Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə103/130
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#41703
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   130
Pedaqogika mühazirələr

Əxlaq tərbiyəsi

”Əxlaq” ərəbcə “Xəlq”, “Xulq” sözündən yaranıb “Xarakter”, “Səciyyə” “Yaranış” mənasını verir. “Məxluq” sözü də buradan meydana gəlmişdir.


Latın dilində “Mores” “vərdiş” deməkdir. Sonradan bu söz başqa dillərə keçmişdir. İngiliscə “mоrоlist”, rusca “Moral” sözləri meydana gəlmişdir ki, mənаsı müsbət, gözəl vərdişlər, yaxşı аdətlərə аid оlmаq dеməkdir. Qədim Roma və Yunanıstanda yaxşılığı birbaşa əxlaqla əlaqələndirmişlər.
Əxlaq etikanın tədqiqat obyektidir.
Etika” “Etos” sözündən əmələ gəlib yunanca “vərdiş” məna-sını verir. Hərəkətlər vərdiş əmələ gətirir, vərdiş də insanın xarak-terini yaradır. Ona görə yaxşı demişlər: “Əkərsən hərəkət, biçərsən vərdiş, əkərsən vərdiş biçərsən xarakter, əkərsən xarakter biçərsən taleh”. Demək, əxlaq hərəkətlə, davranışla, praktik işlə, əməllə bağlıdır.
Əxlaq cəmiyyətdə davranış modellərinin cəmidir, xalqın davranış normalarının məcmusudur. Əxlaq tərbiyəsinin də məq-sədi yetişən gənc nəsli cəmiyyətin, toplumun əxlaq normalarına, cəmiyyətdə müəyyən edilmiş davranış qaydalarına əməl etməyə alışdırmaq, onları milli mentalitetə, adət və ənənələrə uyğun hərəkət etməyə sövq etdirməkdir. Bu cəhətdən mənəvi tərbiyədən fərqli olaraq ki, o fərdi kateqoriyadır, əxlaq tərbiyəsi isə ictimai kateqo-riyadır. Əxlaq tərbiyəsi görmüş şəxs cəmiyyətin əxlaq nörmalarına, milli-mənəvi dəyərlərə, milli mentalitetə, adət və ənənələrə əməl edir. Məsələn, xalqımızın müdrik fikirlərində deyilir: “Paltarın yax-şısını özünə götür, yeməyin yaxşısını qonağa ötür”(M. Kaşqarlının “Divan..”ında da bu fikir işlənməkdədir). Yaxud deyilir: ” Qonaq gəlməyən evə həkim gələr”, “Qonağın ruzusunu Allah yetirir”. Bu fikirlər onu göstərir ki, xalqımızda qonaqpərvərlik bir əxlaq normasıdır. Əxlaq tərbiyəsi görmüş şəxs cəmiyyətin bu əxlaq normasına əməl edəcəkdir.
Əxlaq insanın başqalarıyla ünsiyyətində, rəftarında, ictimai yerlərdə davranışında özünü göstərir. Əxlaq insanın özünə, bаş-qаlаrınа, əməyə, hadisələrə, cəmiyyətə, xalqın milli-mənəvi dəyər-lərinə münаsibətini əks etdirir.
Cəmiyyətin inkişаfı ilə, оnun iqtisаdi quruluşunun dəyişməsi ilə birlikdə əхlаq dа dəyişir. Bunа görə cəmiyyət nəinki əхlаqı yаrаdır, həm də оnu qоruyur və inkişаfınа təsir еdir.

Mənəvi tərbiyə

“Mənəviyyat” ərəbcə “Məna” sözündən yaranmışdır. İnsanın mənası, dəyəri deməkdir. Mənəviyyat insanın qəlbinin, ürəyinin gü-cü, paklığı, təmizliyi, düzlüyü deməkdir. Ona görə də mənəvi tər-biyə qəlb tərbiyəsi ilə bağlıdır. Mənəviyyаt insanın daxili aləmini, xarakterini, insanlara, ətraf aləmə, hadisələrə münasibətini əks etdi-rən fərdi kateqoriyadır. Mənəviyyat insаnın intеllеktuаl və təbii mа-hiyyətidir ki, bu, оnun ruhi tərbiyəsini, daxili aləmini xarakterizə edir və özünü ifadə edir. Bura ilk növbədə insanın şərəfi, namu-su, vicdanı, milli-mənlik şüuru, vətəndaşlıq qeyrəti, fədakarlığı, milli-mənəvi dəyərlərə hörməti, keçmişimizi, tariximizi, dilimi-zi, mədəniyyətimizi, adət və ənənələrimizi dərindən öyrənməsi, habelə xeyirxahlığı, mərhəmət və qayğıkeşliyi, həssaslığı və humanizmi, tolerantlığı, müasirliyi, insanlara hörmət və sevgisi, vətənə məhəbbəti kimi mənəvi keyfiyyətlər daxildiur.


Mənəviyyat insanın olduğu kimi görünməsi, göründüyü kimi olmasıdır. Mənəviyyat insanın daxili aləminin zənginliyinin göstəri-cisidir. Mənəvi cəhətdən zəngin insanın sağlamlığı da mükəmməl olur. Mənəvi cəhətdən zəngin insan həyatdan zövq alır və rahat ya-şayır. Mənəvi cəhətdən zəngin insan hər cür çətinliyə dözə bilir, ən çətin anlarda belə düzgün qərarlar çıxara bilir.

Mənəvi tərbiyə iki tərəfli prosesdir. Tərbiyə edən tərbiyə olu-nana tərbiyəvi təsir göstərir və tərbiyə olunanda mənəvi keyfiyyətlər davranışında, hərəkətlərində özünü göstərir. Bu o zaman davra-nışda, əməldə özünü göstərir ki, mənəvi keyfiyyətlər sadəcə olaraq əzbərlədilmir, bu keyfiyyətlər hərəkət və davranışda formalaşdırır. Şаgirdlərin mənəvi tərbiyəsində yаş, fərdi, psixoloji və cinsi хüsusiyyətlər nəzərə аlınmаlıdır.

Əmək tərbiyəsi

Hərtərəfli inkişaf etmiş şəxsiyyətə verilən əsas və mühüm tələblərdən biri də şəxsiyyətin əməyə qadir olması, istehsalın, xalq təsərrüfatının bu və ya digər sahəsində fəaliyyət göstərmək ba-carığına, əməyə, əmək adamlarına müsbət münasibətlərə malik ol-masıdır. Hər kəs, xüsusən həyata atılan yeniyetmə və gənclər, isteh-salın bir sahəsində çalışmaq üçün zəruri əmək bacarıq və vərdişlə-rinə malik olmalıdır. Bu əmək bacarıq və vərdişlərinin həm ailədə, həm də sistemli təhsil müəssisələrində təlimin ilk günlərindən əsası qoyulur. Əmək, bacarıq və vərdişləri məhz əmək tərbiyəsi vasitəsilə həyata keçirilir.


Əmək tərbiyəsi sistemli və məqsədyönlü şəkildə təlim-tərbiyə müəssisələrində aparılır. Əmək tərbiyəsi müəllim və tərbiyəçinin rəhbərliyi altında böyüyən nəsildə, ümumiyyətlə insanlarda həyat üçün zəruri olan əmək, bacarıq və vərdişlərin, əməyə, əmək adamla-rına məhəbbət hissi formalaşdırılması prosesidir. Ona görə də əmək tərbiyəsi, əmək təlimi və əmək tərbiyəsi olmaqla iki hissəyə ayrılır.

Estetik tərbiyə




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin