Tərbiyə mürəkkəb dinamik prosesdir. Bu sistemin hər bir komponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki onun da öz komponentləri vardır.
Tərbiyə dəyişkən, qeyri-müəyyən prosesdir. Bu proses subyektiv amillərin təsirindən asılıdır: tərbiyə olunanların fərdi fərqlərindən, onların sosial təcrübəsindən, tərbiyəyə münasibətindən asılıdır.
Tərbiyə ikitərəfli prosesdir. Bu proses iki istiqamətdə
gedir: tərbiyəçidən tərbiyə olunana (birbaşa əlaqə) və tərbiyə olu-nandan tərbiyəçiyə (əks əlaqə). Prosesin idarə olunması başlıca ola-raq əks əlaqələr üzərində qurulur.
Tərbiyə mürəkkəb və ziddiyyətli prosesdir. Bu o deməkdir ki, onun hadisələri tez nəzərə çarpmır. Tərbiyə prosesinin mürək-kəbliyi onun dinamik və dəyişkən olmasındadır.
Dostları ilə paylaş: |