7
tənzimlənir, temperaturu 3000°C-dək çatdırmaq olur. Bu sobaların f.i.ə. 60%-ə yaxındır.
Elektrik sobalarının məhsuldarlığı 150-160t/gündür. Onlar
istənilən növlü şüşənin
istehsalında istifadə olunur. Bundan başqa, elektrik sobalarının istifadəsi zamanı istehsalat
mədəniyyəti daha yüksək, xidmət personalı alovlu qızdırıcılı
sobalarla müqayisədə daha
azdır. Xidmət müddəti 5 il və daha çoxdur.
Elektrik sobaları istiliyin ötürülmə prinsipinə görə 3 qrupa bölünür: birbaşa qızdırılan
müqavimət sobaları, dolayı yolla qızdırılan müqavimət sobaları və yüksəktezlikli sobalar.
Ən geniş istifadə olunan birbaşa qızdırılan müqavimət sobaları olub, sənayedə bir çox
şüşələrin bişirilməsində tətbiq edilir. İkinci və üçüncü qrup sobalar xüsusi mühit yaxud
başqa xüsusi şərait tələb edən xüsusi şüşələrin dibçəklərdə bişirilməsi üçün istifadə olunur.
Yüksək tezlikli birbaşa qızdırma sobalarında istilik induksiya cərəyanı hesabına şüşə
kütləsinin özündən ayrılır, dolayı yolla qızdırılan sobalarda isə
cərəyan şüşə kütləsindən
kənar induksiyalanır. Laboratoriya şəraitində şüşə liflərin, kvars şüşəsinin istehsalı üçün
tətbiq edilən dolayı və birbaşa hərəkətli müqavimətli elektrik sobaları
daha geniş
yayılmışdır.
Birbaşa qızdırılan müqavimət sobalarına vannalı bişirmə sobaları da aiddir. Burada
müqaviməti şüşə kütləsinin özü göstərir. Cərəyan elektrodların köməyi ilə gətirilir.
Rəngsiz şüşənin elektrik sobalarında bişməsi zamanı əsas çətinlik - elektrodların həll
olması nəticəsində şüşə kütləsinin rənglənməsinin qarşısını almaqdır. Son dövrlərdə şüşə
kütləsinin təsirinə qarşı yüksək davamlılığa
malik SnO
2
əsasında elektrodlardan istifadə
olunur.
Kombinə edilmiş qaz-elektrik sobalarında alovlu odluqlarla yanaşı
hovuzun yan
divarlarında şəffaflaşma zonasında şüşə kütləsində batırılmış elektrodlar bərkidilmişdir. Bu
da odadavamlı hörgüyə zərər vermədən şüşə kütləsinin şəffaflaşma zonasında
temperaturunu əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Şüşənin həcmi çıxımı gündə
3000-5000kq/m
3
, yəni qaz sobaları ilə müqayisədə 30-50% çoxdur.
Bu sobalar tara
şüşəsinin və şüşə liflərin istehsalı üçün tətbiq edilir.