MühazirəÇI: MÜhaziRƏNİn plani mədəniyyət və sivilizasiya, onların qarşılıqlı əlaqəsi və fərqli cəhətləri


Sivilizasiyanın tarixi tipləri. Cəmiyyət və sivilizasiya



Yüklə 420,01 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix31.12.2021
ölçüsü420,01 Kb.
#49634
növüMühazirə
1   2   3   4
ACFrOgBL38J7t4SynkP9uf23Xv n9iYpiXz Ii6yavuZy1EeUPS1qxe2C8R6AUQOwRi3IwRgEllnDREedw8J919qTo3 K1Ty1ZNO19enYQu-UCjQbTbj74NRWXSdRsfR2WeM8wC00sT-THVDu5ub

2.Sivilizasiyanın tarixi tipləri. Cəmiyyət və sivilizasiya

Elmi  ədəbiyyatda  sivilizasiya  anlayışı  müxtəlif  mənalarda  işlədilir.  Bu  anlayış 

həm mədəniyyətin sinonimi кими, həm də onun əksi kimi izah edilir. Eyni zamanda 

çox hallarda sivilizasiya anlayışı konkret cəmiyyəti xarakterizə etmək üçün işlədilir. 

Məsələn, Qədim Misir, Bizans, ərəb, türk, İran və b. sivilizasiyalarda olduğu kimi. 

Mədəniyyət  və  sivilizasiyanın  müxtəlif  anlayışları  əvvəlcə  Almaniyada 

yaranmışdı.  Kant  sivilizasiya  deyəndə  –  cəmiyyət  və  şəxsiyyət  həyatının  xarici 

tərəfini,  mədəniyyət  deyəndə  isə  onların  mənəvi  mahiyyətini  və  yaxud  mənəvi 

potensialını  nəzərdə  tuturdu.  Alman  fəlsəfəsi  sonralar  da  bu  fərqi  xüsusi  göstərirdi. 

İngiltərədə  isə  bu  iki  termin  eyni  mənada  işlədilmişdi.  Sonralar  da  –  XIX  və  XX 

əsrlərdə  ingilis  dilli  əsərlərdə  mədəniyyət  və  sivilizasiya  çox  hallarda  sinonim  kimi 

verilirdi.

Görkəmli  türk  alimi  Ziya  Gökalp  (1876-1924)  mədəniyyəti  –  regional,  milli 

hadisə  hesab  edirdi.  Deməli,  sivilizasiya  mədəniyyətə  nisbətən  daha  geniş 

məfhumdur, o özünün bütün təzahürlərində beynəlmiləldir.



13

Sivilizasiya – yüksək sosial-siyasi, iqtisadi, mədəni inkişafa çatmaq vasitələrini, 

mədəniyyəti mənimsəmiş və mədəniləşmiş mühitdə yaşamağı və fəaliyyət göstərməyi 

bacaran  insanı  özündə  birləşdirir.  Sivilizasiya  mədəniyyətin  özünün  mürəkkəb 

varlığını xarakterizə edir.

Sivilizasiya təbiət qüvvələrini mənimsəməyin kifayət qədər yüksək pilləsi kimi 

özündə  texniki  tərəqqinin  güclü  enerjisini  daşıyır  və  maddi  nemətlər  bolluğunu 

yaratmağa kömək edir.

Mədəniyyət  və  sivilizasiyanın  bir-birinə  zidd  olması  haqqında  fikirlər  də  var. 

Belə  fikrin  ilk  təmsilçilərindən  biri  alman  sosioloqu  Ferdinand  Tonnis  (1855-1936) 

olmuşduр.  Onun  fikrinə  görə,  industrial  cəmiyyət  ailə-tayfa  əlaqələrinə,  mənəvi 

yaxınlığa,  qarşılıqlı  qayğıya  əsaslanan  insanların  ənənəvi  münasibətlərini  dağıdır, 

onları fayda prinsipinə əsaslanan utilitar münasibətlərlə əvəz edir. 

Buna oxşar mövqelərdən biri də O.Şpenqlerin görüşüdür. O, mədəniyyəti üzvi, 

yaradıcı  mənəvi  hadisə  hesab  edərək,  onu  utilitar,  texnoloji,  maddi  hadisə  olan 

sivilizasiyaya qarşı qoyur. H.Markuze də mədəniyyəti sivilizasiyaya qarşı qoyur.

Deyilənlərdən  nəticə  çıxararaq  sivilizasiya  haqqında  fikirləri  aşağıdakı  kimi 

ümumiləşdirmək olar:

1.  Sivilizasiya  –  insanın  heyvani  vəziyyətdən  və  vəhşilikdən  həyatın  insani 

formasına  yüksəlmək  yolundakı  tərəqqisini  təmin  edən  nailiyyətdir.  Sivilizasiyanın 

nailiyyətləri  –  maşınların  ixtirası,  elektrik  enerjisindən  istifadə  edilməsi,  yeni,  daha 

məhsuldar heyvan və bitki növlərinin yetişdirilməsi və s. vasitəsi ilə təbiətin texnoloji 

cəhətdən  mənimsənilməsi  ilə  əlaqədar  olduğu  kimi,  sosial  münasibətlərin 

tənzimlənməsini  təkmilləşdirmək  (əlifbanın,  pulun,  bazarın  və  s.  yaranması)  ilə  də 

əlaqədardır.

2. «Sivilizasiya» termini ilə bütün dəyişikliklərə və təsirlərə baxmayaraq böyük 

tarixi  zaman  kəsiyində  özünəməxsusluğunu  və  unikallığını  saxlayan  insan  və 

ölkələrin  nə  isə  sabit  birliyini  də  göstərirlər.  Başqa  sözlə,  bu  birlik  –  cəmiyyətin 




14

müəyyən mədəni-tarixi tipi və yaxud hansısa superetnosdur. Məsələn, Yaponiya və ya 

Rusiya, və yaxud ölkə və regionların bütöv qrupları, məsələn, Avropa ölkələri və ya 

ərəb dünyası, türk dünyası və s.

3.  Bəşəriyyət  tarixində  «яняняви»  və  «texnogen»  tipli  sivilizasiyaları  ayırmaq 

olar.  «Texnogen  sivilizasiya»  termini  inkişafın  elə  xüsusi  tipidir  ki,  onun  əsasını 

istehsal  və  idarəetmənin  texnologiyasındakı  fərq  təşkil  edir.  Bu  termin  erkən 

kapitalizmin  təşəkkül  tapdığı  dövrdə  yaranmış  və  yarandığı  bölgənin  adı  ilə  «Qərb 

sivilizasiyası» adlanır. «Texnogen sivilizasiya»dan tarixən daha əvvəl sivilizasiyanın 

erkən  tipi  –  ənənəvi  cəmiyyət  mövcud  olmuşdur.  Qədim  Hindistan  və  Çin,  Qədim 

Misir və b. – ənənəvi cəmiyyətin əyani nümunəsidir. Ənənəvi cəmiyyət nümunələri 

indi  də  mövcuddur.  Sənaye  inkişafı  yoluna  təzəcə  çıxmış  bəzi  ölkələr  də  bu 

qəbildəndir.

4. Bəzi hallarda, yuxarıda deyildiyi kimi, mədəniyyət və sivilizasiya anlayışları 

sinonim  kimi  nəzərdən  keçirilir,  yüksək  tərbiyəli  və  təhsilli  adamların  birliyi  hesab 

edilir.  Bu  insanlar  arasındakı  münasibətlər  mülki  qanunlar  və  əxlaqi  qaydalar  ilə 

tənzimlənir, tamamilə əmlak vəziyyətindən və əmlak bölgüsündən asılıdır.

Bir  çox  alimlər  dini  –  mədəniyyətin  və  sivilizasiyanın  əsası  hesab  edirlər. 

Məsələn, A.Toynbi göstərir ki, indiki dövrdə beş sivilizasiya mövcuddur: Qərb, Şərq-

pravoslav, islam, hind və Uzaq Şərq sivilizasiyaları.

5. Mədəniyyət – mənəvi fenomen, fəlsəfi, əxlaqi, hüquqi, dini və bədii idealların, 

həmçinin normativ dəyər və qaydaların məcmuu kimi müəyyənləşdirilir; sivilizasiya 

isə  –  mədəniyyətin  maddiləşdirilməsi,  əşyavi-texniki  və  sosial-siyasi  təşkilatların 

məcmuudur.  Məqsəd  -  insanlara  öz  ictimai  həyatlarını  sosial-iqtisadi  cəhətdən 

layiqincə  təşkil  etməyə  yardım  göstərmək,  nisbətən  yüksək  maddi  şəraitini  təmin 

etməkdir.

O.Şpenqler  «Avropanın  qürubu»  kitabında  göstərирdi  ki,  Qərbi  Avropa 

mədəniyyətinin çiçəklənməsi sona çatdı və sivilizasiya fazasına daxil oldu, elə buna 

görə də nə mənəviyyat, nə də incəsənət sahəsində mədəniyyət artıq heç bir orijinal şey 



15

verə bilməz. 

О.Şpenqlerə görə, sivilizasiya mədəniyyətin süqutu və deqradasiyasıdır. Burada 

insanın mənəvi fəaliyyəti əşyavi-texniki formalar tərəfindən cansızlaşdırılır və əzilir.

6. Sivilizasiya bəşəriyyətin inkişafında tarixi mərhələ hesab edilir. Böyük zaman 

kəsiyində sivilizasiyaya aid olan metodologiyalar çərçivəsində «tarixi və qeyri-tarixi 

xalq» konsepsiyası, Hegelin əxlaqın inkişafının üç mərhələsi (ailə, vətəndaş cəmiyyəti 

və dövlət), Kantın təkamülün üç mərhələsi (teoloji, metafizik, pozitiv) fikri, Marksın 

ictimai-iqtisadi formasiyalar təlimi və s. nəzəriyyələr meydana gəlmişdir.

A.Toynbinin  (1889-1975)  lokal  sivilizasiyalar  nəzəriyyəsi.  Sivilizasiya  Toynbi 

tərəfindən  üç  nəslə  bölünür.  Birinci  nəsil  sadə,  kiçik,  yazısı  olmayan 

mədəniyyətlərdir. Onların sayı çox, yaşları isə azdır. Onlar birtərəfli ixtisaslaşmaları 

ilə  fərqlənirlər  və  konkret  coğrafi  məkandakı  həyata  uyğunlaşırlar.  Onlarda 

dövlətçilik, təhsil, dini təşkilatlar, elm və incəsənət olmur. Bu mədəniyyətlər kortəbii 

çoxalır və məhv olur. İkinci nəsil sivilizasiyalarda sosial əlaqə, yeni sosial qaydaların 

ilk yaradıcılığını öz arxasınca aparan yaradıcı şəxsiyyətlərə doğru yönəlib. İkinci nəsil 

sivilizasiyalar dinamik və çevikdir, Roma və Babil kimi böyük şəhərlər qurur, əmək 

bölgüsü,  əmtəə  mübadiləsi  və  bazarı  inkişaf  etdirir.  Sənətkarlar  təbəqəsi,  tacirlər, 

zehni əmək adamları meydana gəlir. Burada demokratiya atributları, seçkili orqanlar, 

hüquq  sistemi,  özünüidarə,  hakimiyyət  bölgüsü  inkişaf  edə  bilir.  Üçüncü  nəsil 

sivilizasiyalar din əsasında formalaşır.

A.Toynbinin dediyinə görə XX əsrə qədər mövcud olmuş otuz sivilizasiyadan 7-

si və yaxud 8-i qalıb: xristian, islam, buddist, hinduizm və b. sivilizasiyalar.

Öz  sələfləri  kimi  Toynbi  də  sivilizasiyaların  inkişafının  tsiklik  sxemini  qəbul 

edir:  yaranma,  artma,  çiçəklənmə,  sökülmə  və  dağılma  dövrləri.  Lakin  bu  sxem 

qaçılmaz deyil, sivilizasiyaların məhvi ehtimaldır, lakin zəruri deyil.

Zənnimizcə,  sivilizasiya  dedikdə,  bir  tərəfdən,  bütövlükdə  mədəniyyətin  və 

cəmiyyətin inkişaf səviyyəsi, digər tərəfdən, bütün ictimai həyatı, onun spesifikliyini 




16

müəyyən  edən  mədəni  sərvətlərin  (maddi  və  mənəvi)  mənimsənilməsi  üsulu  başa 

düşülür.  Biz  Şərq  və  Qərb  sivilizasiyalarını  fərqləndiririk.  Qərbdə  sərvətlərə 

rasionalist  mövqedən  yanaşma,  onların  fəaliyyətini  hər  şeydən  əvvəl,  elm  vasitəsilə 

başa düşmək üstünlük təşkil edir. Şərqdə isə sərvətlərin mənimsənilməsi dini-fəlsəfi 

ənənələr əsasında həyata keçirilir. Bununla yanaşı həmin sərvətlərin fəaliyyətinə elmi 

yanaşma bu gün Şərqdə də getdikcə əhatəli xarakter kəsb edir.

Sivilizasiyaya  yiyələnmək  problemi  Qərb  və  Şərq,  Şimal  və  Cənub,  Asiya, 

Afrika,  Avropa,  Latın  Amerikası  mədəniyyətlərinin  yaxınlaşmasını  başa  düşməyə 

kömək edir. Hazırda fəlsəfi ədəbiyyatda insan cəmiyyətinin yeni, bütün xalqlar üçün 

ümumi olan vahid postindustrial (informasiyalı, texnotron) sivilizasiyaya daxil olması 

haqqında  fikirlər  inkişaf  nöqteyi-nəzərинdən  vahid  istiqamətdə  -  «industrial 

sivilizasiya»  vasitəsilə  «industriala  qədər  sivilizasiyadan»  «postindustrial 

sivilizasiyaya»  доэру  irəliləyir.  Postindustrial  sivilizasiya  üçün  mexaniki  maşın 

sistemi  deyil,  məhz  mikroelektronika  və  istehsalın  avtomatikaya  əsaslanan 

avtomatlaşdırılması səciyyəvidir.

Elə sivilizasiyalar mövcuddur ki, ilk öncə texnikanın inkişaf səviyyəsi ilə seçilir. 

Qərb  tədqiqatçıları  D.Bell,  Q.Kan,  Z.Bjezinski,  R.Aron  və  başqaları  onları 

«industrialara  qədər»,  «industrial»  və  «postindustrial»  sivilizasiyalar  adlandırırlar. 

Postindustrial sivilizasiya hazırda «informasiyalı», «texnotron» və s. sivilizasiya kimi 

mənalandırılır. 

Sivilizasiya  mədəniyyətin  inkişafının  müəyyən  hissəsi  və  ya  dərəcəsidir. 

Tədqiqatçıların əksəriyyəti belə bir fikirlə razılaşır ki, sivilizasiya dedikdə intellektin 

və  mənəviyyatın  inkişafı,  xalqların  insaniləşməsinin  dərəcəsi  və  səviyyəsi  nəzərdə 

tutulur.

Sivilizasiya müxtəlif etnik qruplar və əhalinin mədəni qrupları arasında, inkişaf 

etmiş  və  inkişafdan  qalan  xalqlar  arasında  mövcud  olan  fərqlərin  silinməsinə 

istiqamətlənir.  Sivilizasiya  keçmiş,  indiki  və  gələcək  arasındakı  əlaqə  problemini, 

başqa sözlə, varislik problemini həll edir.



17

İndinin  mənalandırılması  və  gələcəyin  proqnozlaşdırılması  tarixə  müraciət 

etmədən mümkün deyildir. 

Tarixin  dərinliyinə  nüfuz  etsək,  özünün  həyat  yolunu  başa  çatdırmış 

sivilizasiyaları  nəzərdən  keçirmək  zərurəti  yaranır:  qədim  Мisir,  şumer,  Бabilistan, 

ellin, Бizans və digərləri bu qəbildəndir. Lakin onlar da hansı plandasa bəşəriyyətin 

mənəvi yaddaşında və həmin sivilizasiyaların varisi olan regionların mədəniyyətində 

saxlanılır.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  Toynbiyə  görə,  hazırda  yaşamaqda  davam 

edən  beş  sivilizasiya  mövcuddur.  O,  «Tarixin  başa  düşülməsi»  adlı  əsərində  bu 

sivilizasiyaların adlarını qeyd edir:

– Qərb xristianlığının birləşdirdiyi Qərb cəmiyyəti;

– Cənub-Şərqi Avropada və Rusiyadakı pravoslas-xristian və Bizans cəmiyyəti;

– İslam cəmiyyəti – Şimali Afrikadan və Orta Şərqdən Böyük Çin düzünə qədər;

– Tropik subkontinental Hindistandakı induizm cəmiyyəti;

–  Cənub-Şərqi  Asiyanın  subtropik  və  mülayim  rayonlarındakı  Uzaq  Şərq 

cəmiyyəti.

Hazırda Гərb politoloqları dünyanın vahid iqtisadi və siyasi unifikasiyası (vahid 

şəklə  salınması)  ideyasına  üstünlük  verərək  «vahid  sivilizasiya»  və  «tarixin  sonu» 

haqqında tezisi müdafiə edirlər. Onlar Qərb cəmiyyətini birlik və bütövlük kəsb edən 

unikal  sivilizasiya  kimi  əsaslandırmağa  çalışırlar.  Beləliklə,  mədəniyyət-sivilizasiya 

sferasına  xas  olan  plüralizmi  təhrif  edirlər.  «Vahid  sivilizasiya  konsepsiyası» 

çərçivəsində ictimai tərəqqi barədə saxta təsəvvürlər meydana çıxır.

Sivilizasiya  bəşər  cəmiyyətinin  inkişafının  qlobal  səviyyəsini  əks  etdirir  və  bu 

prosesdə sosial sistemlərin inteqrasiyası baş verir. Sivilizasiya «barbarlığı» əvəz edən 

tarixi mərhələni, başqa sözlə, bəşəriyyətin yüksək inkişaf mərhələsini təcəssüm etdirir. 

Bəşəriyyət  юз  mövcudluğunun  bütün  tarixi  ərzində  sivilizasiya  şəraitində  zaman 

etibarilə iki faizdən artıq yaşamamışdır.



18

Şpenqler  1918-ci  ildə  yazdığı  «Avropanın  гцрубу»  əsərində  tarixin 

morfologiyası nəzəriyyəsini işləyib hazırlayır. Bu nəzəriyyə mahiyyət etibarilə tarixin 

dövrlərə  ayrılması  (qədim,  orta,  yeni  əsrlərə)  ideyasını  qəbul  etmir.  Həmin 

nəzəriyyəni irəli sürməklə Şpenqler sivilizasiyaya belə bir tərif verir: «Sivilizasiya son 

dərəcə  xarici  və  son  dərəcə  süni  vəziyyətlərin  elə  məcmuudur  ki,  adamlar  inkişafın 

сон mərhələsinə çatmağa qadirdirlər».

Bir  sözlə,  sivilizasiya  ilk  növbədə  maddi  və  texnoloji  proseslə  bağlı  olmuşsa, 

mədəniyyət  məhz  ideal,  mənəvi  proseslə  əlaqədar  təzahür  etmişdir  və  öz  əsasında 

yüksək bəşəri dəyərləri təcəssüm etdirmişdir.

Sivilizasiyaların  bir-birini  əvəz  etməsi  prosesində  mənəvi  mədəniyyət 

sivilizasiyaнын  mahiyyətli-aparıcı  tərəfi  kimi  çıxış  edir.  Mədəniyətin  hər  bir  yeni 

səviyyəsi  sivilizasiyanın  daha  da  inkişafını  səciyyələndirir,  sivilizasiya  isə  mədəni-

mənəvi fəaliyyət forması kimi çıxış etməklə cəmiyyətin mənəvi tərəqqisi üçün zəruri 

şərait  yaradır.  İctimai  təkrar  istehsalın  üsulu  kimi  səciyyələnən  sivilizasiya  ilə 

mədəniyyət  qarşılıqlı  fəaliyyətdə  olmaqla  qırılmaz  əlaqəyə  malikdir.  Bunların 

qarşılıqlı fəaliyyəti isə cəmiyyətin inkişafının istiqamətini (tərəqqini, irticanı, böhranı, 

tənəzzülü  və  s.)  müəyyənləşdirir.  Əgər  subyektiv  amilin  böhranlı  vəziyyəti 

nəticəsində cəmiyyət tarixin səsinə cavab vermirsə, belə sivilizasiya nəinki tənəzzülə 

uğrayır  və  hətta  ölümə  məhkumdur.  Asteklərin  və  inklərin  sivilizasiya  tarixi  buna 

aydın sübutdur.   


Yüklə 420,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin