MÖVZU 7.3
MS Excel cədvəl prosessorunda verilənlərlə işləmə qaydaları
Excel cədvəl prosessorunda funksiyalar, müxtəlif əməliyyatlardan istifadə imkanları ilə yanaşı verilənlərlə işin təşkili də mümkündür. Verilənlərlə işləmə zamanı bir çox qaydalara riayət olunması tələb olunur. Bunlara verilənlər yerləşmiş cədvəldə xanaların birləşdirilməməsi. eyni sütunda yalnız eyni tipli verilənlərin olması, verilənlərlə işin asanlaşdırılması və müxtəlif problemlərdən uzaq olmaq üçün hər bir sütunun adlandırılması, başqa sözlə eyni sütunda olan verilənlərin adlandırılması tələb olunur. Verilənlərlə işləmənin bu ilkin şərtləri qəbul edildikdən sonra onlar cədvəl kimi tərtib edilirlər. Verilənlərlə işləmə üçün istifadə olunan əmrlər -Excelin «Данные» menyusunda verilmişdir. İndi isə həmin əmrlərlə işləmə qaydaları ilə tanış olaq.
Verilənlərin çeşidlənməsi üçün «Данные» menyusunun «Сортировка» əmrindən istifadə edilir. Əvvəlcə çeşidləmə aparılacaq verilənlər cədvəli seçilir. Daha sonra əmr verilir. Əmr verildikdən sonra açılan pəncərədə çeşidləmənin hansı sütun üzrə aparılması müəyyənləşdirilir. Sütunların istifadəçi verilən adından, ya da cədvəlin hərflərlə verilən adlarından istifadə etmək olar. Bunun təyin olunması üçün pəncərənin sonunda verilmiş «Идентицировать диапазон данных по» sözündən sonra verilmiş rejimlərdən istifadəçi istəyinə uyğun olanı seçmək lazımdır. Daha sonra çeşidləmənin aparılacağı sütun adı birinci sahədən seçilir. Sonra isə çeşidləmənin artma və ya azalmaya uyğun olacağı müəyyənləşdirilir. Əgər verilənlər mətn tipli olarsa, onda çeşidləmə əlifba sırasına görə. ədədi tipli olarsa artma və ya azalmaya görə aparılır. Çeşidləməni bir neçə sütun elementlərinə görə də aparmaq olar. Lakin yadda saxlamaq lazımdır ki, hər sonrakı çeşidləmə əvvəlki ilə uyğunlaşdırılmış olmalıdır.
Verilənlərilə işləmə üçün ikinci əmr filtrləmə əmridir. Bu əmr yenə də həmin menyudan «Фильтр» əmridir. Əmr verildikdən sonra istifadəçiyə üç variant təklif olunur. Bu variantlardan birincisi «Автофильтр» əmridir. Verilənlər cədvəli seçildikdən sonra bu əmr verildikdə sütun başlıqları olan xanalarda üçbucaqvari işarələr əmələ gəlir. Həmin işarələrin basılması ilə avtomatik olaraq seçilmiş sütuna nəzərən filtrləmə aparmaq mümkündür. Bu düymə basıldıqda ekrana hamısı, ilk 10-u, Şərt və sütun elementləri siyahısı verilir. Əgər «Все» (hamısı) rejimi seçilərsə onda sütun elementlərinin bütün siyahısı ekranda görünür. «Первые 10» (ilk 10-u) əmri verilərsə yeni pəncərə açılır. Pəncərədə birinci sahədə sütun elementlərinin sayı, ikinci sahədə ilk seçilmiş sayda elementin, ya sondan seçilmiş sayda elementin verilməsi, üçüncü sahədə isə sütun elementlərinin özünün və ya elementlərin seçilmiş faizinin ekrana verilməsi müəyyənləşdirilir. Bundan sonra ekranda yalnız şərtləri ödəyən elementlər qalır. Qeyd edək ki, seçimdən sonra alınan cədvəl ilkin cədvəlin olduğu sahədə yerləşir. Əgər yenidən ilkin cədvələ qayıtmaq istəyiriksə, ya sütun başlığındakı hamısı rejimini, ya da yaxşı olar ki, «Данные» menyusunun «Фильтр» əmrinin «Отобразить все» variantını vermək lazımdır.
Sütun başlığında olan «Условие» rejimi verildikdə açılan pəncərədə cədvəlin ekranda əks etdiriləcək elementlərini müəyyən edən şərtlər veriləcək. Birinci sahədə şərti müəyyən edən əsas münasibət (bərabərdir, böyükdür, kiçikdir və s.) verilir ikinci sahədə şərtə uyğun olan element və ya əlamət verilir. Əgər şərtləri daha da genişləndirmək istəyiriksə onda üçüncü sahədə yeni münasibət və dördüncü sahədə isə münasibətə uyğun əlamət verilir. Avtomatik olaraq verilən şərtləri ödəyən elementlər ilkin cədvəlin yerləşdiyi oblastda verilir. Cədvəlin bütün elementlərinin verilməsi birinci halda olduğuna analoji olaraq yerinə yetirilir.
Menyunun bu əmrinin üçüncü variantı «Условное форматирование» variantıdır. Variant filtrləmənin verilmiş istənilən şərtə görə aparılmasını təmin edir. Bu variant avtomatik filtrləmədən əslində şərtlərin daha geniş əlamət əhatəsinə görə fərqlənir. Əmrin yerinə yetirilməsini nəzərdən keçirək. Əvvəlcə ayrıca cədvəl şəklində istifadə olunacaq şərti veririk. Bu məqsədlə ilkin cədvəlin başlığını ayrı oblastda veririk. Daha sonra həmin başlıqların altında olan uyğun xanalarda şərtləri veririrk. Daha sonra əmri veririk. Açılan pəncərədə alınacaq nəticənin ilkin cədvəlin yerləşdiyi oblastda və ya digər. Fərqli oblastda yerləşəcəyini müəyyənləşdirəcəyik. Bundan sonra filtləmə aparılacaq cədvəlin yerləşdiyi diapazonu və şərtin yerləşdiyi diapazonu daxil edirik. Əgər əvvəldən alınacaq nəticənin ilkin cədvəlin yerləşdiyi oblastan fərqli hissədə yerləşməsini vermişiksə onda həmin diapoazonu da daxil edirik. Diapazonlar ümumi qaydaya uyğun olaraq yuxarı sol küncdəki xana ilə aşağı sağ küncdəki xananın mütləq ünvanları vasitəsilə verilir. Bütün bunlardan sonra proses avtomatik olaraq yerinə yetirilir.
Verilənlər cədvəlində müxtəlif axtarış, əlavə, ləğv etmə, dəyişikliklərin edilməsi üçün menyunun «Форма» əmrindən istifadə edilir. Əmr verildikdən sonra ekranda açılan pənsərədə verilənlərin sütun başlıqları və onlara uyğun adətən birinci qiymətlər göstərilir. Pəncərənin sağ tərəfində isə ardıcıl olaraq istifadə edilə biləcək əməliyyatların siyahısı verilir. Qeyd edək ki, burada olan hərəkət düymələri vasitəsilə istənilən sətirin verilənlərinə keçmək mümkündür. İndi isə sağ tərəfdə verilən düymələrin hər birinin təyinatı ilə tanış olaq.
Добавить-cədvələ yeni yazının, yəni yeni verilənlər sətrinin daxil edilməsi;
Удалить- seçilmiş sətirin ləğvi;
Вернуть- ləğv edilmiş və ya dəyişdirilmiş sətir verilənlərinin qaytarılması;
Назад- hərəkəıt istiqamətində geri qayıtma;
Далее- verilənlər cədvəlində cədvəl başlıqlarından sona döğru irəliləmə;
Критерии- seçmənin hər hansı əlamət və ya meyara görə aparılması;
Закрыть-pəncərəni bağlamaq.
Əslində bu əmrdən istifadə cədvəl verilənlərinin sayının çox olduğu halda daha effektivdir.
Menyunun növbəti əmri olan «Итоги» əmri hansısa dəyişməyə uyğun olan yekunların hesablanaraq sətirlərdə verilməsini təmin edir. Əmr verildikdən sonra açılan pəncərədə birinci sahədə hansı dəyişikliyə görə yekunların verilməsinin müəyyənləşdirilməsi göstərilir. İkinci sahədə aparılacaq əməliyyat (cəm, say, maksimum, minimum və s.), daha sonra yekunların əks etdiriləcəyi sütunun adı verilir. Yekunların verilməsinə aid digər parametrləri də burada verilən imkanlarla müəyyənləşdirmək olar. Əgər bu əməliyyatı ləğv etmək lazımdırsa onda ekranda olan «Убрать все» düyməsini basmaq lazımdır.
Bir cox hallarda verilənlər cədvəllərinin tərtibi zamanı verilənlərin daxil edilməsində müxtəlif şərtlərin ödənməsinə riayət edilməsi problemlər yaradır. Bunu aradan qaldırmaq üçün seçilmiş oblastda daxil edilən verilənlərin yoxlanılmasını aparmaq daha yaxşı olardı. Bunun üçün «Данные» menyusunun «Проверка» əmrindən istifadə edilir. Əmr verildikdən sonra ekranda açılan pəncərədə «Параметры» rejimi seçilir, həmin rejimə uyğun açılan pəncərədə verilənlərin tipi, şərtlər daxil edilir. Sonra isə istifadəçi istəyinə uyğun olaraq «Сообщения для ввода» və ya «Сообщения для ошибки» rejimlərindən biri və ya hər ikisi seçilir. Bu rejimlərin hər biri seçilərkən başlıq üçün ad və şərt pozulduqda veriləcək məlumat, eləcə də hərəkət (prosesin dayandırılması, xəbərdarlıq, daxil edilən verilənin ləğvi) müəyyənləşdirilir. Bütün bunlardan sonra istifadəçi seçilmiş oblasta şərti ödəməyən verilən daxil etdikdə avtomatik olaraq müəyyənləşdirilmiş xəbərdarlıq verilir. Bu şərt və xəbərdarlıqları ləğv etmək üçün həmin əmrə uyğun pəncərəni açaraq «Очистить все» əmri verilir.
Menyunun növbəti əmri olan «Таблица подстановки» -dan istifadə etməklə müxtəlif qoyuluşlara uyğun hesablamaları aparmaq olar. Məsələn, E1 xanasına bir ədəd, E2 xanasına ikinci ədədi daxil edirik, E3 xanasında həmin ədədlərin cəmini hesablayaraq veririk. Sonra E3 xanası ilə eyni sətirlərə və bu xana ilə eyni sütuna rəqəm və ya ədədlər daxil edərək onların cəmini almaq olar. Bu məqsədlə ədədlər yazılmış oblastı seçib əmri veririk. Birinci sahəyə E1, ikinci sahəyə E2 daxil edirik. “Ok” düyməsi basılanda uyğun sətir və sütunun kəsişməsində həmin ədədlərin cəmləri yerləşir.
«Данные» menyusunun «Текст по столбцам» əmri vasitəsilə eyni xanada yazılmış mətn tipli verilənləri xanalar üzrə bölmək mümkündür. Belə ki, bir cox hallarda mətn tipli verilənlərin daxil edilməsi zamanı xanadan xanaya keçid vaxt aparır. Məhz buna görə də verilənlər bir xanaya yazılır. Məsələn soyad, ad və atanın adı. Sonra əmr verilir. Açılan pəncərədə xanalar üzrə bölmə qeyd olunmuş ölçüyə görə və ya hər hansı bölüşdürücü işarəyə görə (nöqtə vergül,.tabulyasiya, probel, vergül və ya başqa işarə) aparıla bilər. Lazımi variant seçilir və növbəti mərhələyə keçilir. Birinci variant seçildikdə istifadəçi məlumat sahəsinin ixtiyari mövqeyində düyməni basmaqla bölməni təyin edə bilər (bölmə əvvəlcədən aparılmasına baxmayaraq). Sonrakı mərhələdə verilənlərin tipi və bolmədən sonrakı nəticənin yerləşmə oblastı müəyyənləşdirilərək prose qurtarır.
Excel cədvəl prosessorunda verilənlərlə işləmə imkanları içərisində eyni məna və xüsusiyyətlərə malik müxtəlif cədvəllərdə yerləşən verilənləri bir cədvəldə birləşdirmək və eyni zamanda ilkin cədvəllərlə nəticə cədvəl arasındakı dinamik əlaqəni təmin etmək mümkündür. Bu məqsədlə mnenyunun «Консолидация» əmrindən istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədə birləşmənin hansı əməliyyata uyğun aparılacağına uyğun funksiya seçilir. Sonra istinad sahəsinin sağındakı düymədən istifadə olunaraq ardıcıl olaraq ilkin cədvəllər olan diapazonlar çağrılır və «Добавить» düyməsini basmaqla «Список диапазонов» sahəsinə əlavə edilir. Bu əlavə etmədə səhv olarsa diapazon «Удалить» düyməsini basmaqla ləğv edilir. Sonrakı addımda alınacaq cədvəldə adlar kimi ilkin cədvəllərin sətir və ya sütun başlıqlarının istifadəsi və ilkin cədvəl verilənləri ilə əlaqənin qurulması müəyyənləşdirilir. Yekunda istənilən nəticə ekrana kursor durduğu mövqedən verir.
Menyunun «Группа и структура» əmri verilənlər cədvəlinin həm seçilmiş sətirlər, həm də seçilmiş sütunlarını qruplaşdırmağa və qruplaşmanın strukturunu verməyə imkan yaradır. Əslində bu əmrin imkanları istifadəçiyə iri həcmli cədvəllərlə işlədikdə istənilən anda həmin cədvəlin lazımi sütun və ya sətirlərini ekranda saxlamağa, digərlərini isə gizləməyə imkan verir. Bu zaman təsir edici və ya cədvəldə yerinə yetirilən əməliyyatlarda iştirak edən sətirlər və ya sütunlar itmir, sadəcə olaraq müşahidə zonasında görünməz olurlar.
«Данные» menyusunun «Сводная таблица» əmri icmal cədvəllərin yaranması üçün istifadə edilir. Əmr verildikdən sonra açılan pəncərədə icmal cədvəlin yaradılması üçün istifadə ediləcək ilkin verilənlərin mənbəyi müəyyənləşdirilərək seçilərək növbəti mərhələyə keçilir. Növbəti addımda istifadə olunacaq verilənlərin yerləşdiyi diapazon müəyyənləşdirilərək seçilir. Keçilmiş növbəti mərhələdə alılnacaq cədvəlin yeni işçi vərəqdə və ya verilənlərlə eyni cədvəldə yerləşəcəyi müəyyənləşdirilir. Bu mərhələdə həm yaradılacaq cədvəlin maketi, həm də parametrləri müəyyənləşdirilə bilər. Bundan sonra «Готов» düyməsini basmaqla icmal cədvəl alınır.
Menyunun “Импорт внешних данных» əmri xarici mənbəələrdən, digər verilənlər mənbələrindən, müxtəlif redaktorlardan, verilənlər bazasından, şəbəkələrdən verilənlərin alınması, əldə etmə üçün sorğuların verilməsi, onların dəyişdirilməsi və uyğun parametrlərinin müəyyənləşdirilməsini həyata keçirir.
Bu menyuda olan XML əmri də əvvəlki əmrə analoji olaraq verilənlərin XML mənbələrdən alınması və əlaqələrin qurulması, parametrlərin müəyyənləşdirilməsi üçün təyin olunmuşdur.
Menyunun «Список» əmri verilənlər cədvəli əsasında onun bir hissəsindən istifadə etməklə və ya bütövlüklə istifadəsi ilə xüsusi cədvəllərin yaradılması və bu cədvəllərlə işləməni təmin edir. İşləmə dedikdə əslində menyunun imkanlarının adi cədvəllərə tətbiqi formalarını da nəzərdə tutmaq olar.
MÖVZU 8.1
Verilənlər bazası və onların layihələndirilməsi üsulları. Verilənlər bazasını idarəetmə sistemləri.
Plan:
-
Verilənlər bazası və onların layihələndirilməsi üsulları
-
Verilənlərin modeli
-
Verilənlər bazasını idarəetmə sistemləri
Verilənlər bazası eyni yerda saxlanılan, bir-biri ilə qarşılıqlı əlaqədə və müxtəlif istifadəcilər tərəfindən müxtəlif məqsədlər ücün istifadə olunan məlumatlar yığımıdır. Verilənlər bazasında toplanılan verilənlər adətən müəyyən predmet sahəsinə aid olur.
Verilənlər bazasının təşkilində aşağıdakılara riayət olunmalıdır:
- bazada verilənlərin təkrarlanması minimum olmalıdır;
- verilənləri axtarıb tapmaq, onları dəyişdirmək və yeniləşdirmək ücün ümumi idarəetmə üsullarından və vasitələrindən istifadə olunmalıdır;
- sonrakı mərhələrlərdə verilənlər bazasının tətbiq sahəsinin genişləndirilməsi ücün verilənlər strukturlaşdırılmalıdır.
Verilənlər bazası verilənlərin müxtəlif təsvirinə uyğun müxtəlif funksiyalara malik ola bilər. Verilənlər bazasınun müxtəlif vəzifələri müxtəlif istifadəçilər tərəfindən istifadə olunması ilə müəyyən olunur.
Bütün verilənləri özundə əks etdirən vahid verilənlər bazasını yaratmaq çox mürəkkəbdir və iqtisadi baxımdan özünü doğrultmur. Ona də təcübədə verilənlər bazası əsasən məhdud çərçivədə müəyyən bir sahə üçün layihələndirilir. Bir qayda olaraq müasir kompüterlərdə bir neçə müxtəlif verilənlər bazası yaradılır. Lazım gəldikdə isə eyni tətbiq sahəsi üçün yaradılan müxtəlif verilənlər bir-biri ilə əlaqələndirilib, inteqrasiya edilmiş verilənlər bazası olur. Belə sistemlərə verilənlər bazasını idarəetmə sistemi deyilir.
Verilənlər bazasınin təşkili üçün müxtəlif üsul və vasitələrdən istifadə olunur. Müəyyən sistemin layihələndirilməsində bu üsul və vasitələrin seçilməsi verilənlər bazasına qoyulan başlıca tələblərin ödənilməsinə əsaslanmalıdır.
Bu tələblərə verilənlər bazasının xarakteristikaları deyilir və onlara aşağıdakılar aid edilir:
- verilənlərın daxili strukturunun saxlanılması;
- verilənlərin təkrarlanmasının minimuma endirilməsi;
- verilənlərdə uyğunsuzluğun aradan qaldırılması;
- verilənlərin çoxməqsədli və birgə istifadə edilməsi;
- verilənlərin birgə idarə edilməsi;
- verilənlərın məhsuldarlığı;
- verilənlərın tamlıgı və s.
Verilənlər bazasının idarəetmə sistemi elə qurulmalıdır ki, verilənlərdən məhsuldar istifadə edilsin. Verilənlərın məntiqi təşkili proqram vasitələrinin köməyi ilə müxtəlif məlumat modellərini müəyyən edir.
Verilənlər modeli bir - birilə qarşılıqlı əlaqədə olan verilənlərin strukturları və bu strukturlar üzərində aparılan əməliyyatların məcmusundan ibarətdir. Modelin növü və onda istifadə edilən verilənlərın quruluş tipi verilənlərın təşkili və işlənməsi konsepsiyasını əks etdirir. Qeyd etmək lazımdır ki, eyni bir informasiyanın yerləşdirilməsi üçün verilənlərin müxtəlif modellərindən istifadə edilir. Onların seçilməsi mövcud texniki və proqram təminatından asılı olub, həll edilən məsələlərin mürəkkəblik dərəcəsi və emal edilən informasiyanın həcmi ilə müəyyən edilir.
Kompüterdə verilənlərın saxlanması və idarə edilməsi modelləri arasında daha mürəkkəb modellər şəbəkə və iyerarxik modelləridir. Verilənlərın şəbəkə və iyerarxik modeli verilənlər bazasımn idarəetmə sistemində verilənlər bazasının məntiqi təşkilinin müvafiq üsulu olmaqla, bir-biri ilə qarşılıqlı əlaqədə olan obyektiərin məcmusundan ibarətdir. İki obyekt arasındakı əlaqə onların asılılığını və ya tabeçiliyini əks etdirir. Bu modellərin obyekti verilənlər bazasını idarəetmə sistemində qəbul edilən verilənlərın quruluşunun əsas növü hesab edilir.
İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli yalnız bir obyektə tabe olur. Şəbəkə modellərində isə ixtiyari bir obyekt bir neçə obyektə tabe ola bilər.
İyerarxiya modellərində müraciət bir qayda olaraq, obyektə edilcək mürəciət digər obyektə tabeçiliyi olmayan ən yuksək səviyyəli obyekdən təyata keçirilir.
Şəbəkə modellərində obyektlərin quruluşu çox zaman xətti, bəzi hallarda isə iyerarxik olur. Nisbətən aşağı səviyyəli verilənlərın quruluşu özünəməxsus xüsusiyyətlərə və adlara malik olur.
Verilənlərın relyasiya modelləri, nəzərdən keçirilən şəbəkə və iyerarxiya modellərindən fərqli olaraq, məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl formasında təqdim edilməsi və məlumatlara müraciətin münasibliyi ilə fərqlənir.
Verilənlərın relyasiya modeli sadə iki ölçülü cədvəllərin məcmusundan ibarətdir. Relyasiya modelində bir-biri ilə əlaqədə olan cədvəl arasındakı əlaqələr cədvəl münasibətlərinin eyni atributlarının qiymətlərinin bərabərliyinə görə müəyyən edilir.
Cədvəl münasibəti relyasiya modellərinin universal obyektidir. Onun sayəsində relyasiya modelini saxlayan müxtəlif məlumatlar bazasının idarəetmə sistemində verilənlərın işlənməsinin unifikasiyası mümkün olur.
Relyasiya modelində cədvəl verilənlərın quruluşunun əsas növü hesab edilir, Onun quruluşu sütunların məcmusu ilə müəyyən edilir. Cədvəlin hər bir sətrində müvafiq sütuna uyğun yalnız bir qiymət olur. Cədvəldə iki eyni sətir ola bilməz və onların ümumi sayı məhdudlaşdırılmır. Sütun verilənlərın müəyyən bır elementinə uyğun gəlir və o verilənlərın sadə quruluşundan ibarətdir.
Müəyyən predmet sahəsini əks etdirən, bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə olan, normalaşdırılmış munasibətlərin məcmusu relyasiya verilənlər bazasını formalaşdırır. Relyasiya verilənlər bazasının məntiqi təşkilinin təsviri onun quruluşunu müəyyən etməlidir. Burada cədvəlin tərkibinin müəyyən edilməsi və hər bir nisbətin quruluşunun təsvirinin verlməsi nəzərdə tutulur.
Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının səmərəli quruluşunun yaradılması onların idarəetmə sistemində qərarların qəbul edildiyi səviyyələrə uyğun təşkil olunmasından ibarətdir. Bu proseslərin yerinə yetirilməsində verilənlər bazasının idarəetmə sistemi mühüm rol oynayır.
Verilənlər bazasının idarəetmə sistemləri xarici yaddaş qurgularında verilənlər bazasının yaradılması üçün istifadə edilən, habelə verilənlərə müraciəti və onların işlənməsini təmin edən universal proqram vasitəsidir. Verilənlər bazasını idarəetmə sistemi verilənlər bazalarından çoxməqsədli qaydada istifadəni, verilənlərin mühafizəsini və bərpasını təmin edir. İnkişaf etmiş dialoq vasitələrinin və yüksək səviyyəli sorğu dilinin mövcud olması verilənlər bazasının idarəetmə sistemini istifadəçi üçün ən əlverişli vasitəyə çevirir. Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemi vasitələrinin köməyilə kompüterin sabit yaddaşında təşkil edilmiş verilənlər yığımıdır. Verilənlər bazasının köməyilə saxlanan məlumatların minimum təkrarlanmaları ilə yanaşı, məntiqi əlaqədə olan verilənlərın inteqrasiyası təmin edilir. Verilənlər bazası müəyyən predmet sahəsində informasıya obyektlərinin məntiqi modelini əks etdirən verilənlərı özündə birləşdirir. Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemində istifadə edilən modelə və verilənlərın quruluşuna uyğun təşkil edilir. Verilənlər bazasında adətən çoxsaylı istifadəçilər üçün zəruri məlumatlar olur. Ümumi verilənlər bazasına bir neçə istifadəçinin eyni vaxtda müraciət etməsi verilənlər bazasının idarəetmə sisteminin fərdi kompüterlərin lokal şəbəkəsində quraşdırılan və çox saylı istifadəçilər uçün verilənlər bazası yaradılan zaman mümkün olur. Verilənlər bazasının idarəetmə sistemi şəbəkədə müxtəlif istifadəçilərin ümumi məlumatlar bazasına müraciət hədlərini izləyir və istifadəçilər eyni zamanda ümumi verilənlərlə işləyəndə verilənlərın mühafizəsini təmin edir.
Verilənlər bazasını idarəetmə sistemi bir sıra xassələrə malikdir:
- modelin müxtəlif obyektlərində verilənlərın təkrarlanması;
- verilənlərın bir dəfə daxil edilməsi və onlarda düzəlişlərin sadələşdirilməsi;
- verilənlərın uyğunluğu və birinin diğərini inkar etməməsi;
- verilənlər bazasının tamlığı və bütövlüyü;
- verilənlər bazasının çoxaspektli müraciət imkanının olması;
- verilənlər bazasında verilənlərın ixtiyari seçilməsi;
- verilənlərdən müxtəlif məsələlər və istifadəçilər üçün istifadə edilməsi;
- qəza şəraitində, qurğuların və proqramların nasazlıqları yarandıqda və ya istifadəçilər səhv etdikdə belə verilənlərın mühafizəsi və bərpasının mümkünlüyü və s.
Verilənlər bazasını idarəetmə sistemi müxtəlif predmet sahələri üçün istifadəçilərin praktik işinin avtomatiaşdırılmasının əsasını təşkil edir.
İstifadəçi tərəfindən praktiki işlər üçün verilənlər bazasını idarəetmə sisteminin seçilməsi bir sıra amillərlə bağlıdır:
- mövcud texniki və baza proqram təminati, onların konfiqurasiyası, əməli və disk yaddaşı;
- istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;
- verilənlər modelinin növü;
- predmet sahəsinin xüsusiyyətləri;
- informasiya məntiqi modelinin quruluşu;
- verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin olması;
- istifadəçinin ixtisas səviyyəsi və verilənlər bazasının idarəetmə sistemində verilənlər bazası ilə istifadəçi arasında dialoq vasitələrinin olması.
Verilənlər bazasımn idarəetmə sistemi tətbiqi proqramlar paketi şəklində göndərilən proqram məhsullarından ibarət olmaqla kompüterə quraşdırılır. Verilənlər bazasının idarəetmə sistemi kompüterə quraşdırıldıqdan sonra verilənlər bazasının yaradılması həyata keçirilir. Qeyd etmək lazımdır ki, fərdi kompüterlər üçün müasir verilənlər bazasının idarəetmə sistemi yüksək üstünlüyə malikdir. Bu imkan verir ki, sistemin istifadəçi üçün işlənib hazırlanmasının ilkin mərhələsində verilənlər bazasının ayrı-ayrı hissələrinin yaradılmasma başlanılsın. Məlumatlar bazasının bu cür işlənib hazırlanması tədricən onun genişləndirilməsinə və modifikasiyasına əlverişli şərait yaradır. Beləliklə, istifadəçi tərəfindən işin texnologiyasının mənimsənilməsi sürətlənir, verilənlər bazasının idarəetmə sisteminin imkanlarının öyrənilməsi və mərhələlərlə tətbiqi asanlaşır.
MÖVZU 8.2
MS ACCESS verilənlər bazasını idarəetmə sisteminin elementləri və onlarla işləmə qaydaları
Plan:
-
MS ACCESS verilənlər bazasını idarəetmə sisteminin elementləri
-
MS ACCESS-də cədvəllərin tərtib edilməsi və formanın hazırlanması
3. MS ACCESS-də sorguların, hesabatların hazırlanması
Access tətbiqi proqramı yükləndikdə ekranda Access pəncərəsi görünür. Access-in menyusu istifadəçi üçün lazım olan işin yerinə yetirilməsi əməliyyatlarını muəyyən edən əmrləri özundə birləşdirir. Access verilənlər bazası ixtiyari rejimdə əlverişli istifadəçi interfeysini təmin edir.
Access yükləndikdən sonra onun pəncərəsi ilə eyni vaxtda verilənlər bazasının yaradılmasına başlamağı və ya mövcud verilənlər bazası ilə işləməyə imkan verən birinci dialoq pəncərəsi də görünür. Pəncərənin «Файл» menyusunun «Создать» əmrini verməklə sağ tərəfdə yeni açılmış işçi pəncərədən «Новая база данных» rejimi seçilir. Bu rejim verildikdən sonra ekranda yeni pəncərə əks olunur. Bu pəncərədə yaradılacaq verilənlər bazasına ad verilir və həmin ad yaddaşa yazılır. Növbəti açılan pəncərənin sol tərəfində Access obyektləri verilir. Verilənlər bazası pəncərəsində Access obyektiərinin əsas tipləri: cədvəllər, sorğular, formalar, hesabatlar, səhifələr, makroslar, modullar verilir.
Əgər istifadəçi artıq mövcud olan verilənlər bazası ilə işləmək istəyirsə onda «Файл» menyusunun «Открыть» əmrindən istifadə edib, açılan pəncərədən lazım olan bazanın adını seçərək onu açır.
Verilənlər pəncərəsinin işci sahəsi Access-in seçilmiş tipdən olan müraciətlərinin siyahısını əks etdirmək üçündür. Verilənlər bazasının yaradılması üçün açılan pəncərədə ilkin sətirdə üç düymə verilir. Həmin düymələrin təyinatı aşağıdakı kimidir:
- Открыть (Aç) düyməsi secilmiş cədvəlin, formanın, sorğunun adlanmasına, yaxud hesabata baxılmasına, yaxud da makrosun icrasına imkan verir;
- Конструктор (Layihələndir) düyməsi əvvəllər yaradılmış ixtiyari obyektin üzərində tamamlama rejiminə keçməyə imkan verir;
- Создать (Yeni) duyməsi seçilmiş tipdən olan yeni ixtiyari obyektin yaradılmasına başlamağa imkan verir.
Access məlumatlar bazasının ilkin pəncərəsi çox sadə quruluşa malikdir. Bu pəncərə qeyd olunduğu kimi 7 növ obyektdən ibarətdir.
Bu öbyektlər aşağıdakılardır:
- Cədvəl - verilənlər bazasının əsas obyektidir. Bu obyektdə məlumatlar saxlanılır;
- Sorğu - bu obyekt xüsusi quruluşa malik olub, verilənlər bazasını işləmək üçün istifadə olunur. Sorğuların köməyi ilə verilənlər nizamlanır, süzgəcdən kecirilir, seçilir, dəyişdirilir, birləşdirilir;
- Forma - bu obyektin köməyi ilə bazaya yeni verilənlər daxil edilir və ya mövcud olan verilənlərə baxılır;
- Hesabat - onun köməyi ilə verilənlər əlverişli şəkildə çap edilir;
- Səhifə- bazanın Web-səhifə üçün təşkilini təmin edir:
- Makros - bu obyekt makro əmrdir. Əgər verilənlərlə hər hansı bir əməliyyat tez-tez təkrarlanırsa, bir neçə əmri bir makrosda qruplaşdırmaq əlverişlidir və bunun üçün ayrılmış düymələr kombinasiyasından istifadə edilir;
- Modul - bu Vizual Basic alqoritmik dilində yazılmış proqram prosedurdur. Əgər Access-in standart vasitələri sifarişçinin verilənlər bazasını yaratmaq üçün kifayət etmirsə, onda proqram sistemin imkanlarını genişləndirməklə, yeni modul yaradır.
Təşkilat nöqteyi-nəzərdən verilənlər bazasında işləmək üçün iki müxtəlif rejimdən istifadə edilir:
- layihə;
- istismar (istifadəçi).
Bazanı yaradan bazada yeni obyektlər ( məsələn cədvəllər) yaradır, onların quruluşunu verir, sahələrin xassələrini dəyişir və onlar arasında əlaqə yarada bilir.
Baza istifadəçiləri isə formaların köməyi ilə bazaya informasiya daxil edir, sorğuların köməyi ilə həmin verilənlərı işləyir və nəticələri hesabat şəklində verir.
Cədvəllərin tərtib edilməsi:
Yuxarıda qeyd olunmuş qaydada yeni verilənlər bazasının yaradılmasını müəyyənləşdirdikdən sonra cədvəlin yaradılması məqsədilə açılmış dialoq pəncərəsində cədvəl rejimini seçirik. Rejimi seçdikdən sonra pəncərənin aktiv hissəsində cədvəl yaratmanın üç üsulu verilir. Bunlar
- Создание таблицы в режиме конструктора (cədvəlin layihəçi rejimində yaradılması);
- Создание таблицы с помощью мастера (cədvəlin ustanın köməyi ilə yaradılması);
- Создание таблицы путем ввода данных (cədvəlin verilənlərin daxil edilməsi ilə yaradılması).
İstifadəçi bu rejimlərdən uyğun olanını seçir. Əgər istifadəçi birinci üsulu seçibsə, yəni cədvəli layihəçi rejimində yaratmaq istəyirsə, açılan yeni pəncərədə bazanın hər bir sahəsinin adı və bu sahədəki verilənlərin tipi göstərilir. Pəncərənin aşağısanda verilən xüsusi sahədə verilənlərin tipi ilə əlaqədar olan müxtəlif xassə və atributlar müəyyənləşdirilir. Cədvəl sahələri və tiplər elan edilib qurtardıqdan sonra pəncərə bağlanılır və tələbə uyğun olaraq cədvələ ad verilir. Yeni yaradılmış cədvəlin adı ilkin pəncərəyə avtomatik olaraq əlavə olunur.
Əgər istifadəçi cədvəlin yaradılması üçün ikinci üsulu seçirsə, yəni cədvəli ustanın köməyi ilə yaratmaq istəyirsə, üsul seçiləndən sonra (onun üzərində düyməni ardıcıl olaraq iki dəfə basmaqla) açılan pəncərədə cədvəlin tipi (işgüzar, şəxsi) seçilir, daha sonra «Образцы таблиц» sahəsindən cədvəlin nümunəsi seçilir. Növbəti addımda «Образцы полей» sahəsindən lazımi sahələrin adı seçilərək ya ayrı-ayrılıqda, ya da hamısı birdən düymələr vasitəsilə «Поля новой таблицы» sahəsinə keçirilir. «Далее» düyməsini basmaqla növbəti mərhələyə keçirik. Burada cədvələ ad verilir. Bundan sonrakı mərhələdə yaradılacaq cədvəlin digər cədvəllərlə əlaqəsi və açar sahə müəyyənləşdirilir. Daha sonrakı mərhələdə cədvəlin strukturunda dəyişiklik olacağı, verilənlərin daxil edilməsi və ya verilənlərin forma ilə daxil edilməsi təyin edilir. Burada da yeni yaradılan cədvəlin adı ilkin pəncərəyə əlavə edilir.
Üçüncü üsul seçildikdə, yəni cədvəlin yaradılması verilənlərin daxil edilməsi ilə həyata keçirilməsi üsulu seçildikdən sonra açılan yeni pəncərədə hər bir sahənin adı hissəsində düyməni iki dəfə sıxmaqla sahə yeri aktivləşdirilir və oraya sahənin adı daxil edilir. Növbəti sətirlərə isə sahələrə uyğun olan verilənlər daxil edilərək yeni cədvəl yaradılır. Burada da sonda cədvələ ad verilir (tələbata uyğun olaraq) və həmin cədvəl ilkin pəncərəyə əlavə olunur.
Sonrakı mərhələdə yaradılmış cədvəli seçərək açıb həmin cədvələ verilənlər daxil etmək mümkündür. Aydındır ki, yaradılma üsulundan asılı olaraq cədvələ ya yaradılma mərhələsində, ya da sonradan verilənlərlər daxil edilir. Cədvəl açıldıqdan sonra adətən pəncərənin aktiv hissəsində sahələrin adları və uyğun verilənlər, sonra isə bazanın ayrı-ayrı yazılarına keçidi təmin edən xüsüsi sətir yerləşir.
Formanın hazırlanması:
Access verilənlər bazası işləmək üçün istifadəçiyə qrafik interfeysin layihələndirilməsi sahəsində geniş imkanlar verir. Bunun mühüm vasitələrindən biri giriş-çıxış formalarıdır ki, bu da verilənlər bazası cədvəllərində yazıların ilkin yüklənməsini həyata keçirməyə, verilənlərə nəzarət edilməsi funksiyasını yerinə yetirməyə, həmçiıün verilənlərdə düzəlişlər etməyə (yeni yazırılar əlavə etmə, silmə və sahədəki verilənləri dəyidişrməyə) imkan verir.
Formanın alınmış maketinə uyğun olaraq Access vasitələrinin köməyilə ekran formasının qurulması həyata keçirilir. Bu zaman hazırlıq işləri mərhələsində istifadəçinin formaya qarşı qoyduğu tələblər nəzərə alınmalıdır. Burada məlumatların hansı cədvəldən götürülərək əks etdirilməsi, formada hansı sahələrin verilməsi, hesablanacaq sahələrin lazım olub-olmaması, formanın rəsmiləşdirilməsinə xidmət edən qrafik elementlərin olması, mətni və şəkilləri şərh edən xətlərdən istifadə ediləcəyi göstərilir.
Formanın quruluşu, formanın layihələndirilməsi rejimində əks etdirilir. Bu rejimdə formanın sahələrinin və elementlərin sazlanması istifadəçi tərəfindən aparıla bilər. Layihələndirmə pəncərəsində formanın başlıq, verilənlər və əlavə qeydlər sahələri ayrılır. Formanm sahələri müxtəlif qrafik obyektlərdə doldurulur. Cədvəl yazılışları ilə əlaqədar olan və müəyyən sahə verilənlərının əks etdirilməsi üçün nəzərdə tutulan qrafik obyektlərə idarəetmə elementləri deyilir. Idarəetmə elementlərinin əsas tipləri sahə, siyahı sahəsi və siyahıdır. Cədvəllərlə və ya sorğularla əlaqədar olmayan qrafik obyektlər ilk növbədə formanın maketinin yaradılması üçün istifadə olunan və sahələrin uzərindəki qeydləri (rekvizitlərə istifadəçilərin verdiyi adlar), tətbiq edilən obyektləri, həmin obyektlər üzərindəki qeydləri və başlıqları özündə birləşdirir. Həmin elementlər haqqındakı informasiya formanın maketində saxlanılır. Forma, eləcə də onun hər bir elementi onlara nəzarət edilməsi və düzəlişlərin aparılmasını təmin edən xassələrə malikdir. Elementin xassəsi onun xarici görünüşünün, ölçünün formanın harasında yerləşməsinin, giriş-çıxış rejimlərinin, makrosların və ya proqramın təyin edilməsinə imkan verir. Xüsusiyyətlər dialoq pəncərəsində əks etdirilir və burada hər bir xüsusiyyət və onun qiyməti üçün yer ayrilir. Formadan müxtəlif məqsədlər üçün, məsələn, nəzarət edilən cədvəldə başqa yazılara keçilməsi, yazılarda düzəliş aparılması (əlavələr edilməsi, təkrarlanması, bərpası, çıxarılması, saxlanması), forma ilə işin yerinə yetirilməsi (acılması, bağlanması, təmizlənməsi, yenilənməsi) ücun muvafiq idarəetmə düymələri nəzərdə tutula bilər.
Formanın yaradılması üçün ilkin pəncərədən «Форма» obyekti seçilir. Bu obyekt seçildikdən sonra formanın yaradılmasının iki üsulu verilir. Həmin rejimlər aşağıdakılardır:
-
Создание формы в режиме конструктора (formanın layihəçi rejimində yaradılması);
-
Создании формы с помощью мастера (formanın ustanın köməyi ilə yaradılması).
Birinci üsuldan istifadə etdikdə yeni açılan pəncərədə formanın yaradılması, müxtəlif elementlərin, yazı və sahə elementlərinin əlavəsi üçün alətlər paneli verilir. Bu panelin hər bir elementindən istifadə etməklə bazanın ayrı-ayrı cədvəllərinə istənilən formanı vermək olar. Seçilən alətdən asılı olaraq formanın yaradılması mərhələlərini ardıcıl yerinə yetirmək lazımdır. Qeyd edək ki, layihəçi rejimində formaların hazırlanması əslində böş cədvələ müxtəlif obyeklərin: adi yazıların, sahələrin, siyahıların, şəkillərin, düymə və keçirici açarların, qrafiklərin, müxtəlif redaktorların elementlərinin əlavəsi həyata keçirilir.
İknci üsulla formaların yaradılması zamanı üsul seçildikdən sonra birinci mərhələdə forma veriləcək cədvəl və sahələr seçilir. Sonrakı mərhələdə formanın xarici görünüşü müəyyənləşdirilir (lentvari, bir sütunda, cədvəl şəklində, icmal cədvəl kimi, icmal diaqram kimi və s.). Ücüncü mərhələdə formanın stili verilən sahədən forma tərtib edənin istəyinə görə müəyyənləşdirilir. Bundan sonra sonuncu mərhələyə keçilir. Bu mərhələdə formaya ad verilir. Eyni zamanda formanın verilənlərin daxil edilməsi üçün açılması və ya maketin dəyişdirilməsi variantlarından biri seçilərək verilir. Əgər maketin dəyişdirilməsi variantı seçilərsə, onda ekrana verilən formada hər bir sahəni aktivləşdirərək onun üçün ayrılmış sahəni dəyişmək və ya yeni elementləri əlavə etmək olar.
Sorguların hazırlanması
Sorğu bir və ya bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə cədvəllərdən zəruri verilənlərı seçməyə, hesabatlar aparmağa və nəticələri cədvəl şəklində almağa imkan verir. Sorğu vasitəsilə cədvəldəki məlumatların təzələnməsi, əlavələr edilməsi və yazılışların çıxarılması da aparıla bilər. Sorğu verilənlər bazasını bir və ya bir neçə cədvəlləri əsasında qurulur. Bundan başqa digər sorğuların yerinə yetirilməsi nəticəsində alınmış və saxlanılan cədvəllərdən də istifadə edilə bilər. Sorğu bilavasitə digər sorğuların nəticələrində alınmıs müvəqqəti cədvəllərdən istifadə edilməklə də alına bilər.
Sorğuların təyinatı və vəzifələri aşağıdakılardan ibarət ola bilər:
- seçmənin şərtlərini ödəyən yazıları seçib götürmək;
- sorğuların nəticə cədvəlinə lazım olan sahəni daxil etmək;
- alınmış yazıların hər birində hesablamaları aparmaq;
- bir və ya bir neçə eyni qiymətə malik olan sahələrin yazılarını qruplaşdırmaq və onlar üzərində qrup halında funksiyaları yerinə yetirmək;
- seçilib götürülmüş yazılar alt çoxluğunda yeniləməni aparmaq;
- mövcud cədvəl verilənlərındən istifadə etməklə, məlumatlar bazasının cədvəlindən seçilmiş yazılar alt çoxluğunu çıxarmaq;
- seçilmiş yazılar alt çoxluğunu digər cədvələ əlavə etmək.
Çoxcədvəlli sorğu verilənlər bazasının müxtəlif cədvəllərindən qarşılıqlı əlaqəli yazıların birləşdirilməsi yolu ilə yaradılan və bu cədvəllərin lazım olan sahələrinə daxil edilməsi hesabına yeni cədvəl yazıların formalaşdırılmasına imkan verir. Bir sıra sorğuların ardıcıl şəkildə hazırlanması, proqramlaşdırmaya müraciət etmədən kifayət qədər mürəkkəb məsələlərin həlli üçün əlverişli sərait yaradır. Access sistemində bir necə növ sorğuların yaradılması mumkun olur.
Sorgunun layihələndirilməsinin əsas prinsiplərini seçmək üçün layihələndirmə prosesini dərindən dərk etmək lazımdır. Sorğuların yerinə yetirilməsi nəticələri cədvəl şəklində əks etdirilir.
Nəticə yazılarına daxil edilən sahələr istifadəçilər tərəfindən sorgu blankında göstərilir.
Sorğu cədvəllərinin nəticələri sonradan verilənlərın işlənməsində istifadə edilir. Seçmək üçün sorgularda həmin məlumatlar bazasının cədvəllərindən, habelə əvvəl yaradılmış sorğulardan da istifadə edilə bilər. Bir sorğuda digər sorğudan bilavasitə istifadə edilməsi mümkündür.
Sorğuların layihələndirilməsi pəncərəsi iki hissəyə ayrılır:
- Yuxarı panel özündə verilən sorğu üçün seçilmiş cədvəli birləşdirməklə, sorğunun verilənlər sxemini əks etdirir. Cədvəllər sahələrin siyahısı şəklində verilir. Verilənlər sxemi verilənlər bazasının sxemindəki cədvəllər arasındakı əlaqələri və birləşmə əlaqələrini əhatə etməklə Access VBİS vasitəsilə müəyyən edilir. Bundan başqa istifadəçi özündə bu cür əlaqələri müəyyən edə bilər;
- Aşağı panel doldurulması lazım gələn nümunə üzrə sorğu blankından ibarətdir. Blankın hər bir sütunu sorğu ilə işlənməsi lazım gələn bir sahəyə aiddir. Sahələr onların sorğuların yerinə yetirilməsi nəticələrinə daxil edilməsi, müvafiq çeşidləmə üzrə tapşırıq verilməsi və yazıların secilməsi şərtlərinin muəyyən edilməsi uçun istifadə edilə bilər.
Sorğu blankı doldurulan zaman aşağıdakılara əməl edilməlidir:
- Sorğuda istifadə edilən sahələrin adları Поле (Sahə) sətrinə daxil edilməli, nəticə cədvəlinə daxil edilməli olan sahələr (ekrana çıxarılmalıdır) sətrində qeyd edilməli, yazıların seçilməsi şərti (seçilmənin şərti) sərtində verilməli, nəticə yazılarının çeşidlənməsi qaydasının seçilməsi ilə çeşidlənmə sətrindən götürülməlidir;
- Sorğu blankının hər bir sütunu cədvəlin müəyyən bir sahəsinə uyğun gəlir. Burada həmcinin digər sahələrin qiymətləri əsasında qiyməti hesablanan "hesablanan sahə" və ya Access-in qrup şəkilli funksiyalarından birini istifadə edən "yekun sahəsi"də yerləsdirilə bilər. Cədvəllərdən lazım olan sahənin sorğunun müvafiq sütunlarına daxil edilməsi üçün sorğuların verilənlər sxemindəki cədvəl sahələrinin siyahısından lazım olan sahənin sorğu blankının birinci sətrinə gətirilməsi kifayətdir;
-Yazıların seçilməsi şərti sorğu blankının müvafiq sətrində bir və ya bir neçə sahələr üçün verilə bilər. Seçmə şərti sahələr üçün istifadə edilən, müqayisə operatorlarından və operandlarından ibarət olan ifadədir;
-Sorğudakı sahələr üzərində zəruri hesablamaları da aparmaq olar. Hesablamaların nəticəsində sorğular üzrə cədvəldə hesablanılan sahə yaranır.
Sorğu yaratmaq üçün ilkin pəncərədən «Запросы» obyektini seçirik. Sorğuların yaradılmasının da iki üsulu verilir:
-
Создание запроса в режиме конструктор (sorğunun layihəçi rejimində yaradılması);
-
Создание запроса с помощью мастера ( sorğunun ustanın köməyi ilə yaradılması);
Birinci üsuldan istifadə etdikdə açılan yeni pəncərədə sahənin adı, sorğu yaradılacaq cədvəlin adı, çeşidləmə üsulu, ekrana verilib- verilməməsi və seçmə şərti verilir. Bu parametrlər hər bir sahə və ya cədvəl üçün ayrılıqda yerinə yetirilir.
İkinci üsul seçildikdə sorğunun yaradılması üstanın köməyi ilə ardıcıl mərhələlərlə yerinə yetirilir. Əvvəlcə sorğunun yaradılması üçün istinad ediləcək cədvəl və ya sorğu seçilir. Sonra sorğu üçün sahələr müəyyənləşdirilərək seçilir. Növbəti mərhələyə keçilir. Bu mərhələdə ya alınmış nəticənin ekrana verilməsi, ya da alınan sorğuda dəyişikliklər edilməsi təyin olunur. İkinci variant seçildikdə sorğunun yaradılmasının birinci üsulunun tələbləri ekrana gəlir və proses yerinə yetirilir.
Hesabatların hazırlanması
Hesabatların işlənib hazırlanması üzrə Access vasitələrinin başlıca təyinatı çıxış çap sənədləri səklində cədvəllərdə verilənlərın çıxarılmasının həyata keçirilməsini təmin edən hesabatların yaradılmasından ibarətdir. Həmin vasitələr çoxlu müxtəlif cədvəllərdən qarşılıqlı əlaqəli verilənlərın çıxarılmasını təmin etməklə, mürəkkəb quruluşa malik olan hesabatın layihələndirilməsinə imkan verir.
Hesabatın layihələndirilməsi prosesində onun bölmələrinin tərkibi və məzmunu, eləcə də verilənlər bazası cədvəllərinin sahələrindən qiymətlərin hesabatda yerləşdirilməsi qaydası müəyyən edilir.
Hesabatın maketinin yaradılması və dəyişdirilməsi hesabatların layihələndirilməsi pəncərəsində həyata keçirilir. İlk növbədə bu pəncərədə məlum olduğu kimi hesabatın boş bölmələri əks etdirilir. Bu bölmələrin mövcudluğu, onların əlavə edilməsi və çıxarılması müvafiq menyu əmrləri ilə aparılır.
Hesabatın forması hazırlanarkən pəncərədəki sahələr istifadəçi tərəfindən müəyyən edilmiş hesabat maketinə uyğun elementlərlə doldurulmalıdır. Hesabatın bölmələrinin məzmunu təyin edilərkən, onun ayrı-ayrı səhifələrinin rəsmiyyətə salınmasına qarşı qoyulmuş tələblərə istinad edilməlidir. Verilənlər sahəsində verilənlər bazası cədvəlinin sahələri yerləşdirilir. Sahələr üzrə yazılışların qruplaşdırılması lazım gəldikdə, hesabatların layihələndirilməsi pəncərəsində "qrupun başlığı" və "qrupun qeydləri" bölmələri də əlavə edilə bilər.
Hesabatların hazırlanması üçün ilkin pəncərədən «Отчеты» (Hesabatlar) obyektini seçirik və sonra yaradılmanın iki üsulundan biri ilə hesabatı yaradırıq. Bu üsullar aşağıdakılardır:
-
Создание отчета в режиме конструктора (hesabatın layihəçi rejimində yaradılması)ı
-
Создание отчета с помощью мастера (hesabatın ustanın köməyi ilə yaradılması);
Birinci üsulla hesabatın yaradılmasında istifadəçi yuxarı və aşağı kolontitullar və onların parametrlərini, orada yerləşdiriləcək elementləri, eləcə də verilənlər sahəsinin ölçülərini, müxtəlif format parametrlərini, sahəyə yerləşdiriləcək elementləri müəyyənləşdirir və hesabatın ümumi görünüşünü təyin edir.
İkinci üsuldan istifadə etdikdə bir neçə mərhələni keçərək hesabatı hazırlamaq olur. Əvvəlcə hesabat hazırlanarkən istinad ediləcək cədvəl, forma və ya sorğu və uyğun sahələr seçilir. Növbəti mərhələdə qrup elementlərinin səviyyəsi müəyyənləşdirilir. Daha sonra sahə elementlərinin çeşidlənmə qaydaları, hesabatın maketi və stili seçilir. Sonuncu mərhələdə hazır hesabatın ekrana verilməsi və ya hesabatda dəyişikliklər edilməsi təyin olunur. İlkin pəncərəyə hesabatın adı əlavə edilir. Həmin adı seçib açmaqla hesabata baxmaq olar.
Qeyd edək ki, hazırlanması şərh olunan bütün obyektlərin yaradılmasının ilkin (Verilənlər bazası) pəncərə «Конструктор» və ya «Создать» əmrləri ilə də analoji qaydada yaratmaq mümkündür.
MÖVZU 9
Komputer qrafikasının əsasları
Plan:
-
Kompüter qrafikasının təyinatı və növləri
-
Rastr qrafikası və onun xüsusiyyətləri
-
Vektor qrafikası və onun xüsusiyyətləri
-
Fraktal qrafika və onun təyinatı
Verilənlərin kompüterin monitorunda qrafik şəkildə təsvir olunması XX əsrin 50-cü illərinə təsadüf edir. Belə təsvirlərdən əsasən elmi və hərbi tədqiqatların aparılmasında istifadə edilirdi. O dövrdən başlayaraq verilənlərin qrafik şəkildə monitorda təsvir edilməsi fərdi kompüterlərin ayrılmaz hissəsinə çevrilmişdir.
Təsvirin yaradılmasını və təhlilini hesablama kompleksinə daxil olan proqramlar və təhcizatların köməyi ilə öyrənən metodlardan və avadanlıqlardan ibarət xüsusi sahə kompüter qrafikasıdır.
Kompüter qrafikası ilə iş fərdi kompüterdən istifadə etməyin ən yayılmış istiqamətlərindəndir. Bu işlə təkcə peşəkar rəssamlar və dizaynerlər deyil, istənilən fərdi kompüter istifadəçisi maraqlana bilər. İstənilən müəssisədə reklam vərəqəsi və buklet buraxılmasına, həmçinin qəzet və jurnallarda reklam elanlarının verilməsinə daima ehtiyac yaranır. İri firmalar belə işləri xüsusi dizayner bürolarına və reklam agentliklərinə tapşırırlar. Məhdud büdcəyə malik olan kiçik müəssisələr isə belə işləri öz vəsaitləri hesabına, əksər hallarda isə mövcud proqram vasitələrindən istifadə etməklə həyata keçirirlər.
Müasir multimedia proqramları fərdi kompüter qrafikası olmadan fəaliyyət göstərmir. Qrafika üzərində iş, kütləvi tətbiq edilən proqramlar edən tərtib proqramçılar qrupu tərəfindən hazırlanır və proqramçıların işinin təxminən 90%-ini əhatə edir.
Redaksiya və nəşriyyatın işində əsas əmək məsrəfləri də qrafiki proqramlarla bərabər bədii və tərtibat işlərinin payına düşür.
Qrafik proqram vasitələrinin geniş istifadəsi zərurəti İnternetin inkişafı ilə əlaqədar olaraq xüsusilə hiss olunmağa başlamışdır. Bu işdə aparıcı rol ayrı-ayrılıqda yaradılmış milyonlarla Web səhifələrini vahid "ümumdünya hörümçək toru"nda birləşdirən sistemin xidmətinə məxsusdur. Həmin səhifələrlə əsaslı tanışlıq WWW istifadəçisini lazımı səviyyədə başa salır ki, fərdi kompüter qrafikasından istifadə etməklə yerinə yetirilən tərtibat işlərinin yüksək səviyyədə həyata keçirilməsi firmalar arasında baş verən rəqabət nəticəsində birinin digərindən fərqlənməsinə səbəb olur. Nəticədə bu işdə fərqlənən firmalar kompüter qrafikası ilə maraqlananların və məşğul olanların diqqətini özünə çəkməyə nail olurlar.
Cazibədar Web səhifiləri yaratmağa qoyulmuş tələbat belə işlərlə məşğul olan rəssam və dizaynerlərin imkanları daxilində gördüyü işlərə qoyulmuş tələbatdan dəfələrlə çoxdur. Bununla əlaqədar olaraq müasir kompüter qrafikası vasitələri elə yaradılır ki, onlar nəinki rəssam və dizaynerlər üçün əlverişli alətə çevrilsin, hətta rəssamlıq və dizayner işləri ilə məşğul olmağa həvəskar olan, amma kifayət qədər təcrübəsi və qabiliyyəti (və ya vərdişi) olmayanlar bu sahədə məhsuldar işləyə bilsinlər.
Kompüter qrafikası ilə işləmək üçün çoxlu sayda proqram təminatının olmasına baxmayaraq qrafikanın cəmi üç növünü bir-birindən fərqləndirirlər. Bunlara rastr, vektor və fraktal qrafikasını aid etmək olar. Hər üç qrafika fərdi kompüterin ekranında əks olunan zaman və ya onların kağız üzərində çapı zamanı alınmış təsvirin formalaşmasına, formalaşma prinsiplərinə görə qrafikaları bir-birindən fərqləndirir.
Rastr qrafikasını elektron (multimedia) və poliqrafik nəşrlərin hazırlanması zamanı tərtib edirlər. Rastr qrafikasının vasitələri ilə hazırlanan illüstrasiyalar mürəkkəb olduğu üçün onları nadir hallarda fərdi kompüter proqramlarından istifadə etməklə əllə hazırlayırlar. Bu məqsədlə əsasən rəssam tərəfindən kağız üzərində hazırlanmış illüstrasiyalar və ya fotoşəkillər toplusundan istifadə edilir. Çox zaman hazırlanmış fotoşəkillər skaner vasitəsilə skanlaşdırılır.
Son zamanlar rastr qrafikalarından daha səmərəli istifadə edilməsi məqsədilə onların fərdi kompüterlərə daxil edilməsi üçün rəqəmli foto və videokameralardan geniş istifadə olunur. Bu səbəbdən də rastr illüstrasiyaları ilə işləmək üçün yaradılmış qrafik redaktorların əksəriyyəti təsvirlərin yaradılmasından çox, onların emalı üçün nəzərdə tutulmuşdur.
Rastr təsvirinin əsas elementi onun nöqtəsidir. Əgər bu ekran təsviridirsə, nöqtə piksel adlanır. Fərdi kompüterin əməliyyat sisteminin hansı qrafik rejimə uyğunlaşdırılmasından asılı olaraq, ekranda 640x480, 1024x768 və daha çox pikselə malik təsvirlər yerləşdirmək mümkündür.
Təsvirin həlli onun ölçüsü ilə bilavasitə əlaqədardır. Bu parametr bir uzunluq vahidinə düşən nöqtələrin sayı ilə (dot per inc - dpi) ölçülür.
Dioqnalı 15 düym olan ekranda təsvir təqribən 28x21 sm2 ölçüdə, bir düymün 2.54 millimetrə bərabər olduğunu nəzərə alsaq, manitorun 800x600 piksel rejimində işi zamanı ekran həlli 72 dpi-yə bərabər olduğunu asanlıqla hesablamaq olar.
Çap zamanı monitorun ekran həlli xeyli yüksək olmalıdır. Məsələn, rəngli təsvirin poliqrafik çapı üçün ekran həlli 300x200=600000 dpi tələb olunur, və yaxud, standart ölçülü (10x15 sm) fotoşəkil üzərində tərtibat işi aparılırsa, onda ekran həlli 1500x1000=1500000 dpi olduğu aydın görünür.
Qeyd etmək lazımdır ki, ekranda bir nöqtənin kodlaşdırılması üçün bayt istifadə edilir. Rastr qrafikasinın aşağıdakı çatışmayan cəhətləri vardır:
- Rastr təsvirinin istifadəsi zamanı əsas problem verilənlərin həcmcə böyük olmasıdır. Məsələn, adi jurnalın iki səhifəsi ölçüsündən böyük ölçülü illüstrasiyalarla fəal işləmək üçün 128 Mbayt və daha artıq əməli yaddaşı olan fərdi kompüterlər tələb olunur. Bu parametrlə yanaşı istifadə edilən fərdi kompüterin tərkibindəki mikroprosessorun da məhsuldarlığının yüksək olması vacibdir.
- Rastr təsvirlərinə aid olan detalların nəzərdən keçirilməsi üçün onların böyüdülməsi qeyri-mümkündür. Təsvir nöqtələrdən ibarət olduğu üçün onun böyüdülməsi təsviri təşkil edən nöqtələrin ölçüsünün böyüməsinə gətirib çıxarır. Nəticədə təsvirdəki əlavə detalları görmək istifadəçi üçün mümkün olmur. Bununla yanaşı nöqtələri böyüdülmüş illüstrasiyanın vizual görünməsi təhrifə uğrayır və ümumilikdə illüstrasiya kobudlaşır. Baş verən proses rastr qrafikasında pikselləşdirmə effekti adlanır.
Müasir dövrdə İnternet şəbəkələrində yalnız rastr illüstrasiyaların tətbiqinə geniş imkanlar verilir.
Vektor qrafikası ilə işi həyata keçirən proqram vasitələri isə əksinə ilk növbədə illüstrasiyaların emalını deyil, onların yaradılması üçün nəzərdə tutulmuşdur. Belə vasitələr reklam agentliklərində, dizayner bürolarında, redaksiya və nəşriyyatlarda geniş istifadə olunur.
Şrıftlərin və ən sadə həndəsi elementlərin tətbiqinə əsaslanan tərtibat işləri vektor qrafikası vasitələrindən istifadə etməklə xeyli asanlaşır. Vektor qrafikası vasitələrindən istifadə etməklə indiki zamanda istifadəçilər yüksək bədii keyfiyyətlərə malik əsərlər yarada bilirlər. Ümumilikdə belə əsərlər istisna təşkil edirlər. Çünki yüksək səviyyəli əsərlərin vektor qrafikası vasitələrinin köməyi ilə bədii hazırlanması olduqca mürəkkəb prosesdir.
Rastr qrafikasında təsvirin əsas elementi nöqtə olduğu halda, vektor qrafikasında bu rolu xətt oynayır. Bu zaman vektor qrafikasinda istifadə edilən xəttin düz və ya əyri xətt olmasının istifadəçi üçün heç bir əhəmiyyəti yoxdur.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, rastr qrafikasrnda da xətlərdən istifadə edilir. Amma belə xətlər ümumilikdə nöqtələrin kombinasiyası kimi nəzərdən keçirilir. Rastr qrafikasında xəttin hər bir nöqtəsi üçün yaddaşın bir və ya bir neçə xanası ayrılır. Xətti əmələ gətirən nöqtələrin rənglərinin sayı artdıqca yaddaşda onlar üçün ayrılan xanaların sayı da mütənasib olaraq bir o qədər artmış olur. Beləliklə, rastr qrafikasında xətt uzandıqca, yaddaşda daha çox sahə tələb olunur. Bundan fərqli olaraq vektor qrafikasında xətt üçün tələb olunan yaddaş sahəsi xəttin uzunluğundan asılı olmur. Xətt üzərində istənilən əməliyyatların aparılmasından asılı olmayaraq xətt üçün ayrılmış yaddaş sahəsi deyil, yaddaş sahəsində saxlanılan parametrlər dəyişmiş olur. Bu zaman yaddaş sahəsindəki xanaların sayı dəyişməz qalır.
Qeyd etdik ki, vektor qrafikasının əsas element xəttdir. Deməli, vektor qrafikası vasitəsi ilə əldə edilmiş vektor illüstrasiyasında olan təsvir xətlərdən ibarətdir. Yəni sadə obyektlər birləşərək mürəkkəb obyektləri, illüstrasiyanı əmələ gətirirlər. Belə yanaşmaya görə vektor qrafikasını bəzən obyektyönümlü qrafika da adlandırırlar.
Qeyd etdiyimiz kimi vektor qrafikasının obyektləri yaddaşda parametrlər yığımı kimi saxlanılır. Odur ki, ekranda alınmış təsvirlər nöqtələr toplusu şəklində çıxarılır. Buna isə əsas səbəb ekranın sadə texnologiya əsasında hazırlanmasıdır.
Vektor qrafikasında istənilən obyekti ekrana çıxarmazdan əvvəl kompüterin yaddaşında olan proqram ekran nöqtələrinin koordinatiarını təsvir üçün hesablayır. Obyektin printerdə çapı zamanı da analoji hesablamalar həyata keçirilir. Bu səbəbdən də vektor qrafikasına bəzən hesablanan qrafika da deyirlər.
Digər obyektlər kimi, xətlərin də öz xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərə aşağıdakıları aid etmək olar:
- xəttin forması (düz, əyri);
- xəttin qalınlığı;
- xəttin rəngi;
- xəttin qrafik təsviri (bütöv, qırıq xətlər şəklində).
Qapalı xətlərin əmələ gətirdiyi daxili sahə rənglənmə xassəsinə malik olur. Daxili sahəni rənglə, naxışla doldurmaq mümkündür.
Rastr və vektor qrafikaları arasında müəyyən fərqlər vardır. Bundan əvvəl rastr qrafikasının catışmayan cəhətlərini qeyd etmişdik. Vektor qrafikasında bu catışmazlıqlar aradan qaldırılmışdır. Lakin belə catışmazlıqların olması öz növbəsində bədii illüstrasiyaların yaradılması zamanı yerinə yetirilən işləri xeyli mürəkkəbləşdirir. Bunları nəzərə alaraq təcrübədə əsasən vektor qrafikasından əksər hallarda bədii kompozisiyaların yaradılması üçün deyil, lahiyə-konstruktor və çertyoj işlərinin həyata keçirilməsində, həmçinin illüstrasiyaların tərtibatında istifadə edirlər.
Müəyyən edilmişdir ki, xətt kimi sadə obyektin haqqında informasiyanın əməli yaddaşda saxlanması üçün vektor qrafikasında cəmisi səkkiz parametr tələb olunur. Bura xəttin enini, rəngini, xarakterini və sairə xüsusiyyətlərini əks etdirən parametrləri də əlavə etdikdə, belə xüsusiyyətə malik olan bir obyektin əməli yaddaşda saxlanması üçün təxminən 20-30 baytlıq yaddaş sahəsi kifayət edir. Deməli, minlərlə sadə obyektlərdən əmələ gələn mürəkkəb obyektləri yaddaşda saxlamaq üçün yüzlərlə kilobayt tutuma malik yaddaşın olması vacibdir.
Vektor qrafikasında miqyaslaşdırma (obyektin böyüdülməsi və ya kiçildilməsi) məsələləri asanlıqla həll olunur. Məsələn, əgər xətt üçün 0.15 qalınlıq müəyyənləşdirilsə, şəkli kifayət qədər böyütsək belə (və ya kiçiltsək) bu parametr dəyişməyəcəkdir, və yaxud, çertyojun böyük və ya kiçik ölçülü kağızda çap edilməsindən asılı olmayaraq çertyoju əmələ gətirən xətlərin qalınlığı eyni qalacaqdır.
Vektor qrafikasının bu xüsusiyyətlərinə əsaslanaraq ondan kartoqrafiyada, avtomatlaşdırılmış layihələndirmənin konstruktor sistemlərində və memarlıq işlərinin layihələndirilməsinin avtomatlaşdırılması sistemlərində geniş istifadə edirlər.
Fraktal qrafikası ilə iş proqram vasitələri, riyazi hesablamaların koməyi ilə təsvirləri fərdi kompüterlərdə avtomatik generasiya etmək üçün nəzərdə tutulmuşdur. Fraktal bədii kompozisiyanın yaradılması üçün təkcə şəkil çəkmək və ya tərtibatla məşğul olmaq deyil, bütün prosesi proqramlaşdırmaq lazımdır.
Ümumiyyətlə, fraktal qrafikadan çap işlərində, həmçinin elektron sənədlərin hazırlanmasında nadir hallarda istifadə edirlər. Ondan əsasən fərdi kompüterlərdə əyləncəli oyunlar üçün istifadə olunur.
Qeyd etmək lazımdır ki, fraktal qrafika da vektor qrafikası kimi hesablanandır. Fraktal qrafika ilə iş zamanı fərdi kompüterin yaddaşında heç bir obyekt saxlanılmır. Burada təsvirlər tənlik üzrə (və ya tənliklər sistemi üzrə) qurulur. Bu səbəbdən də istifadə edilən düstürlardan başqa heç nəyi yaddaşda saxlamaq tələb olunmur. Fərdi kompüterin ekranında bir-birindən fərqli təsvirlər almaq üçün sadəcə olaraq istifadə olunan tənliklərdəki əmsalları dəyişdirmək kifayətdir.
Fraktal qrafikanın canlı təbiətin surətlərini modelləşdirmək qabiliyyətindən istifadə edərək, istifadəçilər tez-tez qeyri-adi illüstrasiyaların fərdi kompüterdə generasiya edilməsinə nail olurlar.
Kompüter qrafikasında eyni zamanda müxtəlif obyektlərin bir neçə xassəsi ilə işləmək lazım gəldiyi üçün həll anlayışı ilə daha çox anlaşılmazlıqlar meydana çıxır. Bu səbəbdən də aşağıdakı anlayışları dəqiq fərqləndirmək lazım gəlir:
- ekran həlli;
- prınter həllı;
- təsvirin həlli.
Bu anlayışlar müxtəlif obyektiərə aiddir. Şəklin ekranda, kağızda və ya sərt diskdəki faylda hansı fiziki ölçüdə olmasını aydınlaşdırana qədər yuxarıda adları çəkilən həll qaydalarının bir-biri ilə qətiyyən əlaqəsi olmur.
Ekran həlli fərdi kompüter sisteminin (monitorun və videokartın parametrlərindən asılı olan) və əməliyyat sisteminin xassəsidir. Ekran həlli piksellərlə ölçülür və ekranı bütünlüklə tutan təsvirin ölçülərini müəyyənləşdirir.
Printer həlli printerin xassəsi olub, vahid uzunluqda çap oluna bilən ayrı-ayrı nöqtələrin miqdarını əks etdirir və bir dyümə düşən nöqtələr sayı (dpi) ölçü vahidi ilə ölçülür və verilmiş keyfiyyətdə təsvirin ölçüsünü, yaxud da əksinə, verilmiş ölçüdə təsvirin keyfiyyətini müəyyənləşdirir.
Təsvirin həllı təsvirin öz xassəsidir. Bu, həldə bir dyümə düşən nöqtələrin sayı ilə ölçülür. Təsvirin həlli təsvirin qrafik redaktorda və ya skanerlərin köməyi ilə yaradılmasında verilir. Təsvirin həlli parametrləri təsvirin faylında saxlanılır və təsvirin digər ayrılmaz xassəsi olan fiziki ölçü ilə sıx əlaqədə olur.
Təsvirin fiziki ölçüsü həm piksellə, həm də uzunluq vahidləri ilə (millimetr, santimetr, dyümlə) ölçülə bilir. O, təsvirin yaradılması zamanı verilir və faylla birlikdə mühafizə olunur.
Əgər təsvir ekranda nümayış etdiriləcəksə, onda onun hündürlüyü və eni piksellərlə verilir. Bu zaman şəklin ekranın hansı hissəsini tutacağını müəyyən etmək asanlaşır, və yaxud, təsvir çap etmək üçün hazırlanacaqsa, onda təsvirin ölçüləri, onun kağızda nə qədər yer tutacağını bilməklə lazım olan uzunluq vahidlərinin köməyi ilə təqdim edilir. Təsvirin həlli məlumdursa, onun piksellə verilmiş ölçüsünü uzunluq vahidinə, yaxud da əksinə çevirmək istifadəçiyə çətinlik törətmir.
MÖVZU 10
Kompüter şəbəkələri, onlarin topologiyaları və texnologiyaları
Plan:
-
Kompüter şəbəkələri, onların təyinatı və növləri
-
Lokal şəbəkələr
-
Qlobal şəbəkələr
Kompüter şəbəkəsi kompüter və bu tip sistemlər (printer və s.) arasında müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompüterlər bir-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə adapterləri, modemlər və s.) ilə birləşirlər. Protokol kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompüterlərə instalizasiya edilir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:
- İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi;
- İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi;
- Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü;
-Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü.
Kompüter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnifat edilə bilər:
1. Lokal şəbəkələr ( LAN-Lokal Area Network);
-
Qlobal şəbəkələr (WAN- Wide Area Network).
Hər bir kompüterin hansı şəbəkədə işləməsindən asılı olmayaraq, həmin kompüterdə qoyulmuş proqram təminatının funksiyasını iki qrupa bölmək olar: kompüterin öz resurslarını idarə edən (əməliyyat sistemi) və digər kompüterlərlə mübadiləni idarə edən.
Şəbəkə resurslarını şəbəkə proqram təminatı idarə edir ki, bu da şəbəkə proqramı şəklində ayrıca paket ya da şəbəkə əməliyyat sistemi şəklində həyata keçirilir.
Şəbəkə proqram təminatının işləməsini qaydaya salmaq və istənilən kompüter sistemlərinin qarşılıqlı əlaqəsini təşkil etmək məqsədilə Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatı açıq sistemlərin qarşılıqlı əlaqəsini təmin edən Etalon model təklif etmişdir. 1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfində şəbəkələrin qarşılıqlı əlaqələrin əsası olan model yaradıldı. Bu model OSI (Open System Interconnection) (Qarşılıqlı əlaqəli açıq sistem) adlandırılaraq müasir kompüter şəbəkələrinin əsasını təşkil edir.
OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir.
OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür: fiziki səviyyə; kanal səviyyəsi; şəbəkə səviyyəsi; nəqliyyat səviyyəsi; seans səviyyəsi; təqdimetmə səviyyəsi; tətbiqi səviyyə.
Fiziki səviyyə (Physical layer) fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş qoşa kabel, optik lifli kabel və s. nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. müəyyənləşdirilir.
Fiziki səviyyədə yalnız informasiya bitlərlə ötürülür. Lakin bu zaman əlaqə xətləri məşgul ola bilərlər.
Kanal səviyyəsində ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır. Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır. Kanal səviyyəsi hər bir kadrın düzgunlüyunu təyin edir.
Şəbəkə səviyyəsi (Network layer) bir neçə şəbəkəni birləşdirən vahid nəqliyyat sisteminin yaradılmasına xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində düzgün istiqamətin seçilməsini təmin edir. Şəbəkələr öz aralarında marşrutizator (router) adlanan xüsusi qurğu vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası əlaqələrin topologiyası haqqında informasiyanı yığaraq onun əsasında paketləri təyin olunmuş şəbəkəyə göndərir. Xəbərin bir şəbəkədən (ötürücudən) digər şəbəkəyə (qəbulediciyə) göndərilməsi üçün şəbəkələr arası müəyyən miqdar tranzit ötürmələrdən (hop-siçrayış) istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir. Beləliklə, ümumi marşrut paketlərin keçdiyi marşrutizatorların ardıcıllığından ibarət olur. Daha optimal yolun seçilməsi marşrutlaşdırma adlanır və onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən biridir. Çox zaman marşrutun seçilmə kriteriyası kimi verilənlərin ötürmə vaxtı qəbul edilir. Bu işə kanalın buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı olur. Şəbəkə səviyyəsi müxtəlif texnologiyaların uyğunlaşması, böyük şəbəkələrin ünvanlarının sadələşdirilməsi kimi məsələləri də həll edir.
Şəbəkə səviyyəsində xəbər paket adlanır. Bu zaman qəbul edənin ünvanının böyük hissəsi – şəbəkənin nömrəsi və həmin şəbəkədəki qovşağın nömrəsindən ibarət olur. Eyni şəbəkənin bütün qovşağlarının ünvanlarının böyük hissəsi eyni olmalıdır. Şəbəkə səviyyəsində 2 tip protokollar təyin edilir. I. Şəbəkə protokolları paketlərin şəbəkələrdə hərəkətin həyata keçirir., II marşrutlaşdırma protokolların köməyi ilə marşrutizatorlar (router) şəbəkələrarası birləşmələrin topologiyası haqqında informasiya yığırlar.Şəbəkə səviyyəli protokollar kimi TCP/IP stekindən IP protokolunu və Novell stekindən IPX paketlərin şəbəkələrarası mübadiləsi protokollarını misal göstərmək olar.
Nəqliyyat səviyyəsi (Transport layer) yuxarı tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Nəqliyyat səviyyəli protokollar kimi TCP/IP stekinin TCP protokolu, Novell stekinin SPX protokolunu misal göstərmək olar.
Seans səviyyəsi (Session layer) –dialoqun idarə edilməsini təmin edir, cari anda aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Buna görə də seans səviyyəsində yalnız ona məxsus olan protokollar yoxdur.
Prezintasiya təqdimetmə səviyyəsi (Prezentation layer) – informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsi ilə bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə informasiyanın təqdim edilməsi aydın formada olur. Beləliklə, təqdimetmə səviyyəsi verilənlərin mübadiləsi üçün eyni sintaksis seçir. Serure Socker Layer (SSL) protokolunu təqdimetmə səviyyəsinin protokolu kimi misal göstərmək olar. Bu protokol TCP/IP tətbiqi səviyyəsinin protokolu üçün xəbərlər mübadiləsinin məxviliyini təmin edir.
Tətbiqi səviyyə (Application Layer) – istifadəçinin fayllara, printerlərə, hipermətnli Web səhifələrə və s.müraciəti təmin edən protokollar aiddir.
Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və uyğun protokolları vardır. IEEE 802.x standartları lokal kompüter şəbəkələri üçün işlənilmişdir.
Lokal kompüter şəbəkələrinin topologiyası
Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası maksimum məsafə 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulurlar.
Dostları ilə paylaş: |