Siyasi struktur dəyişilkləri və totalarizmin güclənməsi.Müttəfiqlərlə birlikdə faşizmə qarşı aparılan müharibə 30-cu illərdə SSRİ-də yaradılmış sərt ictimai- siyasi şəraiti yumşaltmaq ümidləri doğurmuşdu. Milyonlarla sovet əsgərinin Qərbi Avropaya yürüşləri də buna əsas vermişdi. Qərbdəki sosial siyasi şərait yürüş iştirakçılarınm təfəkkül vəşüuruna təsir göstərmişdi. Qərb ölkələrindəıci şəraiti, yaşayış tərzini gördündən sonra onlar "sosializm cənnəti" barədə bolşevin təbliğatının xülya olduğunu başa düşmüşdülər. Bütün bunlar xalqda demokratik əhval-ruhiyyə yaratmış, ziyalılarda diktaturanı zəiflətmək, kəndlilərdə kolxozlardan imtina etmək, müttəfiq respublikalarm əhalisində milli siyasəti dəyişdirmən ümidləri doğurmuşdu. Bu ümidlə yaşayan gənclər Mosnvada, Voronejdə, Sverdlovskda, Çelyabinskdə, Banıda bir sıra antisovet təşkilatlar yaratmışdılar. Lakin bunlar əbəs təşəbbüslər idi. Onlar tezlikiə dağıdılmışdılar.
Müharibədən sonra siyasi strukturda müəyyən dəyişikiikiər həyata keçirildi. 1945-ci ilin sentyabrında fövqəladə vəziyyət aradan qaldırıldı. Dövlət Müdafiə Komitəsi ləğv olundu. 1946-cı ilin martında SSRİ Xalq Komissarları Soveti SSRİ Nazirlər Soveti adlandırıldı. Yerli sovetlərə, respublikalarm Ali Sovetlərinə və SSRİ Ali Sovetinə seçkilər keçirildi. Sovetlərin fəaliyyətində kollegiallıq gücləndirildi. ilk dəfə olaraq məhkəmələrin və iclasçılarm müstəqil və qapalı seçkiləri aparıldı. Lakin yenə də bütün haKİmiyyət partiya rəhbərliyinin əlində qalırdı.
Digər tərəfdən totalitar rejim daha da gücləndirilirdi. Dövlət düşərgələr sistemi (QULAQ) özünün ən yüksək səviyyəsinəçatmışdı. Müharibədən sonra həbs düşərgələrindəki"əhalinin" sayı 4,5-12 milyon arasında idi. 1948-1953-cü illərdə həmin düşərgələrin bir çoxunda siyasi şüarlar altında üsyanlar baş vermişdi.
Müharibədən sonra Kütləvi repressiyaların yeni dalğası başladı. Bir sıra yüksək rütbəli hərbçilər, o cümlədən aviasiya marşalıA.R.Novİkov, generallardan P.N.Ponedelin, N.K.Kirillov mühakimə edildilər. 1948-ci ildətəşKİl olunan "Leninqrad işi" üzrə 2 minə qədər adam həbs olundu. Onlardan 200 nəfəri, o cümlədən RSFSR Nazirlər Sovetinin sədri M.Radionov, ÜİK(b)P MK Siyasi Bürosunun üzvü, SSRİ Dövlət Plan Komitəsinin sədri N.Voznesenski, ÜİK(b)P MK Katibi A.Kuznetsov güllələndilər. ’Həkimlər işi" deyilən proses hazırlandı. Ümumiyyətlə, 1948-1953-cü illərdə 6,5 milyona qədər adam kütləvi siyasi repressiyaya məruz qaldı.
Milli siyasət sahəsində də ciddi nöqsanlara yol verilmişdi. Velikorus şovinizmi tüğyan etməyə başladı. Sovetləşmə və kollektivləşməyə qarşıçıxmağa və milli hərəkata görə 300 minə qədər qərbi ukraynalı, 400 min litvalı, 150 min latış, 50 min eston deportasiya edildi. 1951-ci ildə türk xalqlarının milli eposları, o cümlədən "Dədə Qorqud" və "Manas" dastanları "irticaçı və xalqa zidd" eposlar kimi qələmə verildi. Milli muxtariyyət tələb edən Yəhudi Antifaşist Komitəsinə amansızcasına divan tutuldu.
Bolşevik ideologiyasının ədəbiyyata, incəsənətə və elmə təsiri gücləndi. 1946-cı ildə mədəniyyətin inkişafma nəzarəti öhdəsinə götürmüş "Partiynaya jizn" adlı yeni jurnal təsis edildi. 1948-ci ilin sonunda başlamış "Kosmopolitizmə qarşı" mübarizə gedişində nəinKİ ideoloji, həm də mədəni cəhətdən ölkəni dünyadan təcrid edən "dəmir pərdə" bərpa olundu. ÜİK(b)P MK 1946-1948-ci illərdəədəbiyyat və incəsənət məsələləri barədə bir sıra qərarlar qəbul etdi. 1946-1952-ci illərdə biologiya problemləri, dilçilİK məsələləri, tarix, fəlsəfə və iqtisadi problemlər üzrə diskussiyalar keçirildi. Dilçilik və iqtisadi problemlər üzrə diskussiyalarda Stalinin özü də iştirak edirdi.
Azad fikirliliyə, yaradıcılıq təşəbbüskarlığma, elmliyə və obyektivliyə qarşıçevrilmiş bu diskussi- yalar elmdə partiya xəttinin gücləndirilməsinə xidmət etmişdi.
2. SSRİ– 50- 60 cı illərdə. Rejimin mülayimlədirilməsi