şəklində birləşdirməyi tələb edir.
Keçən əsrin 60-80-ci illərində böyük universal kompüterlər uzaq məsafədə yerləşən terminal qruplarına malik idilər. Bu terminallar bir neçə istifadəçiyə eyni zamanda kompüterlə işləmək imkanını verirdi. Terminalların kompüterlə birləşmə texnologiyası ilk hesablama şəbəkələrinin yaranma əsaslarını qoydu.
Daha sonralar qlobal şəbəkələr meydana gəlir ki, bunlar vasitəsilə daha uzaq məsafələrdə olan kompüterlər bir-birilə birləşə bilirlər. Qlobal şəbəkəyə misal olaraq, İnternet şəbəkəsini göstərmək olar. Lokal şəbəkələrdə yerləşən kompüterlər arasında məsafə kiçik olduğuna görə, onlar arasında informasiya mübadiləsini çox asan həyata keçirmək mümkündür. Uzaq məsafədə yerləşən kompüterlər arasında informasiya mübadiləsini təşkil etmək üçün şəbəkə ünvanını vermək və lazımi rabitə əlaqəsini qurmaq lazımdır. Bu da müəyyən vaxt sərf olunmasını tələb edirdi. Digər kanallar istismar üçün bir qədər bahalı olduğundan və qlobal şəbəkəyə yalnız məhdud sayda kliyentlər daxil ola bildikləri üçün informasiya mübadiləsinin əsas kanalı kimi telefon xəttindən istifadə edilirdi.
Telefon xətti ilə kompüter əlaqəsini yaratmaq üçün lazım olan ilk qurğu 70-ci illərin əvvlində istehsal edilmişdir. Buna modem (modulyator - demodulyator) qurğusu deyilir. Bu qurğu kompüterə qoşulur və telefon kanalı vasitəsilə verilənləri ötürmək və qəbul etmək imkanına malik olur.
Hal-hazırda müxtəlif funksiyaları yerinə yetirən küllü miqdarda müxtəlif modemlər mövcuddur. Bu modemlər vasitəsilə sifariş olunan telefon nömrəsini yığmaq, xətt məşğul olduqda bir daha yenidən zəng etmək, telefon dəstəyini “qaldırmaq”, avtocavab rejimində işləmək, qəbul edilmiş səs informasiyasını fayl şəklində diskə yazmaq mümkündür. Bütün dünya şəbəkələrinin əksər hissəsi modemlərin köməyilə təşkil olunmuşdur.
Son zamanlar inteqrasiya xidmətlərinə malik telefon şəbəkəsindən (ISDN-İntegrated Services Digital Network) istifadə edilir. Bunun yaradılmasında əsas məqsəd, verilənlərin ötürülmə sürətinə olan məhdudiyyətləri aradan qaldırmaq və eyni zamanda mövcud olan telefon xətləri ilə işləmək imkanına malik olmaqdır. Bu cür şəbəkənin əsas iş prinsipi siqnalların rəqəmli emalıdır. Ondan əlavə, bu şəbəkələr çoxkanallı olurlar. Belə şəbəkəyə qoşulmaq üçün baza və genişləndirilmiş interfeyslərdən istifadə etmək lazımdır.
Baza interfeysində avadanlıqların sayı minimum olur və o kliyentə 2 kanal təklif edir: səs üçün və ya 64 Kbit/san sürətlə verilənlərin ötürülməsi üçün, bir də xidməti kanal. Xidməti kanal vasitəsilə abonent avadanlığının telefon şəbəkəsi ilə informasiya mübadiləsini təşkil etmək mümkündür. Genişləndirilmiş interfeys baza interfeysinin genişlənmiş variantı olub, əlavə olaraq burada 30 informasiya kanalı ayrılır. Bu informasiya kanallarında telefon nömrələri heç də kanala birdəfəlik bağlanmır. Yüsək sürətlə verilənləri ötürmək üçün “invers multipleksləşdirmə” kimi xüsusi proqramdan istifadə edilir. Bu halda bir neçə informasiya kanalından eyni zamanda istifadə etmək mümkün olur.
Kanalın buraxma qabiliyyətini artırmaq üçün peyk rabitə kanallarından istifadə olunur. Bu məqsədlə kliyent kiçik ölçülü parabolik peyk antenasına malik olmalıdır. Belə şəbəkəyə yenə də əvvəldə olduğu kimi, telefon kanalı ilə sorğu göndərilir, informasiya isə peyk rabitə kanalı ilə qəbul edilir. Belə rabitə kanalında hər bir istifadəçi göndərdiyi sorğuya nəzərən, daha çox informasiya almaq imkanına malik olur. Təbii olaraq, belə hallarda, siqnalın qəbul olunma sürəti şəbəkəyə verilən sorğunun sürətindən qat-qat çox olmalıdır. Bundan əlavə, belə kanallarda verilənlərin ötürülmə etibarlılığı da artır.
Fərdi kompüterlərin meydana gəlməsi qlobal şəbəkələrə böyük təsir göstərərək, onların kəmiyyət və keyfiyyət cəhətcə yaxınlaşmasına səbəb olmuşdur.Bu artımın çox hissəsini isə istifadəçidə olan kompüter və modemlər təşkil etmişdir.
Bütün qlobal şəbəkələr bir-birilə əlaqədardırlar, lakin onlardan bəziləri adi rabitə vasitələri kimi teleqraf, telefaks, teleks, adi poçt xidmətləri də göstərə bilirlər. Bunun üçün şəbəkəni xüsusi qovşağı olur ki, onlar elektron poçtu ilə məktub və digər materialları qəbul edir və sonra onları faksla lazımi telefon nömrəsinə göndərirlər.
Belə şəbəkə ilə həmçinin adi məktub və teleqramları da göndərmək mümkündür. Belə halda elektron poçtu ilə şəbəkənin xüsusi qovşağına mətn göndərilir. Orada o aydınlaşdırılır, zərfin daxilinə qoyulur və adi poçtla məktubu alacaq şəxsə göndərilir.
Şəbəkənin bu cür böyük imkanları lokal və qlobal şəbəkələr arasında olan prinsipial fərqi aradan qaldırır. Şəbəkələrin belə sürətlə inkişaf etməsi telekommunikasiya şəbəkə və vasitələrin geniş inkişafı nəticəsində mümkün olmuşdurş “İnternet”-də olan elektron poçtu vasitəsilə 130 ölkəsində olan şəbəkə kliyentlərinə məktub göndərmək mümkündür.. Bütün dünyada serverlər miliyonlarla müxtəlif fayllara daxil olmağı təmin edir.
Müasir qlobal kompüter şəbəkələri mövcud olan rabitə vasitələrinin üstün xüsusiyyətlərini özündə birləşdirir və böyük həcmli müxtəlif informasiyaların böyük sürətlə və etbarlılıqla ötürülməsini təmin edir.
Modem kompüter ilə telefon xətti arasında rabitə qurğusu olub, rəqəm elektrik sinallarını analoq formasına və əksinə avtomatik çevirmək üçün tətbiq edilir. Bu onunla əlaqədardır ki, kompüter yalnız rəqəm, telefon xətti isə- analoq siqnalları ilə işləyir. Rəqəm siqnallarının analoq formasına çevrilmə prosesi texnikada modulyasiya, əks istiqamətdə çevrilmə isə demodulyasiya adlanır.
Adətən analoq siqnalları 3 parametrlə xarakterizə olunur: amplitud, tezlik və faza. Müasir modemlərədə hər 3 xarakteristikadan istifadə olunur. Modem kompüterdən 3”bit” informasiya qəbul edir, sonra isə onu analoq siqnalı formasında xəttə göndərir. Bu analoq siqnalının amlitudu qəbul olunmuş birinci bitə ,tezliyi ikinci bitə və fazası isə üçüncü bitə uyğun gəlir. Modem – qəbuledici bu cür informasiyanı qəbul edərək, analoq siqnalını aydınlaşdırır və onu göndərlimiş 3”bit” şəklinə salır. Ilkin analoq siqnalı aparıcı tezlikli siqnal adlanır.1500 Hs tezlikli belə siqnallardan telefon rabitə xətlərində istifadə olunur və həmin siqnal modem- ötürücü vasitəsilə lazımi çevrilməyə məruz qalır. Telefon xəttində aparıcı tezlikli siqnalın olması modemlər arasında əlaqənin yaranma əlamətinin göstəricisidir.
Modemin buraxma qabiliyyəti aşağıdakı 2 parametrlə xarakterizə olunur: informasiyanın ötürülmə sürəti və analoq siqnalındakı rəqəm informasiyanın tutumu. İnformasiyanın ötürülmə sürəti bodlarla ölçülür və o, modemin bir analoq siqnalından digərinə keçmək qabiliyyəti ilə təyin edilir. Belə ki, əgər modem, analoq siqnalının xarakteriskasını bir saniyədə 2400 dəfə dəyişirsə, onda onun verilənlərinin ötürmə sürəti 2400 bod olacaq.
Bir analoq siqnalında rəqəm informasiyasının tutumu həmin siqnallardakı bitlərin sayı ilə təyin edilir. Modemin buraxma qabiliyyəti bu 2 parametrin hasilinə bərabər olub, bps (bit/san)-lə ölçülür. Əgər modem 2400 bod sürətə, analoq siqnalları isə 4 bitlik informasiyaya malik olarsa, o zaman modemin buraxma qabiliyyəti 9600bps olacaq.
Rabitəyə qoşulduqda hər iki modem eyni bir sürətlə işləməli və eyni bir modulyasiya üsulundan istifadə etməlidir. Əks təqdirdə rabitəni əldə etmək mümkün olmaz. Buna görə də, hər bir modem verilənlərin ötürülməsinin standart sürətinə malik olmalıdır. Hal-hazırda əsasən 9600, 14400, 28800, 33600, 56000, 100000 bps ötürmə sürətinə malik olan modemlərdən istifadə edilir. Ötürmə sürəti modemin modulyasiya üsulunu təyin edir. Modem lazımi maksimal sürətə malik olmaqla bərabər, həmçinin rabitənin digər tərəfindəki modemin kiçik ola bilən sürəti ilə də işləməyi bacarmalıdır. Kiçik sürətə keçmək məcburiyyəti keyfiyyətsiz telefon xətlərindən istifadə etdikdə baş verir.
İnformasiyanın sıxlaşdırılması. Rabitə xəttinə informasiyanı ötürməmişdən əvvəl daha böyük miqdarda informasiyanı ötürmək üçün mütləq həmin informasiyanı sıxlaşdırmaq lazımdır. Sıxlaşdırma prinsiplərindən biri ondan ibarətdir ki, təkrar olunan simvol və kodlar ardıcıllığı daha qısa şəkildə yazılmış kodla əvəz edilir. Məs, AAAAAVVVVSSSSSS=5A4V6S.
Sıxlaşdırmanın digər bir üsulu qısaldılmış baytlardan istifadə edilməsidir. Aydındır ki, bayt özü 8 bitdən ibarətdir, amma 5 bitdən ibarət olan informasiya qrupu bir baytdan başlayıb, digər baytda qurtara bilər. Bu cür qısaldılmış bayt birləşmələrinin uzunluğu müxtəlif ola bilər. Əksər hallarda ən çox rast gəlinən simvollar bitlərin qısaldılmış ardıcıllığı ilə kodlaşdırıla bilirlər. Hal-hazırda informasiyanın sıxlaşdırmasının mürəkkəb alqoritmləri əsasında işləyən külli miqdarda proqram – arxivatorlar işlənib hazırlanmışdır. Qeyd etmək lazımdır ki, ən kiçik sıxlaşdırma vahidi informasiyanın tipindən asılı olaraq, informasiya blokudur. Ən geniş yayılmış proqram arxivatorlardan – Rar və Zip proqramlarını göstərmək olar.
Verilənlərin sıxlaşdırılmasını modemin daxilində yerləşdirilmiş sıxlaşdırma protokolu (MNR5), həmçinin verilənlərin ötürülmə kanallarının özü həyata keçirirlər.
Səhvlərin tapılması və təshihi. Növbəti informasiya blokunu göndərdikdən sonra modem, rabitə xəttinin digər tərəfində olan modem tərəfindən bu informasiya blokunun düzgün qəbulu haqqında təsdiq cavabını gözləyir. Əgər informasiya səhv qəbul olunubsa, bu halda qəbuledici modem göndərilən blokun təkrarən göndərilməsi üçün siqnal göndərir. Səhvlərin bu təshih üsulu ARQ (Automatic Repaet request – təkrarın avtomatik üsulu) adlanır. Bəzi rabitə kanalları informasiya ötürülməsi zamanı əmələ gələ bilən səhvlərin müəyyən miqdardan kənara çıxmamasına nəzarət edir. Əks halda, modem-qəbuledici modem-vericiyə təklif edir ki, daha alçaq sürətə keçsin və ya ötürülən blokların sayını azaltsın.
Ötürülən informasiyaya nəzarət üçün hər bir informasiya bloku müəyyən nəzarət cəmi ilə təmin olunur. Bu cəmi əldə etmək üçün ötürülən blokun bütün bitlərinin üzərində müəyyən hesab əməli aparılır. Bu rəqəmin tapılma alqoritmi elə qurulmalıdır ki, istənilən bitin təhrif olunması nəzarət cəminin dəyişməsinə səbəb olsun. Modem-qəbuledici, növbəti informasiya blokunu qəbul etdikdən sonra göstərilən alqoritm üzrə nəzarət cəmini tapır və onu cari alınmış cəm ilə müqayisə edir. Cəmlər bir-birilə üst-üstə düşdükdə, blokun düzgün ötürülməsi təsdiq edilir. Cəmlər bir-birinin üstünə düşmədikdə, bu ötürmə zamanı səhvə yol verildiyini göstərir və bu barədə modem-qəbuledici həmin blokun təkrarən göndərilməsi üçün siqnal göndərir. Səhv alınmış nəzarət cəminin təhrif olunmuş verilənlərə uyğunluq ehtimalı çox kiçikdir.
Səhvlərin təshihi modem daxilində olan səhvlərin təshih aparat protokolu (MNP4), həmçinin faylların ötürülmə protokolunu formalaşdıran kommunikasiya protokolu (məs, Xmodem) vasitəsilə də həyata keçirilə bilər.
Modemlərin iş rejimləri. Kompüterə qoşulmuş modem aşağıdakı iki rejimdən birində işləyə bilər: verilənlərin ötürülməsi rejimi (modem is online) və əmrlər rejimi. Verilənlərin ötürülməsi rejimində modem kompüterdə ona göndərilən bütün informasiyanı verilənlər kimi qəbul edib, onu analoq siqnalına çevirir və telefon xəttinə ötürür. Əmrlər rejimi isə modemi idarə edir. Bu rejimdə kompüterlər tərəfindən verilən xüsusi əmrlərdən istifadə edilir, modem özü isə sərbəst olaraq ayrıca işləyir. Modem kompüterdən simvollar sətrini aldıqda o, bunu əmrlər kimi başa düşür. Əgər bu əmr aydınlaşdırılarsa, o zaman modem bunu icra edir, əks halda isə modem onu bir səhv kimi qəbul edir.
Əmrlər rejiminin bir növü zəngi gözlətmək rejimidir. Bu hlda modem elə bir gözləmə vaziyyətini alır ki, o, istənilən anda telefon dəstəyini qaldırmaq və xəttin o biri tərəfində olan modemlə rabitə qurmaq vəziyyətinə malik olsun.
Baxmayaraq ki, modemin əmrlər toplusu onu istehsal edən firmadan və istehsal olunduğu ildən asılıdır, bütün modemlər üçün eyni olan bir sıra əmrlər də mövcuddur. Bu əmrlərə aşağıdakılar aiddir: telefon dəstəyini qaldırmaq, lazımi nömrəni yığmaq və iş rejimini əldə etmək.
Modemi qoşduqdan sonra onda əmrlər rejimi işləməyə başlayır. Verilənlərin ötürülməsi rejimi telefon dəstəyini qaldırmaq və lazımi nömrəni yığmaq əmri veriləndən sonra həyata keçirilir. Əks istiqamətdə bir rejimdən o birisinə keçmək üçün isə xüsusi kodlar ardıcıllığından (escape-ardıcıllıq) istifadə edilir. Bu kod modem tərəfindən verilənlərin ötürülməsi rejimini həyata keçirmək əmri kimi qəbul edilir.
Müasir kommunikasiya proqramlıarı istifadəçiyə imkan verir ki, o ardıcıllığı və miqdarı həll olunan məsələdən asılı olan modemlərin əmrlərini öyrənmək funksiyasından azad olunsun.
Dərsin möhkəmləndirilməsi üçün suallar:
1.İnternet nədir?
2. İnternet -in informasiya resurslarının əsas növləri hansılardır?
3. Internetdə informasiya harada saxlanılır?
4. Serverlər necə idarə olunurlar?
5. İnternet prinsipi üzrə təşkil edilmiş korporativ şəbəkələr necə adlanır?
6. Şlüz nəyə deyilir?
7. Şlüzlərin neçə növü vardır?
8. Kommunikasiya protokollar ailəsinə hansı protokollar daxildir?
9. İnternetə qoşulmanın hansı növləri vardır?
10. Seans qoşulması hansı funksiyanı yerinə yetirir?
11. Daimi qoşulma seans qoşulmadan hansı xüsusiyyətlərinə görə fərqlənir?
12. “Mobil” telefonlardan İnternet -ə qoşulmanın hansı xüsusiyyətləri vardır?
13. Telekommunikasiya vasitələrinin vəzifəsi nədir?
14. Modulyasiya və demodulyasiya arasındakı fərq nədir?
15. İnformasiyanın sıxlaşdırılması zamanı hansı üsullardan istifadə edilir?
16. Kompüterə qoşulmuş modem neçə rejimdə işləyə bilər?
Ədəbiyyat:Kərimov Sabit Qəhrəman oğlu, Həbibullayev Səlahəddin Bəxtiyar oğlu, İbrahimzadə Tofiq İbrahim oğlu “İnformatika”
Dərslik: Səhifə 392- səhifə 402
Dostları ilə paylaş: |