3. Cəmiyyətin inkişafında mədəniyyətin rolu
İnsanın həyatı və cəmiyyət mədəniyyətdən kənarda mövcud ola bilməz. Hər bir
yeni nəsil öz həyatını yalnız təbiətin əhatəsində deyil, həmçinin özündən əvvəlki
nəsillərin yaratdığı maddi və mənəvi sərvətlər aləmində başlayır. İnsan mədəniyyəti
yaratdığı kimi, mədəniyyət də insanı yaradır.
Mədəniyyət əvvəlki nəsillər tərəfindən yaradılan maddi və mənəvi sərvətlərin
passiv şəkildə saxlanması kimi təsəvvür olunmamalıdır, yalnız sosial tərəqqi naminə
bəşəriyyətin ondan fəal yaradıcı istifadə etməsi mənasında başa düşülməməlidir.
19
Cəmiyyət təkrar istehsalı və özünütəkmilləşdirmяni məhz əldə olunmuş mədəniyyət
sərvətlərini yaradıcı surətdə yenidən işləyib hazırlamaq sayəsində həyata keçirir.
Mədəniyyət yalnız insanların fəaliyyətinin nəticəsi kimi səciyyələnmir. O, həm də
insanın hisslərinin təzahür üsulu və təfəkkür səviyyəsi kimi çıxış edir.
Mədəniyyət bu və ya digər ictimai fəaliyyətin tərəflərindən biri kimi
səciyyələnir. Bununla bağlı olaraq onun müxtəlif xüsusi üsulları təzahür edir. Başqa
sözlə, mədəniyyət ictimai tərəqqinin, sosial inkişafın ölçüsüdür, humanist məqsədlərin
təcəssüm dərəcəsidir və mənəvi sərvətlərin birləşməsinin xüsusi formasıdır. Hər bir
konkret birlik, eləcə də sivilizasiya həmişə özünün mükəmməl supermədəniyyətini
yaradır. Fərdlərin həyatı boyu onlara təsir göstərən həmin mədəniyyət daim nəsildən-
nəslə verilir. Nəticədə tarixi prosesdə çoxlu mədəniyyət yaranır. Bu elmi dildə
mədəniyyət universallığı adlandırılır.
Hər bir cəmiyyətin mənəvi həyatı həmin cəmiyyətdə mənəvi mədəniyyətin
inkişaf dərəcəsi və nailiyyətləri ilə səciyyələnir. Mənəvi mədəniyyət nəinki yaradılan
və yaradılmaqda olan (və gələcəkdə də yaradılacaq) mənəvi sərvətlərin məcmuunu və
istehlakını, nəinki mövcud cəmiyyətin əvvəlki inkişaf mərhələsindən mədəni irs kimi
saxladığı sərvətləri, eləcə də mənəvi sərvətlərin yayılmasını və istehlakını ehtiva edir,
mədəniyyət müəssisələrini, təhsil sistemini və kütləvi informasiya vasitələrini özündə
birləşdirir.
Tarixi inkişaf prosesində sivilizasiyanın təşəkkül və inkişafında mədəniyyət
mühüm rol oynamışdır. Eyni zamanda mədəniyyət həmişə sivilizasiyanın inkişaf
səviyyəsinin göstəricisi və onun ən yüksək nailiyyəti olmuşdur. Sivilizasiya
mədəniyyətin inkişafı üçün iqtisadi və sosial şərait yaradır və eyni zamanda bu prosesi
tənzimləyir. Buradan belə nəticə çıxır ki, hər bir ictimai quruluş, hər bir sivilizasiya
mədəniyyətin formalaşması və inkişafı üçün müxtəlif cür şərait yaradır. Sivilizasiya
mədəniyyətdən təcrid olunmuş şəkildə mövcud olmur. Müəyyən müstəqilliyə malik
olan, öz daxili qanun və prinsipləri ilə inkişaf edən mədəniyyət eyni zamanda
sivilizasiyanın bütün iqtisadi, sosial həyatı ilə sıx əlaqədədir və onun bütün tərəflərinə
təsir göstərir. Mədəniyyət və sivilizasiyanın araşdırılması zamanı daha böyük tutumlu
20
elə meyar tapmaq lazımdır ki, onun köməyi ilə həmin anlayışların təmas nöqtələrini
və fərqlərini müəyyənləşdirmək mümkün olsun. Fikrimizcə, yalnız cəmiyyətin başlıca
sərvəti olan insan belə bir meyar ola bilər. İnsan bu təzahürlərdə əlaqələndirici vəsilə
kimi çıxış edir.
İctimai inkişaf tarixində bəzən sivilizasiya probleminə marağın xüsusilə artdığı
müşahidə olunur. Bu maraq ən çox keçid dövrləri ilə, sosial-siyasi böhranlarla bir
vaxta düşür. Adamlar ictimai prosesləri bəşəriyyətin keçib gəldiyi yollar baxımından
dərk etməyə, bu günü dünənlə tutuşdurmağa, gələcək üçün perspektivləri
müəyyənləşdirməyə ciddi zərurət duyurlar.
Bəşər sivilizasiyasına marağın artması onunla izah olunur ki, böhranlı dövrlərdə
texniki tərəqqinin əldə edilmiş səviyyəsi ilə mədəniyyət arasında ziddiyyətlər məsələsi
xüsusilə kəskin şəkildə qarşıda durur. Ümumbəşəri əxlaqi sərvətlərin qiymətdən
düşməsi də bu ziddiyyətlərin nəticəsidir.
Sivilizasiya ictimai həyatın yüksək spesifik formasıdır. İctimai həyatın bu
formasında insanların birgə fəaliyyəti, bu fəaliyyətin və onun məhsullarının ümumi
mübadiləsi baş verir. Vəhşilik və barbarlıq mərhələsində həmin cəhətlər yoxdur.
Sivilizasiyanın formalaşması bu və ya digər bölgənin, yaxud qitənin maddi və mənəvi
mədəniyyətinin müəyyən tarixi vəziyyəti ilə bağlıdır. Bu tarixi vəziyyətdə
sivilizasiyanın sərvətləri bütün bəşəriyyətin malı olur. Hər bir sivilizasiya юз
nailiyyətləri ilə bəşəriyyəti daha bir pillə yüksəldir, ətraf mühiti və özlərini dərk
etməkdə insanlara kömək edir.
Sivilizasiya problemi həmişə onun inkişafının ziddiyyətli xarakterindən irəli
gələn çoxlu sual doğurmuşdur. Həmin suallardan bəziləri bunlardır: Sivilizasiya
ümumbəşəri sərvətlərin itirilməsinə doğru aparмırmı? Sivilizasiya hamıya
müyəssərdirmi? Sivilizasiya bizim bu gün onu qavradığımız şəkildə lazımdırmı?
Onun qiyməti və dəyəri nədən ibarətdir?
Bəzilərinin sivilizasiyaya inamı, digərlərinin ona pessimist münasibəti
sivilizasiyanın özündə mövcud olan real proseslərin ziddiyyətlərin adekvat inikasıdır.
21
Buna görə də filosofların, sosioloqların vəzifəsi hər halda labüd olan ziddiyyətləri
nəzəri şəkildə dərk etməkdən, onları cəsarətlə aşkara çıxarmaqdan ibarətdir.
Keçmiş dövrlərin böyük mütəfəkkirləri sivilizasiya ilə bəşəri tərəqqi arasındakı
ziddiyyətlər problemi barədə çox düşünmüşlər. Sosial inkişaf, sosial ədalət, insanın
özünün vəziyyəti, dövlət təsisatlarının ona münasibəti бу mütəfəkkirlər üçün həmişə
başlıca meyar olmuşdur. Böyük humanistlər elmdə, incəsənətdə, texnikada tərəqqinin
rolunu inkar etmədən tələb etmişlər ki, sivilizasiya xalqa xidmət göstərsin, xalqın
həyatını yaxşılaşdırmaq məqsədi güdsün.
Sivilizasiyanın inkişafı bütün bəşəriyyət üçün bir istiqamətdə cərəyan edən
proses deyildir. Sivilizasiyanın bir hissəsindəki tərəqqi onun digər bir hissəsindəki
tənəzzülлə müşayiət oluna bilər. İnsan sivilizasiyası və mədəniyyəti tarixi itkilərin və
kəşflərin çətin yolunu özündə əks etdirir. Təsadüfi deyildir ki, müasir məişətin
gündəlik problemlərini həll edərkən biz uzaq keçmişə müraciət edirik. Tarixi varislik
prinsipi elmin, mədəniyyətin inkişafının əsas prinsiplərindəndir. Tarixin hərtərəfli
qavranılması nəinki keçmişin, həm də bu günün və gələcəyin dərk olunmasına kömək
edir.
Müasir sivilizasiya böhran keçirir, buna görə də təbiət kimi onu da xilas etmək
lazımdır. Müasir sivilizasiyanın inkişafını şərtləndirən qanunlar, böhranın səbəbləri
dəyişən dünyada insanın yerini və rolunu, onun səriştəlik səviyyəsini, mənəvi aləmini,
tərəqqinin inkişaf perspektivini və istiqamətini, bugünkü və sabahkı sivilizasiyanın
simasını aydınlaşdırmağa imkan verir. Həm də bu zaman daim yadda saxlamaq
lazımdır ki, sivilizasiyanın meyarı hər şeydən əvvəl insandır.
Ийирминжи йцзиллик başa çatdı və tarixin ikiminillik dövrünə son qoyuldu.
Bütün bəşəriyyətlə birlikdə Azərbaycan xalqı XXI əsrə qədəm qoydu. Keçdiyimiz
yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan
vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti
olan ölkəmizin həm dünəninə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə
yanaşmalıdır.
22
Azərbaycanın taleyi elə gətirmişdir ki, coğrafi-siyasi mövqeyinə görə o, həmişə
sivilizasiyaларın qovuşuğunda olmuş və istər Qərbin, istərsə də Şərqin güclü təsirini
öz üzərində hiss etmişdir.
Cəmiyyət və sivilizasiyanın inkişafında texnika çox böyük rol oynayır. Bunu
müasir dövrün nümunəsində də görmək olar. Texnikanın (birinci növbədə əmək
alətlərinin, rabitənin, bütün kommunikasiya sistemlərinin inkişafı) tərəqqisi insan
həyatının bütün sahələrinə güclü təsir göstərir. Elmi-texniki inkişafın rasional
idarəolunması səmərəli texnikaнын, ona əsaslanan istehsalın və sosaial mənafelərin
optimal uzlaşmasıdır.
Texnika insanların yaratdığı istehsal vasitələri və alətləri sisteminiн, habelə əmək
prosesinin həyata keçirilməsini təmin edən üsul və əməliyyatların, qabiliyyət və
məharətlərin məcmusudur.
Zaman keçdikcə texnika anlayışının məzmunu dəyişilir və təkmilləşir. O, təkcə
maddi istehsal sahəsindəki vasitələrlə məhdudlaşmır. O, özünə həm də mənəvi, məişət
və digər qeyri-istehsal xarakterli tələbatları ödəmək üçün istifadə olunan vasitələri
daxil edir.
Texnika bir tərəfdən insan əməyinin və biliyinin inkişafı nəticəsidir, digər
tərəfdən isə onları həyata keçirməyin vasitəsidir. O, bəşəriyyətin mövcudluğu və
inkişafının zəruri tərəfidir. Texnikanın başlıca funksiyası təbiəti və insan aləmini onun
tələbat və arzularından doğan məqsədlərə uyğun şəkildə dəyişdirməkdən ibarətdir.
Hazırda texnika getdikcə daha çox insanın əqli qabiliyyətlərinə və intellektual
funksiyalarına nüfuz edir. Bu isə mütərəqqi nəticələrlə yanaşı, həm də böyük miqyaslı
mənfi nəticələr törədə bilər. Buna görə də indiki şəraitdə texniki yeniliklər tətbiq
etməzdən əvvəl onları geniş və dərin sosial ekspertizadan keçirmək tələb olunur.
Məsələn, insan kompüter kimi kibernetika sistemи yaratmaqla sanki özünün fikri
fəaliyyət növlərini həyata keçirə bilən, müxtəlif məzmunlu informasiya ilə əməliyyat
aparmağı bacaran analoqunu meydana gətirir. Doğrudur, o, insan beyninin bütün
funksiyalarını onun əlindən almır. Bununla belə son dərəcə güclü EHM ilə insan
23
arasında qarşılıqlı münasibətlərin yeni humanitar tərəfi özünü göstərir. Bu isə öz
növbəsində bir çox problemlər doğurur. Çünki insan ilə maşının qarşılıqlı təsiri,
fikirləşən, hiss edən, şüur və iradəyə malik mövcudлуг ilə cansız, öz təbiətinə görə
qeyri-bioloji xarakter daşıyan qurğu arasında qarşılıqlı təsir deməkdir.
Fransa tədqiqatçısı J.Ellül dövlət və texnika sahəsində əsl inqilab etməyə çağırır.
Onun fikrincə, bunun üçün aşağıdakıları həyata keçirmək tələb olunur:
– Qərb, öz istehsal sahələrində yenidənqurma apararaq, üçüncü dünyaya tam
təmənnasız köməklik göstərməlidir;
– Hərbi qüvvədən, ümumiyyətlə təzyiq vasitələrindən imtina etmək,
mərkəzləşdirilmiş dövlət aparatını ləğv etmək (kiçik istehsal vahidləri yaratmaq, kiçik
enerji mənbələri, çevik metodika, həyat üslubu və tərzinin müxtəlifliyini təmin etmək,
həyat keyfiyyətini yaxşılaşdırmaq);
– İnsan qabiliyyətlərini üzə çıxarmaq, məşğuliyyət növlərini artırmaq (milli
mədəniyyətlərin çiçəklənməsi, azsaylı xalqların mədəni muxtariyyət şəklində inkişafı
üçün bütün şəraitin yaradılması);
– İş vaxtının ixtisarı (bunun hesabına insan daha çox asudə vaxtında öz
mənzilinə, mühitə, xırda iş sahələrinə diqqətini artıracaq; bəlkə 2 saat işləmək kifayət
olacaq);
– Tərəqqi istehsal olunmuş sərvətlərlə yox, qənaət edilmiş insan əməyi və vaxtı
ilə ölçülür.
D.Bell iqtisadi və sosial həyatda baş verən dəyişikliklərə postindustrial mərhələ,
telekommunikasiya inqilabı adını verir. Bunun üç cəhətini qeyd edir: 1) sənaye
cəmiyyətindən servis (xidmətedici) cəmiyyətə keçid; 2) texnoloji yeniliklərin həyata
keçirilməsində kodlaşdırılmış nəzəri biliyin artırılmasının böyük əhəmiyyəti; 3) yeni
intellektual texnologiyanın, qərarların qəbulu, бунларын nəzəri və sistemli təhlil
alətinə çevrilməsi. Bu cəmiyyətin bir sıra xüsusiyyətləri göz qabağındadır; əsas
amillərin – informasiya və biliklərin olması, cəmiyyətin getdikcə daha açıq və qeyri-
24
müəyyən olması, modelləşdirmə və proqnozlaşdırma imkanlarının azalması, telefon,
kompцter, telekommunikasiya və məlumatın işlənilməsinin vahid bir modeldə
birləşməsi, hakimiyyət tərəfindən informasiyadan qərəzli istifadə edilməsi, ictimai
həyatın müxtəlif sahələrinin əlaqələndirilməsinin getdikcə mürəkkəb bir məsələyə
çevrilməsi və s.
Göründüyü kimi, XXI əsr insanları birləşdirə biləcək universal elektron
informasiya sisteminin təkamülü əsridir. Texnika və texnologiya misli görünməmiş
informasiya və kommunikasiya imkanlarına malikdir.
Dostları ilə paylaş: |