Fakültənin Elmi-metodiki şurasında təsdiq olunmuşdur
Protokol №15, 12.07.2017
Bakı-2017
2
Mədəniyyətin sosiologiyası. Mədəniyyət və sivilizasiya
1.Mədəniyyət və sivilizasiya, onların qarşılıqlı əlaqəsi və fərqli cəhətləri
Mədəniyyətin sosiologiyasına cəmiyyətin sosial və mədəni inkişaf
qanunauyğunluqları və sosial münasibətləri, sosial struktur dəyişikliyi, mədəniyyət
ünsürlərinin təsiri, sosial institutlar çərçivəsində insan fəaliyyətinin formaları daxildir.
O, çox mürəkkəb ictimai hadisədir. Mədəniyyət insanlar tərəfindən yaradılmış
sərvətlərlə bərabər bu sərvətləri yaradanın fəaliyyəti ilə birlikdə mövcuddur. Odur ki,
mədəniyyət deyərkən insan fəaliyyətinin üsulları, nəticələri, yaratdığı sərvətlərin
ümumi toplusu nəzərdə tutulur.
Mədəniyyət və sivilizasiya anlayışları haqqında geniş və əhatəli təsəvvürə malik
olmaq baxımdan ilk öncə həmin anlayışların müqayisəli təhlili və nisbətinin
müəyyənləşdirilməsi vacibdir. Belə müqayisəli təhlil əvvəlcə «mədəniyyət»
anlayışının açıqlanmasına əsaslanmalıdır. Çünki «sivilizasiya» anlayışı ilə
müqayisədə mədəniyyət daha geniş anlayışdır. Digər tərəfdən isə o, universal
şəxsiyyətin – hərtərəfli təhsilə, yüksək intellektual səviyyəyə malik, tərbiyəli, elmin,
incəsənətin inkişafına, cəmiyyətin tərəqqisinə təsir göstərməyə qadir olan insanın
formalaşmasının qüdrətli vasitəsidir.
Mədəniyyət cəmiyyətlə sıx bağlıdır. Əgər cəmiyyət qarşılıqlı fəaliyyətdə və
münasibətdə olan insanların məcmuudursa, mədəniyyət insanların fəaliyyəti
nəticəsində yaradılanların toplusudur. Mədəniyyət anlayışının təşəkkülü mənşə
etibarilə Qədim Roma dövrünə təsadüf edir. Həmin anlayışı ilk dəfə Siseron
işlətmişdir. Mədəniyyət məfhumu latın dilində «cultura» sözündən əmələ gəlib,
«becərmə», «hazır şəklə salma», «tərbiyə», «inkişaf» mənasında səciyyələnir. İlk
başlanğıcında o, torpağın becərilməsi, başqa sözlə, yaxşı məhsul almaq məqsədilə
onun insan tərəfindən dəyişdirilməsi kimi səciyyələnmişdir. Xeyli sonralar
mədəniyyət xalqların həyatının və yaradıcılığının təzahürünün məcmuu kimi
mənalanmışdır. Mədəniyyət termini müstəqil əhəmiyyət kəsb etmək etibarilə daha
tam şəkildə XVII əsrdə istifadə olunmuşdur. Alman tarixçisi S.Pyfendorfun
3
formalaşdırdığı mədəniyyət anlayışı özündə ümumiyyətlə insani, xüsusilə ictimai
təsisatları, paltarı, dili, elmi, əxlaqı ehtiva edir.
Elmi ədəbiyyatda belə bir mülahizə mövcuddur ki, yalnız məşhur ingilis
antropoloqu E.B.Taylorun «Bəşəriyyətin qədim tarixinin kəşfi» adlı əsərinin meydana
çıxması ilə (1866-cı il) mədəniyyət termini elmi cəhətdən əsaslandırıldı. Hazırda
mədəniyyətin alimlər tərəfindən verilən 500-dən artıq tərifi mövcuddur.
Hər bir xalqın mövcudluğu onun mədəniyyəti ilə qırılmaz surətdə əlaqədardır.
Mədəniyyətin ən geniş formada 2 növünü ayırmaq olar: maddi mədəniyyət və mənəvi
mədəniyyət.
İbtidai insanların düzəltdikləri daş və ağac alətlərdən tutmuş müasir mürəkkəb
mexanizmlərədək, kahalardan tutmuş saraylaradək hamısı maddi mədəniyyət
nümunələri hesab olunur. Şübhəsiz ki, bu bölgü nisbidir. Belə ki, mədəniyyətin
növləri bir-birilə sıx əlaqədardır. İstehsal prosesi insanın əqli əməyi olmadan həyata
keçirilə bilməz. Digər tərəfdən mənəvi tərəqqi istehsalın inkişaf səviyyəsindən
asılıdır. Həm də mənəvi fəaliyyətin məhsulları maddi formalarda – əlyazmalar,
kitablar, şəkillər, notlar, layihələr şəklində meydana gəlir.
Mənəvi mədəniyyət cəmiyyətin mənəvi sərvətlərinin инсанлар тяряфиндян
istifadə olunması prosesidir. Mənəvi mədəniyyətə insanın mənəvi fəaliyyətinin
nəticələri olan elm, fəlsəfə, incəsənət, əxlaq, siyasət, hüquq və müvafiq elmi idarələr,
cəmiyyətin intellektual və mənəvi inkişaf dərəcəsi aiddir.
Hər bir insan uşaq yaşlarından müəyyən mədəniyyətin – predmetlərin,
ideyaların, sərvətlərin, davranış nümunələrinin təsiri altında olur. İnsanın tərbiyəsi və
təhsili məhz mədəniyyətə qovuşmasından, cəmiyyətin topladığı bilikləri, təcrübəni,
vərdişləri, mənəvi sərvətləri, habelə cəmiyyətdə qəbul olunmuş davranış normalarını
mənimsəməsindən asılıdır.
Cəmiyyətdəki obyektiv şəraitdən və subyektiv amillərin fəaliyyətindən asılı
olaraq insan mədəniyyətin həm yaradıcısı, həm də məhsuludur. Bu üzdən mədəni
4
tərəqqi prosesi maddi və mənəvi sərvətlərin toplanması mənasında deyil, bəşər
mədəniyyətinin irəliyə doğru inkişafı, adamların tarixən təşəkkül tapan mənəvi
fəaliyyətinin təkmilləşməsi və yetkinləşməsi kimi çıxış edir. Adamların mənəvi
fəaliyyətinin nəticələrini əhatə edən mənəvi mədəniyyət maddi mədəniyyətlə əlaqə
daşıyır.
Mənəvi mədəniyyət nəinki yaradılan və yaradılmaqda olan mənəvi sərvətlərin
məcmusunu və istehsalını, mövcud cəmiyyətin əvvəlki inkişaf mərhələsindən mədəni
irs kimi saxladığı sərvətləri, həmçinin mənəvi sərvətlərin yayılması və istehlakını
ehtiva edir, mədəniyyət müəssisələrini, təhsil sistemini və kütləvi informasiya
vasitələrini özündə birləşdirir. Mədəniyyət müəssisələri və kütləvi informasiya
vasitələri mənəvi mədəniyyətin istehsalı, yayılması və saxlanmasında mühüm rol
oynayır.
Mənəvi mədəniyyət bu və ya digər dərəcədə ictimai həyatın bütün sferalarında
nəzərə çarpır. Lakin mənəvi mədəniyyət daha əhatəli, geniş və çoxcəhətli şəkildə
mənəvi həyat sferasında öz əksini tapır. Mənəvi mədəniyyət cəmiyyətin mənəvi
həyatının inkişaf etməkdə olan keyfiyyətcə müəyyən tipi kimi çıxış edir.
Mənəvi mədəniyyət həmçinin bu və digər sosial sistemdə formalaşan şəxsiyyətin
mənəvi aləmini də ifadə edir. Hər bir cəmiyyətin mənəvi həyatı həmin cəmiyyətdə
mənəvi mədəniyyətin inkişaf dərəcəsi və nailiyyətləri ilə səciyyələnir. Mənəvi
mədəniyyət mənəvi həyatın bütün mədəni nəticələrini əhatə edir. Deməli, «mənəvi
həyat» və «mənəvi mədəniyyət» anlayışları bir-birinin sinonimi kimi çıxış etmir.
Mənəvi həyat daha geniş anlayışdır, mənəvi mədəniyyət isə onun çox mühüm
tərəflərindən biridir. Həmin anlayışlar ümumi məzmununa görə bir-birinə uyğun
gəlsələr də, mədəniyyət mənəvi həyatdan sistemliliyi, nizama salınmış strukturu,
tərtibatı və normaya düşmüş vəziyyəti ilə fərqlənir.
Cəmiyyətin mənəvi mədəniyyəti onun mənəvi həyatı ilə qırılmaz əlaqə kəsb edir
və bir-biri ilə qarşılıqlı təsirə malikdir. Mənəvi mədəniyyət nə qədər çox inkişaf etmiş
olarsa, mənəvi həyat da bir o qədər zəngin olar. Eyni zamanda mənəvi həyatın inkişafı
5
mənəvi mədəniyyəti zənginləşdirir.
Bildiyimiz kimi hər bir mədəniyyətin əsasını onun dili təşkil edir. Dil obyektiv
mənada, insan təcrübəsinin qorunub saxlanmasına, ötürülməsinə xidmət edir.
Mədəniyyətin daha bir tərkib elementi – əqidə, inam və bilikdir. İnsan biliyə
yiyələnməklə sosial prosesləri, ideyaları daha düzgün dərk edir. Məhz bilik əldə edən
insanda əqidə, nəyəsə inam formalaşır. Bu yolla mədəniyyət cəmiyyətin yeni üzvlərini
formalaşdırır, onlara özlərini necə aparmaq, qarşıya həyati məqsədlər qoyub onlara
çatmaq üçün nə etmək lazım olduğunu öyrədir.
Ümumiyyətlə, mədəniyyətin insan həyatında və cəmiyyətdə rolunu bir-birilə
qarşılıqlı əlaqədə olan 4 əsas funksiya yerinə yetirir:
Maarifləndirici funksiya – nə qədər insanlar maariflənərsə, bir o qədər yüksək
mədəniyyət sahibi olarlar.
Tərbiyəvi funksiya – insanlar cəmiyyətdə yaşamaq qaydalarını sosial norma və
dəyərlərə yiyələndikdən sonra öyrənirlər. Hər hansı bir ailədə dünyaya gələn insan
doğulduğu ilk gündən mövcud şəraitin, əşyaların, görüşlərin, inamların, uşaqları
tərbiyə metodlarının və s. təsirinə məruz qalır.
Sosial varlığın mühafizə edilməsi funksiyası – mədəniyyət sosial varlığı
qorumaqla yanaşı onu yaradıcı surətdə inkişaf etdirir.
Varislik funksiyası – hər bir mədəniyyətin daxilində yeni mədəni dəyərlər
formalaşır. Cəmiyyətin yeni tələbatına cavab verməyən neqativ amillər sıxışdırılıb
çıxarılır. Lakin bu prosesdə tarixən formalaşan əsas mədəni dəyərlər, normalar
qorunub saxlanılmalıdır. Varislik mədəniyyətin qanunauyğun inkişafı olub, onun
tərəqqisini təmin edir.
Tənzimləyici funksiya – bu funksiya bir növ ikinci funksiyanın davamıdır. Belə
ki, mədəniyyət insan davranışını müəyyən çərçivəyə, normaya salır.
Birləşdirici funksiya – cəmiyyətdə yaşayan insanların birliyini təmin edir.
6
Mədəniyyət bir-birinə zidd olan, lakin üzvi surətdə əlaqədar proseslərin vəhdətində
özünü göstərir.
Hər bir cəmiyyət özünü təkrarlamayan, özünəməxsus milli mədəniyyətя
malikdir. Müxtəlif xalqların və ölkələrin mədəniyyətləri bir-birindən fərqlənir. Bu
üzdən sosiologiyada mədəniyyətlərin fərqlərini özündə əks etdirən çoxlu sayda
bölgülərə rast gəlmək olar. Üfüqi nöqteyi-nəzərdən mədəniyyətin tipologiyasını
aşağıdakılar kimi bölmək olar: sivil, regional, etnik, milli, lokal. Şaquli nöqteyi-
nəzərdən isə mədəniyyət üstünlük təşkil edən mədəniyyət, submədəniyyət
(mədəniyyətin daxilində) və əks mədəniyyətə ayrılır.
Bu sadaladığımız tiplərdən başqa sosiologiyada mədəniyyətlərə qiymət vermə
baxımından mövcud olan yanaşmalar da var ki, onları da təxmini olaraq üç yerə
bölmək olar:
Etnosentrizm – bu yanaşmanın tərəfdarları bütün mədəniyyətləri öz səviyyələrinə
münasib çevirmək istəyirlər. Məsələn, Аmerika mədəniyyətini buna misal çəkmək
olar. Amerikalılar heç yerdə, heç kimə, heç bir mədəniyyətə uyğunlaşmaq istəmirlər,
əksinə, onlara uyğunlaşmağa məcbur edirlər.
Mədəni relyativizm isə əksinə, belə hesab edir ki, hər şey təxmini və
müqayisəlidir. Hər bir mədəniyyətə özünəməxsus formada qiymət vermək, ону öz
dəyər və normalarına görə qəbul etmək lazımdır.
Daha məqsədəuyğun yanaşma növü mədəni inteqrasiyadır (birləşmə). Yəni hər
bir xalq və ya ölkə öz mədəniyyətini saxlamaqla digər mədəniyyətlərdən yaxşı
cəhətləri qəbul etsinlər. Almanlar intizamlı olmağı, işdə dəqiqlik və tələbkarlıq
keyfiyyətini, yaponlar əməksevərliyi, amerikalılar məişət abadlığı yaratmaq əzmi,
fransızlar nəzakətliliyi ilə fərqlənirlər.
Biz cəmiyyətin tərkibində müxtəlif sayda qrupların olduğunu qeyd etmişdik.
«Mədəniyyət kimlərin tərəfindən yaradılır?» sualını cavablandırmaq üçün onun
tərkibində aşağıdakı sosial birliklərin mədəniyyətini öyrənmək əhəmiyyətlidir: еlitar
7
mədəniyyət, xalq mədəniyyəti və kütləvi mədəniyyət.
Elitar mədəniyyət yaradıcı və yüksək intellektə malik olan insanlar tərəfindən
yaradılır (musiqiçilər, yazıçılar, artistlər, rəssamlar). Xalq mədəniyyətini xalq özü
yaradır. Onun əsasını miflər, əfsanələr, nağıllar, xalq mahnıları və s. təşkil edir. Bu
mədəniyyətdən də sözsüz ki, müasir mədəniyyət bəhrələnir. Kütləvi mədəniyyət
müasir dövrün mədəniyyətinə aiddir. İndustrial cəmiyyətin yaranması mədəniyyətin
kütləvi xarakter almasına güclü təsir etdi. Qloballaşma prosesi də mədəniyyətin
kütləviləşməsində mühüm rol oynayır. Kütləvi informasiya vasitələri, kütləvi
hərəkatlar, kütləvi tələbatların ödənilməsi, kütləvi incəsənətin yaranması bu
mədəniyyətin mühüm cəhətləridir. Kütləvi mədəniyyət daha çox əyləncə xarakteri
daşıyır və onu daha çox gənclərə аид etmək düzgün olardı.
1. Kommunikativ ünsür. Dünyada yaşayan xalqların dilləri müxtəlif olduğuna
görə mədəniyyət mühüm kommunikativ ünsürdür. O, xalqlar arasında əməkdaşlıq
vasitəsidir. İşarə və simvollar vasitəsilə mühüm informasiya əldə edilir.
2. İdrak ünsürü. Cəmiyyətdə yaranan mədəni dəyərlər idrak vasitəsilə dərk edilir
və mənimsənilir. Dəyərlər sistem halında insan davranışını tənzimləyir. Dəyərli
fəaliyyətin məqsədləri cəmiyyət tərəfindən ictimai-tarixi fəaliyyət prosesində işlənilib
hazırlanır və fərdlər tərəfindən sonrakı nəsillərə verilir.
3. Mədəni normalar ünsürü иnsanların davranışı, qarşılıqlı əməkdaşlığı
prosesində formalaşır. Adətlər, ənənələr, mərasimlər mədəniyyətin normaları kimi
meydana gəlmişdir. Cəmiyyət inkişaf etdikcə mədəniyyət normaları yeni sərvətlərlə
zənginləşir, sosial-mədəni varlığı qoruyur, onu tənzim edir, yad ünsürləri
kənarlaşdırır. Sosial normalar sosial qrupların fəaliyyətini əlaqələndirir, sosial nəzarəti
təmin edir. Mədəniyyət normaları arasında əxlaqi normalar mühüm yer tutur.
Mədəniyyətin xüsusiyyətləri isə aşağıdakılardır:
– Mədəniyyət formaca milli, məzmunca beynəlmiləl, ümumbəşəri xarakter
daşıyır. Yəni hər bir milli mədəniyyəti диэяр мядяниййятляри zənginləşdirmiş olur.
8
Odur ki, ümumdünya mədəniyyətini heç bir xalqın müstəsna xidmətinin məhsulu
hesab etmək olmaz.
– Mədəniyyətin fərqləndirici xüsusiyyətlərindən biri də onun humanist xarakter
daşımasıdır. İnsan mədəniyyət və onun problemlərinin mərkəzində dayanan əsas
amildir. O, maddi və mənəvi sərvətləri yaradan elə bir biososial varlıqdır ki, əsrlərdən
bəri dini, irqi, milli və s. fərqlərdən asılı olmayaraq, həm də bu sərvətlərin başlıca
daşıyıcısı olmuşdur. Başqa sözlə desək, insan yer üzərində yaranmış ən qüdrətli
mədəniyyət abidəsidir.
– Mədəniyyətin digər xüsusiyyəti onun ekspansiv (yayılmaq) xarakter
daşımasıdır. Dünya xalqlarının və millətlərinin tarixi təcrübəsi göstərir ki, milli
mədəniyyəti qədim və yüksək olan xalq başqa bir xalq tərəfindən istilaya məruz
qaldıqda onun mədəniyyəti nəinki assimilyasiyaya uğramır, əksinə, əsarətя alan xalqa
hardasa öz mədəniyyətini qəbul etdirir. Mədəniyyəti və dili təkmilləşmiş xalqlar başqa
xalqlara daha tez təsir göstərə bilirlər. Məsələn, 18-ci əsrdə Avropada fransız dilində
danışan və fransız mədəniyyətinə yiyələnən adamlara xüsusən hörmətlə yanaşırdılar.
– Mədəniyyətin mühüm xüsusiyyətlərindən biri də onun tarixən yeni dəyərlər
əsasında dinamik inkişaf etməsidir. Qəbilə, tayfa, xalq, millət kimi insan birliklərinə
xidmət edən bir çox mədəniyyət nümunələri tarixən inkişaf etdirilib təkmilləşdirilmiş,
digərləri isə köhnəlib aradan çıxmışdır. Latın dilini misal gətirib söyləmək olar ki, indi
bu dildə danışan yoxdur, lakin dünyanın bütün ölkələrində reseptlər latın dilində
yazılır.
– Mədəniyyətin xüsusiyyətlərindən biri də, onun digər mədəniyyətlərlə, tarixi
dövrlərdə yaranan dəyərlərlə qarşılıqlı əlaqəsidir. Hər bir mədəniyyət özündən əvvəl
yaranmış mədəniyyət növlərindən bəhrələnir, onun ən yaxşı nümunələrini gələcək
nəslə çatdırır.
– Mədəniyyətin digər xüsusiyyətlərindən biri də diskrutivliyi və habelə diskret
olması, yəni fasiləsiz şəkildə inkişaf etməsi və bu fasiləsizlikdə müəyyən bir
mərhələnin olmasıdır.
9
– Bunlarla yanaşı mədəniyyətin bir xüsusiyyətini də - onun sinkretizmini, yəni
bölünməzliyini, vəhdətini qeyd etmək lazımdır. Dünyada bütün mədəniyyətlər əslində
eyni bir cəhətə, bir-birinə yaxınlaşma və bir-birini zənginləşdirmə kimi xüsusiyyətlərə
malikdir.
– İctimai-siyasi fikir tarixində elə nəzəriyyələr də olmuşdur ki, onlar
mədəniyyətin mühüm bir xüsusiyyəti kimi onun sinfi xarakter daşıdığını birinci
dərəcəli məsələ kimi irəli sürmüşlər. Məsələn, marksizmə görə antoqonist siniflərə
bölünmüş cəmiyyətlərdə mənəvi mədəniyyət öz məzmunu etibarilə vahid olmur.
Göründüyü kimi, mədəniyyətin tipləri və növlərinin zəngin siyahısı var. Çoxsaylı
meyarlara əsaslanaraq onun yeni-yeni növlərini, tiplərini müəyyənləşdirmək
mümkündür:
Milli mədəniyyət – millətin yaranmasını, özünəməxsusluğunu, özünüdərketməni
şərtləndirən əsas amillərdən biridir. Milli mədəniyyətə milli birliyi səciyyələndirən
simvollar, inamlar, dəyərlər, normalar, milli şüur, milli ədəbiyyat, incəsənət daxildir.
Çoxmillətli ölkələrdə həyata keçirilən milli siyasət milli mədəniyyətlər arasında
əməkdaşlığı gücləndirir. Çoxluq təşkil edən millətin mədəniyyəti aparıcı yer tutur.
Azərbaycanda kapitalist münasibətlərin inkişafı milli burjuaziyanın formalaşması,
milli bədii ədəbiyyatın, incəsənətin, milli şüurun formalaşması nəticəsində milli
mədəniyyət yaranmışdır. Azərbaycan Respublikası milli mədəniyyəti, milli dili
qoruyur və onu inkişaf etdirir.
Siyasi mədəniyyət. Ümumi mədəniyyətin мцщцм тяркиб щиссяляриндян biri
də siyasi mədəniyyətdir. Siyasi mədəniyyətin strukturuna siyasi psixologiya, siyasi
şüur, siyasi bilik, siyasi idrak və siyasi sistemin idarə olunması daxildir. Siyasi
mədəniyyəti yüksək olan xalq demokratik siyasi idarəetmə quruluşunu, vətəndaş
cəmiyyətini və hüquqi dövləti yaradır. Siyasi mədəniyyət insanların siyasi davranışını
tənzimляйир, onların siyasətdə iştirakını fəallaşdırır.
«Sivilizasiya» termini isə şəhər sakini olan vətəndaşa aid edilən latınca «sivilis»
sözündən yaranıb. Lakin bu sözün mənası tədricən genişlənir, onun etimologiyası və
10
başlanğıcda işlədilən mənası sonralar başqa məzmun qazanır.
«Sivilizasiya» anlayışını «vətəndaş», «dövlət», «cəmiyyət» mənasında qəbul
edən İbn Xaldun göstərirdi ki, konkret bir dövlət, siyasi quruluş meydana gəlir, inkişaf
edir və nəticədə tənəzzülə uğrayır. Sonra yeni dövlət və yeni sivilizasiya yaranır.
Mədəniyyətin xüsusi sferası kimi onun ən böyük kompleksi sivilizasiyadır.
Düzdür, sivilizasiyanı tez-tez mədəniyyətlə eyniləşdirmək cəhdlərinə təsadüf olunur.
Bununla müəyyən mənada razılaşmaq olsa da, həmin iki məfhum həmişə bir-birinin
sinonimi kimi işlədilmir.
Sivilizasiya problemi bu gün ön plana keçmişdir. Bu problemə maraq bir neçə
səbəblə şərtlənir. Əvvəla, müasir dünyada elmi-texniki inqilabın inkişafı Qərbin və
Şərqin bütün ölkələrində istehsalın avtomatlaşdırılmış, informasiyalı və texnoloji
üsulunun sürətlə formalaşmasına imkan yaradır. İkincisi, Qərb və Şərq sivilizasiyası
ilə əlaqədar mübahisələr bu gün həmişəkindən daha artıq dərəcədə nəzərə çarpır.
Sivilizasiya alimlər tərəfindən iki mənada başa düşülür. Birinci halda
«sivilizasiya» sözü «barbarlığı» əvəz edən tarixi dövr kimi qeyd edilir, başqa sözlə, o,
bəşəriyyətin inkişafının yüksək mərhələsini ifadə edir. İkinci halda sivilizasiya coğrafi
məkanla əlaqələndirilir, yəni lokal (yerli), regional və qlobal sivilizasiya mənasında
səciyyələndirilir, məsələn, Şərq və Qərb sivilizasiyası. Belə sivilizasiyalar iqtisadi
quruluşla və mədəniyyətlə fərqləndirilir. Şərq və Qərb sivilizasiyaları spesifik
dəyərlərə, fəlsəfəyə, həyat prinsiplərinə əsaslanmaqla məhz iqtisadi sistemləri və
mədəniyyətləri ilə fərqlənirlər.
Sivilizasiya termini elmi ədəbiyyatda XVIII əsrdə təzahür etmişdir (Türqo,
Mirabo, Ferqцson tərəfindən işlədilmişdir). Fransız tarixçisi L.Favr iddia edir ki,
«sivilizasiya» təkamülü ilk öncə elmin və texnikanın inkişafı ilə şərtlənir.
Sivilizasiyaya aid yuxarıdakı mülahizələrdən aydın olur ki, mədəniyyət
bəşəriyyətin sosial tarixinin universal və qədim kateqoriyasıdır. Sivilizasiyanın fəallıq
sferası isə maddi mədəniyyətlə məhdudlaşır və yalnız cəmiyyətin təkamülünün
11
müəyyən mərhələlərində təzahür edir. Sivilizasiyanın təsnifatı elmdə mürəkkəb
problem kimi səciyyələnir və böyük fikir ayrılığı ilə diqqəti cəlb edir. İstər-istəməz
ayrı-ayrı müəlliflər sivilizasiyaların əsasının müxtəlif prinsiplərlə müəyyənləşdiyini
bildirirlər. Sivilizasiyanın ətraflı təsnifatını A.Toynbi özünün «Tarixin başa
düşülməsi» əsərində işləyib hazırlamışdır. O, həmin əsərində 21 canlı və məhv olmuş
sivilizasiyanın mövcudluğunu göstərir. Toynbinin nöqteyi-nəzəri və sivilizasiyanı
müəyyənləşdirməsi
prinsipləri
ciddi
tənqidə
məruz
qalsa
da
onun
sistemləşdirməsindən tez-tez istifadə olunur. O, Şpenqlerə görə sivilizasiya son dərəcə
texnologiyaya aid olduğundan mədəniyyətin antitezası (ona qarşı buran) kimi
səciyyələnir. О.Şpenqlerə qədər belə konsepsiyanı K.L.Leontyev inkişaf etdirmişdir.
N.Y.Danilovski və A.Toynbi iddia edirlər ki, dünya sivilizasiyası xəyaldır, real tarixə
məhz lokal sivilizasiya yiyələnir. Həmin fikirlə razılaşan P.Sorokinə görə lokal
sivilizasiya xüsusi ideoloji prinsiplər və mədəniyyət sərvətləri əsasında qurulan
bənzərsiz sistemdir. Sivilizasiya probleminin görkəmli tədqiqatçısı sayılan fransız
alimi F.Brodel belə qənaətə gəlir ki, sivilizasiya qarşılıqlı fəaliyyətdə olan sosial,
iqtisadi, siyasi və mədəni-psixoloji yarımsistemlərin məcmusundan əmələ gələn bütöv
tarixi sistemdir. «Sivilizasiya» sözü ilk dəfə 1766-cı ildə fransız mətnində (Holbax
tərəfindən), 1773-cü ildə isə ingilis mətnində işlədilmişdir. Almaniya «mədəniyyət»
termininin mənəvi vətəni hesab olunursa, müəyyən mənada Fransanı da «sivilizasiya»
termininin vətəni saymaq olar.
XIX əsrin başlanğıcında meydana çıxan «sivilizasiyanın etnoqrafik
konsepsiyasının» əsasını belə təsəvvür təşkil edir ki, hər bir xalqın öz sivilizasiyası
vardır (T.İuffrua). XVIII əsrin ikinci yarısında – XIX əsrin başlanğıcında
«sivilizasiyanın» başa düşülməsində bütövlükdə üç nöqteyi-nəzər mövcud idi:
1. unitar (sivilizasiya vahid bütövlük kəsb etməklə bəşəriyyətin mütərəqqi
inkişaf idealı kimi);
2. mərhələli (sivilizasiya bütövlüyə malik olmaqla bəşəriyyətin inkişaf
mərhələsi kimi);
3. lokal-tarixi (sivilizasiya keyfiyyətcə müxtəlif unikal etnik və ya tarixi-ictimai
12
birlik kimi). Həmin dövrdə F.Gizo özünün «Sivilizasiyanın etnotarixi
konsepsiyası»nda bildirирdi ki, bir tərəfdən lokal (yerli) sivilizasiyalar, digər
tərəfdən isə onların üzərində yüksələn insan cəmiyyətinin tərəqqisi
sivilizasiyası təşəkkül tapır və inkişaf edir.
Hazırda elmi ədəbiyyatda sivilizasiya çoxmənalı məzmun kəsb edən termin kimi
başa düşülür:
1. Sivilizasiya mədəniyyətin sinonimi kimi mənalandırılır.
2. Sivilizasiya vəhşilik və barbarlıq dövründən sonra cəmiyyətin ən yüksək
inkişaf mərhələsi baxımından qiymətləndirilir (L.Morqan, F.Engels).
3. Sivilizasiya sosiumda sosial inteqrativ münasibətlərdə maddiləşdirilən, əmək
bölgüsünü ifadə edən cəmiyyətin strukturu kimi müəyyənləşdirilir.
Dostları ilə paylaş: |