2.Windows 98 əməliyyat sisteminin konsepsiyası
Öz konsepsiyasına görə Windows 98 əməliyyat sistemi ondan əvvəlki versiyalardan fərqlənmir və Windows 95 haqqında deyilənlər ona da aiddir. Lakin qısa istismar olunma vaxtına baxmayaraq, bu əməliyyat sistemi bir qədər stabil və etibarlı işləməsinə, işləmək üçün səmərəli, etibarlı, universal mühit təşkil edən təkmilləşdirilmiş qrafiki interfeysə malik olduğu üçün, istifadəçilər arasında böyük rəğbətlə qarşılanmışdır. Bu əməliyyat sistemində aşağıdakı yeniliklər edilmişdir:
Qlobal “internet” şəbəkəsinə qoşulmaq imkanı;
İdarənin etibarlılığı və keyfiyyəti;
Məhsuldarlığın artımı.
Qlobal İnternet şəbəkəsinə inteqrasiya. Windows 98 əməliyyat sistemini layihə edən mütəxəssislər onun kommunikasiya
imkanlarının inkişafına daha çox diqqət yetirilmişdir. Əsas yenilik, İnternet şəbəkəsində Web-səhifələrə baxış keçirtmək üçün istifadə olunan İnternet Explorer icmalına malik əməliyyat sisteminin yaradılmasıdır.
İnternetə inteqrasiyanı həyata keçirən proqramlara
aşağıdakılar aiddir: İnternetə qoşulma proqramı, electron poçt proqramı (Outlook Express), rəqəm kanalları vasitəsilə tele konfransların və telefon danışıqlarının təşkil edilməsi proqramı (NetMeeting), Web-səhifə redaktoru (FrontPage Express).
Etibarlılığın və idarə keyfiyyətinin artırılması. Etibarlılığın
artırılmasını həm yeni, həm də təkmilləşdirilmiş köhnə xidmət proqramlar təmin edirlər. Bu proqramlar aşağıdakı əməliyyatları yerinə yetirilir: sistem fayllarının yoxlanılması, diskin təmizlənməsi və yoxlanılması, avtomatik texniki qulluq, reestrin yoxlanılması, verilənlərin arxivləşdirilməsi və s. “İşçi stolunu” genişləndirmək üçün bir neçə monitorla işləmək imkanı yaranmış, müxtəlif monitorlarda müxtəlif proqramların yerinə yetirilməsi mümkün olmuş, həmçinin çoxekranlı proqramların və ya oyunların yerinə yetirilməsi mümkün olmuşdur.
Windows 98-də mausun düyməsini bir dəfə basıb xüsusi
işarələri seçməklə, “İrəli”, “Arxaya” düymələri vasitəsilə işləmək çox rahat olur.
Windows 98 əməliyyat sisteminə malik computer bütün sutka
ərzində işləyə bilir və bir sıra funksiyaları sərbəst yerinə yetirir:
Sərt diskləri təmizləmək və gün ərzində orada yığılmış lazım
olmayan faylları lağv etmək;
Sərt disklərin vəziyyətini yoxlamaq və fayl strukturunda olan
nasazlıqları aradan qaldırmaq;
başqa cür qablaşdırmaq, istifadə olunan verilənlər və proqramların sıxlaşdırma dərəcəsini artırmaq;
Sərt disklərə qulluq etmək və diskin elə bir defraqmentasiyanı
yerinə yetirməkdir ki, bu halda proqramı işə salan zaman ora yüklənən fayllar, onların çağırılması qaydada diskdə yerləşdirilsin.
Məhsuldarlığın artırılması. Windows 95-ə nəzərən bu system daha
məhsuldardır. Bu FAT 32 fayl sisteminin FAT 16 fayl sisteminə nisbətən diskdən daha səmərəli istifadə etməsi nəticəsində əldə edilmişdir. FAT 32 diskdə FAT16-ya nisbətən daha kiçik klasterlər formallaşdırır. Bunun sayəsində disk həcmi daha səmərəli istifadə olunur. Windows 98-in tərkibinə xüsusi xidmət proqramı daxil edilmişdir ki, bunun sayəsində FAT16 fayl sistemini FAT 32 fayl sisteminə tez və təhlükəsiz çevirmək mümkündür.
Windows 98 daha tez kompüterə yüklənir və işin sona çatması üçün az vaxt tələb edir. Diskin defraqmentasiyasının yeni proqramı kompüterin məhsuldarlığının artmasına kömək edir.
Dostları ilə paylaş: |